228
etmək, acıqlamaq, faş etmək... hədər yerə sərf olunan zəhmət
kimi mənasız bir işdir, ümumən, bədii mətnə yanaşmanın özü
elə olmalıdır ki, o, necə deyərlər, özü öz sirrini faş edib ortaya
qoysun, yaxud belə bir vəziyyətə gəlsin. Bədii mətnə “tənqid”
adında (təhlil, analiz, izah etmə...) qoşqu lazım deyildir, bədii
mətni vurub (ötüb!) keçmək, ona “şaquli zaman boyu” - gə-
ləcəkdən baxmaq gərəkdir“.
C.Yusifliyə görə, yaradılan hər hansı əsər göz, işarələr sis-
temi kimi doğulur. Buna görə də mövzu yaxud ideya ardinca
qaçmaqdansa tənqidçi ilk növbədə “məna”ya enməli, alt qatda
olan mahiyyəti oxucuya aşkarlamağa çalışmalıdır. Yəni, “oxu-
cuya əsərdə yer alan informasiyanı çatdımağa lüzum yoxdur,
tənqidçi məhz elə bir formal strukturu yaratmalıdır ki, bu əsərin
bətnində “hələ heç kəsə məlum olmayan sirləri bəlləyə bilsin “.
* * *
Poeziya bu gün C.Yusiflinin inam və qətiyyətlə tədqiq
etdiyi, az qala cərrah dəqiqliyi və həssaslığı ilə toxunub öyrən-
məyə çalışdığı bir sahədir. O, bəhs etdiyi şairin hər misrasının
məna qatını, gözlə görünməyən laylarını qaldırıb onları bütün
spektləri ilə görükdürməyə nail olur. Müəllif şərhlərində sözü
poeziyanın, şeirin özünə verir. Təhlil predmeti seçdiyi şeirin
canını, əsl mənasını (yaxud mənasızlıgını!) üzə çıxarmağa çalı-
şan tənqidçi bununla sanki meydandan geri çəkilir və üzə çı-
xarılmış məna (yaxud mənasızlıq) bütün mətn boyu gəzişmələr
edib, gerçəklik olduğunu isbatlamaqla özü məşğul olur.
* * *
C.Yusiflinin geniş kontekstdə tədqiq etdiyi sənətkarların
təsadüfi secilməməsi qənaəti dəqiqdir. İstər ”Azərbaycan
poeziyasında Əli Kərim mərhələsi“, istərsə də ”S.Rüstəmxanlı:
yaddaşın poetikası “ əsərləri Əli Kərim, yaxud S.Rüstəmxanlı
poeziyasını yeni formada təhlilə cəlb edən kitablar deyil,
bunlar həm də poeziyaya yeni bir baxış tərzidir, bəlkə də çiyin-
lərinə daha ağır yük götürmüş - ədəbiyyat tariximizin yenidən
yazılması, “oxunması” üçün material verən manifest səciyyəli
229
əsərlərdir. Hər halda müəllif “gəlişin missiyası”nı açıqlarkən
bildirir: “bu kitabın yazılmasının bir məqsədi də Əli Kərim və
ümumən XX əsr Azərbaycan poeziyası haqqında monoqrafik
tədqiqlərin yazılmasına yön verməkdir” və bu yolda ilk daşı
qaldıranlardan olduğunu da nəzərə çatdırmağı unutmur:,,Bizə
elə gəlir ki, Səməg Vurğun və Əli Kərim haqqında ən gözəl
əsərlər bundan sonra yaranacaq... Bu kitab o həsrətlə yazıldı...”
* * *
Bu kitab da o həsrətlə yazıldı: “S.Rüstəmxanlı: yaddaşın
poetikası”.
“Mən Sabir Rüstəmxanlının ədəbi prosesdəki yerini belə
görürəm - Nüşabə qalasının uçuq bürcü“ - yazır müəllif. Yox,
bu şairə verilən təsadüfi təyin deyil. S.Rüstəmxanlı xalqın
yaddaşına sadiq qaldığı və onun milli–mənəvi dəyərlərini
yaşatdığı, öz sözü və kökü üzərində ucaldıgı üçün bu torpağın
istənilən daşının, torpağının adı ilə adlanmağa haqqı çatır.
O, bu obrazı öz “Qan yaddaşı” ilə formalaşdırıb. Amma
“Nüşabə qalasının uçuq bürcü” C.Yusifli üçün “həm də yalnız
(bəlkə də) xüsusi olaraq seçilən insanların ömür sürməyə
göndərildiyi ilahi məskəndir”. Kimdir seçilən insan? Tanrıdan
bir pay özündə yaşadan, kosmosla rabitəsini üzməyən, onunla
daim ünsiyyətə can atan qeyri-adi varlıq. Əslində, şairliyin
sirrini özündə kodlaşdıran qanundur bu. Axı şairlik “nəyəsə
işarə edə bilmək “arzusuna çıxış xəttindən başlayır. Bu isə artıq
poeziyanın etiraz etdiyi nəmənəliyin, məchulluğun dərki nami-
nə dünyanın boz cevrəsindən təcrid olunub. İlahi gizlinlərinə
vaqif olmaq deməkdir və gərək secilən insan olasan ki, hakimi–
mütləq öz mübhəmliklərinin qapısını sənin üzünə açsın. Yoxsa,
hər deyəndə “Ömür kitabı” hasilə gəlirmi?
* * *
Uşaq vaxtı atamın əlində tez-tez qara-göy üzlü bir kitab
görərdim. Atam ədəbiyyat adamı olmasa da, mütaliəni çox sev-
diyindən bədii ədəbiyyatsız bir gün də keçinəmmirdi. Göy üzlü
kitaba atam nədənsə tez-tez müraciət edir, mütəmadi olaraq və-
230
rəqləyirdi. Sonralar, artıq onun kitabxanasının daimi üzvünə
cevriləndən sonra o kitabın S.Rüstəmxanlının “Ömür kitabı“ ol-
duğunu bildim, kitabla tanışlıqdan sonra isə çox şeyi dərk etdim.
Atam uzaq keçmişdə qalan uşaqlığını, itirdiyi gəncliyini tapmış-
dı bu kitabda. O, oxuduğu xatirələrin qanadında dünəninə dönə
bilirdi. Bilirdim ki, onun müəllifi də atam üçün qopub ayrıldığı
kəndin dağının, daşının bir parçası qədər əziz və sevimlidir.
S.Rüstəmxanlı “Ömür kitabı“ ilə “oxucu yaddaşının son dərəcə
həssas nöqtələrinə üz tutur”du. Ruhumuzun təzələnməyə ehtiyacı
olduğu bir dövrdə bu missiyanı reallaşdırmaq əsl hünər idi.
S.Rüstəmxanlı C.Yusifli ücün bu məqamda daha maraqlı, daha
dəyərlidir. Təsadüfidirmi, tənqidçi əsərin “Şairin portreti“ adlanan
hissəsində daha çox “Ömür kitabı”nın məhvərində fırlanır. Şairin
portretini onun şeirlərində deyil, “Ömür kitabı”nın şeiriyyətində
görükdürməyə çalışır. “Ömür kitabı” bizə “Anamın kitabı” qədər
doğmadır, gərəklidir. Amma bu kitab C.Yusifli ücün bir də ona
görə layiqlidir ki, orada vətənin, xalqın keçmişi, dünəni haqqında
həqiqət var, səmimiyyət var: “Sabir bu kitaba ruhundan keçən
taleyin yaddaşını köçürüb, ona görə də bu kitab həm tarix dir,
həm də tarix haqda sözdür. ...Vicdanlı tarix yazmaq üçün ”Ömür
kitabı”nı oxumaq gərəkdir.”
* * *
C.Yusiflinin kitablarını oxuyanda mənə elə gəlir ki, o, əslin-
də tədqiq etdiyi predmeti o məqsədlə seçir ki, ondakı dəyərlərə
istinadən dəyərsizliyə daha açıq meydan oxuya bilsin. O,
yaxşını üzə çıxarmağı meyar edərkən ədəbi prosesdəki naqis
meyllərin antitezasını yaratmış olur. Hələ bundan öncə çap
olunmuş “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi”
kitabında oxucu sözü gedən şairlə yanaşı, bütöv bir adlar sırası
ilə üz-üzə durur: Füzuli, M.Müşfiq, S.Vurgun, R.Rza, N.Hik-
mət, V.Mayakovski və.b. Yox, bu incələmələr Ə.Kərimi yalnız
öz dövrü ədəbi mühiti içində öyrənmək, yaxud onlar arasındakı
anoloji yanaşmaları üzə çıxarmaqdan ötrü edilmir. Müəllif bu
şairləri də kitabın qəhrəmanlarına çevirir. Onların ədəbiyya-
Dostları ilə paylaş: |