147
Əsərin müqəddiməsi bu görüşdən nəsə uman oxucunu bəri
başdan arın-arxayın edir: bu insan düşmən düşərgəsində fərqli
heç bir jest, fədakarlıq eləməyəcək. Amma oxucu ona da inanır
ki, qəfil gələn məktub müharibədə döyüşə çağırsaydı belə qəh-
rəman eyni çaba ilə ora da gedərdi. Ona görə yox ki, içindəki
patriotizm ona bu addımı atmağa sövq elətdirəcəkdi, yox, sa-
dəcə, əsərin qəhərəmanı darıxırdi və darıxmaq hissini dəf elə-
mək üçün hərdən məsələn, bulvardakı qarımış şairə xanımlarla
elədiyi söhbəti cəbhə xəttindəki əsgərlərlə təzələyərdi, o qədər.
Əsərdə “ümummilli eyforiya dövrü” olan 1990-cı illər, hə-
min dövrə xas səciyyəvi görüntülər –həm siyasi-ictimai, həm
də psixoloji çalarları ilə təsvirini tapıb. Bir-birini əvəz edən
tarixi dövrlərin insan talelərinin yaşantısında doğurduğu gərgin
emosiyalar hiss edilir. Burada müəllif mürəkkəb və fəci hadisə-
lərin səbəblərini, köklərini göstərmir, hansısa amal və mübarizə
əzmi də yoxdur. Müəllif sadəcə ömrünün anılarına əsaslanır,
həmin anıları öz təhkiyəsində ipə-sapa düzüb süjet xətti yara-
dır. Onun uşaqlığı da, qayğıları da, istəkləri ilə həyat reallıqları
arasındakı ziddiyyətlərin doğurduğu hisslərin ifadəsi də- bir
sözlə keçmişinə dair nə varsa bu xatirələrdədir. “Mənim gü-
cüm ancaq xatırlamağa çatır. Arzulamaq, xəyal qurmaq
mənlik deyil. Xatırlamağı heç kim mənə qadağan edə
bilməz. Dünyada elə bir adam tapılmaz ki, keçmiş onun
üzərində mənim üzərimdəki qədər hakim ola bilsin.Mən
heç bir şeyi unuda bilmirəm. Heç bir şeyi. Ona görə də mən
özümü həddən artıq qoca hiss edirəm.”
Romanda xatirə motivi, müəllif tərcümeyi-halından alınan
təfsilatlar onu avtobioqrafiq əsər kimi səciyyələndirməyə əsas
verir. Çünki müəllif tərcümeyi-halının daşıyıcısı kimi görünən
və əsərin əsas qəhrəmanı Seymurun həyatının çox qismi
romanda ehtiva olunur.
Burada təsvir edilən həyatın tarixi-məntiqi doğruluğuna bə-
dii təminat verən müəllifin uşaqlıq dövrünün nostalji çalarıdır,
həmin qarışıq 1990-cı illərin bədii təcəssümünü təmin edən
148
qəhrəmanın uşaq yaddaşına çokmüş zəngin təəssüratıdır. Bu
“xatiratım”da əsas yeri qəhrəmanın vağzallarda keçirdiyi mə-
qamları, anıları təşkil edir- Qroznı vağzalı, Krasnodar, Aktobə
dəmiryol vağzalı, Samara vağzalı və s., və i., -qəhrəman öz dü-
şüncə qanadlarında vağzallarda o baş-bu başa adlayır. Amma
qatarlar onu yeknəsək həyatın əlindən alıb dünya kontekstinə
qovuşdursa da özündən, öz keçmişindən qopara bilmir.
Keçmiş, uşaqlığı, gəncliyi hər yerdə onunla baş-başadır. Bu
mənada, onun sərgilədiyi müxtəlif hekayətlərin içindən qeyri-
ixtiyarı olaraq şəxsi yaşantıları boy verir.
Müharibə mövzusunun geniş şəkildə işləndiyi bir zamanda,
həmçinin yeni qəhrəmanlar, bu qəhrəmanlığın yeni kultu yara-
dılmasına çaba göstərildiyi bir vaxtda S.Baycan müharibə
faciəsinin qəhrəmanı kimi özünü seçir, öz içini, öz yaşantısını
qələmə alır. Təkcə bu cəhət müəllifin ideya və dünyagörüş izti-
qamətini tanımaq üçün çox şey deyir. Əsərin mərkəzində
müharibənin qaynar səhnələri, fəci və dramatik situasiyaları
deyil, mənəvi psixoligiyası ilə insan(lar) durur. S. Baycan mü-
haribəni təsvir etmək üçün müharibə əhval-ruhiyyəsini hərəsi
bir cür keçirmiş insanları təsvir edir. Hadisələrin, müharibənin
mənzərəsi psixologiyaların müstəvisində görünür.
Əsərin qəhrəmanı olan yazıçı Quqark düşərgəsinə gəlir və
oradakı meşədə geriyə dönüb keçib gəldiyi ömür yolunun
xatirələrinə dalır. Bu xatırlama fonunda biz müharibə dövrü,
onun insan talelərində qoyduğu izlərlə, qəhrəmanın tale yolu
ilə tanış oluruq. Etiraf edək ki, bu təhkiyədə hadisələr, təsvirlər,
bir sözlə həyat canlı və səmimidir. “Rayon klassiki” haqqında,
taxta qutular düzəldən və çaxnaşma zamanı öz düzəltdiyi qutu-
ların arxasında gizlənən dülgər Karapetlə, paçtalyon qadının
həyatı, qarapaltarlı erməni anasının yaşantıları ilə bağlı heka-
yətlər əsərdə təsvir olunduğu faciəvi-dramatik çalarlarında
görünə bilirlər. Romanda ciddi tutalğa tapan bu təsvirlərin hər
birində yığcam, koloritli hekayə süjeti var. Bu yığcam süjetdə
insan psixologiyasının dərin təcəssümündə müharibə həqiqət-
ləri məharətlə sərgilənə bilir.
149
Bəs əsərin əsas motivlərindən olan Seymur-Anuş xətti burda
hansı yerdədir? Ümumiyyətlə, bu ideya əsərdə nə dərəcədə alı-
nıb? Məsələn, mənə görə müəllifin kifayət qədər ayıq yanaş-
dığı digər məqamlara, məsələlərə nisbətən əsərdəki Seymur-
Anuş xətti zəifdir, predmetini nədən alır, dərin deyil. Deyək ki,
əsərin bir neçə yerində, nəql olunan hekayətlərdə kifayət qədər
səxavətlə paylanan cəmiyyət-yazar problemi (xüsusilə, əsərdə-
ki Mehdi Bəyazid nüansı), yazar içinin dekadansının sərgilən-
məsindən sonra belə bir məhəbbət motivini süjetə əlavə etmək
əsərə nə qazandırır? Sosiallığın rəngini, boyasını daha da qatı-
laşdırmaq, yaxud cəmiyyət ziddiyyətlərini daha da çılpaqlaş-
dırmaq səciyyəsi? “Sevən bir qadın kişidən bütün varlığını
tələb eləməkdə haqlıdır. Mən isə sənə heç nə verə bilmə-
rəm. Bakıda borca yemək yediyim kafelər var. Başa düş,
mənim üçün sevgisiz yaşamaq borca yemək yediyim kafe-
nin sahibi Şirzadsız yaşamaqdan daha asandır.” Bu
mənada, əsərdəki Seymur-Anuş xəttini Bahadır və Sona, Əsli
və Kərəm kimi birgəliklərlə anoloji müstəvidə dəyərləndiril-
məsi (üstünlüyü, sələflərə vermiş olsalar belə) özünün doğrult-
mur. Əvvəla, burda iki gəncin sevgisindən deyil, Anuşun
birtərəfli sevgisindən söhbət gedə bilər. Seymurun Anuşa mü-
nasibəti isə həqiqi sevgi duyğusu kimi mənalanmır. Onu rədd
üçün gətirdiyi əsas isə təbii və səmimi təsir bağışlayır və əsərin
öz ritmindən, ahəngindən, inkişaf qanunauyğunluğundan do-
ğur. Əgər bu birgəliyə mane olan nəsnə kimi iki dövlət ara-
sındakı uçurum göstərilsəydi, təbii ki, səmimiyyəti ilə inandır-
mazdı. Nədən ki, bütün əsər boyu müəllifin belə bir yük daşı-
yıcısı olması, mənən bu ağrını yaşaması nəzərə çaprmır. Əsərin
tək bircə yerində belə bir səbəb sızdırılır: “Mühafizəçinin
bayıra çıxması Anuşun bütün həvəsini öldürdü. Onun sifə-
tinə birdən-birə adamı diri-diri öldürən kədər çökdü. Ara-
mızdakı uçurumu mühafizəçinin bayıra çıxması ilə görmüş-
dü. Bu uçurumun adı düşmənçilik, müharibə, nifrət, əsir
düşənlər, girov götürülənlər, davam edən qeyri-müəyyən
Dostları ilə paylaş: |