218
Məhz bu amil, yəni millətin tərəqqi, şüur intibahı məsələ-
sinin problem kimi bu gün də yaşarılığı və diri qalması Aydın
Talıbzadə düşüncələrinin də əsas narahatlıq hədəfinə çevrilir.
Öz böyük sələfləri kimi o da daxili yanğı və etirazını nikbin
ovqat, satirik əhval-ruhiyyə ilə ifadə etsə də, yüz ildir dəyişməz
olaraq qalmağımıza qarşı qəzəb və üsyanını xitab kimi səslənən
bu fikirlə bəyan edir: «Nə qədər ki, danabaşlıq var, nə Mirzə
Ələkbər Sabir öləcək, nə Mirzə Cəlil; ac həriflər də daima
böyürlərində. Kişilər sappasağdırlar. Elə gün, elə saat yoxdur
ki, bizi deyib gəlməsinlər. Çünki nigarandırlar».
Ustad Ramiz Həsənoğlu və onunla eyni mənəvi məkanı
bölüşən Aydın Talıbzadə… Onların hər ikisi öz yolu olan və bu
yolla irəliləyən sənətkardırlar. Fəqət hər iki yolun son ucu sənət
adlı müqəddəs mehraba dirəndiyindən onların da yolları burada
kəsişir və qovuşur.
“Yolların görüşməsinin mütləqliyinə mən inanıram”.
Və bu yolların heç vaxt bitməyəcəyi gün işığı qədər mənə
aydındır. İçi sənət və axtarışla dolu insanlar üçün nə zirvə var,
nə də son.
219
SÖZƏ İNAM OLANDA
( V.Yusiflinin “Tənqid və bədii söz” kitabı haqqında)
Bu yazı duyğudan yarandı. V.Yusiflinin yenicə nəşr olunan
«Tənqid və bədii söz» adlı növbəti kitabını oxudum və sevin-
dim ki, söz deməyə hələ vaxtımız var. Sözü də məhz bu kitab-
dan, daha doğrusu, bu kitabda özünü həm məlum, həm də yeni
görüm bucağından tədqiq edən, fəqət bütün hallarda bizi öz
harmoniyasını pozmayan əsas, dominant meyara-ədəbiyyatın
çağdaşlığına və perspektivliyinə inandıran Vaqif Yusifli sözün-
dən başladım. Bədii sözü tənqidin gözü və gücü ilə dolğun-
laşdıran Vaqif Yusifli sözündən…
Kitabda müəllifin görkəmli sənət adamlarımız, korifeyləri-
mizin yaradıcılıq simasını canlandıran məqalələri, roman janrı
haqqında silsilə yazıları, ədəbi gəncliyin axtarışlarını işıqlan-
dıran fikirləri, iki resenziyası və ən nəhayət, ədəbiyyatımızın
son on ili-müstəqillik dövrünün ədəbi panoramını yaradan mü-
lahizələri əksini tapıb. Ümumiyyətlə, elmi qənaətləri, tənqidi
axtarışları və sistemli təhlilləri ilə dəyərli olan «Tənqid və bədii
söz» kitabında öz həllini tapan problemlər, prioritet mövzular
çoxdur. Bu mənada, V.Yusiflinin son kitabı haqqında söz
demək çağcaş ədəbi prosesin mühüm məsələlərini aktuallaş-
dırmaq qədər zəruridir.
Ədəbi portret V.Yusiflinin müraciət etdiyi janrdır.Bu kitaba
da müəllifin görkəmli söz ustaları haqqında düşüncələrini,
xatirələrini əks etdirən yazıları toplanıb. İlk üç məqalə ustad
şairimiz M.Füzuliyə həsr olunub, bir az poetik desək, V.Yusifli
oxucuları elə ilk dəqiqələrdən poeziyanın işığına toplayıb və
açılışa da Füzulidən başlayıb. «Axı dünyanın qəm yükünü dün-
yadan alan, cahanı dərddən təmizləyən karvanın adı poeziyadır
və onun da «karvan başçısı» Füzulidir»(Yaşar Qarayev). Odur
ki, istedadlı münəqqidin «ilham çırağını Füzuli şamından yan-
dırması» təbii, həm də simvolik görünsün gərək. Füzuli poezi-
yası V.Yusifli üçün hisslərinin, duyğularının tərcümanıdır, bir
220
ömür boyu davam edəcək yanğıdır, ruhi ehtiyacdır. Və bir də
yazıb-yazıb qurtarmayacağı, heç bir zaman son nöqtəsini qoya
bilməyəcəyi əzəli və əbədi mövzudur. Bu fikri mənə qarşımda
duran üç məqalə pıçıldadı. Və ona da əmin etdi ki, V.Yusiflinin
Füzuli haqqında yazdıqları yazacaqlarının heç yüzdə biri deyil,
görüləsi iş hələ qabaqdadır.
«Füzuli dünyası» adlanan birinci məqalə Füzuli-Həbibi poe-
tik bvağlılığını səciyyələndirə bilmək cəhətindən, «Ey cəfaçı
dünya» adlı ikinci məqalə isə «Leyli və Məcnun» poemasının
Şərq ədəbiyyatı tarixində müstəsna yerini təsbit etmək baxı-
mından orijinal və yenidir. Üçüncü məqalə «Bütün türk şairlə-
rinin babası» adlanır. Burada V.Yusiflini ədəbiyyatşünaslığı-
mızın «bir nömrəli Füzulişünasını» aramaq məqsədilə Füzuli
haqqında yazılan sanballı monoqrafiyaların, elmi tədqiqat əsər-
lərinin arasında görürük. Hər üç məqalədə V.Yusifli elmi
qənaətləri, dərin və aydın mülahizələri ilə Füzuli poeziyasının
trafaret təhlil orbitini yarıb müfəssəl işlənməsi gərəkən tədqiqat
mövzusuna giriş rolunu oynayır.
Digər sənətçilər-Ə.Kərim, Qabil, N.Həsənzadə, F.Sadıq,
M.Yaqub, İ.İsmayılzadə, A.Abdulladan bəhs edəndə də V.Yu-
sifli zahiri təmtəraq və əlüstü təhlil variantlarından istifadə
etmir. Onların yaradıcılıqlarına xas olan başlıca keyfiyyətləri
incəliklə arayıb seçir, fərdi üslub xüsusiyyətlərini açıqlayır,
ədəbiyyatımıza gətirdikləri yenilikləri qiymətləndirir və dəyərli
fikirlər söyləyir. Gözəl şairimiz Ə.Kərim haqqında yazır ki,
«Əli Kərim şeiri ilk növbədə fikirlə hissin, ürəklə beynin
vəhdətindən yaranıb. Burada hansının –fikrin, yoxsa hissin
aparıcı olması əsas rol oynamır. Onun hər şeiri mənalı fikir
əsasında yazılır, bu fikir yüksək şeiriyyətlə ifadə olunur».
Yaxud, «ruhumuzun şairi» adlandırdığı M.Gülgün poezi-
yüasına qiymət verərkən yazır: «Mədinə xanımın poeziyasında
Dərd, Həsrət, Ayrılıq…bu qəbildən olan sözlərin hər biri obraz
səviyyəsində şeir məkanına gətirilir. Bəzən bu şeirlərdə heç
Dərd, Həsrət, Ayrılıq sözlərinə təsadüf də eləmirik, amma o
şeirdə, o şeirin məna qatında həmin obraz yüksəlir».
221
Hələ XI əsrdə Xətib Təbrizi yazırdı ki, şeir haqqında
danışmaq onu yazmaqdan da çətindir. Bu çətinliyin öhdəsindən
V.Yusiflinin necə gəldiyini f.e.n. Güldəniz Qocayeva belə ifa-
də edir: «professional şeirdən söz düşəndə V.Yusifli ərkyana
bir sərbəstliklə danışır və söz meydanı daha da genişlənir. Özü-
nü azad hiss edir, özü də bilmədən şairləşir, şeirdən elə şeirin
dili ilə danışır».
Ədəbiyyatımızın yaradıcılıq problemləri qabardılan bütün
zamanlarda roman janrı ətrafında mübahisə və müzakirələr
geniş vüsətliliyi ilə seçilib. Bəlkə də janrın daxili strukturu,
tələbləri və əhatə dairəsinin özü problemin qloballığına yol
açır. «Tənqid və bədii söz» kitabında da V.Yusiflinin roman
haqqında mülahizələri mühüm yer tutur. Bəri başdan qeyd edək
ki, sərlövhənin altında əksini tapan «polemik qeydlər» ifadəsi
gələcək mübahisələrin intişarına və təşəkkülünə müəllifinin
artıq hazır olduğunu xəbər verir.
Bu mülahizələrdə V.Yusifli Azərbaycan romanının yaranma
tarixini, günümüzə qədər keçdiyi inkişaf yolunu izləyir, janrın
tarixi dövrlərinə baş vurur və onları mövzularına görə (tarixi,
müharibə, ailə-məişət) ümumiləşdirir.
Lakin V.Yusifli söhbət açdığı janrın adi xroqnoqrafı olmur,
onu müasirlik prizmasından qiymətləndirir, ədəbi tənqidin
təhlil süzgəcindən keçirir, hətta bir sıra məqamlarda- B. Bayra-
movun «Fəhlə qardaş», «Gün batanda», S.Bərgüşadın «Boz
atın belində», «Sıyrılmış qılınc», G.Fəzlinin «Kəhrəba işığın-
da», «Gecə günəşi», Ə.Mustafayevin «İsti külək», Ə.Babaye-
vanın «Səni axtarıram» kimi romanların təhlilində müəlliflərlə
mübahisəyə girməkdən də çəkinmir.Belə bir fikri də görk edə
bilir ki, ənənə ilə ənənəçilik bir-birini yaxşı mənada tamamla-
malıdır. Əgər ənənə məfhumunun kökündə varislik xüsusiyyət-
ləri durur, köhnə yeni üçün «təcrübi kurs» səciyyəsi daşıyırsa,
ənənəçilik kor-koranə təqlidlə bu qanunları qırır və əsərləri
həm forma, həm də məzmun gözəlliyindən məhrum edir.
Elə düşünülməsin ki, V.Yusifli mövzunun predmetinə yalnız
zəif, qüsurlu romanları cəlb edir.Yox, dövrün koloriti, əsrin
Dostları ilə paylaş: |