Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   63   64   65   66   67   68   69   70   ...   78

231 
tımızdakı tutduqları mövqelərini müəyyənləşdirir, poetik 
düşüncənin inkişafındakı rollarına dəyər verir. Bu dəyərdə, bu 
münasibətdə Füzuli, S.Vurğun, R.Rza və.b.-na qarşı son vaxt-
lar ədəbi prosesimizdə hakim olan nihilist meyllərə bir üsyan, 
etiraz da tüğyan edir. 
Əslində, bütün bu “mərkəzdənqaçma” tendensiyaları araş-
dırılması vacib olan bir qütbü nişan verir: ümumən Azərbaycan 
ədəbiyyatını sistemli səkildə  tədqiq etmək.  Ənənəvi stereotip 
formada yox, yeni rakursdan, yeni düşüncə tərzi ilə, yeni bucaq 
altında. Müəllifin fikirlərinə diqqət edək: “Ədəbiyyat tarixini 
araşdırmağın mövcud ənənələri çərçivəsindən kənara çıxan ki-
mi,  ədəbi mətnlərin içindəki poetik enerjini ənənəvi araşdır-
maya uyğun gəlməyən başqa bir bucaq altında öyrənməyə 
başlayan kimi min illərin “daşlaşmış obrazları“ hərəkətə gəlir
keçmişlə bu günün münasibətləri, gizli əlaqələri, bəzən çarpaz, 
bəzən də paralel gedən xətləri, onların rəngi, səsi və  nəfəsi 
aydın təsəvvür və parlaq obraz formasında görünür”. C.Yusifli-
nin missiyası yalnız təqib qıldığı predmeti araşdırmaqla ona 
görə bitmir ki, o, keçmişlə bu günün münasibətlərini bilir, gizli 
əlaqələri üzə  çıxarır, “bəzən çarpaz, bəzən də paralel gedən 
xəttlər” ondan yan keçmir.  
Hər şair potensial tarixdir, keçmişdir, özündə dünənin bağlarını 
yaşadan və onu qırılmağa qoymayan yaradıcıdır. C.Yusifli 
S.Rüstəmxanlıda ilk növbədə bu potensialı duyur və yanılmır da. 
S.Rüstəmxanlının yaradıcılığı  ədəbiyyatda dərk olunmuş milli 
tarix, milli yaddaş hadisəsidir. Burada həm keçmiş, həm də bu 
gün vəhdət halındadır, proses kimi canlıdır. Onun mətnlərində 
xalqımızın tərcümeyi-halı, dilimizin, ruhumuzun mənşəyi, tarixi-
miz və taleyimiz sərgilənir. Təbii ki, bu yaradıcılığın, xalqa bağlı 
poeziyanın kökü var, rişələndiyi qaynaq var. C.Yusifli bu kökü, 
bu qaynağı axtararkən oriyentiri düzgün müəyyənləşdirir, ədəbiy-
yatımızın Rüstəmxanlı Sabirindən  əvvəl yetirdiyi M.Ə.Sabirinə 
üz tutur. Yalnız ona görə ki, S.Rüstəmxanlı poetikası üçün 
xarakterik olan “yaddaşın son dərəcə həssas nöqtələrinə üz tutmaq 
“xususiyyəti Sabir şerindən su içir.  


 
232 
Tənqidçi M.Ə.Sabirə daha geniş kontekstdə yanaşır, onu ən 
yeni  ədəbiyyatın başlanğıc nöqtəsi, dünənlə bu günün şeirini, 
poeziyasını birləşdirən körpü sayır: “Sabirin yaradıcılığı ona 
qədərki, və  qəribədir, həm də ondan sonrakı  ədəbi prosesin 
gedişatını  ən müxtəlif rakurslarda daxili və gizlin təhlildən 
keçirir və bununla da özündən sonrakı  ədəbi prosesin inkişaf 
meyllərini müəyyənləşdirir”. M.Ə.Sabir o şairlərdəndir ki, haq-
qında nə danışırıqsa, necə danışırıqsa milli təyini işlətmədən 
ötüşə bilmirik, milli sözü onu xararterizə edən başlıca meyara 
dönür. Onu öz xələfi S.Rüstəmxanlı ilə birləşdirən də ilk növ-
bədə bu məqam, onların milli düşüncə daşıyıcıları olmalarıdır. 
 
* * * 
Dövr, zaman dəyişdikcə ona münasbət, yanaşma meyarları 
da dəyişməyə məruz qalır. Ədəbiyyat tariximiz, bu tarixi yara-
dan sənatkarlar da həmçinin, dəyişən zamanla bərabər tədqiq 
predmetinə çevrilirlər.  Əsas missiyamızı  dəyişən tarix və za-
man keçidində dəyərləri itirməmək, irs–varis münasibətlərində 
harmoniyanı qorumaqdır. Bu gün C.Yusifli öz yaradıcılığı ilə 
həmin ali məqsədə xidmət edir, yeni ovqat və statusda özünü-
ifaya, estetik özünüdərkə çalışan tənqidimiz üçün layiqli mate-
rial verir. Yalniz yeni tənqid hadisəsi olduğuna görə deyil, həm 
də  “ədəbiyyatda yaşamağın formulu”nu tapmaq üçün bu tən-
qidə üz tutmağa dəyər. 
 
 
 


233 
“İÇİ ŞƏKİL DOLU” ŞEİRLƏR 
 
(Aqşinin “Unutmaq sözünün şəkli” kitabı haqqında
 
İnsan yeganə canlıdır ki, başını qaldırıb səmaya 
(ürəyin gözü ilə Yaradana – Tanrıya) baxa bilir, 
istisnasız bütün başqa canlıların isə hamısı torpağa 
(və torpaqdakılara) baxmaq imkanına malik olur. 
Məhz insan bir də içə, daxilə baxanda, ruhunu tanı-
yıb, dərk edib, sənəti yaradanda Tanrıya bənzəyir. 
 
Yaşar Qarayev 
 
“Unutmaq” sözünün şəklini görən olubmu heç?  
Elə isə; 
bax, o soba dibində qocalan pişik 
unutmaq sözünün şəklidir. 
 
İlk baxışda “Bu nədir, sözün şəkli bumu”, soruşacaqsınız. 
Amma siz bu misraları sadəcə gözlə oxumayın. Bircə anlığa 
gözlərinizi yumub da daxilinizə varın, içinizin xatirə sərgisinə 
nüfuz edin. Hərəsi bir nisgilli anım bəlirtən o şəkillərin 
hansındansa nakam qadın siması boylandınmı? Dilləndirin o 
şəkli, imkan verin taleyini danışsın: 
 
içi şəkil dolu qadın 
burnunu silə-silə ağladı. 
Öz göz yaşlarında qayığa döndü, 
ətrafında şəkillər üzən boş bir qayığa, 
ancaq boşalanda özünün olur qayıqlar. 
Boş qayıq, 
heç kimin olmayan qadın portreti atılıb 
bütün göz yaşlarının sahilinə. 
 
Sizi bilmirəm, mənə bu misralar Tolstoyun məşhur qəhrə-
manını – Anna Kareninanı xatırladır. Baxmayaraq ki, o heç 


 
234 
unudulan qadın da olmayıb. Hər halda, ölümü ilə həmin sözün 
ağırlığını daşımaqdan imtina edib. Ancaq “içi şəkil dolu qadın” 
– bu, daha çox onun taleyinə və təbiətinə uyğundur. Əslindəsə, 
bu şeirdə yarıtmaz bəxtinə lənət oxuyub, düşdüyü günə üsyan 
edən, fəqət son anda yenə də “hərəsi bir cür olan bədbəxtliyi” 
yaşamağa, dərdlə yüklənmiş taleyinin sizif yükünü daşımağa 
məhkum olunmuş hər bir qadının obrazı əyaniləşib: 
 
ən çox ağlayan arvad əl atıb var gücüylə  
üzünün şəklini qoparmaq istəyər 
qədim, çox qədim olar. 
Ruhun şəkli olurmuş, 
üzlər bədəndən qopub. 
 
Dünyada Allahdan başqa, mövcud olan hər şeyin və hər kə-
sin şəkli var. Yaşadıqca, dünyanın olumdan ölümə aparan tale 
yolunu addımladıqca minlərlə  şəkillərin, həm də  təkcə  kətan 
üzərinə deyil, yaddaşımıza çöküb qalan şəkillərin içindən keçib 
– gedirik. Onlardan hansınısa nə vaxtsa unuda bilərik, o rəng-
lər, o cizgilər xatirimizdən silinib itə bilər. Amma yaddaş təkcə 
gözlə yox, ürəklə  həmfikir olanda, o, “duyğuların rəngi”ni 
özündə  əbədiləşdirən etibarlı  sığınacağa çevrilir. Orada elə 
ülvi, elə məhrəm hisslər daşlaşıb qalır ki, istəsək belə, təsirin-
dən, sehrindən qurtulmağı bacarmır, şəkillərdən qurulan “yaddaş 
hasarı” (Fikrət Sadıq) önündə aciz oluruq. S.Y.Letsin ifadəsini bir 
balaca dəyişib desək: “bizim yaddaşımız unutmaq tərbiyəsi 
almayıb.” Yox, bu, heç də antiaytmatovçuluq deyil. Bu, sadəcə, 
içini  şəkillərdən təmizləyib, özü olaraq yaşamağa həsrətli olan 
ruhun yaddaşsızlığa təşnəliyidir ki, buna yetməklə bəşəri fəlakətə 
deyil, olsa-olsa, fərdi səadətə yetmək olar. Əks halda: 
 
Gecə ağaclara baxmaq 
baxa-baxa darıxmaq 
sonra çəkilib göz qapaqlarının  
arxasına 
öz içində yoxa çıxmaq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə