Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   66   67   68   69   70   71   72   73   ...   78

243 
Tanrı və əbədiyyət səviyyəsinə ucalda bilsin”. Amma Allah bu 
işin o qədər də asan olmadığını anlayıb və ona görə  də Yer 
üzünə  şairləri göndərib. Göndərib ki, məhz onlar insanlara bu 
borcun mahiyyətini başa salsınlar, “Tanrı  və  əbədiyyət səviy-
yəsinə ucalmağın” yollarını göstərsinlər. Şairin bu ilahi missiya-
nı hansı  səviyyə  və mükəmməlikdə  təmsil etməsi haqda əsas 
zəmin və  təminatçı isə, onların yaratdıqları  sənət nümunələri 
olur. Məhz “ruhunu tanıyıb, dərk edib, sənəti yaradan” sənət-
karın poeziyası insana “kamilə çevrilmək” və “Tanrıya baxmaq” 
imkanı qazandırır. Aqşinin şeirləri də beləcə, içindən keçib, səni 
sənə  dərk etdirmək və Tanrıya qovuşdurmaq gücünə qadirdir. 
Bu  şeirlərin daha bir gücü isə ondadır ki, insanı katarsisə  − 
ruhun təmizliyinə və tövbəyə - qəlbin etirafına gətirib çıxarır. O 
dərəcədə ki, ruhunu haqqın mühakiməsinə verməzdən öncə diz 
çökür və deyirsən” “Allah bizi bağışla, bağışla”... 
 
 
 


 
244 
OYUN İÇİNDƏ OYUN,  
YAXUD İÇİMİZDƏKİ AKTRİSA 
 
(İlqar Fəhminin “Aktrisa” və “Akvalanq” əsərləri barədə
 
Bu gün nəsrimizdə yaxşı mənada bir canlanma, dirçəliş hiss 
olunmaqdadır. Yaxşı mənada ona görə ki, on il, on beş il əvvəl 
keşid dövrünün yaratdığı müəyyən nəfəsdərim, içəçəkilmə 
prosesindən sui istifadə edərək bu sahədə at oynadanların sayı 
artmışdı, sxolast bədii düşüncənin, antiestetik bədii zövqün 
məhsulu olan əsərlər  şedevr nümunəsi kimi oxucuya sırınırdı. 
Əlbəttə, bu proses indi də davam eləyir və olsun ki, nə  qədər 
ədəbiyyat yaşayır, anti-sənət sənəti daim kölgə kimi təqib 
edəcək. O da məlumdur ki, silsilə resensiyalar çeşidi, hay-küy 
kompaniyası əsərin uğurunu təmin edən əsas meyar deyil. Çox 
əsərlər var ki, səssizsə içinə  çəkilib ona göstəriləcək dəyərin 
zamanını gözləyir. Və çox müəlliflər var yazır,  əsərini oxucu 
ixtiyarına buraxaraq gözləmə mövqeyi tuturlar. Bilərək ki, 
əsərləri onlara qayıdış mütləqliyini zəruri edəcək. Ilqar Fəhmi bu 
sıradan olan (sıradan biri olan yox) yazıçıdır. Ən yeni nəsrin hə-
yat hadisələrinə, reallıqlara özünəməxsus rakursun, baxış bu-
cağının müəyyənləşməsində İlqar Fəhminin müstəsna yeri var.  
İlqar Fəhminin yazıçı  dəst-xətti özündə  həm  şair, həm də 
tərcüməçi istedadını ehtiva edir. Elə nəsrindəki həssaslıq, insan 
hisslərinin  ən məhrəm nöqtələrinə,  ən mübhəm məqamlarına 
varmaq  şəriştəsi də birbaşa  şairliyindən gəlir. Ilqarın nəsri 
özünəməxsus çalarlara malikdir, bir çox əlamətləri ilə  nəsil-
daşlarından seçilir. Onun nəsrində  ən üstün əlamət,  ən uğurlu 
göstərici müəllifin dilidir. “Dünyagörüşündən və digər özəl 
ayrıntı və xüsusiyyətlərdən asılı olmayaraq bədii mətn yaradı-
cılarını bir araya gətirən də, onları ayıran da DİLdir.  Əlbəttə, 
dilə münasibət yox (sən onsuz da varlığınla dilə münasibət-
dəsən...), qurduğun mətndə  təbii dili necə, hansı  səviyyədə 
diriltmək, canlandırmaq, hamının malı olan dili hamıdan, hər 
şeydən təcrid edərək ifrat dərəcədə özününküləşdirmək, başqa 
sözlə, onu bədii mətn səviyyəsində yenidən yaratmaq məna-


245 
sında.” (C.Yusifli. Ədəbiyyatda yaşamağın formulu. Bakı, 
“Nurlan” nəşriyyatı, 2003, səh. 142) Dil-əsərin sütunudur, bə-
dii  əsər nə  qədər kamil ideya-məzmun, poetika-sənətkarlıq 
xüsusiyyətlərinə malik olursa olsun, dili səlis deyilsə,  əsərin 
bədiilik məziyyətini bəri başdan zərbə altına alır. Müəllifin 
təhkiyəsində, nəsr dilində obrazlı düşüncənin və  mənalandır-
manın təzahürü sayəsində hakim olan lirik ovqat birbaşa hiss-
lərimizə sirayət edə bilir.  
Ilqar Fəhminin “Aktrisa” və “Akvalanq” əsərləri fərqli 
mövzular üzərində qurulub.”Aktrisa” əsəri bank prezidentinin 
qətli ilə başlayır və sona qədər bu hadisənin araşdırılması əsas 
predmet olaraq qalır. “ Akvalanq” əsəri isə gənc bir ailənin yay 
vaxtı bağda istirahətləri zamanı baş verən qeyri-adi, əyləncəli 
bir hadisəni sərgiləyir. Ikinci əsər müəllifin təbirincə desək, 
yüngül bir yay oyunudur. Əslində elə birinci əsəri də yay oyu-
nu hesab eləmək olar. Amma qorxulu oyun. Burada da ha-
disələr yay vaxtı, bağ istirahəti zamanı baş verir. Qətl hadisəsi 
ilə başlayan, insanı təşviş və həyəcan işərisində saxlayan “Ak-
trisa” povestinin sonunda məlum olur ki, sən demə bütün bu 
həyacan və qorxunun arxasında qəhrəmanlarin “düzənlədiyi” 
yüngül, amma qorxulu bir yay oyunu dururmuş.  
Hər iki əsər mistik haləyə bürünüb, oxucunu məchulluğa, 
sirli-sehirli aləmə aparır. Özü də bu məchulluğun səbəbkarları 
elə insanlar olur ki, təəccüblənməyə bilmirsən. Cinayət törə-
dilən bir məkanda, hadisədə şübhəli qismində güman edilənlər 
sırasında ən son ağıla gələn şəxs yazıçı ola bilər. Amma sonda 
bəlli olur ki, hər iki cinayəti törədən də elə  həmən bu yazıçı 
imiş. Ailəli bir qadına dənizdə macəra yaşadan, onunla gizlən-
paç oynayan kim ola bilər axı?  Ən az güman doğuran, ümu-
miyyətlə  ağıla gəlməyən  şəxs qadının  əri Azaddır. Axı o, 
rəssamdır, bütün günü heç kimə, hətta sevdiyi qadına belə lazı-
mınca məhəl qoymadan ona sifariş olunan Peyğəmbər  şəklini 
çəkməklə məşğuldur. Bir də axı bu cür oyunlar çox zaman ailə, 
nigah qapısından içəri daxil olduqdan sonra bitir, əlçatmazlıq 
qurtaran yerdə qeyri-adi macəra axtarışına maraq da sonuna 
varır. Necə demişlər:”Ailə  dəniz görüntüsüylə başlayan səhra 


 
246 
kimidir.” (Günel Mövlud) Amma sən demə başqa cür də olur-
muş, necə ki, sonda məlum olur ki, bütün bu sərgüzəştlərin ar-
xasında duran insan elə qadının öz əri imiş. Heyrətamiz final... 
Bu anda əsərin məchulluğa bürünən çevrəsinin biri açılıb da 
digəri üzümüzə bağlanır. Bir qədər  əvvəl nədən təəccüblən-
məyimizin özü belə sual doğurur: məgər yazıçı cani ola 
bilməz? Axı bir ifadədə deyildiyi kimi “elə insanlar var ki, səs-
siz cinayət daşıyır”. Yaxud, polifonik fantaziyalar yaradan, 
çəkdiyi rəsmlərlə insanları  həyatın adiliyindən, bozluğundan 
təcrid edib ilahi lallığa aparan, sehrə salan rəssam sevdiyi 
qadını darıxmasın deyə onun həyatını rəngə boyaya bilməz? 
Yeni dövrün- müstəqillik epoxasının nəsrini səciyyələndirən 
əlamətlərdən biri onun qadın dünyasını bütün iç tərəfləri- sərt 
psixologizmi və fəlsəfi dramatizmi ilə sərgiləməsi oldu. Yəni, ” 
bir var emansipə olunmuş qadını məxsusi vurğulayasan, bir də 
var zamanı  gələ-onu eləcə  təsvir edəsən...” (T.Əlişanoğlu. 
Nəsrdə “qadın diskursu” Tənqid.net jurnalı, 2008, N-5, səh.91) 
İlqarın nəsrində qadın öz duyğusal aləmi, ruhi-mənəvi yaşantısı 
və banal ədası ilə haşiyəsiz-boyasızdır.  
Hər iki əsərdə qadın yaşamının ekzistensiyası yaradılır, 
müəllif üslubunun özünəməxsus təsvir bacarığı sayəcində 
naturfəlsəfi məqamlara diqqət yönəltməklə qadının ruhsal dün-
yası və mənəvi yaşantısını ictimai-psixoloji müstəviyə çıxarır.” 
O, ailə üçün yaranmamışdı. Laləylə yaxınlıq həm maraqlı, 
bununla bərabər həddindən artıq ağır idi. Onun çox qəribə, 
qeyri-adi xasiyyəti vardı. Elə bil ki, hər gün tamam ayrı adam 
olurdu. Gözlənilməz qəribə  hərəkətlər, qeyri-adi istəklər onu 
çox cazibədar göstərsə  də, bu, onunla normal ailə  həyatını 
mümkünsüz edirdi.” (“Aktrisa” əsəri) Onun hər iki əsərinin ar-
xasında qadın təkliyi, tənhalığı dayanır, gündəlik, real həyatın 
bozluğundan yorulan, adi məişət tərzinin yaşantılırından bezən 
hər iki qadının xarakterik cizgiləri, iç dünyaları, mənəvi aləmləri 
onların romantika axtarışı proseslərində, bəsitlikdən, yekrənglik-
dən qurtulma çabalarında daha qabarıq görünür. Gəl ki, bu çabalar 
heç də həmişə uğurla nəticələnmir. “Aktrisa”dakı qadına bu oyun 
sərgüzəştləri ona ərinin və özünün ölümü bahasına başa gəlir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə