Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   60   61   62   63   64   65   66   67   ...   78

 
222 
nəbzi duyulan əsərlər də V.Yusiflinin mülahizələrində işıqlan-
dırılıb, öz real qiymətini alıblar. B.Bayramovun «Karvan yolu», 
Y.Səmədoğlunun «Qətl günü», Elçinin «Ağ  dəvə»,  Ə.Əylislinin 
«Ağ  dərə» romanları  məhz bu cür «ədəbi hadisə» olan 
romanlardır. İnsanın mənəvi-sosial ağrılarının kökünü izah etmək
ədəbiyyatda düşünən insan obrazını canlandırmaq, onun şəxsiy-
yətini lirik-psixoloji çərçivədə  işləmək bu romanların başlıca 
məziyyətləri idi. Və bu məziyyətlərə onlar klassiklərimizin  ən 
yaxşı ənənələri ilə varislik əlaqəsini qoruyub saxlaya bilmişdilər. 
O müəlliflər ki, «insan və zaman» kontekstindən çıxış edir, onlar 
əsərlərinin dövr, ədəbi mühit və insanla bağlı müasirliyinə nail 
olur və zəmanəsinə yazıçı sözünü deyə bilirlər. 
Tez-tez belə bir fikirlə rastlaşırıq:  əgər onun yaradıcılığını 
bircə sözlə ifadə eləmək lazım gəlsə onda…onda vaqif Yusif-
lini bircə kəlmə ilə xarakterizə etmək çox asan olardı: «inamlı 
səs» sahibi. Əslində, həyatın da, ədəbiyyat və insanın da 
mənəvi yüksəlişinə, ruhi coşqunluğuna yol açan bu cür inamlı 
səslərdir. Bəlkə buna görə V.Yusifli ədəbiyyata vəsiqə alan hər 
kəsə “səs”inin qüdrətindən pay verir… Gözəl  şairimiz R.Rza-
nın misraları süzülür yaddaşımdan: 
 
Belə olur insanın 
insana əvəzsiz hədiyyəsi 
bir xoş baxışı 
bir ümidli sözü 
bir inamlı səsi. 
 
Amma maraqlıdı, özü inamlı  səsə çevrilməmiş ilk dəfə  səsin 
təsir orbitinə, tilsiminə  nə vaxt düşmüşdü görəsən? Bəlkə lap 
gəncliyində, hələ  tələbə ikən  şeir gecələrinin birində  Mədinə 
xanımın  şeirlərini dinləyərkən tapınmışdı bu səsə? Onu içində 
qoruya-qoruya,  əzizləyə-əzizləyə illərin, xatirələrin yığımında 
gizlətmişdi, bu yazını da mənə o səs yazdırdı»- 40 il sonra yenidən 
bu səsi dinləyəndə heyranlığını gizlədə bilməyib etirafını etmişdi. 
Bəlkə qüdrətli dramaturqumuz İ.Əfəndiyevin özü kimi bən-


223 
zərsiz səsini eşidəndə «ilahi, mən-hətta qocalığında belə, heç 
kəsdə bu cür diri, canlı səs görməmişdim»-deyə səsin vəfasına , 
etibarına qibtə eləmişdi. Özü də  məəttəl qalmışdı ki, bu nə 
hissdir?..Hər halda anlamışdı ki, «bu cür diri, canlı səs» olduğu 
üçün illərin, fəsillərin soyuğunu,  şaxtasını yarıb keçib, çünki 
hərarətini həyatı sevən bir ürəkdən, can evindən alıb,qorunub. 
Anlamışdı, ona görə  ədəbiyyata yeni qədəm basan «bütün 
cavan şairlərə öz poetik səslərini qorumağı arzulayırdı». Çünki 
ən əvvəl özü qorumuşdu bu səsi. Yaşadığı bütün illərdə, hətta 
«keçid dövrü» deyilən vaxtda-ədəbiyyatda ədəbiyyatı düşünən-
lərin azaldığı bir zamanda onu içinə qısmamışdı.  
V.Yusiflinin könül verdiyi müqəddəs mehrab poeziyadır, 
dərdli «sən»i səndən uzaqlaşdıran, dünyanın bir yığın qəmini, 
kədərini özünə  çəkib insanı  ağırlıqdan xilas edən  şeirlərdir. 
«Bu yaxınlarda mənə «Bu dərdin adı  Səbrayıl» adlı bir əl-
yazma təqdim etdilər. Həmin  əlyazmaya ön söz yazdım və 
mənə elə gəldi ki, həmin əlyazma Azərbaycan adlı məmləkətin 
qurumuş ahı, fəryadıdır. Əlbəttə, adını çəkdiyim bu kitabda əsl 
poeziya nümunələri çox az idi, amma çap edilən  şeirlərin ha-
mısında eyni dərd, eyni qüssə hakim idi». Ağrını özünə çəkib 
ağırlaşan bu nümunələrə tənqidçinın münasibəti daha çox işıq 
axtarma səciyyəsində üzə  çıxıb. Ramiz Qusarçaylı, Saday 
Şəkərli, Zəhra, Salam, Mahir Mehdi və b. müəlliflər haqqında 
yazdığı  məqalələrdə V.Yusifli həssas tənqidçi intuisiyası ilə 
hiss edir ki, bu şairlərdə  işıq çoxdur, sadəcə bu işığın tükən-
məməsi üçün əzəli və əbədi «baza»olmalıdır. Və bu «baza» hər 
kəsin daxili, iç dünyasıdır, hamı bu işığı öz qəlbində axtar-
malıdır. Məhz bu zaman «Saday Şəkərli heyrət poeziyasına, 
daha doğrusu, özünün yaradacağı heyrət poeziyasına» gəlib 
çıxa bilər, Zəhranın «bənövşə  zərifliyi» ilə seçilən misraları 
«günəşə boylana bilər», Mahir Mehdi sevgi haqqında qərib, 
yad bir adam kimi yox, sevən kimi danışar. 
V.Yusifli olduğu kimi görünməkdən ehtiyat eləmir. Düşün-
cələrini, hisslərini dəqiq və ünvanına çatdırmaq üçün o mənəvi 
tərəddüd qarşısında qalmır. Hər halda mən gənc şairlər- Salam, 


 
224 
İbrahim  İlyaslı, Faiq Balabəyli poeziyasının zəif cəhətlərinə 
iradlarını bildirən V.Yusifli ilə, müəllifin özünün dediyi kimi, 
«populyarlığına görə  bəlkə  də Azərbaycanda beş-altı  şairdən 
biri olan Z.Yaqub poeziyasının onu narazı salan tərəflərinə 
etirazını etiraf edən V.Yusifli arasında ögey-doğmalıq, kəsərli-
lik-yumşaqlıq baxımından heç bir fərq duymadım. 
«Müstəqilliyimiz və ədəbiyyatımız»- V.Yusiflinin aktuallaş-
dırdığı növbəti mövzudur. Burada son on ilin cari ədəbi prosesi 
–poeziyası, nəsri, publisistikası  və  ədəbi tənqidi real mən-
zərələri ilə öz inikasını tapıb. 
Bu yaradıcılıq sahələrindən hər biri zamanla bahəm sınağa 
çəkildi, itirdikləri qazandırdıqlarını üstələdi, amma hərəsi 
bacardığı  qədər öz sözünü deməyə çalışdı. Və buradaca mən 
məntiqi vurğunu «ədəbi tənqid» ifadəsinin üzərinə salıb 
ürəyimi boşaltmaq istəyirəm. 
Ədəbi tənqid həmişə ədəbiyyata bələdçilik eləyib, onu qüsur 
və  səhvlərdən mümkün qədər uzaqlaşdırmağa çalışıb və  bəzi 
hallarda buna nail olub da. Təbii ki, söhbət vicdanlı tənqiddən 
və tənqidçidən gedir. İndi azacıq büdrəyən kimi bu günə qədər 
səngimək bilməyən yersiz hücumların, boş  və  mənasız söh-
bətlərin predmetinə çevrilib. Çox zaman da bu söhbətləri çağ-
daş ədəbi prosesi izləməyən, yerində saymaqla böyük hökmlər 
çıxarmağa iddialı olan şəxslər edir, ifadələrinə bir az təəssüf, 
bir az da təbəssüm qataraq «ədəbi tənqid yoxdür» deməkdən 
xüsusi zövq alırlar.V.Yusifli bu məsələyə  dəfələrlə toxunub
onu bu cür destruktiv fikirlərin cəngindən uzaq tutmağa çalışıb. 
Hələ 1991-ci ildə yazdığı «Karvanbaşı, yolun hayanadır?» adlı 
məqaləsində V.Yusifli bütünlükdə bu məsələləri işıqlandırır, 
tənqidin durğunluq və  zəiflik səbəblərini dövrün digər tən-
qidçiləri ilə birgə araşdırırdı. 
Bəli, məhz durğunluq və  zəiflik səbəbləri: hansı ki, bütün 
ədəbi prosesi bürümüşdü və V.Yusifli bir tənqidçi kimi bunların 
hər birini ayrı-ayrılıqda etiraf edirdi: «Qarabağ müharibəsi hələ 
də bədii sözün işığında öz dolğun təcəssümünü tapmayıb»; «Son 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə