161
olaraq gərəyincə motivlənmiş şəkildə əksini tapmışdır. Hər biri
dolğun hekayə təəssüratı bağışlayan bu hissələrdə - “Ölümün
şəkli” və “Atın gülməyi” adlanan bu yığcam süjetlərdə müəllif bir
ailənin, bir insanın faciəsi timsalında erməni-azərbaycan
ziddiyyətinin dərin təcəssümünü verməyə nail olmuşdur.
M.Süleymanlının üslubu həmişə özünəməxsusluğunun qa-
barıqlığı ilə seçilmişdir. Belə ki, yazıçının əsərləri üçün biri di-
gərini əvəz edən zaman və məkan dəyişmələri, gerçəkliyin qatı
boyalarla təqdimi, təhkiyənin estetik çalarlarla zənginliyi səciy-
yəvidir. M.Süleymanlıın əsərlərində zaman adətən, elastik, sər-
hədsiz təqdim olunur. Hələ “Köç” əsərindəki İmirin yuxu-
larında zamanın oynaqlığı - geridönüm (retrospeksiya) və irəli-
sıçramalar (prospeksiya) vasitəsilə milli türk tariximizin sə-
pələnmiş hadisələrindən ibarət modeli yaradılırdısa, “Erməni
adındakı hərflər” romanında bu proses İmirxanlının təhkiyəsi
nəticəsində realizə olunur və mətnin struktur-semantik qat-
larına tətbiq edilir.
Əsərdə müəllif nitqi də, obrazların danışığı da təbii səslənir.
Yalnız ona görə yox ki, əsərdəki obrazların nitqi onların öz
dilində (türk, rus, erməni) tədqim olunur, eyni zamanda bu dildə
həmin millətin ruhu, xarakterik olan mənəvi-psixoloji çalarları,
iradi-əxlaqi keyfiyyətləri təcəssümünü tapa bilir. Bu bütövlük
əsərin estetik siqlətini artırmaqla yanaşı, yazıçı düşüncəsindəki
həqiqətə uyarlıqla qovuşduğundan romanın həyatiliyini də
gücləndirir. Bədiiliyə tələblarlığın azaldığı indiki vaxtda yazı-
çının dil-ifadə məsələsinə həssas yanaşması təqdir olunmalıdır.
Çünki hər bir əsərin uğurunu təmin edən əsas məqamlardan biri
onun təhkiyə mədəniyyətidir. “Erməni adındakı hərflər” ro-
manında bu meyar qorunur. Burada ifadə olunan mətləblər –
tarixi, sosial, əxlaqi, mənəvi-psixoloji planda olmağından asılı
olmayaraq – milli dilin qatları üzərində kökləndiyindəndir ki,
xalq ruhunun ifadəsi səviyyəsində ümumiləşə bilir. Romanın
mütaliəsi, ritmi ilk oxunuşda yorucu təsir bağışlasa da, getdikcə
üslubdakı bu usandırıcılıq təhkiyənin çevikliyi, nəql olunan
162
hadisələrin dolğunluğu, təsvirlərin ahəngdarlığı ilə aradan qalxır,
bütövlükdə bədii təcəssüm üzvi təsir bağışlayır.
Əsərdə bir çox yer, məkan adlarının, onların etiologiyasının
izahları verilir. Ümumən, bütün ruhu və qayəsi ilə türk top-
lumunun yaddaşına söykənən əsərdə bu məqamın olması
təbiidir. Nədən ki, hər bir etnik-mədəni şüurun bütövlüyü, onun
dünyaya münasibəti ilk öncə, məkan koordinatlarına söykənir.
Əsərdə adı çəkilən bir çox coğrafi məkan adları sadəcə, türkün
məskəni olaraq qabardılmır, həm də daha çox türkün həyatında
onların hər birinin oynadığı rol, əsrlər boyu tərəqqisinə rəvac
verən genetik kod kimi mənalanır.
“...İstiyirsən, qayıdaq tarixlərə? Bil ki, tarixə qayıtsaq,
sən gedib ancaq çobana çıxacaqsan. Elə deyil yoxsa?! Bəlkə
səhv eləyirəm”. Bu sözü İmirxanlıya Seda Sevortyan deyir və
bütün əsər boyu müəllif sanki bu fikirlə dartışır, onu təkzib
etməyə tarixi, etnoqtafik zəmində əsaslar gətirməyə çalışır:
“ –Çoban olmaq da əslində dövlət qurmaq kimi bir şeydi.
Çoban olmaq o deməkdi ki, varın-dövlətin var...Yaxşı, erməni
niyə qoyun otarammır, hıı, Dəmir kişi? Niyə çoban deyil?
Çünki dövləti olmayıb, yazdığı yalançı tarixlərə baxma. Döv-
ləti olsaydı, bu işləri də bilərdi...Gör bir, əti sevir, qoyunun
özünü sevmir, bir yana baxanda da düz eliyir, elə... Dağı səni
kimi başa düşmür ki, səni kimi ucalıq görəndə salavat çe-
virsin. Sən yağışın altında islanırsan, erməni qaçıb gizlənir.”
Hələ XX əsrin əvvəllərində Əlibəy Hüseynzadə yazırdı ki,
“türk ruhunda islam işığı ona görə belə tez alışdı və gur yandı ki,
doğmalıq və yaxınlıq türkün və ərəbin “bitdiyi”, yaşadığı
səhranın özündə idi.” M.Süleymanlının romanında səhra baş-
lanğıcı türk ruhu və mənəviyyatının, iqtisadi tərəqqi və mədəni-
tarixi bütövlüyünün zəmini, özülü kimi təqdim olunur. Türk
milləti əsərə öz folkloru, etnoqrafik cizgiləri, təbiət zənginlikləri,
əxlaqi-mənəvi keyfiyyətləri, insani saflığı, məişət koloriti ilə
daxil olur. Papağın quzu olma səhnəsi, toyuqların ayağına patava
geyindirilməsi, anasının oğlunun şalvarını geyinib onun göz-
ləməsi inancı, türk Ayişənin türkəçarə ilə Siranuş Sumikyanı sa-
163
ğaltması, insanlarının saza, sözə həssaslıqları, halallıqları, yaşa-
dıqları yerin dağına, daşına belə fitrətən bağlılıqları və s., və i. -
roman daha çox məişət həyatının, detalın və peyzajın təbiiliyi,
ruh-psixoloji təfsilatın doğruluğu ilə dəyərli görünür.
Bəs bütün bunların sonunda əsərin təlqin etdiyi ideya nədir?
Düşmənin məkrini, xislətini yaxşı tanı(t)maqmı məramı, yoxsa
ehtiva etdiyimiz dəyərləri diriltmək, yaddaşı silkələmək çabası?
“- Bilirsən onların itiylə niyə bacarmırsan?- Ulubabyan
ayaq üstəydi.
-Bilmirəm, varjaped.
-Çünki erməninin özünün iti yoxdu, olmayıb heç, heç
eşitmisənmi deyələr, erməni iti?!”
Bu nüans – müqayisə mexanizmi romanın bütün konsep-
siyasına yeridilir. Amma müəllif yalnız buna çalışmır ki, əsərdə
yalnız türkü əzəmətli, qüdrətli, düşməni isə heç nəyi olmayan
tərəf kimi təqdim etsin. Belə olsa idi, romanın Z.Balayanın
1984-cü ildə nəşr olunmuş, türkləri barbar, köçəri, heç bir şeyə
qadır olmayan xalq kimi təhqir edən “Ocaq” kitabından fərqi
olmazdı. M.Süleymanlı türkün tarixini vəsf edərkən şanlı
keçmişindən gəlir, etnoqrafiyasından, təbiətindən, inancı, tür-
kəçarəsindən bol-bol faydalanır və bu cizgilər əsərə təravətli
bir baxış əlavə edir. Müəllif türk tarixinə, keçmişinə, təbiətinə
bələdçi kimi oxucunu onun seyrinə çıxarır və bu qüdrətin tə-
rənnümü üzərində qurulan fabula idraki, mənəvi, sosial-siyasi
mənada genişlənir. Həm də düşündürür. Niyə bu qədər şanlı və
qüdrətli dəyərlərimizlə bu gün uduzan və məğlub tərəfik?
Əsərdə bunun birbaşa cavabı var: tarixi təkcə yaratmaq yox,
onu həm də təbliğ eləmək, öyrətmək lazım idi. Bu sırada müəl-
lif erməni xislətini qatı boyalarla açmağa nail olursa da, həm-
çinin analitik məqamlara diqqət yönəltməyə də yer qoyur.
Əsərdə bu iki xətt bir-biri ilə bağlanıb, biri digərinin ümumi
fonunun təsvirinə, xarakterlərin çözümünə şərait yaradırlar.
“Bilirsiz, xalqın gərək oxumuşları yarana, savadlı adam-
ları əmələ gələ, yalançı savad yox; dünyanı tanıya, özünü
dünyaya tanıda, əgər bu varsa, bu cür oxumuşları, savadlı-
Dostları ilə paylaş: |