154
söylədiyi çıxış nitqi yanıb
külə dönmüş arzu, ümid şölələrinin
müharibə oyunçularının simasına yaxılan üz qarasıdır:
“Ömür
yolumu alın yazısından da çox sizin mənfur hökmünüz dəyişdi,-
axır ki, özünə yığılıb az-maz dinclik tapanda deyitdi o,-
mənimçün yaşamaq Əfruzdan sonra onsuz da puç və uydurma
bir şey idi. İndisə mənasını həmişəlik itirdi. O da mənə dərs
oldu ki, əgər cəbhədən qayıdan hər bir kəsin son aqibəti bu
imişsə, çətin ki, indən belə hansısa ağıllı bu vətən üçün
canından keçə. (s.35)”
Bu nəyə işarədir, nəşət tapdığı zəmin, mündəricə hardan,
nədən qaynaqlanır?! Belə çıxırmı ki, biz bir də özümüz özü-
müzlə müharibə aparırıq, silahı bir də öz “mənfur sima”mıza,
içimizdəki biganəlik, laqeydlik bəlalarına qarşı çeviririk
və...atəş açırıq.
“...heç bir müqavimətə məhəl qoymadan ağır
texnikanı tank kimi rayon prokurorluğunun lap qənşərinə
sürüb kabinənin üstə qalxandan sonra hamının, axır-axırda
tanıdığı Əfsun əlindəki qumbaranı binadan hay-harayla çıxıb
başını siçovul təki hara gəldi soxmağa can atanların arxasınca
necə tullayıb deyirmiş:
-Məni öz vətənimdə, öz elimdə, düşməndən qoruduğum tor-
paqda da ev tikməyə qoymadınız! Alçaqlar! Cəlladlar! Qan-
içənlər! Bu, İmdadın qisası! Bu, Əfruzun intiqamı! Bu, yerlə
yeksan elədiyiniz evimin əvəzi!...(s.200)”
“Qaraqovaq çölləri”ndə erməni obrazı, düşmən tərəf perife-
riyanı təşkil edir. Dominant hədəfdə yenə bizik-bu bizim döyüşən
əsgərimiz, başına ermənilər tərəfindən pul qoyulan qəhrəman
döyüşçümüz, bu da onu vətənində sərgərdana, yararsız insana
döndərən, yaşaması üçün bir “koma qaralamağı” çox görən naqis
qanunlarımız. Bu sırada erməni və azərbaycanlı xisləti yanaşıdır,
hətta üz-üzə duranda ikinci xətt daha sərt, radikal yanaşmanın
təsiri (təsviri) altdadır:
“...görəsən, nə olmuşdu, niyə qarşıdan,
düşmən tərəfdən açılacaq atəşdən elə qorxmurdu ki, öz ordu
bölmələri səmtdən açılacaq qəfil güllədən o qədər ürpənirdi?
Namərdlik, ehtiyat, ya gözün qorxmağı? (60)”. Müəllif
iki millət
155
münasibətini nifrət-kin, qisas-intiqam sırasında yox, daha çox
natural görkəmdə- bir qədər nostalji: ”
Ara, biz belə olmamışıq
axı? ...Bu gün Uzda da Azərbaycanın çörəyini yeyirəm mən.
Deyirsən, bunu da unudum? (s.100-101)”, bir qədər gizli ictimai-
siyasi: “
İt uşağı qarışdırdı aranı (s.130); it uşağı bizi duşman
elədi (s.100)”, bir qədər də loyal qatda təqdim edir: “
Niyə başa
düşmək istəmirsiniz, onun günahı yoxdu, dərdi sizinkindən də
artıqdı. O da siz çəkəni çəkir!(s.103-104)”; “Ona düşmən deməyə
mənim dilim gəlmir.(s.107)”.
Yazıçı Əfsunun simasında müharibə insanının obrazını
yaratmağa calışmışdır və təəssüf ki, bu kontekstdə qələmə
alınmış müharibə mövzulu əsərlərdən seçilməyə müvəffəq
olmayıb, əksinə onlarla tanış, oxşar məqamlarla kəsişmişdir də.
Burada da qəhrəman döyüş yolu keçmiş, müharibə acısını
dadmış, arxasında vətən, ailə dərdi buraxmış şəxsdir. Burada
da qəhrəmanın içində bir yurd ağrısı, kənd sevgisi, onu atıb
getmək qorxusu var,
burada da şəhər özgə, yad, qərib ab-ha-
vanın daşıyıcısı, “hər addımı şeytan-şüğulla dolu” məkan kimi
təqdim olunur. Və nəhayət, insan-cəmiyyət antoqonizmi,
yarıtmaz cəmiyyət qanunları və onun ucbatından əzilən, torpaq
üçün ölümə hazır vətən oğullarımızın doğma yurdda intiharla
nəticələnən fəci taleyi.
Bu cür lokal problematika və mündəricə ilə müharibə möv-
zusunun dərkində uzun yol keçmiş nəsr yaddaşımıza yeni bir
nəsnə əlavə etmək olarmı? Təbii, bu konfliktlər realdır,
gerçək
cəmiyyət qanunlarından nəşət edir, amma müəllif bütün bu
hadisələrin bir növ zahiri şəklini çəkir, müharibə yaddaşının
sərt dramatizmi və fəlsəfi psixologizmi əsərdə hiss olunmur.
Halbuki, mövzunu qlobal yanaşma müstəvisində çözməyə
çalışıb, millətin dərdlərindən, ailə-məişət problematikasından
çıxış edib də qlobal məsələlərə çıxmaq, onları bəşəri məzmuna
sığdırmaq olardı.
“Qaraqovaq çölləri” əsəri başdan-başa patriotik notlarla,
tribun xarakterli çıxışlarla süslənib.
Müəllifin təhkiyəsi, qəhrə-
156
manın nitqi, düşüncələri, Zülfü müəllimin çıxışları, atası Qüdsi
müəllimin məktubu oxşar məzmun və ahəngi sərgiləyir. Eyni
üslüb, eyni məzmun, eyni pafos.
Əsərdəki tərbiyəvi xəttin icrası intellektual, milli ziyalı ob-
razlarına həvalə olunub, daha çox onların simasında təqdim
olunur. Əfsun, bütün əsər boyu qəhrəmanın yanında olub
onunla eyni mövqeni və əqidəni bölüşən Zülfü müəllim, Səfurə
müəllimə, əsərdə tez-tez adı hallandırılan Əfsunun həkim olan
bacısı Əfruz, atası Qüdsi müəllim, hətta Uz kəndindən əsir
tutub gətirdiyi idman müəllimi Arşak-bütöv bir müəllimlər
pleyadası... Bu obrazları birləşdirən ümumi bir xətt onların zə-
mənədən şikayətləri, sosial,
mənəvi təzadlara kəskin müna-
sibətləri, müharibəyə nifrətləridir.
Yazıçının üslübunda nəql ahəngi əsərdəki təsvir çalarını
üstələyir. Hadisələrin psixoloji məna siqlətini artırmaq üçün
müəllif nəql etməkdən daha çox təsvirə üstünlük verməli idi.
Yazıçı süjeti əsas qayə ətrafinda saxlamağa müvəffəq olsa da
lazımlı, lazımsız eyni məzmunlu düşüncələri yerləşdirməklə,
xüsusilə əsərin qəhrəmanı Əfsunla Zülfü müəllimin eyni lad
üzərində köklənən dialoqlarına hadisələrin ümumi nisbətində
daha çox yer ayırmaqla romandakı ölçü hissini itirir:
“Hayıf ki,
bu, həqiqətdi: vaxt gələcək, qəlbində vətən sevgisi qalanları
ona-buna nümunə kimi göstərəcəklər. Bu günün naqis tərbiyəsi
bizləri gətirib bura çıxardı. Vətən kəlməsi bu gün yalnız mənən
zəngin olanların dilində böyük anlamda işlədilir. Qoy onlar da
olsun on min nəfər. Əksəriyyət isə, sənin sözün olmasın, vətən
deyəndə dörd divarının arasından başqa, heç nə düşün-
mür.(s.54)” Bütün əsər boyu tez-tez təkrarlanan, oxucunu ox-
şar patetik nitqlərlə yoran bu sıra-düşüncə sırası bir çox mə-
qamlarda romanda istənilən səviyyəni vermir.
Əsərdə bir çaparaqlıq var. Qəhrəmanın sərhədi yarıb əsir
tutub gətirməsi, qardaşı İmdadın dəlixanaya salınması, daha
sonra Əfsunun onun dalınca şəhərə gedib orda tutularaq geri
gətirilməsi müəllif təhkiyəsində sanki birnəfəsə deyilib qur-