150
vəziyyət, hər həftə, hər gün pozulan atəşkəs rejimi idi...” Bu
səbəb əsərdə motivasiyasını tapmır. Necə ki, Seymur-Anuş
xətti əsərdə sadəcə, süjetin inkişafınfa bir vasitə kimi düşü-
nülmüş təəssüratı bağışlayır, bu fikir də qəhrəmanın əsas gətir-
diyi uçurumun səbəbi kimi inandırmır.
Əgər uçurum iki millət arasında olan nifaqdırsa, bu nifaqın
əlamətləri, çözümü, burda heç lokal olaraq da qabardılmır. Bu
halda hansı uçurumdan söhbət gedə bilər?! Müəllif kifayət
qədər seyrçi mövqe qurub sanki bütün olmuşları, olacaqları
özgə ünvanlarda axtarmağı tərcih edir, yəni ki, müharibə bu işə
maraqlı olan bir qrup zümrənin əməli idi, onların əməlindən
azərbaycanlılar nə qədər əziyyət çəkirsə, elə ermənilər də o
qədər çəkir, bəs ki, ermənilərin içlərində bir Baki nostaljisi var,
onlara öz yurdlarında heç də yaxşı münasibət göstərilmir,
müharibənin xarabazara çevirdiyi doğma məkanlara adekvat
olaraq əks tərəfin də itkisiz ötüşmədiyini ürək ağrısı ilə qeyd
edir. Əsərdə milli adına hər şey sanki deformasiyaya məruz
qalır. Milli ölçülərə diaxron olaraq başqa məkanlar bu sırada
daha funksional görünürlər: qəhrəman hər dəfə ziyarət məqa-
mında kilsəni seçir, müsəlman olsa da rus qəbiristanlığında
basdırılmağı vəsiyyət edir, rus yazıçılarının təbiət barədə yaz-
dıqlarını daha səmimi hesab edir. Seymur Baycanın qəhrəmanı
milli tale, milli varlıq haqqında mücərrəd ideyaçılıq əvəzinə
insanın taleyi, insanın varlığı üzərində düşünür. Zənnimcə,
müəllif rakursundakı humanizm, milliyətindən asılı olmayaraq
ümumən insan ağrısının qabardılması müharibə mövzusunu
təqib qılan milli nəsrimiz üçün pozitiv çalardı. İnsan içinin
təsvirə çəkilməsi prosesində bütün münaqişələrin, mübarizə-
lərin kölgəsi onun üstündən silinib atılmalıdır. İnsan konsep-
siyasının dünya problematikasına çıxışı üçün bu məqam zəruri-
dir. Əlbəttə, yazıçı tarixçi deyil, bəlkə də qarışıq tarixi proses-
ləri nəsr hələ də yetərincə həzm edə bilmir. Amma müəllifin
birbaşa düşüncə kontekstinə daxil olmasa da, bəlkə də içindən-
ağrılarından keçib gəldiyimizə görə müəllifin yaratmaq istədiyi
151
humanizm balansındakı tarazlığın bizim payımızın itkisi hesa-
bına başa gəlməsi bir qədər təəssüf doğurur. Lap milli savaşı-
mızı-Ermənistanın Azərbaycana qarşı təcavüzünü qoyaq bir
tərəfə, ABŞ-ın İraqda, Əfqanıstanda, Rusiyanın Çeçenistanda,
İsrailin Fələstində apardığı savaşın da adı müharibədir. Amma
burda hansısa dövlət işğala məruz qalan, hüquqları pozulandır
və bu halda aparılan mübarizə yalnız müdafiə üçündür.
Doğrudanmı, ədəbiyyat bunları (bu fərqi!) yenib də insana
yetməlidir?! “Quqark” bu suala birmənalı cavab verir. Çünki
romanın sənət zəmini əks etdirmədir, insanın həm maddi-cis-
mani, həm də mənəvi, sosial, psixoloji çalarlarında inikasıdır.
Burada insan faktoru bütün səviyyələrdə -ictimai-siyasi, mədə-
ni-tarixi, psixoloji, məişət –ümumən özünün varlıq məqamına
tabedir və elə bu məzmun, məziyyətlə də ədəbiyyata daxil olur.
152
“QARAQOVAQ ÇÖLLƏRİ”: NƏSRİN
FƏZASINDAN BAXARKƏN
İyirmi ildən çoxdur ki, xalqla, millətlə, dövlətçiliyimizlə
bahəm ədəbiyyatımızın özü də bir növ tarixi sınaq, imtahan
qarşısındadır. Bir dəfə qeyd elədiyim kimi, müharibənin qanlı-
qadalı günlərindən kifayət qədər zaman fasiləsi ötsə də möv-
zunun təsvirində nəsrimizdə bir boşluq var və yazılan hər bir
əsər bu boşluğu doldurmaq yönündə bir addımdır. Bilmirəm,
müharibə mövzusunun layiqli təsvirini nisbətən yaşlı, yazı pro-
sesində müəyyən təcrübə, bilik qazanmış yazıçılardan ummağa
haqqımız var deyim, yoxsa məsələyə yaşın, təcrübənin deyil,
sadəcə istedad prizmasından yanaşmağı daha məqbul hesab
edərək içimizdəki ağrını böyük Sözə çevirəcək ədəbiyyatı
gözləmə mövqeyi tutum. Çünki növbəti müzakirə predmetinə
çevrilmiş bu əsər - Əlabbasın “Qaraqovaq çölləri” romanı məni
həm yazı təcrübəsi və biliyin labüdlüyünün, həm də aradan
keçən vaxt kəsiminin yazıçının daha dərin qatlara enişi üçün
zəruriliyi qənaətində xəyali-inkisarə uğratdı.
“Qaraqovaq çölləri” müharibə gerçəkliyinə, sosial-siyasi
ziddiyyətlərə sərt tənqidi münasibət sərgiləyən əsərdir. Roman
realist boyalarla qələmə alınmış, cəmiyyətin ictimai-sosial
naqisliyinə qarşı yönəlmişdir. Müəllif təsvir elədiyi döyüşçü,
vətənpərvər bir insanın düşüncə selinin qabağına bütöv bir
məkanın- Qaraqovaqdakı cəmiyyət həyatını, oradakı müharibə
gerçəklərinin fəsadlarını, mənəvi-psixoloji-sosial görüntülərini
çıxarır. Əsərdəki əsas qayə- qəhrəmanın əsirlikdə olan bacısını
azad etmək çabası, bu yolda üzləşdiyi maneələr, kolliziyalar
insanın mənəvi-iradi gücünün hara qədər – hansı həddədək
dayanıqlı olmasını göstərir.
Doğma kəndlərində vəziyyətin ağır olduğunu eşidib əsgər-
likdə olduğu Xabarovsk vilayətindən qaçan Əfsun kəndə gələn
kimi bacısı Əfruzun ermənilər tərəfindən əsir aparıldığını eşidir
və bundan sonra yalnız bacısını əsirlikdən necə qurtarmağın
153
yolları haqqında düşünür. Əfsun əsərə birbaşa bu qayədə daxil
olur və bütün əsər boyu, haçalanmış, dağınıq görünən kom-
pozisiya daxilində belə qayəsinə sadiq görünür. Nə Zülfü
kişinin onu şəhərdə yaşamağa təhrik etməsi, nə də Mehri ilə
evlənməsi Əfsunu öz məqsədindən ayıra bilmir. Amma məlum
olur ki, bu məqsədin realizəsində başlıca əngəl heç də düşmən
tərəf yox, elə burda, qəhrəmanın öz vətənində üzləşdiyi
uçurumlardır. Üç il Qarabağ döyüşlərində iştirak edib qayıtdıq-
dan sonra Əfsunu doğma rayonunun hərbi komissarlığında
müxtəlif adlarla ittiham edirlər. Əsir bacısı ilə dəyişmək məq-
sədilə düşmən tərəfdən dil (əsir) tutub gətirdiyinə görə həbs
edirlər. Ailə qurub yaşaması üçün ev tikmək istəyəndə bir par-
ça torpağı vermirlər. Müəllif Əfsun kimilərlə cəmiyyət arasında
dərin ziddiyyət olduğunu göstərməyə çalışır. Roman boyu
qəhrəman bu mühitlə, onun amansız qanunları ilə mübarizə
aparır, Don Kixot yel dəyirmanları ilə vuruşduğu sayaq.
“Qaraqovaq çölləri” romanı müharibə mövzusunda yazılan-
lar sırasında təqdim olunsa da, daha çox sosial problematik
kəskinliyə yönəlmiş əsər kimi yadda qalır. Amma nəsr hava-
sında yox, daha çox açıq publisistik notlar, işarələrdə. Bu ümu-
miyyətlə, bizim müharibə mövzusunda yazılan nəsr əsərlərinin
xarakterik çalarıdır. Son vaxtlar müharibə mövzusunu işıqlan-
dırmağı təqib qılan nəsr əsəri adı altında daha çox milli-sosial-
siyasi qüsurların, yarıtmazlıqların ifşasını təsvirə çəkmək təqib
qılınır və başlanğıcını bu məqamdan götürərək müharibə ger-
şəklərinin dərin qatlarına varmaq niyyətində bulunurlar. Bir
qədər bundan öncə müzakirəyə çıxardılan Aqil Abbasın “Dolu”
romanı da eynən bu qata həssas idi, qəhrəmanın-Komandirin
cəmiyyətlə toqquşma, münaqişə məqamlarını müharibə insanı-
nın, iştirakçısının böhranı-dekadansı kimi alırdı. O yerdə ki,
uğrunda vuruşduğun idealların çökdüyü məqam gəlir, dərin
insan böhranı başlanır, sonuc da bəllidir-intihar... “Dünyanın
ən varlı şəhəri”nin qəhrəmanı Komandir kimi “Qaraqovaq
çölləri”nin sərgərdanı Əfsunun da həbsxanada, hakim önündə
Dostları ilə paylaş: |