Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   70   71   72   73   74   75   76   77   78

265 
yətindən daha çox, həm də onunla əlaqəli olaraq hadisələrin 
bədii yozumunda meydana çıxan müəllif mövqeyi və müna-
sibətində, yazı üslubu və manerasında, obrazları tipikləşdirmə, 
xarakterləri fərdiləşdirmə keyfiyyətində üzə çıxır. Əsərdə insan 
da, tarix də  hər hansı  məhdud zaman çevrəsinin problemi 
(predmeti) deyil. Daha doğrusu, əsərdə nəyin predmet, konkret 
məqsəd olması müəyyən deyil. Zaman və məkan çərçivələrin-
dən kənarda götürülən insan özünün mənəvi-psixoloji aləmi, 
lirik-fəlsəfi düşüncələri ilə daim təbiətin bir hissəsi kimi
onunla sıx təmasda mənalanır, gerçək bir əməl keyfiyyəti kəsb 
edə bilir. Əsərdə təbiət və insan münasibətlərinin vəhdəti var. 
Vəng dağı, Çoban papağı, Qarağac- hər biri yeni rakursdan təs-
virə  çəkilir. 1960-80-ci illər nəsrində  (İ.Hüseynovun ”Teleq-
ram” povestindən tutmuş Elçinin “Hönkürtü”, “Şuşaya duman 
gəlib” və s. hekayələrinə, S.Əhmədovun romanlarına qədər) 
təbiət insan mənəviyyatının çözümü, ruhun diriliyinə, katarsis 
prosesinə  rəvac verən nəsnələr kimi bədii təsvir predmetinə 
çevrilirdisə, bu əsərdə  təbiətin hər bürcü tarixiləşir, mağara, 
dağ, ağac-hər biri tarixin gizlinlərini yaşadan enerji mənbəyinə 
çevrilir.  (Yerin adı yoxdur? Yerin adı var). Bu mənbələrin 
guşə daşında Stiks çayı, yunan allahlarının hekayətləri büllurla-
şıb zamanı  aşa bilirlər. Ümumiyyətlə,  əsərdə bir zamansızlıq 
var. Qədim yunan allahlarının fironluq elədikləri zamanlar 
çağdaşlığa- yaşadığımız gerçək dünyaya qaynayıb-qarışdıqları 
kimi, içində bulunduğumuz indi anlayışı da bizdən uzaqlaşıb 
keçmişə- “təcrübələr məxəzinə”, yaxud gələcəyə- “obyektiv 
reallığa” çevrilə bilirlər. “Çiçəkli yazı” isə körpüdür: möcüzə-
dən reallığa, mifdən məntiqə, dünəndən çağımıza körpü... 
Romanda sərgilənən şəhər-ziyalı mühiti, alim-üləma məclisi 
kiçik detallarına qədər dəqiq təsvirində, zövq yaşadıcı  məqa-
mındadır. Xüsusilə bu çevrədə çalışanlar bilir, həmin səhnələr 
ən xırda, elementar ştrixlərinə  qədər real təsvirini tapmışdır. 
Əsərdə  sərgilənən çoxqatlı, mürəkkəb hadisələr axarında 
müəllif obrazların xarakterini, onların səciyyəvi keyfiyyətləri-


 
266 
ni, dünyagörüşünü müəyyənləşdirən amilləri üzə  çıxarmağa 
müvəffəq olmuşdur. Eləcə  də  kənd təsvirləri,  əyalət insanının 
psixolojisi, stereotip kənd dəyərləri (saf “ədabaz”lığından tutmuş 
qonağa “can nisar etmək” özəlliyinin təzadına qədər) boyasızdır. 
Amma romanda bir qədər boyanmış görünən məqamlar da yox 
deyil. Məsələn, əsərdəki Bəhram kişinin obrazı lazım olduğundan 
artıq təsir bağışlayır, qavramı, aşırı biliklərə  və informasiyalara 
malik olma məziyyəti ilə oxucunu heyrətləndirir. Belə ki, 
ömründə  “bircə  dənə “Ovod”dan başqa kitab oxumayan” 
Bəhram kişinin paralel dünyalar, Çiçəkli yazı bağlı qənaətləri sadə 
bir kəndli, təhsili olmayan əyalət insanı təfəkkürünə sığmır. “Mən 
həyat professoruyam” bəlkə də bu fikrimə onun ən yaxşı cavabı 
belə olardı, F.Q.-ya verdiyi təki. Amma həyat başqa, elmin 
incəliklərində, dərinliklərində bulunmaq başqa. Bəlkə bu 
səbəbdən tərəddüd içərisində qalan F.Q-nın iztirablarına son 
qoyan  “Hərf dediyin səsdi, balası?”  kimi elmi şərhi (açar 
cümləni) Bəhram kişinin dilindən eşidən oxucu çaşıb qalır. 
Əcəba, burada kəndli-alim təfəkkürü qarışdırılmırmı? Bu ki, F.Q.-
nın vəzifəsinə, “tapıntısına” daxil olmalı bir şey.  
Daha bir məqam. “Unutmağa kimsə yox” romanı  şərti-
metaforik ünsürlərlə, virtual reminissensiyalarla əhatələnmiş 
əsərdir. Mifoloji səciyyəli Qarağac, Çoban papağı, Çiçəkli 
yazı, Vəng dağı, Bozlar, İşıqsaçan daş və s. elementlər hər biri 
əsərdə xüsusi simvolik çalar kəsb edir, Mağaranın ruhu, 
İşıqsaçan daş, Bəhram kişi ilə F.Q.-nın gördükləri eyni yuxular 
sırf  şərti –metaforik üslubda təqdim olunur. Digər adı  çəkilən 
proobrazlar  əsərdə müəllif qayəsini qüvvətləndirmək təsiri 
bağışlayırsa, son element-Bəhram kişi ilə F.Q.-nın eyni yuxunu 
görmə hadisəsi ( göydən əvvəl şir, sonra dəvə yağması ilə bağlı 
təsvirlər) mətnin  əsas ideyasına-paralel dünyaların mövcud-
luğunun gerçəkləşdirilməsi ideyasına xidmət etmək məramı 
daşısa belə tutalğasız təsir bağışlayır, burada həyati və psixoloji 
fakt  əksini tapa bilmədiyindən romanın daxili strukturunun 
müəyyənləşdirici amili kimi özünü doğrulda bilmir. 


267 
Romanda tarix və həqiqət qarşılaşmasının bir qədər kinayəli, 
amma sərt  şəkildə  yozumu  var.  Hamı yazıya keçmişlə, 
qədimliyimizlə bağlı  nəsnələri –gerçəkləri gizlədən  əlyazması 
kimi baxır, hətta işə bax, siyasi açıqlama (oxunuş) gözləyənlər 
də yox deyil:(“Çiçəkli yazı siyasi məsələdir”- Aslanzadə) 
Tarixsə bir yazını sevgi məktubu kimi deşifrə etməkə yalançı 
millət qəhrəmanlarına öz silləsini vurur: “Çiçəkli yazı budu, 
Çiçəkli yazı ümidlərin puç olmasıdı, qədimliyin, eralardan 
əvvəlin, az qala meymuna qədərki  əvvəlin daha bir sübu-
tunun havada əriməsidir, Çiçəkli yazı ilğımdı. Hadisələrin 
üfüqüdü...Nəhayət, yazı yaddaşa qarşı üsyandı. Yazı budu. 
Yazı  sən gözlədiyin döyüşlər, padşahların həyatı, 
xəzinələrin sirri, nə bilim, daha nələr, daha nələr olmaya 
bilər. Yazı bir sevgi məktubu, məhəbbət etirafı ola bilər.”  
“Eşq imiş hər nə varsa aləmdə, elm bir qilü qal imiş ancaq” 
(Füzuli)- romanda bu ideya konsepsiya səviyyəsində olmasa da 
əsas təməl prinsiplərdən biridir. Mağaranın ruhu açar söz kimi 
Qarağacı nişan verir, Çiçəkli yazı sevgi məktubu kimi deşifrə 
olunur.  
 
“Qarağacın kölgəsi hər yanı tutdu. 
Amma sən kölgənin altında yoxsan. 
Sən yoxsan. 
Qarağac səni unutdu. 
Sən Qarağacı unutmadın” 
 
Bir qədər də simvolikdir, bu sevgi məktubu Bəhramın öz 
taleyinə  də  nə  qədər uyğun gəlir. Sanki nə vaxtsa bir başqa 
dünyada yaşayıb ömür sürmüş  Bəhram kişinin içini tökdüyü 
ahdır, nakam məhəbbəti haqqında epitafiyadır. Məktubun 
oxunuşu ilə Bəhram kişi dünyadan köç edir ( bir başqa dünya 
isə öz yeni sakinini qoynuna alır). Çevrə qapanır, Tanrı, təbiət 
və dünya ilə  mənəvi vəhdət baş verir. Həqiqətdə isə Çiçəkli 
yazı sevgi məktubu deyil. Çiçəkli yazı insan yaddaşının sözdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə