Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   46   47   48   49   50   51   52   53   ...   78

 
174 
da kritika yazanın fikrini üstün tutur. Bu işin nəticəsi budur ki, get-
gedə nəzm və nəsr, inşa və təsnif cəmi nöqsanlardan təmizlənir”. 
Söylənmiş kontekstdən yanaşsaq, çeşidli suallar önündə 
duruxub qalarıq: bu gün tənqidin ədəbi prosesdə oynadığı rol, 
ona ayrılan missiya nədən ibarətdir? Hansı  tənqidçinin yazı-
larında bu xidmət nə  qədər ehtiva olunur? Və ümumiyyətlə 
üçüncü bir şəxsin ki, fəaliyyətini M.F.Axundov vacib bilib 
vurğulayır, o məqama qədər bizdə ədəbi tənqid öz maraqlarını 
ortaya qoya bilirmi? Əvəzində o maraqlar ki, bəzən ona ədəbi 
dəyərləri belə qurban veririk, onların özünü yeni dəyər qis-
mində milli təfəkkür qatına yeritmədə hansı  təsəvvürlərdən, 
hansı estetikanın prinsiplərindən çıxış edirik? Qərbdə yaranmış 
metod və  cərəyanların hələ yalnız imitasiyasını verən nəzə-
riyyələrdənmi – bu halda ədəbi nümunəyə tətbiqdə bəhs edilən 
predmeti təhlil etməkdən daha çox gətirilənin təbliği ilə məşğul 
oluruq; yaxud sovet dövrünün diqtə etdiyi yarlıqlardan üzülüş-
müş yazılarla sanki fərqli düşüncə çevrəsi cızdığımızı güman 
edirik, əslində isə 80-cı illərin bədii-estetik keyfiyyət nümayiş 
etdirən tənqid mətnlərinə uduzduğumuzun fərqinə varmırıq. 
Yenə  də alternativ... Təbiidir. O yanda “dünya ədəbiyyatının 
bütün tənqid pilləkənlərini tanımağa” yön alanda, bu yanda 
milli tənqid tarixi, təcrübəsi ilə üz-üzəyik. Ədəbi uğursa onlar 
arasında ortaq dilin tapılacağı təqdirdə hasilə gələcəkdir. Necə 
ki, bu “düşvarı asan eyləməyin” nümunəsini Axundov bir 
zamanlar öz timsalında göstərmişdi.  
 
 
 


175 
PROLOQDAN ÖNCƏ 
 
Biz özümüzü üçüncü minilliyin proloqunda hesab etsək də, 
əslində, bir mərhələ kimi 90-cı illərdən tam üzülüşməmişik. 
Mütəmadi olaraq bu dövrə qayıtmada, onun şüurumuzda yarat-
dığı  təbəddülatın kontekstindən çıxış etmədəyik. Hələ 90-cı 
illərdə qaldırılmış  məsələlərin bu gün rakursunun tapılmasına 
cəhdlər edilməsi və bu zaman müəlliflərin çox vaxt elə dövrün 
öz ritminə  əsaslanmaları XX əsrin son onilliyinə ötüb getmiş 
gedişat, yaxud boşluq mərhələsi kimi yanaşmaq səylərini heçə 
endirib, onun məhz bu günlə bütöv, mütəşəkkil görünən pano-
ramını yaratmağı zəruri edir.  
Müstəqillik kimi tarixi nailiyyətimiz və bir-birinin ardınca 
baş verən gərginlik, kataklik proseslər – 90-cı illəri ilkin olaraq 
səciyyələndirən bu iki amildir. Elə bu gün ədəbi prosesin dirili-
yini və dinamikasını təmin edən strategiyanı hazırlayan da sıra-
ladığım bu iki faktdır. O mövzuları ki, ədəbiyyat gecikmiş də 
olsa yazıya alır və gecikmədən mükafatlandırılır, onları 90-cı 
illərin məlum hadisələri  şərtləndirir. O prizmadan ki, hazırda 
ədəbiyyata yanaşırıq və ədəbi məhsula qiymət veririk, ilk növ-
bədə müstəqil mövqe nümayiş etdirib milli dəyər arayırıq, 
ondan bu günümüz üçün faydalı olan pozitiv müdaxilə  tələb 
edirik. Çünki dərk etməli oluruq ki, ən böyük milli dəyər milli 
yaddaş özüdür və yaddaşını qoruyub hifz edən, bütün tarixi 
epoxalardan onu bütöv və salamat çıxarmağa qadir olan xalq 
öz sabahının sabitliyinə təminat vermiş olur. 
Mədəniyyətin milli koloriti və orijinal xüsusiyyətləri də o 
zaman qorunub saxlana bilir ki, xalq varisi olduğu  ədəbi irsi, 
milli-mənəvi sərvətləri, zamanın sərt sınaqlarından, fəci və dra-
matik olaylarından uğurla çıxara bilir. Əgər çıxara bilmirsə, 
dövlətin bütövlüyünü də, millətin taleyini, “xalq və mən” şüu-
runun mövcudluğunu da şübhə altına alır. Biz bir millət, bir 
xalq kimi bu təhlükənin acı  nəticələrini  şəxsi taleyimizdə ya-


 
176 
şadıq. Tarix sübut etdi ki, o nəinki “müəllim olmaqdan qalır” 
(A.Kamyu), əksinə, ondan dərs götürməyənlərə bu dərsi dəfə-
lərlə təkrar etmiş olur. Hər halda XX əsrin əvvəli və sonu ara-
sındakı harmoniya, hadisə  və proseslərin adekvat səslənişi və 
oxşar təzahürü görk etdi ki, tarixdən heç bir dərs götürməmək 
faciəsi bizi yaşamışları bir də yaşamağa, görülmüşləri bir də 
görməyə vadar edəcək. Və yenə də bir halda ki, “tarixin dərs-
lərindən ibrət götürməyəndə günahkar zaman deyil, şüur olur” 
o zaman şüuru naqis stixyadan, yad düşüncədən və sönük tə-
fəkkürdən təmizləmək lazımdır. Ötən həftə  mətbuatda gedən 
iki yazıda – E.Səlcuqun “Tənhalığın tənhasızlaşdırılması” və 
B.Əlbəylinin “Bədii siyasətnamə, yaxud milli nigarançılığın 
proyeksiyası” (“525-ci qəzet”, 3 yanvar, 2004) adlı  məqalələ-
rində  həmin missiyanın layiqli daşıyıcısı olmaq prioritetini 
nümayiş etdirən iki əsərə, K.Abdullanın “Sirr içində dastan və 
yaxud Gizli Dədə-Qorqud -2” və Anarın “Ağ qoç qara qoç” 
əsərlərinə yönələn diqqətin başlıca hədəfi də elə bunları nişan 
alır, bu əsərlərin milli şüura və yaddaşa və dərəcədə bədii-estetik 
dəyər qatmasını izləməyə çalışır. Hərçənd burada dəyər elə 
predmetin öz predmet seçimində artıq müəyyənləşib və onda 
meyara çevrilib ki, üzünü yaddaşa çevrilən tarixə – özündə xal-
qın milli kodunu və möhürünü əbədiləşdirən söz sənətinə tutub. 
“Kitabi-Dədə-Qorqud” körpüdür. Mifdən yazıya, “eposdan 
kitaba” və nəhayət, dünəndən bu günə uzanan elə bir körpü ki, 
onunla çağdaş dövrün təmasını, rabitəsini yaratmaq bizə zama-
nın bütövlüyünü bərpa etmək üçün lazım idi. Hər halda 90-cı 
illərin geriyə  fırlanan çarxında və  təbii, bir çox şəxsiyyətlərin 
yaradıcı milli dühasında yaradılacaq bu bütövlüyə ilk nümu-
nəni “Dədə Qorqud” abidəsi verdi. Həm də təkcə “böyük sintez 
işi” üçün yox... K.Abdullanın tədqiqatı göstərdi ki, çox şeyə. 
“Sirr içində dastan və yaxud gizli Dədə Qorqud – 2” əsəri ilk 
növbədə müxtəlif mifoloji abidələr arasında  əlaqəni izləməklə 
ədəbiyyatşünaslıqda çox maraqlı elmi tendensiyalardan birini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə