Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə70/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   67   68   69   70   71   72   73   74   75

 
211
mütəxəssis hazirlığı ilə yanaşı, eyni zamanda elmi araşdırmalar 
aparılır, monoqrafiyalar və monaqrafiyalar yazılır, dərsliklər 
nəşr edilir. Məsələn, Azərbaycan Dövlət Mədəniyyət və 
İncəsənət Universiteti və Azərbaycan Turizm İnstitutunda 
həyata keçirilən kadr hazırlığı bu sahədə görülən işlər sırasında 
çox mühüm əhmiyyət daşımaqdadır. 
Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafına, 
xüsusilə prezidentin tapşırıq və  fərmanları ilə Azərbaycanın 
təbiətinin potensialından istifadə, ölkəyə turist axınının 
yaxşılaşdırılması, Xəzərboyu  ərazilərdə kurort, sanatoriya və 
digər istirahət yerlərinin yaradılması prosesinə ciddi diqqət 
yetirilir. Azərbaycanın digər turist ölkələrindən geri qalmayan 
gözəl təbiəti var. 
Mədəni turizm də Azərbaycanda inkişaf sektoru kimi 
nəzərdən keçirilir, çoxtərəfli və ikitərəfli himayə, habelə xarici 
investorların layihə yardımları ilə  dəstəklənir. Azərbaycanlılar 
turizmə  məşğulluq yarada və  gəlir gətirə biləcək inkişaf 
potensialı kimi baxırlar. Ölkədə  zəngin muzey və  rəsm 
qalereyaları, tarixi abidə  və  şəhərlər, məscidlər və kilsələr, 
məbədlər, irs parkları, karvansaralar, tarixin əbədiləşdiyi çoxlu 
yerlər vardır. Bu ölkə həmçinin güclü ənənəvi mədəniyyətə, adət 
və  ənənələrə, hərarətli qonaqpərvərlik ruhuna malik, habelə 
uzun əsrlər boyu qədim ticarət yollarının üzərində yerləşmiş bir 
ölkədir. Azərbaycanda mədəni turizmin inkişafı, onun həm 
milli, həm də beynəlxalq səviyyədə cazibədar olması üçün bir 
sıra  şərtlərin hökmən yerinə yetirilməsini tələb edir: zəruri 
infrastrukturlar yaxşılaşdırılmaqla yanaşı  mədəni turizm 
yerlərinin (ətrafın, küçənin, reklamların) cazibədarlığı inkişaf 
etdirilməli; kifayət qədər təlim görmüş  işçi heyətinə 
yiyələnməli; ziyarət ediləcək mənzərəli yerlər turist xidmətlərilə 
əhatə olunmalı, turistlər üçün görüşlər və oriyentasiya sistemləri 
(informasiya, tərcümə, bələdçilər, kataloqlar) inkişaf etdirilməli, 
turizm sahəsində kiçik və orta müəssisələrin sayca artması 


 
212
təşviq olunmalı; sovet hakimiyyəti dövründən sonrakı yeni milli 
irs şüurunun yayğınlaşmasına çalışılmalıdır. 
Avropa  Şurası ekspertlərinin hesabatlarında deyilir ki, 
mədəni turizm Azərbaycanın inkişafında ən mühüm dəyərlərdən 
və beynəlxalq səviyyədə ölkənin imicinin yayılması 
imkanlarından biridir. Ölkənin nəhəng turizm potensialının 
inkişafı baxımından aşağıdakıları  nəzərdə tutmağı tövsiyə 
edirik: Milli mədəni turizm strategiyasını  və onun meyarlarını 
inkişaf etdirmək; Turizmin inkişafı üçün zəruri olan 
infrastrukturlarla – yol, xidmət, elektrik şəbəkələrinin 
modernləşdirilməsi ilə bağlı nazirliklər arasında  əməkdaşlıq 
yaratmaq; Mədəni məlumatlılığın qiymətləndirmə 
və 
monitorinqin, Azərbaycan mədəni marşrutlarının və s. 
genişlənməsini təşkil etmək; 
İnformasiyalar yaymaq; 
tərcümələr, soraq kitabçaları, YUNESKO-nun Dünya İrsi 
haqqında məlumatlar, internetdə  mədəni turizm və  xəbərlər 
buraxılışı; Müəssisələr arasında  əməkdaşlıq; özəl sektor 
tərəfindən dəstək və marketinq, layihələrin inkişafına dəstək, 
əməkdaşlıq və siyasət sferasında menecment; İctimai və özəl 
sponsorluğun dəstəklənməsi və genişləndirilməsi; Təşkilatçılığın 
inkişafı; Müxtəlif bazarların, mədəniyyət festivallarının və s. 
genişləndirilməsi və  dəstəklənməsi; Zəngin Azərbaycan 
mədəniyyətinin spesifik xüsusiyyətlərinin inkişaf etdirilməsi; 
Ölkədəki çoxmədəniyyətliliyin və onun mədəni çoxçeşidliliyinin 
əhəmiyyətinin inkişaf etdirilməsi. 
Azərbaycanda sərbəst-asudə vaxtı  dəyərləndirmə  fəaliyyəti; 
mərkəzi və yerli idarələr, universitetlər, ictimai cəmiyyət 
təşkilatları vasitəsilə  və  fərdlərin özləri tərəfindən həyata 
keçirilməkdədir. Lakin təşkilatlar arasındaki koordinasiya
mütəxəssis personal və maliyyələşmə çatışmazlığı problemləri 
davam etməkdədir.  
Gənclərin sərbəst vaxtında məlumat alması, bacarıqlarını 
artırmaları  və peşə qazanmaları  məqsədilə  tərbiyələndirilməsi, 
küçə  uşaqlarının və  əlillərin cəmiyyətə qazandırılması 


 
213
məsələləri ilə bağlı  səylər yetərsiz qalmaqdadır. Xüsusilə, 
gecəqondu qismində  və  ətraf yerlərdə bacarıq artırıcı  və peşə 
qazandırıcı 
fəaliyyətlərlə bağlı problemlər aradan 
qaldırılmamışdır. Bu problemlərlə yanaşı, qeyd edilməlidir ki, 
son vaxtlaq respublikamızda gənclərin asudə vaxtlarının 
səmərəli keçməsinə dair bir sıra layihələr həyata 
keçirilməkdədir. Nümunə üçün deyək ki, bu yaxınlarda 
“Xəmsə” intellektual oyun təşkil olundu. Bu çempionatda ölkə 
üzrə 400 komanda iştirak etdi. Digər oyun isə kompüter oyunları 
idi. “Bu vətən bizimdir” yay düşərgələrinin də  təşkil olunması 
gənclərin asudə vaxtlarının səmərəli keçməsi baxımından 
əhəmiyyətli olub. 
Hazırda, dövlətin gənclər siyasəti haqqında proqramın icrası 
bütün sahələr üzrə davam etdirilməkdədir. Cənab İlham Əliyev 
prezident seçildikdən sonra dövlətin gənclər siyasəti yeni 
mərhələyə  qədəm qoyub. Dövlətin gənclər siyasətilə bağlı  əsas 
məqsədi mənəviyyatı möhkəm,  əqidəli, vətənpərvər və eyni 
zamanda yüksək intelektə  və geniş dünya görüşə malik olan 
gənc nəsil yetişdirməkdir. 


 
214
NƏTİCƏ 
 
Müstəqilliyinin ilk illərində Azərbaycan Respublikasının 
qarşısında yeni tarixi mərhələ: dövlət müstəqilliyinin 
möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət 
qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq 
Qarabağ probleminin milli maraqlara uyğun həlli,  əhalinin 
təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi taleyüklü, 
mühüm tarixi vəzifələr məqsədə çevrilmişdir. Deyilənlər 
ardıcıl, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasət 
kursunun hazırlanıb həyata keçirilməsini və bu məqsədlə 
ölkənin intellektual və sosial-iqtisadi potensialından, ictimai-
siyasi qüvvələrindən səmərəli istifadə olunmasını  zəruri 
etmişdir ki, heç şübhəsiz, bu vəzifələrin həyata keçirilməsi 
prosesində dövlətin yeni mədəniyyət siyasətinə olan ehtiyac 
da özünü aşkar büruzə verdi. Lakin aktual və maraqlı olduğu 
qədər də mürəkkəb bir fenomen olan mədəniyyət sahəsində 
dövlət siyasəti yalnız nəzarətlə  məhdudlaşmırdı. Burada 
nəzarətdən çox mədəniyyətə qayğı  məsələsi prioritet təşkil 
edirdi. Həqiqətən də on yeddi illik müstəqillik dövründə 
dövlətin mədəniyyət sahəsinə  həsr olunmuş qanun, qərar və 
konsepsiyaların mövcudluğu dediklərimizin sübutu ola bilər. 
Müstəqil inkişaf mərhələsində cəmiyətin tərəqqisi mədəniyyət 
fəaliyyətinin bütün sahələrində, yaradıcılıq axtarışlarında və 
eksperimentə meyllərdə özünü daha bariz şəkildə göstərdi. 
Bu, mədəniyyət tarixinə münasibətdə, milli-mənəvi irsi 
mənimsəmək səyində, insanların fasiləsiz yaradıcılıq 
prosesində  iştirakında özünü göstərir. Müstəqillik illərində 
Azərbaycanda dövlətin mədəniyyət siyasətində  mənəvi 
dəyərlərə yüksək qiymət verilmiş, ona qayğı zərurəti ön plana 
çıxarılmışdır. Məhz belə bir mədəniyyət siyasəti nəticəsində 
Azərbaycan cəmiyyəti mədəni inkişaf vəzifələrinə uyğun 
gələn mədəniyyətin varislik prinsipini həm ümumsosial 
səviyyədə, həm də  şəxsi səviyyədə göstərərək mədəniyyəti 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə