177
əsaslandırmış oldu. Dünya mədəniyyətinin vahid struktura
malik olmasını isbatlamaqla bərabər, həm də göstərdi ki, var
olana yanaşmada həmişə yeni baxış ifadə etmək, yeni ədəbi-
estetik münasibət izharlamaq mümkündür.
Eyni çağdaş münasibəti Anarın “Ağ qoç, qara qoç” povesti
də ehtiva edir. Nağıl mətninin simvolikasına sığınmaqla icti-
mai-siyasi ab-havaya adaptasiya olunmaq məramının nəticəsi
olaraq yaranan bu əsər həm ideya-bədii keyfiyyət nöqteyi-nəzə-
rindən, həm də dövrün, baş verən proseslərin intuitiv dərki,
peşəkarlıqla mənalandırılması cəhətdən uğurludur. Bu uğurun
gələcək üçün əhəmiyyəti isə yəqin ki, cəmiyyətin dolaşıq mə-
qamlarının durulması, onun xaosunun harmoniya ilə əvəzlən-
məsi yolunda göstərdiyi xidmətdə görünəcək. Hər halda özü
haqqında “əsər təkrarlana biləcək yaxın keçmişin səksəkəsi –
qorxunun proyeksiyasıdır” (B.Əlibəyli) təəssüratını doğura bi-
libsə, yaddaşın ayıq qalmasında da qarant yolu oynaya biləcək.
Əslində, keçmişin təkrarlanmaması üçün yaddaşın diriliyinə,
dəyərin mühafizəkarlığına kiçik yazılar belə xidmətini əsirgəmir.
Təsadüfidirmi ki, bu gün yazılan məqalələrdə predmetin şərhinə,
yozumuna keçməzdən öncə onun antitezası yaradılır. Nəyinsə
dəyərini açmaq üçün ilkin olaraq nəyinsə dəyərsizliyini göstərmək
lazım gəlir. Məxrəcə milli dəyəri, milli düşüncəni qoyub onu
üstələmək cəhdində bulunan hər hansı əcnəbi təsirlərin, söhbət
konkret poeziyadan gedirsə, burada özünə yol açan “izm”lərin
gücsüzlüyü isbatlanır (məsələn, “Xalq cəbhəsi” qəzetində Nərgi-
zin “Postmodernist aşıq “Şərif Ağayar” məqaləsində olduğu kimi
– 6 yanvar, 2004), “hazırda yaşanan poeziya bumu”nda dəyərli
olanın da dəyərsizliyə qarışıb yox olacağından narahatlanırmış
kimi işığına üz tutduğu yaradıcılığa daha çox bir örnək qismində
yanaşıldığı bəyan edilir (məsələn, “525-ci qəzet”də M.Məmməd-
linin F.Sadiq poeziyasından bəhs edən “Müdrikliyin zirvəsi”
məqaləsində olduğu kimi, 6 yanvar, 2004), yaxud eləcə milli
düşüncəyə qida verən şerlərin xətti ilə bu məram güdülür (mə-
178
sələn, “Kredo” qəzetində Varat Vüsalın – 27 dekabr, 2003, “525-
ci qəzet”də Zəlimxan Yaqubun – 3 yanvar 2004 – çap olunan şer-
lərində olduğu kimi).
Baxmayaraq ki, narahatlığa və nəyinsə isbatına lüzum yoxdur.
Bir halda ki, “Yaddaşım mənim yox, yaddaşlarındır” (Z.Yaqub)
fikrindən doğan inam hissi özünü tükətməyib və hər şeyin zamana
qarışmasında onun yaddaşla bağlılığı göstərici olaraq qalır, dəyər
seçimində yanlışlığa uğramağımızı güman etmək hələ tezdir. Biz
bu məqamı çox zaman lazımınca dərk etməsək də, o öz həqiqətini
diktə etməklə hakimi-mütləq olduğunu təsdiqləmədə...
179
SƏNƏT MÖVQEYİNDƏN
İlk sayı Novruz ərəfəsində işıq üzü görmüş “Sənət qəzeti”nin
(16-31 mart 2004) araya gəlməsini ədəbi aləmdə uğurlu fakt
hesab etmək olar. Kifayət qədər digər qəzetlərə səpələnmiş
ictimai-siyasi xəbərlərin, şou xarakterli yazıların yanında özünə
yer alan (və getdikcə özü də sözün əsl mənasında onların əla-
vəsinə dönən) ədəbi mətnlərdən fərqli olaraq, ədəbiyyatı heç
nəyin qoşqusu olmadan öz evində, məkanında görmək ürəkaçan
təsir bağışlayır. Üstəgəl, bugünkü ədəbi-mənəvi dəyərlərin total
şəkildə aşınmaya məruz qaldığı, daha çox antisənət nümayiş
etdirildiyi bir zamanda məhz sənət adını təqib qılıb meydana
atılmağın özü də simvolik çalar kəsb edir; o vaxta qədər ki, əks
müstəvidə qərar tutanların fəaliyyəti öz mövcudluğunu davam
etdirirkən, qəzet sərlövhəyə çıxardığı ada sadiq qala biləcək.
Bəli, iyirmi dörd səhifə ciddi rəqəmdir və etiraf edək ki, ilk
buraxılışın ümumi səviyyə və görünüşü də ona ciddi yanaşmağa
əsas verir. Ümumiyyətlə, son zamanlar çağdaş ədəbiyyatımızda
sırf yaradıcılıq ritminə köklənib ədəbi mətnlərlə ictimaiyyətin
ixtiyarına verilən nəşrlər, əsasən toplular (məs., AYO-nun 2003-
cü ildə nəşr etdirdiyi “Yaquar yerişli zaman” almanaxı, artıq ayda
bir dəfə çıxmağa başlamış “Mars” ədəbi-bədii, elmi-publisistik
jurnalı) yaranıb ki, onların məziyyətlərini sərf-nəzər etmədən üzə
çıxarmağa dəyər. Lakin icmalımızın predmetini ötən həftənin irəli
çəkdiyi önəmli faktın təhlili təşkil etdiyindən hələlik “Sənət
qəzeti”nin panoramına əsaslanacağıq.
Qəzetin ehtiva etdiyi mətnlərin janr dairəsi müxtəlifdir. Burada
hər müəllif yaradıcı məhsulu ilə təmsil olunub. Kimi tərcüməsi
(N.Əbdülrəhmanlının tərcüməsində F.Dostoyevskinin “Qumar-
baz” romanından, K.Əliyevanın tərcüməsində Otto Veyningerin
“Cins və xarakter” əsərindən parçalar, İ.Fəhminin tərcüməsində
V.Pelevinin “Milad gecəsi” – 117. D.İ.R.”, Kənan Hacının tərcü-
məsində A.Platonovun “Balaca əsgər” hekayəsi və s.), kimi tən-
qidi mətni (Ə.Cahangirin “Antiutoriya” məqaləsi və s.), kimi
bədii nümunəsi (R.Tağının “Bizdən ötrü darıxma”, O.Əhmədo-
180
vun “İşıq gələn tərəf” hekayələri, İ.Fəhminin “Çənlibel tülküsü”
ədəbi layihəsi, Rövşəinin şerləri) və s. və i.a. ilə.
Yəni qəzet sadəcə, sənət adına uyar olana öz məkanında yer
ayırıb. Hətta təəccüblü də deyil ki, digər qəzetlərdə çap olunan
layiqli mətnlərdən bir qismi təkrar çapını (məs., T.Əlişanoğ-
lunun “Yaşar Qarayev tənqidinin dərsləri” məqaləsi), bir qismi
isə davamını (məs., C.Abdullayevin layihəsi – “Müasir dünya
ədəbiyyatı barədə söhbətlər” müsahibəsi kimi) burada tapmağı
özünə rəva bilib: sənətkar və sənət haqqında ədəbiyyat söhbət-
lərini sənət məkanında bölüşməyib başqa hansı ünvana üz
tutmaq olar ki?
Onu da qeyd edək ki, qəzet bu gün ədəbi prosesimizin eh-
tiva etdiyi, onun ümumi mənzərəsindən hasil olan reallığı da
ortaya qoyub və bəlkə də ayrı-ayrılıqda o qədər də bariz nəzərə
çarpmayan bu tendensiya iyirmi dörd səhifəlik bir qəzetin tər-
kibinə cəm olan mətnlərin ümumi görünüşünün aşıladığı təəs-
süratda açıq görünür. Söhbət ondan gedir ki, biz ədəbi arse-
nalımızda olan boşluqları doldurmağın başlıca yolunu kənardan
gətirilən mətnlərin təsirində daha çox axtarırıq. Hələ ki, ədəbi
mətnlərin qoyulduğu tarazlıqda başqalarının sözü bizim öz sö-
zümüzdən ağır gəlir və təbliğ məsələsinə münasibətdə güclü
mərkəzdənqaçma meylləri aparıcı xətti təşkil edir.
Bu gün daha çox təbliğ olunan nədir? Qərb, eləcə də digər
ölkə ədəbiyyatına mənsub nümayəndələrin düşüncələri və
onların yaratdıqları ədəbi mətnlər. Yox, əlbəttə, bunlar da zə-
ruridir. Bəşəriyyətin qloballaşmaya yön aldığı indiki durumda
biz də qapalı dövriyyə ilə kifayətlənməyib dünya ədəbi arse-
nalının dəyərlərindən yaralanmalıyıq. Amma əgər bu proses
birxətli istiqamətdə, yəni “vahid informasiya məkanından
bəhrələnmək, əvəzində ora heç nə artırmamaq” (Y.Qarayev)
şəklində gedirsə, belə bir natamamlıq kompleksinə ürcah olan
ədəbiyyatın sonda elə bir yüksəliş əldə etməyəcəyi şübhə do-
ğurmur. Ədəbi proses bu mənada sinxron deyil, birtərəfli inki-
şafa doğru meylləndiyindən haqqında narahatlıq izhar etməyə
əsas verir.
Dostları ilə paylaş: |