Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   59   60   61   62   63   64   65   66   ...   78

 
218 
Məhz bu amil, yəni millətin tərəqqi,  şüur intibahı  məsələ-
sinin problem kimi bu gün də yaşarılığı və diri qalması Aydın 
Talıbzadə düşüncələrinin də  əsas narahatlıq hədəfinə çevrilir. 
Öz böyük sələfləri kimi o da daxili yanğı  və etirazını nikbin 
ovqat, satirik əhval-ruhiyyə ilə ifadə etsə də, yüz ildir dəyişməz 
olaraq qalmağımıza qarşı qəzəb və üsyanını xitab kimi səslənən 
bu fikirlə  bəyan edir: «Nə  qədər ki, danabaşlıq var, nə Mirzə 
Ələkbər Sabir öləcək, nə Mirzə  Cəlil; ac həriflər də daima 
böyürlərində. Kişilər sappasağdırlar. Elə gün, elə saat yoxdur 
ki, bizi deyib gəlməsinlər. Çünki nigarandırlar». 
Ustad Ramiz Həsənoğlu və onunla eyni mənəvi məkanı 
bölüşən Aydın Talıbzadə… Onların hər ikisi öz yolu olan və bu 
yolla irəliləyən sənətkardırlar. Fəqət hər iki yolun son ucu sənət 
adlı müqəddəs mehraba dirəndiyindən onların da yolları burada 
kəsişir və qovuşur.  
“Yolların görüşməsinin mütləqliyinə mən inanıram”. 
Və bu yolların heç vaxt bitməyəcəyi gün işığı  qədər mənə 
aydındır. İçi sənət və axtarışla dolu insanlar üçün nə zirvə var, 
nə də son.  
 
 
 


219 
SÖZƏ İNAM OLANDA 
 
(V.Yusiflinin “Tənqid və bədii söz” kitabı haqqında
 
Bu yazı duyğudan yarandı. V.Yusiflinin yenicə nəşr olunan 
«Tənqid və bədii söz» adlı növbəti kitabını oxudum və sevin-
dim ki, söz deməyə hələ vaxtımız var. Sözü də məhz bu kitab-
dan, daha doğrusu, bu kitabda özünü həm məlum, həm də yeni 
görüm bucağından tədqiq edən, fəqət bütün hallarda bizi öz 
harmoniyasını pozmayan əsas, dominant meyara-ədəbiyyatın 
çağdaşlığına və perspektivliyinə inandıran Vaqif Yusifli sözün-
dən başladım. Bədii sözü tənqidin gözü və gücü ilə dolğun-
laşdıran Vaqif Yusifli sözündən… 
Kitabda müəllifin görkəmli sənət adamlarımız, korifeyləri-
mizin yaradıcılıq simasını canlandıran məqalələri, roman janrı 
haqqında silsilə yazıları,  ədəbi gəncliyin axtarışlarını  işıqlan-
dıran fikirləri, iki resenziyası  və  ən nəhayət,  ədəbiyyatımızın 
son on ili-müstəqillik dövrünün ədəbi panoramını yaradan mü-
lahizələri  əksini tapıb. Ümumiyyətlə, elmi qənaətləri, tənqidi 
axtarışları və sistemli təhlilləri ilə dəyərli olan «Tənqid və bədii 
söz» kitabında öz həllini tapan problemlər, prioritet mövzular 
çoxdur. Bu mənada, V.Yusiflinin son kitabı haqqında söz 
demək çağcaş  ədəbi prosesin mühüm məsələlərini aktuallaş-
dırmaq qədər zəruridir. 
Ədəbi portret V.Yusiflinin müraciət etdiyi janrdır.Bu kitaba 
da müəllifin görkəmli söz ustaları haqqında düşüncələrini, 
xatirələrini  əks etdirən yazıları toplanıb.  İlk üç məqalə ustad 
şairimiz M.Füzuliyə həsr olunub, bir az poetik desək, V.Yusifli 
oxucuları elə ilk dəqiqələrdən poeziyanın işığına toplayıb və 
açılışa da Füzulidən başlayıb. «Axı dünyanın qəm yükünü dün-
yadan alan, cahanı dərddən təmizləyən karvanın adı poeziyadır 
və onun da «karvan başçısı» Füzulidir»(Yaşar Qarayev). Odur 
ki, istedadlı münəqqidin «ilham çırağını Füzuli şamından yan-
dırması» təbii, həm də simvolik görünsün gərək. Füzuli poezi-
yası V.Yusifli üçün hisslərinin, duyğularının tərcümanıdır, bir 


 
220 
ömür boyu davam edəcək yanğıdır, ruhi ehtiyacdır. Və bir də 
yazıb-yazıb qurtarmayacağı, heç bir zaman son nöqtəsini qoya 
bilməyəcəyi əzəli və əbədi mövzudur. Bu fikri mənə qarşımda 
duran üç məqalə pıçıldadı. Və ona da əmin etdi ki, V.Yusiflinin 
Füzuli haqqında yazdıqları yazacaqlarının heç yüzdə biri deyil
görüləsi iş hələ qabaqdadır. 
«Füzuli dünyası» adlanan birinci məqalə Füzuli-Həbibi poe-
tik bvağlılığını  səciyyələndirə bilmək cəhətindən, «Ey cəfaçı 
dünya» adlı ikinci məqalə isə «Leyli və Məcnun» poemasının 
Şərq  ədəbiyyatı tarixində müstəsna yerini təsbit etmək baxı-
mından orijinal və yenidir. Üçüncü məqalə «Bütün türk şairlə-
rinin babası» adlanır. Burada V.Yusiflini ədəbiyyatşünaslığı-
mızın «bir nömrəli Füzulişünasını» aramaq məqsədilə Füzuli 
haqqında yazılan sanballı monoqrafiyaların, elmi tədqiqat əsər-
lərinin arasında görürük. Hər üç məqalədə V.Yusifli elmi 
qənaətləri, dərin və aydın mülahizələri ilə Füzuli poeziyasının 
trafaret təhlil orbitini yarıb müfəssəl işlənməsi gərəkən tədqiqat 
mövzusuna giriş rolunu oynayır. 
Digər sənətçilər-Ə.Kərim, Qabil, N.Həsənzadə, F.Sadıq, 
M.Yaqub, İ.İsmayılzadə, A.Abdulladan bəhs edəndə də V.Yu-
sifli zahiri təmtəraq və  əlüstü təhlil variantlarından istifadə 
etmir. Onların yaradıcılıqlarına xas olan başlıca keyfiyyətləri 
incəliklə arayıb seçir, fərdi üslub xüsusiyyətlərini açıqlayır, 
ədəbiyyatımıza gətirdikləri yenilikləri qiymətləndirir və dəyərli 
fikirlər söyləyir. Gözəl  şairimiz  Ə.Kərim haqqında yazır ki, 
«Əli Kərim  şeiri ilk növbədə fikirlə hissin, ürəklə beynin 
vəhdətindən yaranıb. Burada hansının –fikrin, yoxsa hissin 
aparıcı olması  əsas rol oynamır. Onun hər  şeiri mənalı fikir 
əsasında yazılır, bu fikir yüksək şeiriyyətlə ifadə olunur». 
Yaxud, «ruhumuzun şairi» adlandırdığı M.Gülgün poezi-
yüasına qiymət verərkən yazır: «Mədinə xanımın poeziyasında 
Dərd, Həsrət, Ayrılıq…bu qəbildən olan sözlərin hər biri obraz 
səviyyəsində  şeir məkanına gətirilir. Bəzən bu şeirlərdə heç 
Dərd, Həsrət, Ayrılıq sözlərinə  təsadüf də eləmirik, amma o 
şeirdə, o şeirin məna qatında həmin obraz yüksəlir». 


221 
Hələ XI əsrdə  Xətib Təbrizi yazırdı ki, şeir haqqında 
danışmaq onu yazmaqdan da çətindir. Bu çətinliyin öhdəsindən 
V.Yusiflinin necə gəldiyini f.e.n. Güldəniz Qocayeva belə ifa-
də edir: «professional şeirdən söz düşəndə V.Yusifli ərkyana 
bir sərbəstliklə danışır və söz meydanı daha da genişlənir. Özü-
nü azad hiss edir, özü də bilmədən şairləşir, şeirdən elə şeirin 
dili ilə danışır». 
Ədəbiyyatımızın yaradıcılıq problemləri qabardılan bütün 
zamanlarda roman janrı  ətrafında mübahisə  və müzakirələr 
geniş vüsətliliyi ilə seçilib. Bəlkə  də janrın daxili strukturu, 
tələbləri və  əhatə dairəsinin özü problemin qloballığına yol 
açır. «Tənqid və  bədii söz» kitabında da V.Yusiflinin roman 
haqqında mülahizələri mühüm yer tutur. Bəri başdan qeyd edək 
ki, sərlövhənin altında  əksini tapan «polemik qeydlər» ifadəsi 
gələcək mübahisələrin intişarına və  təşəkkülünə müəllifinin 
artıq hazır olduğunu xəbər verir. 
Bu mülahizələrdə V.Yusifli Azərbaycan romanının yaranma 
tarixini, günümüzə qədər keçdiyi inkişaf yolunu izləyir, janrın 
tarixi dövrlərinə baş vurur və onları mövzularına görə (tarixi, 
müharibə, ailə-məişət) ümumiləşdirir. 
Lakin V.Yusifli söhbət açdığı janrın adi xroqnoqrafı olmur, 
onu müasirlik prizmasından qiymətləndirir,  ədəbi tənqidin 
təhlil süzgəcindən keçirir, hətta bir sıra məqamlarda- B. Bayra-
movun «Fəhlə qardaş», «Gün batanda», S.Bərgüşadın «Boz 
atın belində», «Sıyrılmış  qılınc», G.Fəzlinin «Kəhrəba işığın-
da», «Gecə günəşi»,  Ə.Mustafayevin «İsti külək»,  Ə.Babaye-
vanın «Səni axtarıram» kimi romanların təhlilində müəlliflərlə 
mübahisəyə girməkdən də çəkinmir.Belə bir fikri də görk edə 
bilir ki, ənənə ilə ənənəçilik bir-birini yaxşı mənada tamamla-
malıdır. Əgər ənənə məfhumunun kökündə varislik xüsusiyyət-
ləri durur, köhnə yeni üçün «təcrübi kurs» səciyyəsi daşıyırsa, 
ənənəçilik kor-koranə  təqlidlə bu qanunları  qırır və  əsərləri 
həm forma, həm də məzmun gözəlliyindən məhrum edir. 
Elə düşünülməsin ki, V.Yusifli mövzunun predmetinə yalnız 
zəif, qüsurlu romanları  cəlb edir.Yox, dövrün koloriti, əsrin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə