164
ları varsa deməli, millət yaranır. Bunun da oxumuşları var,
amma oxumuşlarını özünə oxşada bilmədi,- varjapedin
birdən-birə üzü gülməyə başlamışdı.” Bu
düşmən dilindən
özümüzə edilən ironiyadır, zəif tərəflərimizin etirafı, keçmiş-
dən uzaqlaşmağımıza edilən tənədir. Erməninin düşüncə psixo-
logiyası, illüziyaları və bu sırada, türk xalqının xarakteri, möv-
qeyi - sadəlövhlüyü, aldanış və eyforiyası ilə birlikdə təsvir olu-
nurlar. Əsərdə türk tarixi və bu tarixə münasibət-onu yazmaq,
təbliğ etmək, öyrənmək və öyrətmək
müəllifin əsas düşüncə
predmetinə daxildir. Bütün əsər boyu İmirxanlının düşüncəsindən
bu süzülür: biz tarixi yaratdıq, amma lazımınca, gərəyincə
öyrənmədik, təbliğ etmədik. Erməni isə ayaq basdığı yerlərin
dağına, daşına öz adının hərflərini yazdı. Müəllimi (kimya
müəllimi Siranuş Samukyan) erməni adındakı hərflərdən
başlayaraq uşaqları türkə nifrət ruhunda yetişdirdi. Dərisatanı
(Aped) alver elədiyi dükanın qarşısında erməni psevdotarixini ipə
düzüb ağacdan asdı: “
papaq alanlar, dəri gətirənlər əvvəcə
gərək bu yazılara baxaydı, Apedin suallarına cavab verəydi,
yalnız ondan sonra alver eləmək mümkündü... Apedin də
alveri elə budu, təki erməni tarixini öyrənən olsun, Aped də
beş qazanmasın bir qazansın, erməni öyrənməsə də olar, türk
öyrənsin, türk”; vətəndaşı hər ay “Qrunk” təşkilatına pul
göndərməyi təməl vəzifəsi kimi qarşısına qoydu.
Türklərsə bu erməni məkri qarşısında yenə də saf və sadə-
lövh davranır, qarşındakının niyyətini bilə-bilə ona əl uzadıb
süfrə açmağından qalmır, düşməni xəstəliyin iti caynağından
xilas edib sağaldır, ermənini qoruyan rus əsgərlərini yedizdirir,
hətta əsər boyu bizə tarix dərsi keçən ziyalı obrazı-İmirxanlının
özü belə bir erməni qadınının- “Qrunk”un Bakı təmsilçisinın
qızı Sevortyan Sedanın yanında aciz görünür:
“İçim sökülür
elə bil, özümün də xəbərim olmayıb, erməni qızına belə ba-
ğanmışam, birdən-birə bu hala düşməyimə məətəl qaldım.”
Qeyd edək ki, bütün əsər boyu türkçülük ideyasının amansız
təbliğatçısı kimi çıxış edən, auditoriya azadlığında qatı millətçi
çıxışları ilə seçilən, akademik Balacahunlu ilə türkün şanlı
165
keçmişi, coğrafi əraziləri, yer adları ilə bağlı mübahisələrə giri-
şən, kənd camaatını başına yığıb onlara alovlu tarix dərsləri ke-
çən, erməni xislətinə hamıdan yaxşı bələd olan ziyalımız İmir-
xanlının bir erməni qızının əlində əsir-yesir qalması oxucunu
rəncidə salır. Nə olsun ki, bu ilişkidə də daim türk söhbəti qa-
bardılır, hətta bu müzakirə-mübahisələr intim səhnələrinə qədər
yeridilir, əvəzində oxucunu tarixlə bağlı bir ziyalıdan eşitdik-
lərinin cazibəsi nə qədər heyrətləndirirsə, bu heyrət İmirxanlının
“axçi” aludəliyi önündə fiaskoya uğrayır:
“Oğlan (İmirxanlı-
E.A.) alt paltarını əlində gül dəstəsi kimi tutmuşdu, bayaqdan
geyinmək istəyirdi, əlləri sözünə baxmırdı, bir də, bununla
hirsi soyumayacaqdı ki. Elə ordan, məxmərli kreslonun
üstündən, alt paltarı qarışıq əlini silkələyə- silkələyə:
- Bilirsən,- dedi,- dövlət qurub, dövlət görmüş xalq sizin
kimi görməmiş olmur, cığal, gözləri özgə qapılarında... Ço-
banlıq da bir tarixi mərhələdi, siz onu da keçməmisiz,
torpağınızın olmaması da, ac qalmağınız da çoban olmadı-
ğınıza görədi.”
Necə ki, ona güman bəsləyən həmkəndliləri bu sayaq
küskünləşirlər:
“İmirxanlıdan yaxşı tarix yazmayacaqlar ki?
Hanı bəs? Nə yazdığı ağlımızda qalıb, nə özü yanımızdadı...
İndi də, deyir, bir erməni qızına uyub, nə kənd yadına
düşür, nə anası.”
Bu həmən tanış “mif”dir, milli
nəsrdə bizə məlum olan
xəttin davamıdır. Əslində, yazıçının belə bir münasibəti simvo-
lik olaraq təsvirə alması aydındır- “Əsli və Kərəm”, “Bahadır
və Sona” (N.Nərimanov), “Sarı tağ” (A.Abdulla), “Qarabağ şi-
kəstəsi” (V.N. Sarıhüseynoğlu), “Quqark” (S.Baycan) əsər-
lərində erməni-azərbaycanlı münasibəti müxtəlif rakurslardan
bədii təsvirin mərkəzinə çəkilirsə də nəhayətində milli xarak-
terin boşluqlarından nəşət tapırlar. Bu əsərdə də boşluqlara
işarə edilir, yenə də düşmən dilindən: “
Yad elli qızlara meyil-
lidilər, pul sevəndilər”. Düşünsək ki, söhbət 80-ci illər Bakı-
sından gedir, burda hələ hər növ millətlər, hər çür münasibətlər
166
qovuşmuş, qaynayib qarışmış haldadır,
deməli özgələrə aludə -
“yad elli qızlara meyl etmək” mifinə hələ yer var. Gərəkirsə
hələ erməni qızını yaşadığı Qələ kəndindən sağ-salamat çıxart-
mağa nail olub onu Ermənistana yola salan (erməni ilə bağla-
dığı yeganə bağı qıran!) İmirxanlının türkün tarixini yaza-
cağına inanmağa da...
Biz eyni hadisələri ona görə təkrar yaşadıq ki, tarixin dərs-
lərindən ibrət götürmədik. Belə olduğu üçün torpaqdan əvvəl
milli-mənəvi dəyərlərimizi və tarixi haqqımızı itirdik. Çünki
ərazinin bütövlüyü yaddaşın bütövlüyündən,
onu mühafizə et-
mək qüdrətindən asılıdır. “Erməni adındakı hərflər”də bu tarixi
öyrətməyə və milli şüuru ayıq saxlamağa güclü potensial var.