Microsoft Word Yeni kitab A5-son docx


  ları varsa deməli, millət yaranır. Bunun da oxumuşları var



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   43   44   45   46   47   48   49   50   ...   78

 
164 
ları varsa deməli, millət yaranır. Bunun da oxumuşları var, 
amma oxumuşlarını özünə oxşada bilmədi,- varjapedin 
birdən-birə üzü gülməyə başlamışdı.” Bu düşmən dilindən 
özümüzə edilən ironiyadır, zəif tərəflərimizin etirafı, keçmiş-
dən uzaqlaşmağımıza edilən tənədir. Erməninin düşüncə psixo-
logiyası, illüziyaları və bu sırada, türk xalqının xarakteri, möv-
qeyi - sadəlövhlüyü, aldanış və eyforiyası ilə birlikdə təsvir olu-
nurlar.  Əsərdə türk tarixi və bu tarixə münasibət-onu yazmaq, 
təbliğ etmək, öyrənmək və öyrətmək müəllifin  əsas düşüncə 
predmetinə daxildir. Bütün əsər boyu İmirxanlının düşüncəsindən 
bu süzülür: biz tarixi yaratdıq, amma lazımınca, gərəyincə 
öyrənmədik, təbliğ etmədik. Erməni isə ayaq basdığı yerlərin 
dağına, daşına öz adının hərflərini yazdı. Müəllimi (kimya 
müəllimi Siranuş Samukyan) erməni adındakı  hərflərdən 
başlayaraq uşaqları türkə nifrət ruhunda yetişdirdi. Dərisatanı 
(Aped) alver elədiyi dükanın qarşısında erməni psevdotarixini ipə 
düzüb ağacdan asdı: “papaq alanlar, dəri gətirənlər  əvvəcə 
gərək bu yazılara baxaydı, Apedin suallarına cavab verəydi, 
yalnız ondan sonra alver eləmək mümkündü... Apedin də 
alveri elə budu, təki erməni tarixini öyrənən olsun, Aped də 
beş qazanmasın bir qazansın, erməni öyrənməsə də olar, türk 
öyrənsin, türk”; vətəndaşı  hər ay “Qrunk” təşkilatına pul 
göndərməyi təməl vəzifəsi kimi qarşısına qoydu.  
Türklərsə bu erməni məkri qarşısında yenə  də saf və sadə-
lövh davranır, qarşındakının niyyətini bilə-bilə ona əl uzadıb 
süfrə açmağından qalmır, düşməni xəstəliyin iti caynağından 
xilas edib sağaldır, ermənini qoruyan rus əsgərlərini yedizdirir, 
hətta əsər boyu bizə tarix dərsi keçən ziyalı obrazı-İmirxanlının 
özü belə bir erməni qadınının- “Qrunk”un Bakı  təmsilçisinın 
qızı Sevortyan Sedanın yanında aciz görünür: “İçim sökülür 
elə bil, özümün də xəbərim olmayıb, erməni qızına belə ba-
ğanmışam, birdən-birə bu hala düşməyimə məətəl qaldım.”  
Qeyd edək ki, bütün əsər boyu türkçülük ideyasının amansız 
təbliğatçısı kimi çıxış edən, auditoriya azadlığında qatı millətçi 
çıxışları ilə seçilən, akademik Balacahunlu ilə türkün şanlı 


165 
keçmişi, coğrafi əraziləri, yer adları ilə bağlı mübahisələrə giri-
şən, kənd camaatını başına yığıb onlara alovlu tarix dərsləri ke-
çən, erməni xislətinə hamıdan yaxşı  bələd olan ziyalımız  İmir-
xanlının bir erməni qızının  əlində  əsir-yesir qalması oxucunu 
rəncidə salır. Nə olsun ki, bu ilişkidə  də daim türk söhbəti qa-
bardılır, hətta bu müzakirə-mübahisələr intim səhnələrinə  qədər 
yeridilir,  əvəzində oxucunu tarixlə bağlı bir ziyalıdan eşitdik-
lərinin cazibəsi nə qədər heyrətləndirirsə, bu heyrət İmirxanlının 
“axçi” aludəliyi önündə fiaskoya uğrayır:  “Oğlan (İmirxanlı-
E.A.) alt paltarını əlində gül dəstəsi kimi tutmuşdu, bayaqdan 
geyinmək istəyirdi,  əlləri sözünə baxmırdı, bir də, bununla 
hirsi soyumayacaqdı ki. Elə ordan, məxmərli kreslonun 
üstündən, alt paltarı qarışıq əlini silkələyə- silkələyə: 
- Bilirsən,- dedi,- dövlət qurub, dövlət görmüş xalq sizin 
kimi görməmiş olmur, cığal, gözləri özgə qapılarında... Ço-
banlıq da bir tarixi mərhələdi, siz onu da keçməmisiz, 
torpağınızın olmaması da, ac qalmağınız da çoban olmadı-
ğınıza görədi.”  
Necə ki, ona güman bəsləyən həmkəndliləri bu sayaq 
küskünləşirlər: “İmirxanlıdan yaxşı tarix yazmayacaqlar ki? 
Hanı bəs? Nə yazdığı ağlımızda qalıb, nə özü yanımızdadı... 
İndi də, deyir, bir erməni qızına uyub, nə  kənd yadına 
düşür, nə anası.”  
Bu həmən tanış “mif”dir, milli nəsrdə bizə  məlum olan 
xəttin davamıdır. Əslində, yazıçının belə bir münasibəti simvo-
lik olaraq təsvirə alması aydındır- “Əsli və  Kərəm”, “Bahadır 
və Sona” (N.Nərimanov), “Sarı tağ” (A.Abdulla), “Qarabağ şi-
kəstəsi” (V.N. Sarıhüseynoğlu), “Quqark” (S.Baycan) əsər-
lərində erməni-azərbaycanlı münasibəti müxtəlif rakurslardan 
bədii təsvirin mərkəzinə  çəkilirsə  də  nəhayətində milli xarak-
terin boşluqlarından nəşət tapırlar. Bu əsərdə  də boşluqlara 
işarə edilir, yenə də düşmən dilindən: “Yad elli qızlara meyil-
lidilər, pul sevəndilər”. Düşünsək ki, söhbət 80-ci illər Bakı-
sından gedir, burda hələ hər növ millətlər, hər çür münasibətlər 


 
166 
qovuşmuş, qaynayib qarışmış haldadır, deməli özgələrə aludə - 
“yad elli qızlara meyl etmək” mifinə  hələ yer var. Gərəkirsə 
hələ erməni qızını yaşadığı Qələ kəndindən sağ-salamat çıxart-
mağa nail olub onu Ermənistana yola salan (erməni ilə bağla-
dığı yeganə bağı  qıran!)  İmirxanlının türkün tarixini yaza-
cağına inanmağa da... 
Biz eyni hadisələri ona görə təkrar yaşadıq ki, tarixin dərs-
lərindən ibrət götürmədik. Belə olduğu üçün torpaqdan əvvəl 
milli-mənəvi dəyərlərimizi və tarixi haqqımızı itirdik. Çünki 
ərazinin bütövlüyü yaddaşın bütövlüyündən, onu mühafizə et-
mək qüdrətindən asılıdır. “Erməni adındakı hərflər”də bu tarixi 
öyrətməyə və milli şüuru ayıq saxlamağa güclü potensial var.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə