107
ovqatla, ondakı radikal mövqe ilə müqayisə eləmək də olar.
Həmin dönəmdə poetik fikrimzi zəbt edən, daha dərinlərə
işləyən balta, kəsər indi daha çox etirazı sakit, həlim şəkildə
deyib keçmək ədasına verib.
Gənc şair Qismətin 2011-ci ildə işıq üzü görən “Meqapolis
hüznləri” kitabındakı şeirlər “sürətlə meqapolisə çevrilən Bakının
yeni kodlarını, şifrələrini nişan verir.” Qismət şeirlərində yeni
dünyanın, yeni insanın, yeni Bakının poetik lövhəsini yaradır. Bu
sadəcə, təsvir etmək, az qala hamımıza tanış mənzərələrin,
problemlərin, lövhələrin sözdə sərgilənməsi deyil, bu həm də
poeziyanın yeni düşüncə, yeni poetik nəfəs orbitindən zamana
çıxışıdır. Qismətin şeirlərində Bakının obrazı ictimai-siyasi, sosial
müstəvilərdən şeirə gətirilir. Onun etiraz elədiyi yeniliyin alt
qatında biz köhnə Bakının portretini görməyə müvəffəq oluruq.
Qismət heç nə demədən oxucunu o qədimliyə apara bilir. Sanki
bu nostalji duyguları misraların içinə hörülür, o qədər ki, qal-
dırılan hər layın altında bu hissləri duyub yaşamamaq olmur.
Nədir səni belə qəfil dəyişən,
De, görüm tufanmı qopub içində ?
Sən ki, qocaldıqca lap gözəllləşən,
Gözəl bir qadınsan şəhər cildində…
Götür bu dəsmalı sil o boyanı,
Səndən olmayana daha qoyma qol.
Tulla geyindiyin o dikdabanı,
Bir az balaca ol amma Bakı ol.
“Deyilişin tonu, münasibətin tipi elədir ki, mətn deklama-
siya çərçivəsindən çıxır, ittiham aktı olmur, yəni bu hər gün baş
verən hadisələrin ruhumuzda kəsişmə yeri deyilən fikirlərə
nöqtə qoymur, alt qatdakı dərin məzmunun üzə çıxmasına yar-
dımçı olur. Klassik şeirdəki “ikimərtəbəlik” burada da özünü
göstərir, bir mərtəbədə seyrçi təsvir, o birində heç kəsə sırımaq
istəmədiyin düşüncələrin. Qismətin səmimiliyi, onun hadisəyə,
təsvirə münasibətində aydın şəkildə nəzərə çarpır.” (C.Yusifli)
108
Çırpmır ! üstündəki torpaqdı, gildi
Qanmır ki, o əvvəl belə deyildi,
Bir Allah bilir ki, son neçə ildi
Xəzərdə üzünü yumur bu şəhər
Hər tində ümidə bir qəbir qazan,
Adama xəcalət çəkdirən şəhər.
Şairi acından şeirlər yazan,
Mollası villalar tikdirən şəhər
Neyləyim sevməyə bilmirəm səni…
Qismətin əksər şeirləri Bakıdan, burada müşahidə etdiyi ha-
disələrdən, yaxud içərisində yaşatdığı duyğularından, həyat,
ölüm və dünya ilə bağlı düşüncələrindən yaranan şeirlərdir.
Qismət bu şeirlərdə, hətta ictimai məzmunla dolu şeirlərində
belə heç bir hay-küy salmadan sadəcə müşahidəçi mövqeyi
tutur, naturallığın duyumunu verməyə çalışır , hadisələri, ger-
çəkləri, yaşadıqlarını şeiri ölçüsündə, məna dərinliyində ifadə
eləməyə nail olur. Hətta baxın, təbiətin ən gözəl hadisələrindən
olan yağış məfhumuna gənc şairin yüklədiyi bəşəri çözüm nə
qədər maraqlı və məzmunludur:
Yağış səhərəcən yağsın şəhərə,
Hamının dərdini yusun aparsın.
Quşlar qonaq gəlsin mavi Xəzərə,
Balıqlar evinə yosun aparsın...
Ölüm qapımıza elə gəlsin ki,
Birini alanda, biri qayıtsın...
Uşaqların üzü elə gülsün ki,
Mərmilər utanıb geri qayıtsın.
Yağış səhərəcən yağsın şəhərə,
Titrəsin evlərin navalçaları...
Yağmur mələkləri enmişkən yerə,
Verək aparsınlar tapançaları...
109
İlk baxışda yağışı təsvir və tərənnüm təəssüratı yaradan bu
şerin mahiyyətində təbiətə baxışımıza yeni rənglər, çalarlar
əlavə edən, onları yeni biçim və ahəngdə sərgiləyən motivlər
var. Bu yenilik mahiyyətin tam ayrı biçimdə dərk edilməsi və
bədii mətnin hər bir canlı toxumasının içində dəyişiklik yarat-
masıdır. Şerdəki vəzn, musiqilik sözün sirayət gücünü birbaşa
hisslərimizə yeridir, ondakı mövcud assosiasiya təfəkkür tərzi-
mizi hərəkətə gətirir, daha sonra beynimizə, düşüncəmizə yeni
məna, məzmun aşılanır, o qədər ki, oxucunu yağışın möcüzə
yaradacağına, onu ağrılardan qoparacağına inandıra bilir.
Qismətin şeirlərində sosial-ictimai narazılığın ünvanı hələ
şəhər obrazında üzə çıxırsa, R.Rövşəndə bu kontekst vüsətlənib
vətən miqyasını alır. Son illər Ramiz Rövşənin yaradıcılığında
müşahidə elədiyimiz qəzəb, sərt mövqe onun demək olar ki, bü-
tün ictimai məzmunlu şeirlərinin əsasını təşkil edir. Şairin
“Təpədən dırnağa hirs içindəyəm”, “Azad qadın heykəli”, “Nə
gündəsən, Vətən” kimi şeirlərində şairin qəzəbinin, narazılığının
ünvanlandığı hədəflər məlumdur. Cəmiyyətin sosal ziddiyyətləri
və neqativləri. O qədər ki, şairin hətta dilənçi bir qadını belə
şeirinin predmetinə çevirərkən bu ziddiyyətlərin fonu, peri-
feriyanı deyil, əsas dominanat müstəvini zəbt etdiyini görürük.
Mənim daş olmağa yoxdur həvəsim.
Daş olub lap ulu Füzulinin də
Yanında durmağa yoxdur həvəsim.
Mən sənin yanında dururam, sənin.
Küçənin tinində dilənən qarı.
Başından var-dövlət yağan ölkənin
Bəxtəvər günündə dilənən qarı.
Deyirlər, əsl şair ruhu zamanla müxalif davranır. Ramiz
Rövşənin şeirlərində zaman və ona müxalif davranan şair obra-
zı şəxsiyyət və cəmiyyət antiqonizmi şəklində üzə çıxır. Hər-
çənd şeir qəzəbi, aqressiyanı sevmir. R.Rövşən poeziyasının
məzmun, mündəricə, fəlsəfə qatı həmişə bu məqamlara- cəmiy-
yət həyatına, milli insanın taleyinə, tənhalığına həssas olmuş,
həqiqətin “Söz”ünə varmağı təqib qılmışdır:
110
Nə uzun çəkdi, vətən,
dönüb sənə qayıtmaq.
İçimin qürbətindən
bu vətənə qayıtmaq.
Hansı yolla qayıdım?
Yolların çəpərlənib.
Meşələrin, çöllərin,
göllərin çəpərlənib.
Bircə kol da qalmayıb –
kölgəsində yatmağa.
Bircə göl də qalmayıb –
sularında batmağa.
Ramiz Rövşənin bu şeirində vətən anlamı insan içinin çökü-
şü, dərin böhranı ilə harmonik verilir, milli-mənəvi-əxlaqi ide-
alların tənəzzülə uğradığı yer(lər)dən, natur-fəlsəfi qatlardan
nəşət tapır.
Vətən, səni sevə-sevə
axı necə itirdim?
İldən-ilə səni ev-ev,
küçə-küçə itirdim.
Rəngdən-rəngə düşə-düşə
günbəgün dəyişirsən.
Dəyişirsən küçə-küçə,
tinbətin dəyişirsən.
Saxlamağa gücüm çatmır,
əldən çıxıb gedirsən.
Təzə-təzə körpülərin
altdan axıb gedirsən.
Qürbətdə yaşayan şair M.İsmayıl da vətənlə bağlı şeirlərində
sınanmış, dəyişməz əxlaqi-mənəvi dəyərlər axtarır, amma pes-
Dostları ilə paylaş: |