253
Gənc nəsil bu gün özünüdərk məsələsinə daha çox vaxt ayırır
və məhz, keçib gəldiyi zamana baxış, qayıdış fonunda mənəvi
böhran yaşamış özünün obrazını ədəbiyyata gətirir. A.Kamyu-
nun “Qiyama qalxan insan” essesində belə bir fikir var: “Yal-
nız azadlıq uğrunda ölməyin mənası var, çünki bu zaman insan
inanır ki, o, tamamilə ölmür”. Əslində, azadlıq uğrunda müba-
rizənin məğlubiyyətlə sonuclanması da eyni məna tutumu ilə
düşündürür, insanı inandığı ideallardan vaz keçməyə qoymur.
“Mustafa” romanında da müəllif ona çalışır ki, məğlubiyyətə
müncər olmuş insanın fərdi taleyi timsalınsa idealların, mübarizə
hissinin ölmədiyinə bizi inandırsın. Amma inandıra bilirmi?
Əsərin proloqunda qeyd olunur: “İnsan yaşantısı dərhal ədə-
biyyatda əks olunursa ədəbi əsər özündən çox şey itirir. Üstündən
nəfəs dərəcək qədər zaman keçməlidir. İllərlə beynimdə möhkəm-
lənmiş bu düşüncəyə sadiq qalaraq başıma gələn hadisələri səkkiz
il sonra yazmağa qərar verdim.” Doğru fikirdir, dövrün kon-
septual dərki, daha dərin qatlara eniş üçün müəyyən nəfəsdərimə
ehtiyac var. Digər tərəfdən, roman janrı insanın zamanla bağlı-
lığını dolğunluqla bədii təcəssümün mərkəzinə çəkmək üçün əl-
verişli imkanlar yaradır. Lakin janrın tələbləri kontekstindən
yanaşdıqda “Mustafa” romanında müəyyən kəsirlər nəzərə çarpır
və bu qədər zaman fasiləsinə, əsərdə yer alan maraqlı detallara
rəğmən əsər roman səviyyəsində gerçəkləşmir.
Məsələ bundadır ki, Mustafanın təkliyi, tənhalığı əsərin qa-
yəsi kimi götürülür, bu sırada qəhrəmanın sevgisi, siyasi fəaliy-
yəti, dostlarla münasibəti, hətta şəhər həyatı - Bakıya, Əli-Bay-
ramlıya dair səhnələr də ümumi olaraq, bu tənhalığın kölgə-
sində təqdim olunurlar. “Mustafa” romanının məqsədi də elə
budur, sosial-mənəvi problemlər qaldırmaq, insanın sosial fərd
olaraq tənhalığını göstərmək. Fəqət romanda idraki məqamlara
varılmır. Mustafanın tənhalığının səbəbləri, üzləşdiyi problem-
lər, ideallarının məğzi-məğlubiyyəti nəsr fakturası ilə gerçək-
ləşmir. Əvəzində, əsərdə nəql olunanların təfərrüatlı inikasına
varmaq əvəzinə səthi təsvirlər, ümumi cümlələrlə ötüb keçilir,
roman strukturuna məxsus obraz, hadisə, situasiya yaratmaq
əzmi isə hiss olunmur.
254
Əsər boyu qəhrəmanın publisist düşüncələrinin, eləcə də
dünya yazıçı və filosoflarından sitatlar fonunda Mustafanı
müxtəlif situasiyanın iştirakçısı qismində görürük. Amma
bütün bu situasiyalarda sosial gerçəklər əsərə birbaşa daxil
edilir. “Nə qədər şeyi yanlış anlamışdım, nə qədər sadəlövh
olmuşdum, yalanlara nə tez inanmışdım, həqiqəti nə gec başa
düşmüşdüm. Bizə yalan söyləmişdilər! O yalanı açıb-ağardana
qədər çox əziyyət çəkdim.” Bütün əsər boyu müəllifin tapdığı
həqiqətin nə olduğu bizi də düşündürür, lakin qəhrəmanın
sosial ümidsizliyinin motivlənməsini görmürük. Bu mənada,
əsərin sonunda Mustafanın Əkbərə dediyi fikirlər oxucunu
çaşdırır: “Bax, Əkrəm, o şəhərə gedirsən. O iblis cəmiyyətin
növbəti qurbanına çevrilməməyin üçün yetişdirdim səni. Sən
mən olmayacaqsan. Bunu bilirəm. Buraxdığım səhvlərin səbəb-
lərini anlamışam mən. O səhvləri bir-bir sənə izah da etmişəm.
Amma bilirəm, sən də səhvlər edəcəksən. Həyat riyaziyyat
deyil ki, dəftər-kitabla öyrənəsən. Həyat həm kitabdır, həm də
laboratoriya.” Mustafanın kədəri və tənhalığı doğrudan da bu
qədər dərin imişsə, bəs niyə əsər boyu bizi tərpətmədi? Çünki
romanın həcmində o ağrını yaşamağa müvəffəq olmuruq, Mus-
tafanın həyat yolu dərin bədii idrak obyektinə çevrilə bilmir.
Əlbəttə, təfsilatın reallığı bizdə şübhə doğurmur, o cümlədən
Mustafanın uğursuzluğu və məğlubiyyəti bizi acıdır, amma
sarsıtmır, düşündürmür. Bu hansı məğlubiyyətdir? Mustafanın
o qədər də dərin hisslərlə bağlanmadığı sevginin alınmaması-
mı, yoxsa əsərdə xəsis boyalarla təsvir olunan siyasi fəaliyyə-
tinin uğursuzluğumu? Əgər bunlardırsa, bu səbəblər əsərdə tu-
talğası yox kimi görünür. Müəllifin faciəvi-dramatik məzmun
verməyə çalışdığı sevginin qəhrəmanı da, sonradan həmin qəh-
rəmanın inqilabçı ədada bulunması da əsərə deklarativ şəkildə
daxil olur. Çünki hər iki məqama gətirən problem-situasiya
primitiv təsir bağışlayır. Bütün əsər boyu sadəlövh görünən
Mustafa son səhnədə birdən-birə böyüyür, əxlaqi-didaktik not-
larla danışır, həyata seyrçi-fəlsəfi baxışlarla nəzər salır: “Səni
bura çağırmaqda bircə məqsədim var. Həmişə ürəyinin səsini
255
dinlə. Səhv etməkdən qorxma. Həyatda məqsədlər çoxdur, va-
sitələr var. Məqsədə çatmaq əsas deyil, əsas ona sarı getməkdir.
Əsas hansı məzhəbə qulluq etməyin deyil, ona nə qədər səda-
qətli olmağındır. Əsas məqsədə çatmaq deyil, məqsəddən sarp-
mamaqdır.” Əlbəttə, bu böyüməni müəllif oxucuya vəd etmiş-
di: “Mustafa hələ böyüməmişdi. Amma mütləq böyüyəcəkdi.”
Fəqət roman qəhrəmanının böyüməsi, daxili-mənəvi inkişafı
əsərin hərəkət trayektoriyasında cızılmır. Məgər bədii obraz
həm də yaşam deyilmi? Ki, onun mənəvi dünyasından keçib də
orda, qəhrəmanın iç duyğularında özünü, keçmişini, yaşantı-
larını tapa biləsən?!
“Mustafa”nın düşüncələri, hadisələrə yanaşma və münasi-
bəti, Azərbaycan insanına və məkanına dair mülahizələri sivil
mövqeni, mütərəqqi dünyagörüşü qabardır, nominal səviyyədə
müqayisələrə də yol açır. Belə ki, əsərdə müqayisə yalnız
Şərqlə Qərb arasında deyil, elə Şərqlə Şərq arasında aparılır.
Türkiyədəki azad həyat tərzinin, təhsilin, tələbə həyatının üst-
ünlükləri bu müqayisənin təcəssümü kimi təzahür edir. Həmçi-
nin din, cəmiyyət, dövlətçilik qanunları, idarəediciliklə bağlı
düşüncə sırası əsərdə bir məqam, reaksiya olub keçsə də bu
mövzularla bağlı Mustafanın intellektual-təfəkkür aləmi bizi
qane edir. Bu kontekstdən yanaşaraq əsərdəki sosial-mənəvi
çalarların vüsət almasını gözləyirik. Lakin Mustafa nəinki
cərəyan edən hadisələrin, həmçinin özünün daxili təlatümləri-
nin məğzinə yetmir, onların daha çox zahiri şəklini çəkməklə
kifayətlənir. Bu təbii ki, müəllifin üslubi xüsusiyyəti, onun
analitik təhkiyəyə meylinin zəifliyi ilə bağlıdır. Çünki qəhrə-
manın zamanının, mühitinin sosial-əxlaqi panoramının dolğun
inikasını vermək gərəkirdi. Bir halda ki, mühit, sosial-siyasi
toplum, əxlaqi-mənəvi tənəzzül insanı öz ideallarını realizə
etmək yolunda əngələ çevrilir, o zaman problemin ictimai
mahiyyətinə müdaxiləni dərinləşdirmək, onun sosial-psixoloji
köklərini incələməklə mündəricə mənalılığına yetmək olardı.
Dostları ilə paylaş: |