Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   67   68   69   70   71   72   73   74   ...   78

247 
“Akvalanq”dakı qadının isə  bəxti sadəcə onda gətirir ki, onun 
oynadığı “tamaşanın” tərəf-müqabili öz əri olur.  
“Akvalanq” antitezalar üzərində yaradılan  əsərdir.  Əsərdə 
elə bir ciddi sosial problematika olmasa da, bəşəriyyətin əbədi 
mövzularından olan xeyir-şər, insan nəfsinin, onun izzət və 
şərafətinin sınağa çəkilməsi məqamları bədii müstəviyə çıxarı-
lır. Burada dəniz həm müqəddəslik simvoludur – o, günahı, çir-
kabı yuyacaq, özündən itələyəcək qədər təmizdir, məsumdur. 
Amma digər tərəfdən o, şeytan kimi insanı günaha sövq edən-
dir, romanın gənc qəhrəmanı olan qadın öz akvalanqını gör-
mək, onu tanımaq, bu naməlum “aşiqinə” qovuşmaq sevdası ilə 
hər gün dənizə baş vurur. Hətta bir addım bu yana, arzuladığı 
vüsal anı baş tutacağı  təqdirdə öz həyat yoldaşını belə bu 
akvalanqa dəyişəcəyinə oxucunu inandıran bu qadın təskinlik 
üçün seçilən məkanın – görüş yerinin məhz dəniz olması səbə-
bindən özünü bir o qədər də narahat hiss eləmir. Dənizin 
təmizliyi sanki onun vicdanına da su səpmiş kimi olur. Ümu-
miyyətlə, “Akvalanq” əsərində  fərdi-daxili təkamül ideyası, 
qəhrəmanını  işığa aparan katarsis prosesi var. Burada mistik 
düşüncə gerçəkliyin təbiiliyi ilə çulğaşmış, qaynayıb-qarışmış 
haldadır. Əsərdəki fəlsəfi notlar da cənnət-cəhənnəm, xeyir-şər, 
məsumluq-günah, nəfs-şərəf antitezalarına köklənir.  İnsanın 
günahını dərk edərək ondan uzaqlaşma cəhdləri, bəzən də onlar 
arasında sərhədləri itirmə disharmoniyası hissin, duyğunun 
psixoloji ladda gərginliyinə  gətirib çıxarsa da sonuc mənəvi 
dünyanın qələbəsi ilə nəticələnir. “Aktrisa” əsərində isə edilən 
cinayətin dərk məqamı sahibinə-yazıçıya intihardan başqa çıxış 
yolu qoymur: “ Yox, belə  eşq ola bilməz. Bu yalnız nəfsin 
istəyi, bədənlərin cazibəsi idi. ....Heyf ki, mən bunu çox gec 
başa düşdüm. Xirtdəyim şeytanın cənginə keçəndən sonra Alla-
ha tərəf baxmağın nə xeyri... 
İlahi, bağışla məni. Mən sənin son imtahanından üzüağ çıxa 
bilmədim. İblis məni düz yolumdan sapdırdı, məni qatil elədi. 
Hə, hə, iblis. Bu onun yox, iblisin tamaşasıydı. Məni imtahana 
çəkməkçün qurulan tamaşa... Bəlkə O, elə özü iblisdi? İblisdi, 
şaytandı, Allah bilir hər nədi... Görəsən məndən sonra nə qədər 
adamı yolundan sapdıracaq.”  


 
248 
Belə bir mühakimə motivi “Akvalanq”da da var. Sadəcə 
burada qadının içində gedən katarsis prosesinə  rəvac verən 
başlıca nəsnə  rəssam  ərinin çəkdiyi Peyğəmbər  şəkli olur. 
Daim dənizə, naməlum akvalanqını görməyə can atan qadın 
ərinin çəkdiyi peyğəmbər  şəklinə o qədər də maraq göstərmir
içini şeytanı hiss bürümış kimsənin belə bir ovqatda bulunması 
imkansız bir şey... Daha doğrusu, günah daşıyan insan necə 
başını qaldırıb səmaya baxa bilmirsə, qadın da bu şəklə baxmağa 
çətinlik çəkir. ” ...qəfildən nəzərim Azadın arxasında, azca sağda 
qoyulmuş molbertə sataşdı. Özümə tam gəlməsəm də, şəkil elə 
bil nəzərlərimi zorla tutub saxladı. Deyəsən, tam işlənib 
qurtarmamışdı. Axır vaxtlar tabloya heç diqqət verməmişdim
fikrim dənizdə olduğundan, Peyğəmbərin əvvəl boş olan yerinin 
nə vaxt dolduğunu da hiss eləməmişdim. Onun atı da, bədəni də 
çox gözəl formada işlənmişdi, ancaq sifətinin yerində qəribə bir 
gözqamaşdırıcı  işıq parıldayırdı  və elə bil getdikcə daha da 
güclənirdi. Şəkildən günəş doğurdu sanki.” Sonda, o zaman ki, 
qadın içini sarmış günah məngənəsindən qurtulduğunu zənn 
edir, daxili “mən”i də  mənəvi-ruhani aləmə transformasiya 
olunur:” Həmin an mən o parlaq çöhrədən çıxan işığı sevdim, 
dəhşətli dərəcədə sevdim və anladım ki, bundan sonra bütün 
taleyim yalnız və yalnız o işığın ixtiyarındadı. Bundan sonra 
mən daha heç vaxt günah etməyəcəm. Ən azı, məni Xilas edən 
O işıqdan utanacağam, çəkinəcəyəm, xəcalət çəkəcəyəm.”  
Ilqarın nəsri psixoloji ovqat nəsridir. Onun əsərlərində 
obrazlar öz qeyri-adilikləri, xəlvətdə saxlayıb gizlətdikləri key-
fiyyətlərin özünəməxsusluğu, hətta ölümlərini belə gözə alaraq 
öz həyat prinsipləri üzrə  hərəkət etmək çoşğusu ilə maraq 
doğururlar. Ilqarın nəsrinin səciyyəvi cəhətlərindən biri onun 
güclu romantikaya malik olmasıdır. Hətta kriminal mövzulu 
“Aktrisa” əsərində belə qüvvətli romantik təsir gücü var. Əsər-
də oxucunu gərginlikdə saxlayan hadisələr, mürəkkəb vəziyyət 
doğuran situasiyalar gözlənilmədən ayrı müstəviyə-psixoloji 
qata kecirilir və bu qatda artıq romantik ovqat hakim olur. Bu 
baxımdan, real bir cinayət səhnəsinin təsviri ilə başlayan, axıra 
qədər də bu cinayətin izini tapmaq məramı ilə davam edən 


249 
əsərin son – açılış  səhnələri romantik haləyə büründüyündən 
kədərli sonluq təəssüratı yaratmır.  
Hər iki əsərin sonu qəhrəmanla oxucu arasında yüngül 
namüəyyənlik ilə sona yetir. “Aktrisa” əsərində cinayətkar 
yazıçı oxucunun diqqətinə çatdırır ki, onunla oyun oynayan 
qadın son dəqiqələrinə kimi bircə  dəfə  də olsun onun səsini 
eşitmədən dünyadan köçüb. “Akvalanq”da isə  əsərin baş 
qəhrəmanı bizə onun adını belə bilmədiyimizi üzə vurmaq 
fürsətini əldən vermir. 
“Aktrisa” povestində öz monotamaşasını oynayan qadının 
sözləridir: “Hər bir insanın həyatı özünün səhnəyə qoyduğu bir 
pyesdir. Özümüz qururuq, özümüz də oynayırıq, Uğurun da 
uğursuzluğun da məsuliyyəti yalnız öz üstümüzə düşür... 
Amma təəssüf ki, heç kimin aktyorluq fəalliyyəti yalnız öz 
pyesi ilə  məhdudlaşmır. Hər kəs öz səhnə  əsərinin rejissoru 
olmaqla bərabər, eyni zamanda minlərlə başqa əsərdə müxtəlif 
rollar ifa edir. Baş rollardan tutmuş kiçik epizodlara qədər.” 
Həqiqətdir, bu rollar həmçinin daxilimizdəki gizli “mən”i tanı-
mağa, ondakı işıq yaxud qaranlıq, xeyir, yaxud şər əlamətlərini 
üzə  çıxarmağa, aşkarlamağa yardımçı olur. Bəlli olur ki, heç 
insan özü özünü lazımınca tanımır, yüngül bir qığılcım bu 
özünüdərk məqamla təmasa yardımçı olur, gizlinlərin görün-
məsi üçün enerji mənbəyinə çevrilir. Necə deyərlər, tipik 
qəhrəmanın mövcudlığu üçün tipik şərait yaransın gərək. O 
zaman çalışaq ki, qorxulu oyunların aktyoruna və qəhrəmanına 
çevrilməyək. Çox da ki, həyat bir səhnədir...  
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə