Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   45   46   47   48   49   50   51   52   ...   78

171 
gün bədii fikir və zaman arasında tənasübün pozulması, nəzərə 
çarpacaq dərəcədə ziddiyyətin  əmələ  gəlməsi təqdir olunmaq 
üçün gərəkli olan üçüncü amilə – oxucu münasibətinin məh-
rəmliyinə qarşı da sədd yaradır. Axı çağdaş  nəsrin axtarış-
larının mərkəzində xalqın, millətin bu günü və  gələcəyi ilə 
bağlı narahatlıqların monumental ifadəsini, müstəqillikdən son-
ra formalaşan yeni İnsan tipini, ən əsası isə müharibə yaddaşı-
nın fəlsəfi dramatizmini və  kəskin ifadəsini görməyən oxucu-
nun son anda yaşantılarının tərcümanı olmaq prioritetini nüma-
yiş etdirə bilməyən  ədəbiyyata olan inamı sarsılır. Bu inamın 
əzəli bütövlüyünün bərpası bu gün gənc nasirlərin hakim mis-
siyanı nə səviyyədə reallaşdıra bilmələrindən daha çox asılıdır. 
Bu xüsusda, nəsrə dair müşavirədə səslənən: “Yaxşı olardı ki, 
təsvirlərin gerçəklikdən qaynaqlanması, həqiqi və canlı savaş 
görüntülərinin yaradılması, müharibə psixologiyasının və 
ovqatının aşılanması üçün şəhid ailələri, döyüş  iştirakçıları  və 
qaçqın düşənlərlə ünsiyyət qurulaydı” (Anar) kimi təklifə  də 
diqqət yetirməyə  dəyər.  Əks təqdirdə isə  şair Səlim Babulla-
oğlunun fikri daha tutarlı görünür: “Qarabağ haqqında bu cür 
yazmaqdansa sükut yaxşıdır”. 
Yenidən qayıdaq “proza yoxdur” fikrinə. O fikrə ki, bu gün 
ona istinad edib təsdiqləmək obyektiv mənzərəni tam ifadə 
eləmirsə  də, ona qarşı  əks qütbdə dayanıb “proza var” im-
perativini səsləndirmək də  həqiqətə uyğun gəlmir. Çünki bizə 
kəmiyyət yox, keyfiyyət gərəkdir, həyatımızın ictimai və  mə-
nəvi dərinliklərinə nüfuz etməyə qadir ola biləcək  əsər gərək-
dir. Bunu tapmayanda isə  məcburuq birinci hökmün qarşısına 
bir təyin əlavə edək: “Bizdə ciddi proza yoxdur”, vəssalam. 
Və fikirlərimizin əsası kimi: əgər bu gün ölkədə nəsrlə bağlı 
müsabiqə təşkil olunur və günün nəsr mənzərəsini ehtiva edən 
müsabiqə mətnlərinin içindən keçib hansılarınsa qalibiyyəti ilə 
bağlı qənaətə imza atan ekspertlərdən biri sonradan “Mənə sırf 
sənət ölçülərinə gələn mətn verin” (Aydın Talıbzadə) deyib də 
estetik tələbatını doyuramadığını  bəyan edirsə, deməli, 
nəsrimizin durumu ilə bağlı ifadə olunan nigarançılıqlar  əbəs 
deyil. Belə... Düşünməyə dəyər hər halda. 


 
172 
AXUNDOV MƏQAMI  
 
Ötən həftənin diqqət önünə  çəkdiyi məsələlər daha çox 
ədəbi tənqidimizlə  əlaqədar oldu desəm, zənnimcə, yanılma-
ram.  Əvvəlcə Yazıçılar Birliyində son beş ilin ədəbi tənqidi 
haqqında müşavirə keçirildi, sonra eyni məkanda ustad tənqidçi 
Kamal Talıbzadənin 80 illiyinə  həsr olunmuş görüş  təşkil 
olundu, daha sonra “525-ci qəzet”in son şənbə buraxılışında 
adı gedən sahəni  əhatə edən məsələlərə  tənqidçi Vaqif Yusif-
linin müsahibəsində önəm verildi. 
Üç müxtəlif nəsli və dəyərlərə münasibət məsələlərini qarşı-
qarşıya qoyan ədəbi həftə sanki müqayisəyə meydan yarat-
mışdı. Dünənin tənqid simasının cizgiləri, onun çətinlikləri, 
uğurları və uğursuzluqları... Məsələ tənqidin hazırkı durumuna 
gəldimi, həmişə dəbdə olan şikayətlər yenidən eşidildi, mövqe 
zəifliyi, peşəkarlığın itməsi haqqında gileylər yenidən vurğu-
landı. Səbəblərin çözülməsində isə belə bir fikir də səsləndi ki
bu gün tənqidimizdə  ağsaqqal yoxdur (V.Yusifli). Amma axı 
var: K.Talıbzadə, B.Nəbiyev, Ş.Salmanov... sıralarımızı vaxtsız 
tərk etmiş Y.Qarayev, A.Məmmədov, N.Cabbarlı... daha əvvəl 
M.Arif, M.C.Cəfərov, M.Hüseyn... bir qədər də geriyə adlasaq: 
S.Hüseyn, F.Köçərli, M.F.Axundov... Söhbət ondan getmir ki, 
bu  şəxslərin bir qismi artıq həyatda yoxdur, bir qismi isə 
konkret çağdaş dövrün tənqidilə  məşğul olmurlar. Söhbət on-
ların qoyduqları  təcrübədən, elmi-nəzəri səriştədən gedir ki, 
son müşavirə bizim məhz bu sarıdan problemə müncər oldu-
ğumuzu bəlli etdi. 
Bəli, üzdə  hər  şey qaydasındadır: biz ağsaqqal tənqidçilə-
rimizi unutmuruq, bu şəxslər bizim üçün püxtə, peşəkar 
münəqqidlərdir, onların yaradıcılığının bütün istiqamətlərini 
ədəbi tənqidimizin uğurları adına yozub layiqli irsə nümunə 
göstəririk. Konkret yazı  təcrübəmizə  gələndə isə  məlum olur 
ki, onların ədəbi prosesə – əsərlərəmi, əsərlərin təhlilinəmi ya-
naşmada nümayiş etdirdikləri bədii-estetik keyfiyyətlərdən, 


173 
elmi meyar və prinsiplərdən uzaqlaşmışıq. Mahiyyətinə varma-
dan, təcrübəsinə enmədən eləcə “sosialist realizmi” damğası 
vurub tarixin arxivinə bağışlamışıq. 70 illik bir dövrün təcrü-
bəsini küll halında yararsız hesab edərək, yeni düşüncə sistemi 
formalaşdırmağa qərar vermişik. Fəqət, nədən bizim ultramo-
dern, dünya standartları ölçülərindən yanaşdığımız predmeti 
bütün tərkib və parametrlərində canlandırmağa müyəssər 
olmuruq, bir növ dünənin acı  təcrübələrini rişxənd hədəfinə 
çevirib onun fövqündə duran, ədəbi prosesin dinamikliyinə 
rəvac verən sözü söyləyə bilmirik. Eləcə keyfiyyətə deyil, 
kəmiyyətə istinad edib quru xronoloji, bəsit statistik göstərici 
ilə kifayətlənirik,  ədəbiyyatın müxtəlif sferalarında təmsil 
olunanları, əks-tənqidçiləri və ümumiyyətlə, tənqidçi olmayan-
ları bir yerə cəm edib çağın ədəbi tənqid panoramını yaradırıq. 
Amma maraqlıdır, daha doğrusu təəccüblüdür ki, bu qədər 
“tənqidçi ordusu” ilə niyə  ədəbi tənqidin çoxşaxəli istiqa-
mətləri qarşısında yenilir, onunla müvazi addımlamaqda aciz 
qalırıq, yaxud konkret tənqidin zəifliyi haqqında hələ də eşidilən 
şikayətləri dəf edə bilmirik. Əvəzində, növbənöv alternativlərlə 
üzbəüz qalırıq: cavan tənqidçilərə gah Aydın Məmmədov tənqidi 
etalon qismində nümunə  çəkilir (Q.Nəcəfzadə), gah da tənqid 
məktəbini keçmək – K.Talıbzadənin “Azərbaycan ədəbi tənqidi-
nin tarixi”ni oxuyub öyrənmək tövsiyə edilir (N.Şəmsizadə). Və 
zənnimcə, sonuncu məqama diqqət yetirməyə  dəyər.  Ən azı 
nəzəri-estetik fikrin çağdaş  ədəbiyyata xidmətində hansı yollar-
dan, mərhələlərdən keçdiyin dərk etmək, mövcud təmayül və 
istiqamətlərə yanaşmada sınanmış  təcrübələrdən yararlanmaq 
üçün. Hətta qayıtmaq da vacibdir o yerə ki, orada tənqidin ilkin 
mahiyyəti açıqlanır, “baniyə-kar” M.F.Axundov ilk dəfə ədəbiy-
yata gətirdiyi bu elmin sadə düsturunu verir: “... bu qayda Avro-
pada məlumdur və onun böyük faydaları vardır, məsələn bir şəxs 
kitab yazdığı zaman, başqa bir şəxs onun əsərinin mətləbləri 
xüsusunda kritika yazır... Müəllif ona cavab verir. Ondan sonra 
üçüncü bir şəxs meydana çıxır, ya müəllifin cavabını təsdiq edir, ya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə