Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   50   51   52   53   54   55   56   57   ...   78

189 
gerçəkliyi qətiyyətlə  və birmənalı  şəkildə  bəyan edə bilib: 
“...şairin yaradıcılıq metodu hər şeydən əvvəl romantizmin ide-
ya-bədii xüsusiyyətləri ilə səsləşir”. Bu o zaman idi ki, roman-
tizm haqqında baş alıb gedən mübahisələrdə “həqiqət” daha 
çox yad ideologiyaya işləyir,  şəxsiyyətlər və onların təmsil 
olunduqları  cərəyan və üslublar deformasiyaya məruz qalaraq 
xalis, təbii naturasından məhrum formada təqdim olunurdu. 
Kamal Talıbzadənin monoqrafiyası isə artıq ortodoks marksist 
təlimlərinin davamı olmayıb, nisbətən sərbəst və  həqiqi sənət 
hadisəsi kimi təzahür etmişdir. 
Ümumiyyətlə, Abbas Səhhət Kamal Talıbzadənin bütün 
yaradıcılığında iştirak edir. “Qorki və Azərbaycan” monoqrafi-
yasında Qorki – Abbas Səhhət ədəbi təsir qarşılığı baxımından, 
“XX əsr Azərbaycan tənqidi” monoqrafiyasında isə “yeni şeir” 
konsepsiyasının ideoloqlarından biri kimi. Lakin bu “iş birliyi” 
yalnız mətnlərlə  məhdudlaşan müştərəklik olaraq qalmır, 
başlıcası, ruhi, mənəvi tələbin, yaxınlığın əlaməti, eyni yaşam 
məramının sintezi, dialektik vəhdəti kimi özünü göstərir. Bu 
xüsusda ustad tənqidçi Yaşar Qarayevin söylədiyi fikir daha 
ibrətli səslənir: “Mütəxəssis tədqiq etdiyi böyük sənətkarın 
şəxsiyyəti, mənəviyyatı və əxlaq dərsləri ilə yoluxub zənginləş-
məli, daxilən də, mənən də onunla müştərək ovqata, amala qay-
nayıb qarışmalıdır. Əks halda elm ilə poeziya, çağdaş alim ilə 
klassik irs arasında həqiqi təmas, əsl ünsiyyət baş verməz. İlahi 
impulsların dövriyyəsi, ruhlarla beyinlər arasında məhrəmlik, 
aşinalıq yox, adi mexaniki kontakt baş verər, vəssalam”. Müba-
liğəyə varmadan demək olar ki, Kamal Talıbzadənin uzun illik 
yaradıcılıq fəaliyyəti onun tədqiqatçısı olduğu Abbas Səhhət 
irsindən yalnız sxematik, səthi-liberal tərzdə  bəhrələndiyini 
deyil, ən əsası məslək, əqidə və bütövlük kimi ali xüsusiyyət-
ləri  əxz elədiyini sübut edir. Eləcə  də, dissertasiyanın ilk fəs-
linə Abbas Səhhətə  məxsus “Məsləkim tərcümeyi-halımdır” 
fikrinin seçilib sərlövhəyə çıxarılması, şairə göstərilən marağın 
kökündə onun həyat idealına olan tədqiqatçı  rəğbət və 
ehtiramını duymağa imkan verir. Bu fikir eyni zamanda Kamal 


 
190 
Talıbzadənin öz ömrünün bəyanatı kimi simvolik çalar kəsb 
edir. Alimin sonrakı fəaliyyəti də bu fikri, məramı təsdiqləməyə 
yönəlmiş “praktiki kurs” səciyyəsi daşıyır. “Sənətkarın  şəxsiy-
yəti” kitabı ilə şəxsiyyəti meyara çevrilir, “Ədəbi irs və varislər” 
kitabı ilə irsə arxa, dayaq durmağın nümunəsini verir. Və bu 
nümunə yalnız doğma sənətkarlarımızın yaradıcılığından bəhs 
ediləndə yox, həmçinin digər ölkə  ədiblərinə münasibət izhar 
ediləndə belə milli əhval-ruhiyyəsini itirmir. “Qorki və Azər-
baycan” monoqrafiyası fikirlərimizə  əyani sübutdur. Bütün 
ümumsovet məkanının Qorki nüfuzu önündə  təzim etdiyi bir 
zamanda yazılan bu monoqrafiya müəllifinə hissə qapılıb yad 
təsirdə  əriməyə imkan vermir. Qorki təsirinin izlərini milli ədə-
biyyat özəlliklərini qoruyaraq axtarmağa çalışan tədqiqatçının 
əsərində  hər yazıçının orijinal, spesifik səciyyəsi öz dəyərini 
saxlayır, zahirən bir-birinə çulğaşmış halda görünən yaradıcı 
şəxslərin dəsti-xətti bütün tərkibi və parametrləri ilə görünə bilər.  
Əlbəttə, Kamal Talıbzadənin irsi də dövrün yeritdiyi siya-
sətin təsirindən, sosializm doktrinasının diktə etdiyi varlıq və 
etiketlərdən xali deyil. Onun tədqiqat  əsərlərində vulqar ideo-
loji konsepsiyaların güdazına getmiş tarixi gerçəkliklər də var, 
bir çox şəxsiyyətlərin mövqe və xidmətlərinin təhrif və  əyinti 
faktları da... Lakin diferensial yanaşdıqda bu əsərlərin ölçü və 
çəkisi o dövrün tələb və istəklərindən,  şablon və ehkamların-
dan, üzdəniraq marksizm-leninizm nəzəriyyələrindən ağır gəlir. 
Bəlkə elə ona görə 90-cı illərdə, yeni epoxaya qədəm qoyanda 
Kamal Talıbzadənin həyat ritmi pozulmadı, zamanın iki fərqli 
mərhələsi onun yaradıcılığında bir-biri ilə ziddiyyətə girmədi. 
Hər halda, bunun baş verməməsi üçün bircə səmimi etiraf kifa-
yət oldu: “Bir çox ədiblərin şəxsiyyətini biz həm az öyrənmiş, 
az təbliğ etmiş, həm də bir çox hallarda obyektiv yanaşmamış, 
birtərəfli münasibət bəsləyərək bir çox həqiqətləri deyə bilmə-
mişik. Bu gün biz keçmiş irsə yeni aspektdə yanaşmalı, həmin 
ədiblərin mövqeyini düzgün müəyyənləşdirməyə çalışmalıyıq”. 
Bu fikirlər Kamal Talıbzadənin yeni əsr və  nəsil qarşısında 
vicdan hesabatı kimi səsləndi və sonralar yazdığı bir neçə mə-


191 
qalə ilə ədib əski səhvlərə təshih və düzəlişlər verdi. Təbii ki, 
bu, zamanın Kamal Talıbzadəyə bəxş etdiyi imtiyaz və imkan-
lar idi. Fəqət, heç bu imtiyaz və imkanlar olmasaydı belə (necə 
ki, bir çoxlarına bu qismət olmadı), Kamal Talıbzadə irsi ədə-
biyyatın yaddaş sirrində yaşayacaqdı. Heç olmasa Abdulla Şaiq 
ocağının, Abbas Səhhət irsinin layiqli varisi olduğuna görə və 
yenə də heç olmasa “Azərbaycan ədəbi tənqidinin tarixi” kimi 
monumental tədqiqat əsərini yazdığına görə... 
“XX əsr Azərbaycan tənqidi”, yaxud on səkkiz il sonra nəşr 
olunan “Azərbaycan ədəbi tənqidi tarixi” kitabı elmə nə verdi? 
Bu kitabın meydana gəlməsi ilk öncə böyük bir sahədəki 
boşluğu aradan qaldırdı, Azərbaycanda estetik-nəzəri fikrin 
yoxluğu, təməlsizliyi haqqında  şüurlara yeridilən  əsassız, cə-
fəng formulalara son qoydu və  ən  əsası, yeni bir məktəbin – 
Tənqid məktəbinin əsasını yaratdı. Sonralar bu məktəbdə ərsə-
yə gələn tənqidçi simaları çağdaş ədəbi prosesə vəsiqəni məhz 
Kamal Talıbzadənin yazdığı monoqrafiyanın içindən keçərək 
aldılar. Çünki tənqidi fikrin inkişafı qanunauyğunluqlarını 
öyrənmək müasir təmayülü və istiqamətləri dərk etməyə şərait 
yaradırdı. “Bu elə bir iş idi ki, sonradan onu davam etdirmək 
mümkün olacaqdır” – əsəri yazandan sonra Kamal Talıbzadə 
bu fikri söyləmişdi və elə məhz bu sonralığın xatirinə ilk nəşr-
dən son nəşrə gedilən zaman intervalında geriyə boylanmağa, 
daha dərin qatlara enməyə, nəzəri-estetik fikrin təkamül və in-
kişaf mərhələlərini qatbaqat çözməyə çalışmışdır. Kökdən, 
ibtidadan agah olandan sonra isə onun üzərində qurulan hörgü-
nün sirlərini duymaq, mahiyyətini anlamaq çətin olmur. Odur 
ki, “Azərbaycan ədəbi tənqidinin tarixi” monoqrafiyası Kamal 
Talıbzadənin özünü də yalnız  ədəbiyyat tarixçisi stixiyası ilə 
məhdudlaşdırmadı, onun həm də bir tənqidçi kimi formalaşma-
sına stimul verdi. Hərçənd bu barədə söz düşəndə Kamal Ta-
lıbzadə “mən tənqidçi yox, tənqid tarixçisiyəm” deyə etirazını 
bildirir. Lakin həm müxtəlif kitablarına səpələnmiş məqalələrin 
elmi-nəzəri sanbalı, həm də ümumən ədəbi fakta, ədəbi prosesə 
yanaşmada orbitr olan tənqidçi təfəkkürünün spesifikası bizi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə