Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə65/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   61   62   63   64   65   66   67   68   ...   75

 
196
edilmişdir. Bu fakt konkret olaraq Mədəniyyət nazirliyi və 
bütövlükdə Azərbaycan mədəniyyəti üçün böyük qələbəsi kimi 
qeyd olunmalıdır. 
1-6 iyun 2003-cü il tarixində YUNESKO üzrə Litva Milli 
Komissiyası  və YUNESKO-nun Mədəniyyət siyasəti və 
mədəniyyətlərarası dialoq departamenti tərəfindən birgə  təşkil 
olunmuş “Sivilizasiyalararası dialoq: Qafqaz” adlı regionlararası 
laiyhə  çərçivəsində Vilnusda görüş keçirilmişdir. 11-14 may 
tarixində Stokholm şəhərində “Mədəniyyət sahəsində inkişaf 
məqsədilə siyasət” üzrə 1998-ci ilin Stokholm Hökümətlərarası 
konfransında qəbul edilmiş  fəaliyyət Planının həyata 
keçirilməsinə  həsr olunmuş “Stokholm+5” adlı YUNESKO 
ekspertlərinin Görüşü təşkil olunmuşdur. Görüşdə  şöbə müdiri 
“Azərbaycada mədəniyyət siyasətinin institusional quruculuğu 
və inkişafı” mövzusunda çıxış etmişdir.  
YUNESKO-nun 2002-2003-cü illər üçün Roqramı  əsasında 
“GÜÖAM ölkələri arasında  Şərq-Qərb mədəniyyətlərarası 
dialoq: Avropa-Qafqaz-Asiya mədəniyyət dəhlizinin 
yaradılması” adlı beynəlxalq görüş  təşkil edilmişdir. Görüş 
Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Özbəkistan 
nümayəndələrinin iştirakı ilə 9-10 iyul 2003-cü il tarixində 
Bakıda keçirildi. Konfransın sonunda YUNESKO-nun mədəni 
Müxtəliflik üzrə Universal Bəyannaməsi və onun fəaliyyət 
planında  əks olunan prinsiplər nəzərə alınmaqla Bakı 
bəyannaməsi qəbul olundu. 
9-14 oktyabr 2003-cü il tarixində Parisdə YUNESKO baş 
konfransının 32-ci sesiyası  çərçivəsində  Mədəniyyət məsələləri 
üzrə Komissiyanın görüşü keçirildi. MDB iştirakçı dövlətlərinin 
mədəni  əməkdaşlıq üzrə  Şurası ilə birgə  fəaliyyət mədəniyyət 
siyasəti  şöbəsinin prioritet istiqamətlərindən biridir. Həyata 
keçirilmiş  tədbirlər sırasında  Şuranın 1oktyabr 2003-cü ildə 
Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmiş XIX-cu iclası 
və “Qloballaşma kontekstində post-sovet məkanında 


 
197
mədəniyyətlərarası dialoq” adlı beynəlxalq elmi-praktik 
konfransını göstərmək olar (55, s.9-11). 
1992-ci ilə qədər tarix və mədəniyyət abidələrinin qorunması 
ilə Mədəniyyət Nazirliyi nəzdində Abidələrin Mühafizəsi İdarəsi 
məşğul olurdu. 1992-ci ildə Nazirlər Kabineti nəzdində 2000-ci 
ilədək fəaliyyət göstərmiş olan Tarix və  Mədəniyyət 
Abidələrinin Mühafizəsi və  Bərpası üzrə Dövlət Komitəsi 
yaradıldı. Respublika ərazisində yerləşən abidələrin mühafizəsi
bərpası  və istifadəsi ilə bağlı bütün funksiyalar bu komitəyə 
həvalə olundu. Hadisələrin sonrakı inkişafı göstərdi ki, bu qərar 
son dərəcə yanlış olmuşdur. Abidələrin qorunması sahəsində 
kifayət qədər idarəçilik təcrübəsi olmayan bu yeni yaradılmış 
struktur, praktiki olaraq, əvvəlki işləri yox dərəcəsinə  gətirib 
çıxardı. Komitə ləğv edildikdən sonra onun funksiyaları yenidən 
Mədəniyyət Nazirliyinə qaytarıldı və burada tarix və mədəniyyət 
abidələrinin mühafizəsi, bərpası  və istifadəsi üzrə Baş  İdarə 
təşkil olundu. Yerlərdə abidələrin vəziyyətinə  nəzarət 
respublikanın bütün şəhər və rayonlarının icra hakimiyyətlərinin 
mədəniyyət şöbələri tərəfindən həyata keçirilir. Sovet dövründə 
həmçinin Tarix və  Mədəniyyət Abidələrini Könüllü Mühafizə 
Cəmiyyəti yaradılmışdı, amma onun işi mühafizədən daha çox 
təbliğat və təşviqatla məhdudlaşırdı. Maliyyə vəsaitinin yoxluğu 
səbəbindən həmin cəmiyyətin fəaliyyəti son illər xeyli 
zəifləmişdir. 
Dövlət mühafizəsinə götürülən “Abidələrin siyahısı” Nazirlər 
Kabineti tərəfindən 1968, 1981 və 1988-ci illərdə  təsdiq 
olunmuşdur. Nazirlər Kabinetinin sonuncu dəfə  təsdiq etdiyi 
siyahı, hüquqi cəhətdən ona bərabər tutulan əvvəlki siyahılar 
əsasında tərtib edilmişdir. Siyahıdan yalnız inqilabi və 
kommunist ideologiyası, həmçinin onların liderlərinin adları ilə 
bağlı bina və tikililərin adları  çıxarılmışdır. Memarlıq, 
arxeologiya, monumental və bağ-park sənəti abidələrinin daxil 
edildiyi son siyahının məqsədlərindən biri abidələri 
əhəmiyyətlilik dərəcəsi üzrə qruplara bölməkdir: ümumdünya, 


 
198
dövlət və yerli əhəmiyyətli abidələr. Mövcud qanunvericiliyə 
əsasən ümumdünya və dövlət  əhəmiyyətli daşınmaz abidələr 
özəlləşdirilə bilməz. Yerli əhəmiyyətli yaşayış binaları  və 
onlardakı  mənzillər isə özəlləşdirilə bilər. Belə hallarda bu 
evlərin və yaxud mənzillərin sahibləri ilə abidənin ilkin 
simasının istənilən cür təhrifini qadağan edən mühafizə 
müqaviləsi bağlanır. Aşağıda son dəfə  təsdiq edilmiş siyahıya 
uyğun olaraq dövlət mühafizəsinə götürülən tarix və mədəniyyət 
abidələrinin təsnifat cədvəli verilir. 
Bəzi abidələr qoruq strukturlarında mühafizə edilir. 
Hazırda Azərbaycanda 15 tarixi-memarlıq, tarixi-arxeoloji, 
tarixi-mədəni və tarixi-etnoqrafik qoruq vardır. Bir sıra 
arxeologiya, 
şəhərsalma və memarlıq abidələrinin 
əhəmiyyətini nəzərə alaraq, onları mühafizə  və  təbliğ etmək 
məqsədilə  Mədəniyyət və Turizm Nazirliyi yeni qoruqlar 
təşkil etmişdir. Bütün qoruqlar ikili tabeçiliyə malikdirlər, 
yəni Mədəniyyət və Turizm Nazirliyinə  və yerli icra 
hakimiyyətinə tabedirlər. Qoruqların bu cür ikili tabeçiliyi 
onların idarə olunmasında böyük çətinliklər yaradır. Hazırda 
qüvvədə olan qanunvericiliyə görə qoruqlar Mədəniyyət və 
Turizm Nazirliyi tərəfindən yaradılır. Təcrübə göstərir ki, 
ikili tabeçilik yerli icra hakimiyyəti tərəfindən 
maliyyələşdirilən qoruqların elmi və metodik idarəsini 
çətinləşdirir. Yerli icra hakimiyyətləri öz fəaliyyətlərini heç 
də həmişə Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmırlar 
və bu da öz növbəsində abidələrin mühafizəsi işinə  mənfi 
təsir göstərir. 
Memarlıq abidələrindən istifadə problemi də həll olunmamış 
qalır. Bu gün bəzi memarlıq abidələrindən öz ilkin funksional 
təyinatlarına uyğun olaraq deyil, ancaq mənfəət götürmək üçün 
restoran, kafe və s. kimi istifadə edilir. Bu cür istifadə zəruri 
kommunikasiya, bəzən isə yenidən planlaşdırma işləri tələb edir 
ki, bu da gec-tez abidələrin məhvinə  səbəb olur. Amma bunlar 
bizim tarixi keçmişimizi  əks etdirən maddi mədəniyyət 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə