Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   58   59   60   61   62   63   64   65   ...   78

215 
Əslində, “Üç çinar yarpağı” videofilminin təhlili R.Həsən-
oğlunun ömür tarixçəsini nəql etmək, onun sənətə  gəlişini 
vizuallaşdırmaq üçün akvarel fon səciyyəsi daşıyır. Saflıq mü-
cəssiməsi sayılan Çinar rejissorun yaradıcılığının ilk, gənclik 
illərini canlandırmaq, hələ “dünyaya şer misraları, poeziyanın 
pafos dumanı arasından”, “səadət pəncərəsindən” baxdığı 
anlarını diriltmək, tale yollarından bəhs etmək üçün simvolik 
obraz  əhəmiyyəti kəsb edir. Hətta bu simvolizmin telefilmin 
adında belə ehtiva olunan çaları  əsərə giriş üçün müəllifə sti-
mul verir. Əks təqdirdə yazmazdı ki: “…əgər “Üç çinar yarpa-
ğı” sənədli filmi bir özgə cür adlansaydı, mən yəqin ki, bu mo-
noqrafiyanı onun təhlililə başlamayacaqdım. Çünki yaradılma 
tarixi etibarilə bu videofilm ön sıralarda durmağa iddia eləmir”. 
Digər tərəfdən, A.Talıbzadə “Üç çinar yarpağı” telefilmini 
rejissorun “yaradıcılığının ekvatoru”, “qızıl orta” dövrü sayır. 
Nədən ki “Sovet dönəminin Mirzəyev Ramizindən müstəqillik 
dövrünün Həsənoğlu Ramizinəcən baş alıb gedən poeziya 
yolları məhz burada birləşib, bitişib nöqtə olur, zirvələşir”. 
Bəhs etdiyimiz “Teatral çinardan üç yarpaq” adlanan bu 
hissədə görünən daha çox poeziyanın obrazıdır, “ruhun, çinarın 
ekran estetikası”dır. A.Talıbzadə bu məqamlarda sanki daha çox 
seyrçi qismində bulunub sözü şerin, poeziyanın özünə verir, 
düşüncələrini oxucuya poeziyanın qanadında çatdırır. Onun bir 
sənətşünas kimi obrazı daha sonrakı hissələrdə, Ramiz Həsənoğ-
lunu “Əjdaha” eləmiş teletamaşaların tarixinə, bədii gerçəkliyinə 
və estetikasına…” verilən təhlillərdə, bu təhlillərin dərinliyində, 
müəllifin fəlsəfi-estetik mövqeyinin nümayişində açılır. 
“Ötən ilin son gecəsi”, “Evləri köndələn yar”, “Qatarda”, 
“Kökdən düşmüş piano”, “Topal Teymur”, “Günahsız Ab-
dulla”, “Qapalı orbit”, “Yaşıl eynəkli adam”, “Qonşu qonşu 
olsa”, “Ac həriflər”, “Nigarançılıq” kimi teletamaşalar, “Fateh-
lərin divanı”, “Nekroloq”, “Dəvətnamə”, “Yumurta” kimi film-
lər Aydın Talıbzadə mükalimələri ilə oxucunun gözləri qarşı-
sında canlandırılır, R.Həsənoğlunun tamaşalarında təqdim olu-


 
216 
nanları Aydın Talıbzadə  təhlilləri ilə  təsvir edə bilir. Lakin 
təhlil olunan tamaşanın məziyyətləri öz bədii-estetik dəyərini 
yalnız teatrşünasın rəsm etdiyi konkret və anlaşıqlı mündəri-
cədə deyil, bu tamaşalara müdaxilə edən qüvvətli fikrin ifadə-
sində tapmış olur. O yerdə ki, müəllif teatr səhnələri ilə ona 
dair söylənmiş mülahizələri uğurla sintez edir, sırf sənət kon-
tekstində bulunub onun daxili qanunlarına, spesifikasına müna-
sibətdə israrlı mövqe tutur və yeri gələndə öz teatrşünas həm-
karları ilə fikir rəqabətinə girməkdən belə  çəkinmir, o zaman 
həqiqi elmi-estetik təhlilin çəkisi daha da artır. Məsələn, iyirmi 
il öncə yazdığı ”Xaqanlar dunyası  və insan məhəbbəti” adlı 
məqaləsində “Topal Teymur” teletamaşasının ikinci hissəsinin 
səhnələşdirilməsini, “Yıldırım Bəyazidin sarayını  və onun sa-
kinlərini ekran güzgüsünə gətirən kadrları” bəyənməyən A.Ta-
lıbzadə bu gün də fikrində israrlıdır. Sevinirsən ki, tədqiq etdiyi 
sənətkarın yaradıcılığına bəslədiyi pərəstiş və doğmalıq ondakı 
rasional başlanğıcı, əsl sənət və prinsipiallıq ölçülərini üstələyə 
bilməyib. Diqqət edək: “Mən artıq retrospektiv şəkildə adlarını 
zikr etdiyim müəlliflərin (Anar, Məryəm  Əlizadə, Rəhman 
Bədəlov və Vaqif İbrahimoğlu nəzərdə tutulur-E.A.) yazılarını 
bir də təkrarən oxuyarkən öyrəndim ki, onlar bu epizodlardan 
ümumən razı qalıblar.  Əvvəlcə bir balaca şaşırdım, öz tənqi-
dimə görə utandım. Az qalmışdı ki, mən bunu cavanlıq səhvi 
kimi boynuma alıb, erkən şünas maksimalizmilə əlaqələndirim. 
Ancaq … “Ramiznamə” müəllifi kimi mən teletamaşaya bir də 
diqqətlə baxdım və 20 il bundan öncə söylədiklərimin hamı-
sının doğru qeydlər olduğunu bir-bir təsdiqlədim”. 
Dramaturq və rejissor, teatr və teatr fikri arasında problem o 
zaman aradan qalxır ki, onlar arasında qarşılıqlı anlaşma, dil 
birliyi baş tutur. Bu qarşılıqlı anlaşmanın da baş tutması onların 
həyata, insanlara nə  dərəcədə  bələdliyi ilə  şərtlənir. Belə bir 
bələdliyin, tanışlığın olmadığı vakuumda isə sənət ehtiva etdiyi 
dərinlik və ucalıqda görünə bilmir. Bu baxımdan iyirminci 
əsrin əvvəllərinin obyektiv-tarixi mənzərəsini, milli-mənəvi və 


217 
əxlaqi gerçəkliklərini əsərlərində görükdürən C.Məmmədqulu-
zadə,  Ə.Haqverdiyev kimi sənətkarların bəxti gətirib.  Əsrin 
sonunda R.Həsənoğlunun quruluşunda yeni aktuallıq kəsb edən 
teletamaşalarda adı gedən  ədiblərin yaratdıqları personajların 
əski biçimdə yenidən səhnədə peyda olması, onların iç dünya-
sını sərgiləyən parodiyaların təqribi yox, yüzdə yüz dəqiq alın-
ması rejissorun “xalqın milli xarakteristikasını yaxşı öyrəndi-
yini” bəlli etdi. Eləcə də “Ustad və Ayna” əsərində bu tamaşa-
ların toxunduğu mətləblərin, onları doğuran səbəblərin təfər-
rüatı ilə açılması göstərdi ki, R.Həsənoğlu da öz növbəsində 
tədqiqatçısının simasında qazanıb.  Əlbəttə, bəlkə  də xalqa öz 
genetik xasiyyətindən bəlli olanları söyləmək hünər deyil. 
Nədən ki, “Bu bizik. Yüz ildir beləyik”. Fəqət bizə lazım olan 
sözü deməyə, ağrıyan yerimizi göstərməyə qadir ünvanları ta-
nımaq, ona zamanında üz tutmağı bacarmaq və ən əsası, əsərin 
bədii məramı, psixoloji ovqatını olduğu səviyyədə oxucuya, 
tamaşaçıya aşılaya bilmək, Mirzə  Cəlil təbirincə desək, sözün 
doğrusunu demək qədər hünərdir. 
“Zəmanənin vacib, mühüm, aktual problemini, mənəvi-əx-
laqi portretini görükdürən” “Ac həriflər”, “Nigarançılıq” kimi 
teletamaşalara verilən təhlillər A.Talıbzadənin özünün də bir 
vətəndaş olaraq mənəvi nigarançılığını, daxili yaşamlarının 
məzmununu üzə çıxarır. Hardasa belə də demək caiz: A.Talıb-
zadə içində daşıdığı «bir əsrlik nigarançılıq»  əzabının yükünü 
oxucuya çatdırmaq üçün bu teletamaşaları bir vasitə seçir. 
Xüsusilə, «Ac həriflər» teletamaşasının universal ehtiva dairəsi 
müəllifə öz fikirlərini izhar etməyə daha geniş meydan verir. 
Müəllifin qeyd etdiyi kimi: «Ramiz Həsənoğlu bu pyesin 
televersiyasını bizim «Milli Mentalitet» dediyimiz bir nəsnənin 
güzgüsü kimi gətirmişdi ekranlara. Bizim qəzetçiliyimiz də, 
musiqimiz də, teatrımız da, ədəbiyyatımız da, məişətimiz də, 
mətbəximiz də, dinimiz də, sufiliyimiz də, həyat fəlsəfəmiz də 
buradaydı. Nə  Əbdürrəhim bəy qocalmışdı, nə ac həriflərin 
qarnı doymuşdu, nə də millət tərəqqi eləmişdi».  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə