Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   44   45   46   47   48   49   50   51   ...   78

167 
 
 
 
 
 
 
 
 
 
ƏDƏBİ  NOTLAR  
 
 


 
168 
 
 
 
 
 
 
 
 
 
 
 
Hər  şeyin zamana qarışmasında onun 
yaddaşla bağlılığı göstərici olaraq qalır, dəyər 
seçimində yanlışlığa uğramağımızı güman 
etmək hələ tezdir. Biz bu məqamı çox zaman 
lazımınca dərk etməsək də, o öz həqiqətini diktə 
etməklə hakimi-mütləq olduğunu təsdiqləmədə... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
*
Bu bölümdə  təqdim edilən məqalələr 2004-
cü ildə “Ədəbiyyat qəzeti”ndə həyata keçirilmiş 
“Ədəbi həftəyə baxış” layihəsi çərçivəsində qə-
ləmə alınmışdır.  
 
 


169 
BİR DAHA PROZA HAQQINDA 
 
Ötən həftənin ən əlamətdar hadisəsi o oldu ki, Yenisi Ədə-
biyyat və Mədəniyyət Təzahürləri Mərkəzinin keçirdiyi I proza 
N müsabiqəsi öz yekunlarını bəyan etdi: I yer “Kosmos əsrinin 
gərçəklərindən” mətninə görə Şərif Ağayar, II yer “Kağız” əsə-
rinə görə Mehman Musabəyov, III yer “Sırtıq sərçələr” he-
kayəsinə görə Seymur Baycan. 
Sonra  ənənəvi proses işə düşdü: müxtəlif fikirlər, müla-
hizələr, reaksiyalar. Həmin reaksiyalardan sonuncusu “525-ci 
qəzet”in 22 noyabr tarixli nömrəsində, ekspertlər qrupunun 
üzvlərindən biri Tehran Əlişanoğlu tərəfindən göstərildi. Müəl-
lif başlıca olaraq ona çalışdı ki, müsabiqəyə qatılan mətnlərlə 
ittifaqa girib məclisdə vurğulanan “proza yoxdur” qənaətini 
dağıda bilsin, münsiflər heyətinin və digər  şəxslərin rəylə-
rindən belə yararlanıb: “...bəs onda səkkiz aylıq mütəmadi 
söhbətlərə, eləcə  də bu növ fikir toqquşmalarına rəvac verən 
nədir, olmayan bir şeymi?” deyə enerjilərin boşluğa sərf olun-
madığını əsaslandırsın. 
Yox, danmağa hacət yoxdur. Biz sadəcə olaraq, zəif görü-
nən, öz işinin passiv icraçısı olan nəyəsə birbaşa “yoxdur” 
etiketi vurub qiymətləndirməyə meylliyik. Halbuki bu zəifliyin 
və passivliyin tutduğu aralıq mövqedən onun hərəkətə 
gəlməsinə, yaxud doğrudan da heçliyə, ölümünə doğru aparan 
iki qütbü olduğunu unuduruq. Və YeniSi-nin təşkil etdiyi I 
poza N müsabiqəsinin ən önəmli cəhəti o oldu ki, bu yarışma 
məhz nəsrin irəliyə doğru hərəkətinə, gəlişməsinə təkan verə bildi. 
Peşəkarlardan tutmuş  həvəskarlara qədər  ətrafına yığmağa və 
nəsrin ümumi ab-havasını görükdürməyə nail oldu. Mübaliğəyə 
varmıram, keçid dövründən sonra ilk dəfə olaraq nəsrin 
problemlərini bu qədər aktuallanan, qabardılan gördük, ona dair 
söylənən mülahizələrə (mənfi, yaxud müsbətliyindən asılı 
olmayaraq) hakim kəsildik. Çox keçmədi “Proza önə çıxdı”, hətta 
Yazıçılar İttifaqında təşkil olunan müşavirənin predmetinə belə ilk 
öncə nəsrimizin yaradıcılıq problemləri çevrildi. 


 
170 
Əlbəttə, biz vurğunu yalnız prozanın üzərinə salıb ona qalib 
görmək verməkdən, hətta bir qədər eyforiyaya uyub “şer, yoxsa 
nəsr” deyə sxolastik məntiqdən çıxış etməkdən uzağıq. O, 
məntiqdən çıxış etməyə israrlıyıq ki, nəsrdə  nəsrin dünəndən 
fərqli simasını aramaq yolu ilə gedək... 
Bütünlükdə  təqdim olunan o mətnlərin pozitivliyi, yaxud 
neqativ cəhətləri nədə idi? Mənim üçün həmin mətnlər ona 
görə maraqlı və əhəmiyyətli idi ki, onlarda 90-cı illərin yarat-
dığı müəyyən nəfəslərim dövründən sonra hansı eksperiment-
lərin doğduğunu, hansı yeni estetikanın, tendensiya və  təma-
yüllərin təşəkkül tapdığını müşahidə edə bilirdim. Təbii ki, 
onlar nəsrimizin ümumi mənzərəsi demək deyildi. Amma hər 
halda o mənzərə haqqında təəssüratı tamamlaya və bütöv-
ləşdirə biləcək qədər çeşidli məlumat verən materiallar idi. Öz 
fərdi mövzu və obraz palitrasını yaratmaqda israr edən, müasir 
forma və üslublarda ifadə olunmağa can atan bu müəlliflərin 
nəsrə yeni nəfəs qatmaları təqdirəlayiq təsir bağışlayırdı. Olsun 
ki, onlardan bir qismi hələ eksperiment səciyyəli idi, gələcək 
magistral istiqamətlərin yalnız başlanğıcını  cızırdı. Lakin bu 
halda belə onlarda sıfırdan başlamaq tendensiyası hiss olun-
murdu. Baxmayaraq ki, bu məqama dair münasibətdə fikirlər 
haçalanır: kimlər üçünsə bu mətnlər boşluq üzərində  qərar 
tutan,  ədəbi arsenaldan məhrum kimi görünürdüsə, bir qismi 
üçün onlar mənəvi irsiliyin daşıyıcısı olan nümunələr idi. Bu 
qənaətdə olanlar gəncliyin nümayiş etdirdiyi bədii-estetik mə-
ziyyətlərin izlərini ötən  əsrin onilliklərinin köklü yazarlarının 
nəsrində axtarırdılar: Mirzə Cəlil nəsrində, 60-cı illər nəsri və 
daha sonra 70-ci illər nəsrini təmsil edən müxtəlif imzalarda... 
Lakin buradaca açıqlamağa çalışaq: bütün bu yenilik ab-
havasına və ənənə ritminə köklənən mətnlərin ədəbi fakta çev-
rilməsini  əngəlləyən, onları belə deyək, “öz kölgəsinin üstün-
dən uçmağa qoymayan” nədir? Nədən axı, ciddi mətləblər vəd 
edən, daha çox rəmzlər,  şərti-metaforik ünsürlərlə süslənərək 
oxucunu düşündürməyə iqrar edən bu mətnlərdən müəyyən 
durulma, aydınlıq hasil edəndən sonra onların səni sehrində 
saxlamaq üçün gücsüz olduğunu duyursan. Bundan əlavə, “bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə