Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   52   53   54   55   56   57   58   59   ...   78

195 
B.Nəbiyev - Bu sualınızın cavabını siz onun yerli-yataqlı şər-
hində əsasən əhatə etdiniz. Əlavə olaraq onu demək istərdim ki
mən bu tarixi təbəddülat məqamında mühacirət  ədəbiyyatı  və 
repressiyaya məruz qalmış  sənətkarlarımızın yaradıcılığı kimi 
mövzuların acı idim. M.Ə.Rəsulzadə,  Ə.Cavad, A.İldırım, 
M.Müşfiq ətrafında kitab və məqalələrim bu mənəvi aclığımı rəf 
etmək üçün ilk təşəbbüslər sırasında dəyərləndirilməlidir. Indi 
mən, yaxud aspirantlarım bu mövzuda daha yaxşı,  ətraflı araş-
dırmalar  əsasında yazmaq əzmindəyik və bu yaradıcılıq tə-
laşlarının bəzi nəticələri artıq özünü göstərir. Məsələn, aspirantım 
Afina xanımın təzəcə çapdan çıxmış “Əhməd Cavad və Türkiyə” 
kitabı buna yaxşı nümunə ola bilər. An-caq mən sizin sualınızdakı 
mühacirlər siyahısından  Ə.Cavadı  çıxardardım. O, inqilabdan 
əvvəl bir müddət Türkiyədə olmuş, jurnalist kimi Azərbaycan 
mətbuatında yazılarını  dərc etmiş, müharibə  zərərdidələrinə 
yardım təşkili ilə  məşğul olmuşdur. Lakin sovet hakimiyyəti 
illərində xüsusi nəzarət altında olduğu üçün bircə gün də xaricdə 
olmamış və mühacirət ədəbiyyatı yaratmaqla məşğul olmamışdır.  
E.A. - Çoxşaxəli yaradıcılığınızın  əsas bir hissəsini  ədəbi 
tənqid təş-kil edir. Sizin ədəbi fakta, ədəbi prosesə yanaşmanız 
obyektivliyi,  ədəbi  əxlaq və  təmkin müvaziliyi, predmetin 
dərindən və hərtərəfli şərhi məziyyətləri ilə şeçılıb. Bir yazım-
da xüsusi vurğuladığım kimi: Yaşar Qarayev, Aydın Məmmə-
dov, Nadir Cabbarlı və eləcə də Bəkir Nəbiyev, Akif Hüseynli 
kimi müqtədir qələm sahiblərimizin irsi ədəbi tənqidimizin 
səviyyəsidir, onun varlıq, yaşarılıq göstəricisidir. Söhbət ondan 
getmir ki, bu şəxslərin bir qismi artıq həyatda yoxdur, bir qis-
mi isə cağdaş dövrün tənqidilə artıq məşğul olmurlar. Söhbət 
sizin qoyduğunuz təcrübədən, elmi-nəzəri səriştədən gedir ki, 
zənnimcə, son illər tənqidimizin müncər olduğu problemlərin 
bir qismi bu də-yərlərin itirilməsindən nəşət tapır. Bəs bu 
haqda Bəkir Nəbiyev necə düşünür? 
B.Nəbiyev - Sizin bu sualınız düşündürücü bir sualdır. Mən 
bir qədər müfəssəl verdiyiniz bu suala cavab vermək üçün baş-
qa bir sual çıxardardım. Bu gün ədəbi tənqid varmı? Ona görə 
belə deyirəm ki, bu gün bizim cəmiyyətimizdə, istər yazıçılar 


 
196 
cəmiyyəti olsun, istərsə də elmi cəmiyyətimizdə elə müəlliflər 
tapılır ki, deyirlər: bizdə  ədəbi tənqid yoxdur. Mən buna 
kökündən etiraz eləyirəm. Belə  məsuliyyətsiz ifadəyə qol-
qanad versək, elə həmin “müvəffəqiyyətlə” deməliyik ki, bizdə 
ədəbiyyat yoxdur. Bu isə çox böyük qəbahətdir. Bizdə maraqlı 
əsərlər yaranır. Ola bilər ki, hər hansı bir əsər, hər hansı bir 
yazıçı, onun manerası oxucunu, yaxud oxucular qrupunu yetə-
rincə  təmin eləmir. Bu hələ belə bir məsuliyyətsiz hökm ver-
məyə  əsas vermir. Siz sualınızda bir qrup tənqidçilərimizin 
siyahısını verirsiniz. Mən bu siyahını bir qədər də genişləndi-
rərdim. Xüsusilə hal-hazırda çox fəal surətdə  tənqidlə  məşğul 
olan Tehran Əlişanoğlu və Əsəd Cahangiri də ora əlavə edər-
dim. Bu siyahını bir qədər də genişləndirmək olar. Tənqid də 
var, özü də yerli-yataqlı, bir sıra hallarda öz mətbuat orqanı 
olan, yəni istədiyi sözü demək üçün tribunası olan tənqid də 
var, onun məşğul olduğu ədəbiyyat da... Və xoşbəxtlikdən on-
lar bir sıra qiymətli nümunələrlə oxucunu razı da salırlar. Təbii 
ki, həmişə olduğu kimi, indi də zəif əsərlər yazılır. Mən bunu 
əlavə edərdim ki, bəli, tənqiddə bir qədər fəallıq çatmır. Elə bil 
ki, tənqid daha çox nəzəriyyəyə meyl eləyir. Bu və ya digər 
cərəyanla  əlaqədar, yaxud müasir Avropada mövcud ədəbi 
proseslə əlaqədar bəzən şəxsən mənə bir qədər mücərrəd təsir 
bağışlayan mülahizələr yürütməklə  məşğul olur, Azərbaycan 
ədəbi prosesinin bu və ya digər konkret hadisəsinin təhlilinə az 
fikir verir. Məsələn, mən axır vaxtlar elə bir jurnal, yaxud qəzet 
məqaləsi görmürəm ki, orada bu və ya digər az-çox görkəmli 
yazarın,  şairdirsə poemasının, nasirdirsə romanının konkret 
ədəbi, filoloji təhlili verilsin. Bu əsərlərdəki qüsurlar açılsın, 
onları doğuran səbəblər göstərilsin, mahiyyətinə varılsın. Sizi 
inandırıram ki, belə olanda oxucu həmin tənqidçi ilə daha çox 
həsbi-hal eləyir. Tənqid-çinin dediyi bu və ya digər qüsur elə 
bil oxucunun ürəyindən tikan çı-xarır. O fikirləşir ki, bu duyğu 
məndə  əmələ  gəlmişdi, amma tənqidçi sağ olsun, bunun necə 
gözəl şərhini, ifadəsini verdi, məni inandırdı. O, elə bil ki, hə-
min məqalənin altına öz imzasını da qoymağa hazırdır. Amma 
bütün bunlara rəğmən , demək ki: bizdə ədəbi tənqid yoxdur – 
bu fikir, mənim qənaətimə görə, adamı məsuliyyətsizliyə aparır.  


197 
T.Əlişanoğlu* - Bəkir müəllim, siz cavan yaşlarınızdan baş-
layaraq  ədəbi prosesi fəal izləmis, aktiv iştirakçısı olmusuz. 
Bəs indi ədəbi prosesı necə, harada izləyirsiz? Jurnaldanmı, 
qəzetdənmi, ya internet də bura daxildirmi? 
B.Nəbiyev - Mən əlimi ürəyimin üstünə qoyub, tam həqiqəti 
deyirəm. Əvvəlki vaxtlarda olduğu kimi, müasir ədəbi prosesi 
ürəyim istəyən dərəcədə izləyə bilmirəm. Bunun bir çox 
səbəbləri var. Əsas səbəb budur ki, indi hərənin alnına bir cür 
yazılıb, belə bir ifadə  işlətmək mümkündürsə, mən gözümü 
açandan həmişə  vəzifə sahibi olmuşam. Düzdür, mən nə 
nazirəm, nə o vaxtlar Mərkəzi Komitə katibi olmuşam. Amma 
mən “Kommunist” qəzeti kimi çox ağır, məsuliyyətli, o ideo-
loji basqılar zamanı çox adamı incidən bir qəzetdə şöbə müdiri 
olmuşam. Səhərdən axşama kimi redaksiyada oturmaq bir, 
vaxtaşırı ezamiyyətlərə getmək iki, belə ki, bizi yerlərə oşerk, 
felyeton yazmağa, yaxud hər hansı bir faktı araşdırmağa gön-
dərirdilər çox çətin və məsuliyyətli idi. Həmin vaxtlar həm də 
mənim as-pirantlıq illərim idi. Mən aspirant ola-ola vəzifədə 
çalışırdım, gecənin yarısına qədər oturmalı, dissertasiyamı yaz-
malı idim. Ondan sonra 1961-ci ildə gəldim Nizami adına Ədə-
biyyat  İnstitutuna, orada cəmi üç ay kiçik elmi işçi işlədim. 
Yəni yavaş-yavaş  əl-qolumu açırdım ki, işləyim, görüm-götü-
rüm, məni institutun elmi katibi qoydular. O zaman rəhmətlik 
akademik Şirəliyev deyərdi ki, Bəkir, biz direktoruq, K.Talıb-
zadə müavindi, sən qərargah rəisisən. Bütün hesabatlar, planlar 
elmi katibin əli ilə zühur eləyir, meydana gəlir. Bu da mənə o 
zamanlar ədəbi prosesi yetərinsə izləməyə mane olurdu... 
T.Ə. – Amma o vaxtlar çox fəal olmusunuz, Bəkir müəllim. 
B.Nəbiyev - Indi vəziyyət daha da gərgindir. Özünüz də 
bilirsiniz ki, mən  İnstituta hamıdan  əvvəl işə  gəlib, hamıdan 
sonra işdən gedirəm. Ona görə yox ki, mən bir yerdə oturmağı 
çox xoşlayıram. Ona görə ki, işimin məsuliyyəti bunu məndən 
tələb eləyir. Digər tərəfdən, mən ictimai vəzifələrə də qailəm. 
O da artıq mənim vətənimin, dövlətimin, cəmiyyətimin mənə 
etimad və etibar elədiyi vəzifələrdir. Yadınıza salıram ki, mən 
dörd il Azərbaycan Mədəniyyət Fondunun sədri olmuşam, dörd 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə