181
Əslində nə dəyişib? Dünənə qədər ədəbi-milli dəyərlərimizi
buxova salıb zəncirləyən əsarətdə yaşayırdıq, bu günsə həmin
dəyərləri üzə çıxarmağa, nədə əksini tapdığını müəyyənləş-
dirməyə cəhd etməyən azadlıqda yaşayırıq. “Bu gün ədəbiyyat
yaranır, amma təbliğ olunmur” – qəzetə müsahibəsində Arif
Əmrahoğlu haqlı olaraq bu amili ədəbiyyatın əsas problem-
lərindən biri kimi səciyyələndirir. Bəli, təbliğ zəruridir. Ən azı
bilmək üçün ki, dünyaya axın prosesinə, mənəvi inteqrasiya və
ədəbi dövriyyəyə çağdaş ədəbiyyatımız hansı istiqamətdə
pozitiv müdaxilə, yenilik təqdim edə bilər və ümumiyyətlə, bu
gün yaranan ədəbiyyat ki, var, milli varlığımızı görükdürməyə,
onu təmsiletmə potensialını ehtiva etməyə qadirdimi? Xüsusilə
indi, ədəbi gedişat özü haqda iki paradoks xarakterli qənaət
formalaşdırırsa ki, “son illər ərzində ədəbiyyatımız bütün prob-
lemləri adlaya bildi. Bu illər ərzində ədəbiyyat təkcə özünü
qorumaqla kifayətlənmədi, böyük bir inkişaf yolu keçdi. Yeni
tipli əsərlər yarandı, cəsarətli eksperiment aparıldı. Bu ədəbiy-
yatın qələbəsidir” (A.Əmrahoğlu) və Əsəd Cahangirin “Antiu-
topiya” məqaləsində müəllifində etirazına səbəb olan, ədəbi
proses haqqında səsləndirilən belə bir imperativ: “Son dövrün
ədəbiyyatına münasibətdə təxmini olaraq belə bir fikir var: Bu
gün bizdə ədəbi proses yoxdur”. O zaman ikinci fikri fənaya
uğratmağın və bu cür əsassız formullara, birdəfəlik son qoyma-
ğın yolu başlıca diqqət hədəfini daha çox yaranan ədəbiyyatın
üzərinə köçürüb, onların milli şüura nə dərəcədə bədii-estetik
dəyər qatmasını üzə çıxartmaqla reallaşa bilər. Etiraf edək ki,
bu cür təbliğetmə işində ədəbi tənqidin öhdəsinə daha böyük
məsuliyyət düşür.
Belə bir ayrıntının aparılması həm də ona görə vacibdir
ki, sabahkı ədəbiyyatın xarakteri, onun keyfiyyət göstəricisi
bu gün müəyyənləşir (necə ki, bu gün yaranan ədəbiyyatın
zaman mənbəyi doxsanıncı illərdir). Sabahkı nəslin estetik
tələbatını isə yalnız tərcümələrdən qazandığımız dəyərlərlə
ödəyə bilmərik.
182
ZİYALI SİNDROMU
Bu kitabı mədəniyyətimizin patriarxlardan olan
ədəbiyyatşünas alim Yaşar Qarayevin unudulmaz xatirəsinə
həsr edirəm. Və çağımızın ədəbi mənzərələrinə nəzər qıldıqca
Yaşar Qarayev Sözünə sığınır, güvənirəm.
“Hazır ənənənin dalınca getmək qat-qat asan, sənəti yeni
keçidə hazırlamaq qat-qat çətindir. Birinci halda məhz “bazar
iqtisadiyyatı”ndan çıxış edirsən: ən cari, kustar ehtiyac baxı-
mından müştəriyə hansı mal, mətah, ideya lazımdırsa piştax-
taya onu qoyursan. Sən “bazar”ın dalınca gedirsən və elə
bilirsən zaman sənin dalınca gedir. İkinci halda – ədəbi, mütləq
və sabit sənət və həqiqət mövqeyindən xalqa düz söz deyirsən,
bəlkə də acı olan, sərfəli olmayan, kütləyə “lazım olmayan”
söz deyirsən, amma həqiqəti deyirsən”... (Yaşar Qarayev)
Yəqin həmişə belə olub. Ədəbiyyat olan yerdə antiədəbiyyat
nümunələri də yaranıb, peşəkarlıq olan yerdə kütlə psixolo-
giyasının tələbini ödəyən mətnlər də özünə yol tapıb. Bunların
zəminində isə iki növ səviyyəni ehtiva edən ziyalı obrazları
formalaşıb: ədəbiyyat ölçülərini nəzərə almadan, müəyyən ma-
raqlara və məqamlara xidmətin göstəricisi kimi meydana çıxan
yanaşma nümayiş etdirənlər, yaxud əksinə, əbədi sənət idealını
əsas tutub öz həqiqət çevrəsini cızan, ədəbi dəyərlərə və meyarla-
ra münasibətdə güzəştə getmədən sırf yaradıcılıq faktı arayanlar...
Zaman-zaman sinxron, müvazi şəkildə fəaliyyətdə olan hər
iki qütbün təmsilçiləri bu gün də ədəbi prosesimizdə görünür
və təəssüf doğuran odur ki, bu ənənəvi gedişdə mənfi-müsbət
nisbəti hələ də ikincinin xeyrinə dəyişmir. Səbəbsə yalnız
birincinin yalançı gücündə deyil, yox, daha dəqiqi, həqiqəti
yeritməyə və dəstəkləməyə iqtidarı çatan ziyalı mövqeyinin
yoxluğundadır.
Bəli, bizdə ikinci səviyyənin meydanı daralıb, onu təmsil
edən ziyalı və auditoriyanı tapmaq (oxu: toplamaq) müşkül işə
183
dönüb. Baş verən proseslərə varıb-görürsən ki, bizdə hələ belə
söhbətlərə hazır auditoriya yetişməyib.
Bəlkə bu gün ziyalının susması, ən pis halda isə “bazar”ın
dalınca getməsi məhz, bu amillə bağlıdır. Yəni kamil audito-
riya olmayan yerdə hansısa inqilabi görkəm alıb dönüş yarat-
maq niyyəti, periferiyadan mərkəzə – ədəbiyyat müstəvisinə
çağırış, dəvət notları səsləndirməyin özü sonda müəllifini Yusif
Sərrac kimi kor kütlənin həmləsinə hədəf edə bilər. Axundov
haqlı deyildimi xalqın, toplumun şüurunun oyaq olmadığı təq-
dirdə aparılan bütün islahat cəhdlərinin əbəs olduğunu bildi-
rəndə?! Yoxsa “sözünü o kəslərə de ki, səni dinləmək istəmir”
təskinliyini təqib qılıb üzünü “sözün sərf olmadığı” çoxluğa
tutmaq və gözləmək ki, ədəbiyyatımızın yaradıcılıq problemlə-
rini bölüşməyə deyil, adını, tərifini eşitməyə, bir-birləri ilə gö-
rüşüb dərdləşməyə təşrif buyuran şəxslər sənə qulaq verəcək –
hədəfə sərf olunan enerjidir.
Amma əslində, ziyalıya həvalə olunan funksiya bu növ ste-
reotip normalar əleyhinə çevrilişdə üzə çıxır. Çünki onun ədəbi
tərəqqi hərəkatında aparıcı rolu ötəri zaman və məkana uyğun-
laşmağın səviyyəsindən daha dərin və ucadır.
“Ziyalının missiyası və rolu məqama xidmət etmək deyil,
məqamlar arasında vəhdətə xidmət etməkdir, nəsillərlə əsrlər,
yaxınlar və uzaqlar arasında da əlaqə və ahəng yaratmaqdır,
işığı keçməyə, şamı sönməyə qoymamaqdır, ocaqdan-ocağa od
daşımaqdır”.
Bizdə ziyalı “mən”i o zaman diksinir ki, ya kimsə onun bos-
tanına daş atır, ya da ədəbiyyatımızı “kənar gözlə” seyr edən
birisindən qəfil zərbə alır.
Diqqət edək: Ötən həftələrin birində “Yazıçılar Birliyində
atalar-oğullar deyil, nəvələr-babalar münasibəti hökm sürür”
(“Ədalət”qəzeti, 21 fevral 2004) yazısı çap olunar-olunmaz ünva-
nına deyilən fikirlərlə barışmayan Dünya Gənc Türk Yazarlar
Birliyi dərhal cavab reaksiyası verib “doğru olan”ı mətbuat
səhifəsinə çıxarmağa qərar verdi. (“Doğru olan”, “Ədalət” qəzeti,
Dostları ilə paylaş: |