Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə68/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   64   65   66   67   68   69   70   71   ...   75

 
205
etmək, onları yeni dövrün tələblərinə uyğun hazırlamaq 
kompleks tədbirlərin həyata keçirilməsini zəruri edir.  
Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağli 
respublikanın ictimai-siyasi həyatında və dövlət quruculuğunda 
gənclərin iştirakına dair tədbirlər planında elm, təhsil və 
mədəniyyətlə bağlı aşağıdakılar nəzərdə tutulmuşdur: 
Elm və təhsil sahəsində: Gənclərlə işləyən kadrlar hazırlamaq 
və onların ixtisasını artırmaq. Gənclərin problemlərini 
öyrənmək, gənclər hərəkatında baş verən prosesləri təhlil etmək 
məqsədi ilə ali məktəblərin tədris proqramlarında müvafiq 
ixtisasların təmin olunması;  İstedadlı  şagird və  tələbələrin üzə 
çıxarılması üçün fərdi tədris proqramlarının hazırlanması; Elmi 
tədqiqat müəssisələrində xüsusi nailiyyətlər  əldə etmiş  gənc 
alimlər üçün mükafat və təqaüdlərin təsis edilməsi; Beynəlxalq 
müsabiqələrdə, elmi konfranslarda istedadlı şagird və tələbələrin 
iştirakını  təmin etmək üçün tədbirlərin görülməsi; Ali 
məktəblərin və elmi tədqiqat müəssisələrinin laboratoriyalarını 
müasir avadanlıqlarla təchiz etmək üçün beynəlxalq fondların və  
proqramların  imkanlarından geniş istifadə edilməsi (157). 
Mədəniyyət sahəsində:  İstedadlı yeniyetmələrin və yaradıcı 
gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, 
onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən 
xüsusi dövlət proqramının hazırlanması; Mədəniyyət sahəsində 
yüksək nailiyyətlər qazanmış  gənclərin mükafatlandırılması 
üçün müvafiq təkliflərin hazırlanıb Azərbaycan Respublikası 
Prezidentinə  təqdim olunması; Dövlət Televiziya kanallarında 
mədəniyyət sahəsində istedadlı  gənclərin fəaliyyətinin geniş 
işıqlandırılması; Orta ümumtəhsil məktəblərində istedadlı 
uşaqların aşkar edilməsi və onların inkişaf etmələri üçün 
müsabiqələrin, olimpiadaların, festivalların keçirilməsi; Mədə-
niyyət sahəsində  uğurlar qazanmış  gənclərin beynəlxalq 
tədbirlərdə  iştirakına  şərait yaratmaq; Gənc və peşəkar 
kulinarların olimpiadalarının müntəzəm keçirilməsi (139). 


 
206
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bu 
haqda bildirir ki, ölkədə  gənclərlə  iş dövlət səviyyəsində 
qurulub. Ötən vaxtlar ərzində Azərbaycanda bir neçə nüfuzlu 
beynəlxalq tədbirlər keçirmişik.  İlk dəfə olaraq Qərbi 
Avropadan kənarda – Azərbaycanda Avropa Gənclər Forumu 
keçirildi. Bu, Azərbaycana böyük etimad idi. Çünki dövlətin 
gənclər siyasətini Qərbi Avropa görür və qiymətləndirirlər 
(139). Prezident İlham  Əliyevin istedadlı  gənclərlə bağlı iki 
sərəncamı olub. Bir sərəncamla gənc istedadlar 300 manat 
həcmində təqaüd alırlar. Digər sərəncam isə həm yaşlı, həm də 
gənc nəsil üçün nəzərdə tutulur. Belə ki, gənc bəstəkar, rəssam 
və yazarlar üçün əlavə mükafatlar müəyyənləşib. Milli Məclisin 
deputatı  Əkrəm Abdullayev də bu fikirdədir ki, Dövlətimiz 
gənclərin intellektual potensialının güclənməsi üçün bütün 
imkanları yaradıb. Azərbaycan Prezidentinin 2007–2015-ci illər-
də “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət 
Proqramı”nın təsdiq edilməsi barədə  sərəncamı  gəncliyə 
göstərilən diqqətin parlaq təzahürüdür (139). 
Ümummilli liderimiz Heydər Əliyev müsahibələrinin birində 
demişdir: “Gənclər siyasətinin formalaşmasının birinci 
mərhələsi çox çətin idi. Üstəlik dövlətin gənclərlə ciddi surətdə 
məşğul olması üçün vəsait də yox idi. Azərbaycanda iqtisadi 
hərc-mərclik və dağıntı hökm sürürdü. Gənclər necə deyərlər 
yada düşmürdü. Lakin təxminən 1995-ci ildən Azərbaycanın 
iqtisadi və sosial həyatında sabitləşmənin başlandığı vaxtdan bu 
məsələyə böyük əhəmiyyət verilir. Gənclər  İdman və Turizm 
Nazirliyi yaradılmışdır. Məncə heç də bütün ölkələrdə belə 
nazirlik yoxdur. Çoxsaylı  gənclər təşkilatları yaradılmışdır. 
Beləliklə, gənclər həyatın bütün sahələrində  iştirak edirlər. 
Parlamentdə də seçkilərdən-seçkilərə gənclərin sayı artır, dövlət 
idarəetmə orqanlarında da həmçinin. Bu isə çox müsbət 
meyardır, çünki bütün bu adamlar təxminən 20-30 ildən sonra 
ölkəmiz üçün məsuliyyət daşıyacaqlar” (47, 3 fevral 1996). 


 
207
Bu gün Azərbaycanda idarəetmə bacarığı ilə seçilən, 
intellektual, dünyagörüşlü yeni bir nəsil yetişməkdədir. Bu gün 
gənclərin çoxu hələ on il bundan əvvəl Azərbaycanda çox az 
adamın bildiyi peşələrə yiyələniblər. Kompyuter şəbəkəsi 
inkişaf edib, xarici dillərə  həvəs artıb. Cəmiyyətdə  gənclər 
təşkilatlarının rolu daha çox onların üzvlərinin sosial fəallığı ilə 
müəyyən edilir. 
 
2.2.4. Azərbaycanda turizmin inkişaf perspektivləri və 
mədəni-asudə vaxtin dəyərləndirilməsi 
 
Bu gün turizm problemlərinin öyrənilməsi nəinki sosial-
iqtisadi, hətta böyük mədəni-siyasi əhəmiyyət kəsb etməkdədir. 
Çünki, getdikcə daha çox mədəniyyət hadisəsinə çevrilməkdə 
olan turizm fenomeni artıq elmi-mədəni fikirdə bir kulturoloji 
proses kimi araşdırılmaqda və  dəstəklənməkdədir. Zaman 
ötdükcə dünyanı vahid bir insanlıq evi kimi qəbul edən və bəşəri 
dəyərləri önə  çəkən qurum və  təşkilatlar, fərd və  cəmiyyətlər 
turizmin insan həyatının ayrılmaz bir tərkib hissəsi halına 
gəldiyini, iqtisadiyyatın, elmin və mədəniyyətin inkişafına təkan 
verən təsiredici bir gücə malik olduğunu etiraf etməkdədirlər. 
Turizmin bir mədəniyyət faktı, bəşəriyyətin təminatlı  və 
təhlükəsiz gələcəyi üçün geniş perspektivlər açan bir kulturoloji 
proses kimi tədqiqi və  təbliği problemləri indi həmişəkindən 
daha aydın dərk olunmaqdadır. Manila Konfransı bəyan etmişdir 
ki, turizm sülhü və sabitliyi bərqərar edən, iqtisadi inkişafa təkan 
verən, insanların bir-birini  anlamasının və millətlərarası 
əlaqələrin inkişafının mənəvi və intellektual əsası olmalıdır. Bu 
ideyanın gerçəkləşdirilməsi üçün Manila Konfransının 
tövsiyəsində göstərilir ki, gənclərin tədris proqramlarına,  əldə 
edəcəkləri sənətdən asılı olmayaraq, turizmin öyrənilməsi əlavə 
olunsun. Bir məqam xüsusilə vurğulanmışdır ki, turizmin 
mənəvi və  tərbiyəvi dəyərləri onun iqtisadi dəyərlərindən 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə