Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə67/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   63   64   65   66   67   68   69   70   ...   75

 
202
siyasəti qətiyyən indiki bizium cəmiyyətin can atdığı ictimai 
həyata uyğun gələ bilməzdi. Artıq cəmiyyətin hərtərəfli 
inkişafını, mənəvi mədəniyyətin  əsl zənginlikləri sisteminin 
yaradılmasını  tələb edən yeni baxışlar sistemi formalaşmaqda 
idi.  Bütün bu əlamətdar hadisələrdən sonra Respublikanın öz 
milli mənafeyinə uyğun bir çox prioritet vəzifələr dururdu. 
Onlardan biri də Dövlət gənclər siyasəti ilə bağlı idi. Bu sahədə 
müstəqil suveren respublikamızın atdığı ilk addım Dövlət 
Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının 
Qanununun qəbulu oldu. 
Bu dövrü xarakterizə  edəndə görürük ki, ictimai-siyasi 
vəziyyətin mürəkkəb olduğu bir dövrdür. Hakimiyyətdə  hər 
hansı siyasi qüvvənin olmasından asılı olmayaraq Azərbaycan 
gəncləri istər ölkə qarşısında, istərsə  də öz şəxsi vicdanları 
qarşısında vəzifələrini yerinə yetirirdilər. Kommunist rejimi 
dövründə mövcud olan gənclər təşkilatları  və onlar haqqındakı 
qanunlar artıq öz qüvvəsini itirmişdi. Zəngin potensial enerjiyə 
malik gənclərin vahid Dövlət gənclər siyasəti haqqında 
Azərbaycan Respublikası Qanunu ətrafında birləşdirmək vacib 
idi. Bu Qanunun qəbul edilməsi mədəniyyət siyasətinin uğurlu 
yürüdülməsinə güclü təkan vermiş oldu. “Gənclər siyasəti 
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi 
barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında isə 
“Gənclər siyasti haqqında” Azərbaycan Respublikası 
Qanununun qüvvəyə minməsi ilə  əlaqədar həmin Qaununun 
tətbiq edilməsini təmin etmək məqsədi daşıyan 6 may 2002-ci il 
tarixli qərar verilmişdir.  Əlbəttə ki, Qanun dövlətin mədəni 
siyasətinin uğurlu başlanğıcı idi. Qanunda Azərbaycan 
Respublikası bütün cəmiyyətin mənafeyi naminə  gənclərin 
potensialından daha dolğun istifadə edilməsi üçün sosial-
iqtisadi, siyasi-hüquqi, təşkilati  şərait və  təminatlar yaratmaq 
məqsədi güdülür. Qanunda gənclər siyasətinin prinsipləri və 
məqsədləri müəyyən edilmiş, dövrün tələblərinə cavab verə 
biləcək müddəalar  əlavə edilmişdir. Qanun bu siyasətin həyata 


 
203
keçirilməsinin hüquqi, iqtisadi və  təşkilati  əsaslarını, eləcə  də 
əhalinin digər sosial qrupları ilə  gənclərin  əsl hüquq 
bərabərliyinin təmin olunmasına yönəldilmiş hüquq və vəzifələr 
sistemini müəyyən edir. 5 fəsil və 21 maddədən ibarət olan 
Qanunda dövlət gənclər siyasətinin mahiyyəti və prinsipləri 
aşağıdakı kimi göstərilmişdir: Xalqın gələcəyini müəyyən edən 
xüsusi ictimai qrup kimi gənclərin özünəməxsus  mənafe və 
ehtiyacları olduğunun etiraf edilməsi; Cinsindən, milliyyətindən, 
dilindən, dini etiqadından təhsilindən, sosiaıl mənşəyindən və 
siyasi baxışlarından asılı olmayaraq gənclərin cəmiyyətdə hüquq 
bərabərliyinə  təminat verən hüquqi və sosial statusunun 
müəyyənləşdirilməsi; Gənclərin hərtərəfli sosial, mənəvi və 
fiziki inkişafina, onların hüquq və azadlıqlarının həyata 
keçirilməsinə  təminat verən  şəraitin yaradılması; Gənclərdə 
xalqın mənəvi irsinə və ənənələrinə, nəsillərin mənəvi əlaqəsinə 
qayğıkeş münasibətin tərbiyə edilməsi; Gənclərin azadlıq, hüquq 
və vəzifələrinin vəhdəti; Gənclərin sosial müdafiəsi üçün hüquqi 
və təşkilati təminatların yaradılması.  
Dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi 
hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və 
onların həlli yolları da dəyişməyə başlamışdır. Məhz buna görə 
də üzümüzə  gələn yeni əsrdə xalqımızın problemlərini müasir 
dünya kontekstində  həll edə bilmək üçün Azərbaycan 
gənclərinin yenidən təşkilatlanması vacib idi. Bu məqsədlə 
müstəqil Azərbaycan Respublikasında gənclər hərəkatını 
əlaqələndirmək üçün 1994-cü il iyulun 26-da Azərbaycan 
respublikası prezidentinin fərmanı ilə  Gənclər və  İdman 
Nazirliyi yaradıldı. Gənclər və idman nazirliyi yaradıldıqdan 
sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata 
keçirilmiş, nazirliyin yerli strukturları formalaşmış, gənc nəslin 
mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, 
onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının 
fəaliyyətinin  əlaqələndirilməsi sahəsində lazımi tədbirlər 
görülmüş, bir sıra dövlət proqramları hazırlanmışdır.  


 
204
1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası 
gənclərinin birinci forumunun keçirilməsi respublikanın 
həyatında müstəsna  əhəmiyyətə malik bir hadisə oldu. Forum 
müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm 
vəzifələrin həyata keçirilməsində  gənclərin fəal iştirak etməyə 
hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq 
dərəcədə canlanmasına səbəb oldu. 1997-ci il fevralın 1-də isə 
Azərbaycan Respublikası prezidentinin forum nümayəndələrinin 
bir qrupu ilə görüşündə forumdan keçən bir il ərzində görülmüş 
işlər təhlil olundu və  gəncliklə bağlı  əsas problemlərin həlli 
yolları müəyyən edildi. Respublika prezidentinin elə həmin gün 
imzaladığı  sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü 
elan edildi. 1999-cu ilin başlanğıcı da Azərbaycan gəncləri üçün 
əlamətdar oldu. Mart ayının 2-3-də Azərbaycan gənclərinin 
ikinci forumu keçirildi. O, birinci forumdan keçən üç il ərzində 
görülmüş  işlərə yekun vurmaqla yanaşı, müstəqil dövlət 
quruculuğu yolunda gənclərin üzərinə düşən böyük vəzifələri 
müəyyən etdi, respublikanın ictimai-siyasi həyatında gənclərin 
daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının 
diqqətini gənclik problemlərinin həllinə yönəltməklə bağlı 
tövsiyələr verdi.  
Bununla yanaşı, dövlət gənclər siyasətinin həyata keçirilməsi 
sahəsində  həllini gözləyən bir sıra problem və  məsələlər 
mövcuddur. Uşaq və  gənclərlə  işləyən kadrların hazırlanması, 
gənclərin həyatında baş verən proseslərin elmi şəkildə 
öyrənilməsi günün vacib məsələlərindəndir. Ayrı-ayrı dövlət 
hakimiyyəti və idarəetmə orqanlarının gənclərlə  iş üzrə  əlaqəli 
və  məqsədyönlü fəaliyyət göstərməsi üçün lazımi  şərait 
yaradılmalıdır. Gənclərin daha geniş  təbəqələrinin dövlət 
idarəetmə  işlərinə  cəlb olunması sahəsində  əlavə  tədbirlərin 
görülməsinə  və bunun üçün lazımi maliyyə  vəsaitinin 
ayrılmasına ehtiyac vardır. Ölkə əhalisinin yarıdan çoxunu təşkil 
edən uşaq, yeniyetmə və gənclərin üzləşdikləri problemləri həll 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə