212
Nəticədə, “iki dahinin şərikli əsəri” (A.Kamyu), səslə sözün
qovuşuğundan ibarət bir şedevr qatılmışdı milli mədəniyyət
arsenalımıza. Bu gün bu arsenal daha bir müştərəkliyin -Ramiz
Həsənoğlu və Aydın Talıbzadə tandeminin uğurlu bəhrəsi olan
“Ustad və Ayna” kitabı, yolların qovuşuğundan yaranan
monoqrafik tədqiqat əsərilə tutum qazanır.
Hər iki tərəfi — istər tədqiqat obyektini, istərsə də tədqiqatçı
“mən”ini təmsil edən şəxslər unikal istedada malik, çəkiləri sə-
nət aləminə çoxdan bəlli personalardır və bir-birlərini peşəkar-
casına anlayıb peşəkarcasına duymaq üçün kifayət qədər po-
tensiya sahibidirlər. Bu anlaşma yalnız nəzəri-elmi düşüncənin
vüsəti ilə deyil, hər şeydən əvvəl sənətkar ruhlarının yaxınlığı,
daxili məhrəmliyin dərinliyi ilə ölçülür. R.Həsənoğlu gündəli-
yinin üçüncü bir obraz qismində kitabda iştirakı bu doğmalığın
və mənəvi ülfətin təsdiqidir. Üçüncü bir obraz - ona görə ki,
A.Talıbzadə “görünməyən” R.Həsənoğlunu yeni rakursdan biz-
lərə təqdim edir. Rejissorun bu vaxta qədər gizli, xəlvət saxla-
dığı iç dünyasını açmaq üçün A.Talıbzadə gündəlikdəki namə-
lumluğun qatını qaldırıb onu bütün spektrləri ilə görükdürməyə
nail olur: torpağa və kökə bağlı, folklora və muğama aşina,
sentimental romantikaya, poetik ənginliyə meylli və s. və i.
R.Həsənoğlunun mənəvi aləmini faş edən, onun gizlinlərinin,
daxili yaşantı və həyəcanlarının tərcümanı olan bu sətirlər
sanki bütöv bir ömürdən verilən “canlı reportaj” səciyyəsi da-
şıyır. «Həyat – andır, – deyib A.Çexov, – onu əvvəlcə qarala-
mada yaşamaq, sonrasa ağlamaya üzünü köçürmək mümkün
deyil». A.Talıbzadə tarixin özündə gizlədiyi həqiqətləri
gündəliyin qatları arasından gün işığına çıxarıb sanki yaşanan
ömrə dirilik suyu, yeni can verir, ötüb-keçən anlar, dəqiqələr
zamanın fırlanan çarxında geri qayıdır. Belə ki, oxucu A.Talıb-
zadə təhlilləri ilə rəsm edilən R.Həsənoğlu tamaşalarını “seyr
etməzdən” daha öncə, bu tamaşaların yaranma tarixçəsini, on-
ların araya-ərsəyə gəldiyi şəraiti öyrənir, rejissorun çətinlik-
lərini, həyəcanlarını duya bilir.
213
“Ramiz Həsənoğlu milli televiziyamızın fəxri tarixidir”. Bu
mənada, R.Həsənoğlu yaradıcılığının konseptual tədqiqi Azər-
baycan televiziyasının, milli teatrımızın qırx ilə yaxın bir döv-
rünü öyrənmək baxımından da əhəmiyyətli və gərəklidir.
Milli mədəniyyət tariximizin, eləcə də teatr tariximizin qırx
ilə yaxın bir dövrünə ayna tutan «Ustad və Ayna» monoqra-
fiyasının tədqiq sahəsi çoxcəhətli və polifonikdir. Belə ki,
qəhrəmanı Ramiz Həsənoğlunun təmsil olunduğu dövrü bədii-
estetik tapıntılarından, ədəbi-mədəni hərəkatından tutmuş adicə
geyim, dəb yeniliklərinə qədər xarakterizə edən A.Talıbzadə öz
ətraflı və hərtərəfli təhlilləri vasitəsilə rejissorun ətraf mühiti və
əhatə dairəsini də bütün tərkib və parametrləri ilə görükdürə
bilir. Anar, R.İbrahimbəyov, R.Rövşən, V.İbrahimoğlu, C.Qu-
liyev və başqa sənət xadimləri ilə R.Həsənoğlu arasındakı
qarşılıqlı münasibətlərə işıq salan, hətta bəzən bu münasibətləri
sona qədər çözən (məsələn, R.Həsənoğlu və V.İbrahimoğlu
tandemini) tədqiqatçı onları bir-birinə bağlayan müştərək iş,
əməl birliyindən bəhs etməklə yanaşı, həm də adı çəkilən şəx-
siyyətlərin hər birinin milli düşüncə sistemimizdə tutduqları
mövqeyini, bir sənətkar olaraq gördükləri işlərin məzmun və
miqyasını yetərincə dəyərləndirməyə müvəffəq olur.
Teatr, teatr fikri və müəllif gündəliyindən qeydlər “Ustad və
Ayna”da üzvi bir rabitə ilə birləşir. Üstəgəl, A.Talıbzadə
təfəkkürünün heç bir yerdə ehtiyatı əldən verməyən özünə-
məxsusluğu – adını adilikdən çıxarıb onu sonsuzluğa, axır ça-
larlarını görükdürməyə qədər yozmaq, polifonik obrazlarını ya-
ratmaq... Aydın Talıbzadə, ümumiyyətlə, bir estetik kimi
simvolik, mistik görüntüləri üzə çıxarmağa meyllidir. O, yanaş-
dığı predmetdə adini yox (onu ki, hamı görür), qeyri-adini, heç
kəsə bəlli olmayanları tapıb faş etməyə çalışır. R.Həsən-
oğlunun həyat və yaradıcılıq bioqrafiyasında isə belə qeyri-adi
nəsnələr yetərincədir və onu “oxuyan” gözə çox asanlıqla gəlir.
Hətta paradoksaldır ki, Aydın Talıbzadə bəzi məqamlarda
sanki bundan qaçır, hər şeyə mistik don geyindirməkdən elə bil
214
ki, çəkinir. Baxmayaraq ki, hadisələr, gerçəkliklər sırası və
oxşarlığı özü bu mistik yozumu ehtiva edir. “Ha deyinən ki,
mən mistikaya inanmıram. Fakt qarşısında qalanda neyləyə-
cəksən?” Beləcə bəlkə də bu vaxtadək R.Həsənoğlu üçün (elə
bizim üçün də!) sosial dünyanın elementar məişət faktı sayılan
çinar, telefon kimi predmetlər qeyri-adilik səciyyəsi alıb
özümləşir, müstəsnalıq hüququ qazanır.
“Azərbaycan Poeziyası Xan Çinardı…
Bir gün Ramiz Həsənoğlunun resissor ruhunun üstünə bu
xan çinarın yarpaqları arasından bir işıq şüası düşdü və onlar
qoşalaşıb teleməkan içrə yola çıxdılar”.
Hələ orta məktəbdə oxuyarkən Elçinin “Hönkürtü” adlı
hekayəsinin mütaliəsi ruhuma qəribə bir ovqat aşılamışdı.
Mənə maraqlı idi. Qəhrəmanın içini tökməyə, onun günahlarını
etiraf etməyə, “ürəyini yeyən nigarançılıq hisslərini” bölüş-
məyə təkan verən qüvvə kimi niyə məhz çinar ağacı predmet
seçilirdi? Onda hələ bilmirdim ki, “Altmışıncıların yaratdıqları
mənəvi, ruhsal dəyərlər sistemində Ağac təmizlik, saflıq rəmzi
kimi, təbiətin özü kimi, dirilik simvolu kimi mənimsənilmiş”.
İndi budur… Aydın Talıbzadə iç dünyasına baş vurduğu
ömürdən o anı seçib əvvələ gətirir ki, onu mərhələ-mərhələ
çözdüyü yaradıcılığın bakirəlik rəmzi sayır, yaşanılan həyatın
təmizlik və paklıq dərəcəsinin göstəricisi hesab edir.
Başqa cür də eləyə bilərdi, tam ixtiyar sahibi… Bir halda ki
“R.Həsənoğlunun telefəaliyyəti tarixində sayı 200-ü keçmiş
verilişlərin təqribən üçdə ikisi poeziya ilə ilişkilidir”, xrono-
lojiyə zidd getməyib, eləcə yolu əvvəldən sona doğru addım-
layardı, “Üç çinar yarpağı”na qədər olan dövrə səpələnən poe-
tik ruhlu verilişləri təhlilə çəkərdi. Yaxud, daha “ciddi”, ağır və
təmtəraqlı mərhələ kimi səciyyələndirdiyi “məxməri silsi-
ləsi”ndə rejissorun hasilə gətirdiyi o tamaşanı götürə bilərdi ki,
orada artıq Ustad var, yetişmiş, püxtə sənətkar var. Lakin
Aydın Talıbzadə üç şairin, “üç çinar yarpağının” - V.Səməd-
oğlu, R.Rövşən və V.Cəbrayılzadənin bulunduğu videofilmin
dəyərini təqib qılıb onu yuxarı başa keçirir.
Dostları ilə paylaş: |