Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   53   54   55   56   57   58   59   60   ...   78

 
198 
il Azərbaycan Ədəbiyyat Cəmiyyətinin sədri olmuşam. Mən indi 
iyirmi ilə yaxındır ki, bizim İnstitutun nəzdində, amma bütün 
respublikada yeganə elmlər doktoru adı verən Elmi Şuranın 
sədriyəm. Bütün bunların  əsasında siz yəqin inandınız ki, mən 
əvvəlki kimi ədəbi prosesi izləyə bilmirəm. Bununla yanaşı, əlimi 
yanıma salıb oturmuram. “Azərbaycan” jurnalında çıxan əsərləri 
izləyir, oxuyuram. Boynuma alıram ki, ilk öncə tənqidi məqalələri 
oxuyuram, bu da yəqin peşə yönümümüzlə əlaqədardır. Yəqin siz 
də belə eləyirsiniz. Sonra bədii  əsərləri oxuyuram. Kitablara 
gəlincə, mənim özümün kitab almağıma heç bir ehtiyac qalmır. Iş 
elə  gətirib ki, indi respublikada çıxan bütün ədəbiyyatyönlü 
əsərlər, həm tədqiqat  əsərləri, həm də  bədii  əsərlər özləri öz 
ayaqları ilə mənim stolumun üstünə gəlirlər. Mən onlardan nəyi 
bacarıramsa, oxuyuram, çox cüzi qismini evə, öz kitabxanama 
aparıram, böyük əksəriyyətini isə institutun kitabxanasına 
bağışlayıram. Bu prosesdə nəyə imkanım varsa, onu oxuyuram və 
qeydlərimi aparıram. Ildə bir dəfə keçirdiyimiz ədəbi yekunlarda 
məruzəçilər təyin olunur. Bu mənada bəzi məsləhətlərim olur, 
yaxud onları dinləyəndən sonra həmin məruzələrə elmi yekun 
vurmaq məcburiyyəti qarşısında qalıram. Bunlar məni vadar 
eləyir ki, nə  qədər bacarıramsa  ədəbi prosesi izləyim. Yenə 
əvvəlki fikrimə qayıdıram. Bu mənim ürəyimcə deyil, on beş, 
iyirmi il əvvəllərlə müqayisədə yetərincə deyil. 
E.A. - Bir qədər konkret olarmı, Bəkir müəllim. İzlədiyiniz 
qədər, məsələn, bilmək istərdim, hal-hazırda hansı imzalar 
diqqətinizı cəlb edir? 
B.Nəbiyev - Bir çox imzalar. Məsələn,Səlim Babullaoğlu-
nun yaradıcılığı  mənə çox yaxşı  təsir bağışlayır.  İlqar Fəh-
minin, Rəşad Məcidin yaradıcılığı da o cümlədən. Əlbəttə, mən 
ədəbiyyatımızın ağsaqqalları Anarın, Elçinin, Əkrəmin çox 
sanballı nəsr əsərlərini demirəm. Demirəm, bu mənada ki, on-
lar yenə  də  cərgədə öndə gedirlər və  fəallıq nümunəsi gös-
tərirlər. Amma yeni nəslin içərisində adını çəkdiyim müəlliflər 
məni daha çox cəlb edir. Lap bu günlərdə Qismət adlı  şairin 
balaca bir şeir kitabını oxudum. Etiraf eləyirəm ki, onu bu 
vaxtadək yetərincə tanımırdım. R.Məcidin “525-ci qəzet”inin 


199 
redaksiyası cavan müəlliflərdən bir qisminin əsərlərini çox zə-
rif kitabçalar şəklində  nəşr eləyir. Mən onu çox bəyəndim. 
Nədir bu oğl-anın şeirlərində məni cəlb eləyən? Birinci növbə-
də odur ki, adət elə-diyimiz təsvir və ifadə vasitələrinə burada 
əvvəldən-axıra qədər iman gətirilmir. Yeni təsvir və ifadə va-
sitələri, yeni təşbeh və istiarələr, heç gözlənilməyən nümunələr 
var. Bu gənci çox bəyəndim və gələcəyinə ümidim böyükdür. 
Bir də Mahir Qaranın, bilməzdim ki, gözəl poetik istedadı var. 
Axır vaxtlar onun iki kitabını oxudum, gördüm ki, sözün yaxşı 
mənasında orijinallıq təşnəsidir, özündən  əvvəlkilər kimi yaz-
maq istəmir. Siz də mənlə şərik olarsınız ki, ədəbi yaradıcılıqda 
ən vacib keyfiyyətlərdən biri budur ki: maneraca, üslubca, 
ifadə tərziycə fərqlənə biləsən. Bax, Mahirdə bu əlamətlər var. 
T.Ə. - Bəkir müəllim, belə bir seriya buraxılır: “Ən yeni 
ədəbiyyat”. “Qanun” nəşriyyatının təsis etdiyi bu sıradan 8-9 kitab 
çıxıb. Mənimçün maraqlıdır, çəkdiyiniz adlar müqabilində, bu 
seriyadan da olan kitablar sizin stolunuzun üstünə gəlib çıxıbmı?  
B.Nəbiyev - Təəssüflər olsun ki, yox.  
E.A. - “Özümüzdən başlayaq” adlı məqalənizdə belə bir fi-
kir söylə-yirsiniz ki, özünə, sözünə, istedadına inanan əsl yazıçı 
tənqidi sözdən qorxmaz. Sizcə çağdaş  ədəbi prosesimizdə 
tənqidə qarşı aqressivliyin, dözülməzliyin  əsasında hansı  səbəb 
durur: özünü ifadə edə bilməmək sindromu, yoxsa yazılan əsərin 
tənqidçi nəzərindən kənarda qalması, onun dəyərləndirilməməsi? 
B.Nəbiyev - Məsələ çox yaxşı qoyulub. Mən buna çox müx-
təsər bir cavab verərdim.  İkisi də. Birini digərinə  tərce elə-
məzdim. Hər ikisinin rolu var və  hər ikisi sizin dediyiniz o 
reaksiyanı əmələ gətirir.  
E.A. - Bəkir müəllim, siz tarixə Böyük Vətən müharibəsi adı 
ilə daxil olan bir dövrün ədəbiyyatını  tədqiq etmisiniz. 
“Kamalın təntənəsi” adı ilə səciyyələndirdiyiniz həmin proses-
də yazıçı psixolojisinə, xarakterinə, mövqeyinə daha yaxından 
bələd olmusunuz. Bu sıradan mənim üçün cavabınız çox önəm-
li olardı: Niyə 1990-cı illərdə müharibənin dərinliyini verən 
savaş ədəbiyyatı yaranmadı? Bir ədəbiyyatşünas kimi, təcrübə-
dən çıxış edərək, siz durumun pozitivə doğru nəticələnməsi 
üçün konkret nə təkliflər edə bilərsiniz? 


 
200 
B.Nəbiyev - Təklif iclas terminidir, mənim xoşuma gəlmir. 
Təkliflə, ancaq protokolda yazılan  şeylərlə  bədii  ədəbiyyatı 
irəli aparmaq olmaz. Mən yaradıcı insana necə təklif verə bilə-
rəm? Bayaqdan verdiyim cavablar da, elə sizin suallarınızdakı 
ayrı-ayrı motivlər də göstərir ki, bədii yaradıcılıq işi həqiqətən 
də əsrarəngiz bir aləmdir. Çox güvəndiyimiz bir şair həftələrlə, 
bəzən aylarla ürəyi istədiyi  şeiri oturub yaza bilməz. Yaxud 
əksinə, günün birində qatarla yol getdiyi yerdə hövlnak yuxu-
dan qalxar, kağız-qələmini dizinin üstünə qoyub elə bir şeir 
yazar ki, bu ədəbiyyatın hadisəsinə çevrilə bilər. Bu mənada 
mən heç bir təklif verməzdim. 
E.A.  - Bəkir müəllim, sualın birinci hissəsi ilə bağlı fi-
kirləriniz? 
B.Nəbiyev - Nə üçünsə bu məsələdən söhbət düşəndə, təkcə 
bizim ədəbiyyatda yox, bir çox xalqların da az-çox bizə məlum 
olan  ədəbi prosesində L.Tolstoyun məşhur “Hərb və sülh” 
romanının cildlərini misal gətirirlər. Deyirlər ki, Napaleonun 
hücumu ilə  əlaqədar, 1812-ci il müharibəsindən filan qədər 
keçəndən sonra Tolstoy bunu qələmə almış, böyük epopeya 
yaratmışdır. Həqiqətən də, orada təkcə vuruş mənzərələri yox, 
insanların daxili aləmlərində, beynində, təfəkküründə baş verən 
təbəddülatların mənzərələri elə ustadanə təsvir olunub ki, hey-
ran qalmamaq olmur. Buna baxmayaraq mən bu fakta əsas-
lanmağı bəhanə hesab eləyirəm. Yəni bizim ədəbiyyat vaxtın-
da, məsələn, Böyük Vətən müharibəsi illərindəki aktivliklə, fə-
allıqla müharıbə mövzusuna, yəni Qarabağın azad edilməsi 
uğrunda, erməni hücumlarına qarşı apardığımız mübarızədə 
baş verən hadisələri qələmə alsaydı, bundan ədəbiyyatımız 
uduzmazdı. Elə bil ki, ədəbiyyat bir müddət gözləmə mövqe-
yində dayandı. Şeir az-çox yazıldı, publisistik məqalələr yazıl-
dı, amma ədəbiyyatın ağır artilleriyası heç atəş açmadı. Yəni 
ilk illərdə ciddi roman, povest yazılmadı. Bu hadisələrin üstün-
dən illər keçəndən sonra bu qəbildən  əsərlər yaranmağa baş-
ladı. Onların içərisində Elçin Mehrəliyevin, Hüseynbala Mir-
ələmovun povestlərini qeyd edə bilərəm. Aqil Abba-sın “Dolu” 
romanı bütün ciddiyyəti ilə bu mövzuda yazılan bütün əsərlər-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə