Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   56   57   58   59   60   61   62   63   ...   78

207 
milli düşüncəmizə xələl gətirməyək. Unutmayaq ki, “bəşərilik 
səviyyəsinə qalxan milliliyin beynəlmiləlliklə vəhdəti, sintezi o 
zaman təmin olunur ki, ortaq genetik müstəvidə, mənəvi mə-
kanda yaşayan digər etnik vahidlər də hamısı Azərbaycan xal-
qını bir millət, Azərbaycan torpağını isə bir vətən kimi qəbul 
edirlər”( Milli “mən”  şüuru və etnik yaddaş- azərbaycançılıq. 
“Kredo” qəzeti, 8-23 mart, 2002).  
Nəhayət Y.Qarayev “yaxın  Şərq, islam miqyasında  ədəbi-
mədəni və dini-mənəvi birlik” ideyasını irəli sürürdü. 
Hələ XX əsrin əvvəllərində Ə.Ağayev yazırdı: “Müsəlman-
ların dirçəlməsi və  tərəqqisi ümumiyyətlə mümkündürsə, bu 
hökmən onların arasında yeganə fəal qüvvə olan din vasitəsilə 
olmalıdır”( Fikrin karvanı (məqalələr toplusu). Bakı, “Yazıçı” 
nəşriyyatı, 1984, səh.178). Din özündə təkcə şəriət məsələlərini 
və etik-əxlaqi keyfiyyətləri birləşdirmir. Ondan siyasi təlimlər, 
doktrinalar kimi də istifadə etmək mümkündür. Bu gün dün-
yada baş verən “İslam partlayışı” dinin nə  qədər sosial-siyasi 
və ideoloji əhəmiyyətə malik olduğunu büruzə verdi. Sübut 
olundu ki, ümumi səfərbərliyin, mənəvi birliyin yaradılmasında 
din fəal və intensiv, aparıcı amil ola bilər. 
Böyük alman filosofu Hegelə görə “mütləq ideya” özünü 
dindən və fəlsəfədən əvvəl sənətdə dərk edir. İctimai şüur özü də 
sənətdən güc alır. Sənətin nəyi təlqin edib-etməməsinin  şüura 
böyük və əvəzsiz təsiri var. Bədii-estetik düşüncənin, onun elmi-
tənqidi dərkinin meyarlarının  əsaslı  təbəddülata məruz qaldığı 
keçid dövrü kimi xarakterizə olunan 90 -cı illərdə Yaşar Qa-
rayevin təlqin etdiyi konsepsiyanın keyfiyyət göstəriciləri elmi-
nəzəri fikrin potensial imkanlarının real və  əyani təzahürü, 
ondakı hərəkətin, yeni elmi-estetik əməldə dirçəlişin təsdiqi kimi 
mənalana bildi. O, böyük bir imperiyanın çökümündən  şaşıran 
ədəbiyyatşünaslıq elminin sütunlarının çökməsinə imkan vermə-
di, çiyinlərini çox ağır yüklər altına verməyin sizif əzabı isə 
onunla sonuclandı ki, bizdə  həm milli bədii təcrübənin imkan-
larına, həm də bu təcrübəni ümumiləşdirən milli elmi-nəzəri 
fikrin qənaətlərinə, mühakimə tutumluluğuna inamsızlığı aradan 
qaldırmaq üçün tək Yaşar Qarayev adı kifayət etdi.   


 
208 
* * * 
Yaşar Qarayevin ölümündən on ilə yaxın bir vaxt keçir. Bu 
on ildə çox şey, bəlkə də hər şey dəyişib, dəyişməyən isə bircə 
şey olub. Bu böyük şəxsiyyətin hələ sağlığında qazandığı adın 
hörmətlə yad edilməsi qədirşünaslığı, bir də əvəzedilməz alim 
dühasının hələ ki, onun adı ilə bağlılığı  həqiqəti. Bu yetirmi? 
Təbii ki, yox. Vaxtilə Yaşar Qarayevin ədəbiyyatımızın tarixi 
ilə bağlı  səsləndirdiyi sual indi onun öz irsinə münasibətdə 
qoyulan məqsədin məramına çevrilməlidir: Bütün yaradıcılığı 
boyu Yaşar Qarayev Azərbaycan  ədəbi-bədii, elmi-nəzəri fik-
rinə hansı yenilikləri gətirib, hansı mənəvi, əxlaqi, bədii dəyər 
və sərvətlərlə onu zənginləşdirib? Əlbəttə, bu suala cavab ver-
mək bir neçə  məqalənin, yaxud ustadın irsini tədqiqat pred-
metinə çevirəcək monoqrafiyaların işi deyil. O zamandan və 
sözdən uca olmağın  şərəf simvoludur. Hər gələn nəsil tarixi 
yenidən oxuduğu kimi, hər gələn zaman də Yaşar Qarayev 
dühasının açılmayan hüdudlarını, gizlinlərini bəlli etməyə gücü 
çatacaq hünərməndlər yetirəcək. Hələliksə,  ədəbiyyatımızın 
əbədiyaşar Yaşarının ruhuna, imzasına sayğımız obyektivliyi 
meyar edən qələmlərimiz və içimizdən bir ömür kimi keçirə 
biləcəyimiz ədəbiyyat sevdamızdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


209 
 
 
 
 
 
 
 
 
 
SÖZDƏN SÖZƏ DOĞRU 
 
 
 


 
210 
 
 
 
 
 
 
 
 
 
 
 
Öz yolunu seçən və bu yolla irəliləyən in-
sanlar... Böyük Sözə doğru yön olan bu yolşu-
luqların son ucu sənət adlı müqəddəs mehraba 
dirəndiyindən bütün yollar burada kəsişir və 
qovuşur.  
“Yolların görüşməsinin mütləqliyinə  mən 
inanıram”. 
Və bu yolların heç vaxt bitməyəcəyi gün işığı 
qədər mənə aydındır. Çünki sənət və axtarışla 
dolu insanlar üçün nə zirvə var, nə də son. 
 
 
 
 


211 
SƏNƏT ORBİTİNDƏ GÖRÜŞƏN YOLLAR 
 
(Aydın Talıbzadənin «Ustad və Ayna: ruhun, çinarın və 
telefonun ekran estetikası» kitabı haqqında
 
Yəqin ki, insanı  sənət axtarışlarına sövq edən qüvvə onun 
içindəki təlaşı-tanrını dərk etmək, kosmik ucalığa yetmək istə-
yidir. Çünki Tanrı adlı  məchulluğun dərki o yerdə labüd olur 
ki, orada dünyanın qapalı çevrəsindən təcrid olunub sənətdə 
kamilliyin zirvələrini fəth etməyə can atan sərhədsiz ruhun əsi-
rinə çevrilirsən. Bu mənada, sənət sirlərinə vaqif olmaq naminə 
edilən fasiləsiz axtarış dövriyyəsini həm də  İlahinin dərkinə 
aparan mənəvi merac hesab etmək olar. Belə sehrin əbədi 
məhvərində yaranan məhrəmlik və  təmasın özünün isə sonda 
doğuracağı dəyər təzahürü, ehtiva edəcəyi mütləq bir qanuna-
uyğunluq var: o zaman ki, dünyanın adiliklərindən ayrılıb 
sənətin qeyri-adiliklərlə dolu burulğanına düşürsən, onun əzab-
larını da artıq  İlahidən gələn dərd bilib şirin sayırsan, mənən 
böyüyür, yetkinləşirsən… o anda irəlilədiyin sənət yollarında 
qazandığın yüzlərlə mükafatdan bircəsi sənə daha ali, daha 
doğma və əziz görünür – Ustad adı. Yalnız bu adı Tanrının da 
səninlə birgəliyinin zəmanəti, ondan əta olan bəxşiş kimi 
qarşılayıb əmin olursan ki: 
“Yol Getmək İbadətin Bir Formasıdır”.  
“Ustad və Ayna” müqəddəs yolçuluğun  şirin  əzabından 
ərsəyə gələn ömür kitabıdır. 
Kitabın qəhrəmanı, artıq ustad adını almış Ramiz Həsənoğlu 
və onunla eyni mənəvi məkanı bölüşən Aydın Talıbzadə… 
Onların hər ikisi öz yolları olan və bu yolla irəliləyən sənət-
karlardır. Fəqət hər iki yolun son ucu sənət adlı müqəddəs 
mehraba dirəndiyindən onların da yolları burada kəsişir və qo-
vuşur. “Yolların görüşməyinin mütləqliyinə  mən inanıram”. 
Necə ki, bu yol ötən yüzilliyin ilk çərəyində iki dahini - 
M.Füzulini və Ü.Hacıbəyovu bir-biri ilə görüşdürmüşdü. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə