157
tarır. Bəlkə elə bu ildrım sürətinin yaratdığı effekt(sizliyin)in
nəticəsidir ki, bu proseslər oxucuya heç bir sirayətedici təsir
bağışlamır, çünki təsvir olunmur, eləcə süni şəkildə əsərə yer-
ləşdirilir. Əfsun bacısı Əfruzun əsir aparılmasını Dəli Vey-
səldən, qardaşı İmdadın dəlixanaya salınmasını isə Dəli Vey-
səlin oğlundan eşidir. Qəhrəmanın içindəki psixoloji, mənəvi
təlatümlərin əsasları hərəkət, hadisələrin təbii inkişaf prosesi
zəminində açılsaydı, müəyyən estetik təsir yaratmağa müvəffəq
olardı. Eləcə də, tez-tez əsərə müdaxilə edən, özünün və obraz-
larının yerinə meydana atılıb fikirlər söyləyən müəllif təhkiyəsi
sayəsində əsər bədii cəhətdən uğursuzluğa məruz qalır.
Romanın dili də rəvan deyil, qeyri-səlis ifadələr, təsvirlər,
qarışıq cümlələr və s. Məsələn, sayını istənilən qədər artıra
biləcəyimiz nümunələrdən birinə diqqət edək: “Dediklərinin
üstünə qardaşını gətirməyin qarşısını kəsən şeyin əsla qızın
güman etdikləri olmadığını da gələndən sonra Mehri başa
düşdü ki, İmdadı görmək üçün Bakıya od-alov kimi can atan
oğlan niyə son vaxtlar ondan söz düşəndə hər dəfə ağzını elə
sürüyür”(s.195). Obrazlar bir-biri ilə rəsmi üslubda danışırlar.
Məsələn, atasının əsgərlikdə olan Əsfuna yazdığı məktuba
diqqət edək: “Nə vaxt bu sərsən psixologiyadan, feodal təfək-
küründən qurtulacağıq? Nə vaxt adamlar başqalarının diktəsi
ilə yox, öz ağıl və düşüncəsi ilə, müstəqil halda hərəkət edə-
cək?(s.18)”; yaxud həbs olunmuş Əfsuna Səfurə müəllimənin
dar macalda söylədiyi cümlələr əlamətdar tədbir nitqləri
təəssüratı doğurur: “Sən bütün ağrı və məşəqqətlərə, çətinlik və
əzablara içindəki sonsuz vətən sevgisi və dönməz inadınla qalib
gəlmisən. Hər bir yaşıdın bu cür fədakarlıq göstərsəydi, nə dünya
qarşısında xar olar, nə də əsirlikdə bir başıyaylıqlımız qalardı.
Sənin kimilərin qiymətini o-bu yox, zaman özü verəcək! Arxayın
ol, mənim balam!... O əllərə qandal yox, öpüş yaraşır(s.114)”.
Uzun illərin yazıçısının dilimizin bədiilik imkanlarından yararlana
bilməməsi doğrudan da təəssüf doğurur.
Əfsunun faciəsi, yaşadığı hisslər ailə çərçivəsində, ictimai-
sosial məcrada müəyyən qədər təbii boyalarla əks olunmuş,
158
bununla bağlı əsaslı detallar göstərilmişsə də (bacısının əsir
götürülməsi, qardaşının dəlixanaya salınması, bir parça torpağa
sahiblənə bilməməsi) ziddiyyətin əks qütbləri haqqında eyni
fikri demək olmur. Əsərdə əks qütbün dolğun inikasını, şərhini
görmürük. Bu məqamları ehtiva eləyən lövhələr ümumi və
bəsit olduğundan əsərdə sosial-mənəvi təhlilini tapmır, sadəcə
obrazların və müəllifin nitqində əsərə daxil olurlar.
Əslində, mən əsərdəki həqiqət duyğusunu, reallıq hissini al-
qışlayıram, sadəcə janrın öz tələbləri, ədəbiyyatın- qanunları,
ritmi, iqlimi ilə birgə öz gerçəkliyi var. Bunu isə yalnız hisslə-
rin və həqiqətlərin çılpaq ifadəsi hesabına ehtiva etmək olmaz.
159
HƏRFLƏRDƏN BAŞLANAN PSEVDOTARİX
Tarix nəinki “müəllim olmaqdan qalır” (Alber Kamyu), ək-
sinə ondan dərs götürməyənlərə bu dərsi dəfələrlə təkrar etmiş
olur. Hər halda XX əsrin əvvəli və sonu arasında harmoniya,
hadisə və proseslərin adekvat səslənişi və oxşar təzahürü sübut
etdi ki, tarixdən heç kəsin heç bir dərs götürməməsi bizi ya-
şanmışları bir də yaşamağa, görülmüşləri bir də görməyə vadar
edir. Və yenə də bir halda ki, tarixin dərslərindən ibrət götür-
məyəndə günahkar zaman yox, şüur olur, o zaman şüuru naqis
stixiyadan, yad düşüncədən və sönük təfəkkürdən təmizləmək
lazımdır. M.Süleymanlının “Erməni adındakı hərfllər” romanı
məhz, bu məramı - tarixin milli irsdə kodlaşan dəyərlərini yad-
daşa ötürmək missiyasına xidmət etməyi təqib qılır, daha çox
tarixi unutqanlığımıza ayna tutub bizə erməni xisləti haqqında
ətraflı, geniş, təfərrüatlı məlumat çatdırır.
Roman İmirxanlı adlı tarixçi-jurnalistin xatırlamalarından,
yanaşma, mülahizə və düşüncələrindən hasilə gəlir. Bir növ,
onun irəli sürdüyü millət konsepsiyasının vasitəsilə oxucuya ta-
rix dərsi keçilir. Əsərdə erməni eksponizmi yaxından fiksə olun-
muş, həmçinin tarixi müəyyənliyimiz, kimliyimiz güclü natural
əyaniliklə təsvirini tapmışdır. Yazıçını fərdi sosial və milli
şüurun oyanışı problemi daha çox düşündürür və bu məqsədlə o,
türk tarixinin, taleyinin gizli və açıq qatlarına nüfuz edir.
“Erməni adındakı hərflər” romanında bədii təsvirin mərkə-
zində əsasən, 1980-ci illərin sonlarında baş vermiş proseslər,
yenicə qızışmağa başlayan münaqişənin ilkin zaman hüdudları
dayanır. Bu üzdən əsərdə müharibə görüntüləri, döyüş səh-
nələri yoxdur, çünki burada müharibə hələ başlamayıb, nəql
olunan hadisələr ən son olaraq 1980-ci illərin axırlarında, xalq
hərəkatının hərəkətə gələn nəhrinin təsviri ilə bitir. Və ondan
başlayır ki, ermənilər türk kəndinə doğru hərəkət edərək
kütləvi deportasiya prosesinə start verirlər: “ İndi hər şey ayrı
cürdü, yəni, evlərdə heç kəs yoxdu, dediyimiz kimi, bütün ev-
160
lərin içi ölüb, daha doğrusu, kənd içindən ölüb, ermənilərin
son gəlişi, son xəbərdarlığı da evlərin içinə son gülləni vurdu:
“ Nə qədər qan tökülməyib kəndi boşaldın...”, yəni evləri.
Ona görə də hamı bayırdadı...”
“Nə qədər ki, qan tökülməyib...” - əsər mövcud münaqişənin
ilk baxışda, qan tökülməyən zaman kəsimlərini təsvirə çəkir.
Əslində, bu bir görüntüdür, müharibəyə qədər gedən hazırlıq
prosesləri - təxribatlar, sui-qəsdlər, cinayətlər romanda dolğun
təcəssümünü tapır. Bizim bura qədər təhlil etdiyimiz romanlar-
“Dolu” (A.Abbas), “Haramı” (Ş.Ağayar), “Quqark” (S.Baycan)
və “Qaraqovaq çölləri” (Əlabbas) - hər biri müharibə illərinin
və müharibəsonrası zamanların insan həyatında açdığı yaraları
göstərməyi təqib qılırdısa, “Erməni adındakı hərflər” romanı
iki tərəf arasında alovlanan münaqişənin nəşət tapdığı məqam-
lar, səbəblər, zəminlər üzərində köklənir. Müəllif bu uçurumu
ən lokal şəkildə - ailə-məişət çərçivəsindən çıxarıb iki ölkə
miqyasında yaranan münaqişə məqamlarına qədər aparıb çı-
xarır və dərinləşən ziddiyyətlərin kök, səbəblərini açmağa çalı-
şır. Bu münaqişə, düşmənçilik məqamı əsərdə bir neçə mərhə-
lədə izlənsə də əsas süjet xətti daha çox səksəninci illərin
sonlarına bağlanır. Şaliko Samukyan arvadı Siranuş Samuk-
yanın şagirdləri ilə şəkil çəkdirdiyi türkü aradan götürməyin
planını cızırlar və hər axşam şəkildəki bir türkün öldürülməsi
qarşıya məqsəd qoyulur. Bu gizli nifrətin, “mehriban” düş-
mənçiliyin müxtəlif vaxtlarda qabaran formaları isə daha çox
təhkiyəçinin keçmişlə bağlı xatirələrində, anımlarında – retro-
speksiya yolu ilə oxuculara çatdırılır. Müəyyən fraqmentlər
şəklində sərgilənən bu parçalarda əsas məqsəd hadisənin, prob-
lemin dolğun səciyyəsini vermək, erməni hiyləsinin, müəyyən
çəkilib qabarmalarla özünü göstərən düşmənçilik sindromunun
səbəblərini aramaqdır.
Əsərdə çox təsirli, inandırıcı boyalarla təsvir olunan İmir-
xanlının qardaşı Uğurlunun, müəllim ağbilən İsmayılın ölüm
səhnələri silsiləli davam edən erməni məkrinin əyani təcəssümü
Dostları ilə paylaş: |