192
ixtiyarlı edir ki, ədəbiyyatşünas alim Şamil Salmanovun bu
kontekstdə söylədiyi mülahizəyə haqq qazandıraq. “O, öz natu-
rası etibarilə müasir ədəbiyyatla bağlıdır, müasir ədəbiyyatla,
müasir ədəbi təfəkkürlə nəfəs alır, onunla yaşayır, buna görə də
o uzunömürlük ədəbi fəaliyyəti dövrlərində heç vaxt ədəbiyya-
tın köklü, aparıcı hadisələri və meylləri yanından sükutla keç-
məmişdir ki, bu bizə ondan həm də bir tənqidçi kimi da-
nışmağa kifayət qədər əsas verir”.
Kamal Talıbzadənin sırf ədəbi proseslə ilgili məqalələrinin
əsas predmeti yazıldığı dövrün ədəbi-bədii materialları olsa da,
ümumilikdə onlarda ədəbiyyatımızın koordinal problemlərinin
inikasını görə bilirik. Hətta çağdaş tənqidimizin kəsir və çatış-
mayan cəhətləri, zəiflik və inertlik hallarından bəhs edilərkən
belə adı çəkilən və sadalanan səbəblərin o dövr üçün də xarak-
terik olduğunu görürük: cəsarətsizlik, prinsipial tənqidçi möv-
qeyinin zəifliyi, tənqidçi-yazıçı münasibətlərində hökm sürən
disharmoniya, ədəbi prosesə azalan tənqidi marağı və s. və i.a.
Və əgər bütün bu səbəblər bu günümüzün tənqidi üçün də
xarakterik səslənirsə, deməli, Kamal Talıbzadə kifayət qədər
ciddi, narahat problemləri vaxtında duya bilmiş, onların diaq-
nozunu dəqiq müəyyənləşdirməyi bacarmışdır.
Bütün bunlar Kamal Talıbzadənin həyat və sənət qrammati-
kasında büllurlaşan və təsdiqini tapan düşüncə dünyasından
müəyyən etüd və ştrixlər idi ki, o, bunları əyaniləşdirməyə bir
ömür sərf etmişdir. Zamanınsa müəyyən etdiyi və bir çox də-
yərli sənətkarların şəxsində, simasında əyaniləşdirdiyi bir həqi-
qət var: o yaradıcılıq yaşayan və yadlaşmayan irsə dönür ki,
özündə mənsub olduğu xalqın ruhunu və potensiallıq dərəcə-
sini, ədəbiyyatın estetik və ideya-məfkurə məzmununu ehtiva
edə bilir. Kamal Talıbzadənin varislik haqqına tapınaraq yaz-
dığı əsərlər bu gün layiqli irs timsalında estafeti yeni nəslə
ötürür. Bu irsin sabaha boylanan üzü, gələcəyə yönələn istiqa-
məti onun zamanla yol yoldaşı olacağına, əsrlərlə yanaşı, müş-
tərək və müvazi gedişinə təminat verir.
193
“TƏNQİD DƏ VAR, MƏŞĞUL OLDUĞU
ƏDƏBİYYAT DA”
(Tənqidçi və ədəbiyyatşünas, Əməkdar Elm Xadimi, Şöhrət
və İstiqlal ordenli akademik Bəkir Nəbiyevlə 80 yaşının
astanasında edilən ədəbiyyat söhbəti)
E.A. - Ustad tənqidçi Yaşar Qarayev Məmmədcəfər Cəfəro-
va həsr etdiyi əsərində yazır ki, yaradan şəxsiyyətin, düşünən
zəkanın ömür dünyası həmişə bir fəsildə yaşanır: əbədi gənc-
likdə! Azərbaycanın ictimai həyatında, xüsusilə onun huma-
nitar düşüncə sisteminin qu-rulmasında xüsusi rolu, çəkisi olan
Bəkir Nəbiyev ömrünün 80-ci axarında özünü necə hiss edir:
“yol üstündə duran qoca dərviş ki-mi”, yoxsa “əlimdədir hələ
qələm” nidasının daşıyıcısı kimi?
B.Nəbiyev - Mənə, əlbəttə “qoca dərviş” sözləri daha uyarlı
görünür. Amma bu cümlədəki “yolun üstündə duran” mürək-
kəb təyininə bir düzəliş verərdim, onu “yolla gedən” sözləri ilə
əvəz edərdim. Çünki “yol üstündə durmaq” anlayışının bir “yol
kəsmək”, “mane olmaq” çaları da var. Bu çalar mənim indiki
durumumu, missiyamı ehtiva etmir. “Əlimdədir hələ qələm”
sözləri isə bu baxımdan mənə daha məqbul görünür. Doğrudur,
bu qələm indi, məsələn, on il bundan əvvəlki səmərə ilə işlə-
mir. Lakin Tanrıya şükürlər olsun ki, o hələ mənim əlimdədir.
E.A. - Deyirlər yaşa dolduqca insanı daha çox ömrün baki-
rəlik çağı, uşaqlıq dünyası özünə çəkir. Bəlkə elə “geriyə bax-
ma, qoca” imperativi burdan qaynaqlanır?! Həyatınızın bu ahıl
vaxtında uşaqlıq illərinin hansı xatırəsi öz mələk qanadları ilə
Bəkir müəllimin yaddaşını titrədir?
B.Nəbiyev - Sualı elə gözəl sözlərlə bəzəmisiniz ki, onun
bəkarətinə xələl gətirmək istəməzdim. Təəssüf ki, uşaqlıq çağ-
larımdan ən çox yadımda qalan qırmızı epoletli, qızılı düyməli
paltarlar geymiş qaragü-ruhçuların 1937-ci ildə gecə yarısı
bütün ailəmizi hələşan edib atamı apardıqları dəhşət anıdır.
Gördüyünüz kimi, burada uşaqlıq xatirələrimin o romantik mə-
lək qanadları yonulmuş, onları repressiya canavarının qanlı
pəncəsi əvəz etmişdir.
194
E.A. - Bəkir Nəbiyevin həyatı müştərək zaman və “mən”in
qütbündə qərar tutub: iki əsrin müasirinə çevrilib, iki ziddiy-
yətli epoxanın iştirakçısı olub və ən əsası, zamanın bu iki fərqli
mərhələsi sizin yaradıcılığınızda bir-biri ilə təzada girməyib,
həyat ritminizi pozmayıb. Bununla belə, B.Nəbiyev özünü
hansı əsrin adamı kimi hiss edir?
B.Nəbiyev - Bu baxımdan mən nə birinci, nə axırıncı, nə də
yeganə ziyalıyam. Sadəcə, onların arasında mən elə bir zümrə-
nin təmsilçiləri sırasındayam ki, 1930-cu illərdən üzü bəri
cəmiyyətdə baş verən, çox vaxt biri digərinə kökündən zidd olan
hadisələr bizim taleyimizdə də çox düyümlənib, daşlaşıb. Uşaq-
lıq, ilk gənclik, tələbəlik çağlarım, ilk və yeganə məhəbbətim,
elm sahəsində ilk addımlarım, Yazıçılar Birliyi və onun mətbuat
orqanları ilə əlaqələrim, nəşr olunan ilk kitabım, bir çox qadağa-
lara baxmayaraq, bəzi kapitalist ölkələrinə ilk səfərlərim keçən
əsrdə, daha dəqiq deyilsə: sosializm çağlarında boy göstərib və
əlbəttə, bunların heç biri unudulan deyil. Lakin mən indiki halda
müstəqil Azərbaycan məmləkətində yaşayıram və bu mənada
əlbəttə, XXI əsrin adamıyam; bununla da fəxr edirəm.
E.A. - Milli müstəqilliyimizi qazandığımız 1990-cı illərdə
ədəbiyyat-şünaslıq elmimizdə çox təbəddülatlar baş verdi: bədii-
estetik düşüncə də, onun elmi-tənqidi dərkinin meyarları da
əsaslı dəyişikliklərə məruz qaldı. Azərbaycan ədəbiyyatı tarixinə
yeni konseptual baxış formalaşmağa, klassiklərimiz, ədəbi irsi-
miz milli dəyərlər işığında, “türk təfəkkürü məcrasında” tədqiq
olunmağa başladı, mühacirət ədəbiyyatına, sovet dövründə
yaranan bədii dəyərlərə yanaşma me-yarları dəyişdi. Mənə görə,
mürəkkəbliyi ilə seçilən 90-cı illərdə B.Nəbiyevi alim-ziyalı
kimi səciyyələndirən başlıca amil sizin mühacirət ədəbiyyatının
tədqiqinin yeni istiqamət kimi əsasını qoymağınız oldu. A.İl-
dırım, M.Ə.Rəsulzadə, Ə.Cavad və bir sıra başqa “mü-hacirət
dostları” haqqında sistemli araşdırma aparmağınız sizin üçün
mənəvi təskinlik idi, yoxsa “itirilmiş intellekt və emosiya poten-
sialımızı” geri qaytararaq obyektiv ədəbi-elmi düşüncənin bərpa-
sına, reabilitəsinə nail olmaq məramı daşıyırdı?
Dostları ilə paylaş: |