Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   62   63   64   65   66   67   68   69   ...   78

 
228 
etmək, acıqlamaq, faş etmək... hədər yerə  sərf olunan zəhmət 
kimi mənasız bir işdir, ümumən, bədii mətnə yanaşmanın özü 
elə olmalıdır ki, o, necə deyərlər, özü öz sirrini faş edib ortaya 
qoysun, yaxud belə bir vəziyyətə gəlsin. Bədii mətnə “tənqid” 
adında (təhlil, analiz, izah etmə...) qoşqu lazım deyildir, bədii 
mətni vurub (ötüb!) keçmək, ona “şaquli zaman boyu” - gə-
ləcəkdən baxmaq gərəkdir“. 
C.Yusifliyə görə, yaradılan hər hansı  əsər göz, işarələr sis-
temi kimi doğulur. Buna görə  də mövzu yaxud ideya ardinca 
qaçmaqdansa tənqidçi ilk növbədə “məna”ya enməli, alt qatda 
olan mahiyyəti oxucuya aşkarlamağa çalışmalıdır. Yəni, “oxu-
cuya  əsərdə yer alan informasiyanı çatdımağa lüzum yoxdur, 
tənqidçi məhz elə bir formal strukturu yaratmalıdır ki, bu əsərin 
bətnində “hələ heç kəsə məlum olmayan sirləri bəlləyə bilsin “.  
 
* * * 
Poeziya bu gün C.Yusiflinin inam və  qətiyyətlə  tədqiq 
etdiyi, az qala cərrah dəqiqliyi və həssaslığı ilə toxunub öyrən-
məyə çalışdığı bir sahədir. O, bəhs etdiyi şairin hər misrasının 
məna qatını, gözlə görünməyən laylarını qaldırıb onları bütün 
spektləri ilə görükdürməyə nail olur. Müəllif  şərhlərində sözü 
poeziyanın,  şeirin özünə verir. Təhlil predmeti seçdiyi şeirin 
canını, əsl mənasını (yaxud mənasızlıgını!) üzə çıxarmağa çalı-
şan tənqidçi bununla sanki meydandan geri çəkilir və üzə  çı-
xarılmış məna (yaxud mənasızlıq) bütün mətn boyu gəzişmələr 
edib, gerçəklik olduğunu isbatlamaqla özü məşğul olur. 
 
* * * 
C.Yusiflinin geniş kontekstdə  tədqiq etdiyi sənətkarların 
təsadüfi secilməməsi qənaəti dəqiqdir.  İstər ”Azərbaycan 
poeziyasında Əli Kərim mərhələsi“, istərsə də ”S.Rüstəmxanlı: 
yaddaşın poetikası “ əsərləri  Əli Kərim, yaxud S.Rüstəmxanlı 
poeziyasını yeni formada təhlilə  cəlb edən kitablar deyil, 
bunlar həm də poeziyaya yeni bir baxış tərzidir, bəlkə də çiyin-
lərinə daha ağır yük götürmüş - ədəbiyyat tariximizin yenidən 
yazılması, “oxunması” üçün material verən manifest səciyyəli 


229 
əsərlərdir. Hər halda müəllif “gəlişin missiyası”nı açıqlarkən 
bildirir: “bu kitabın yazılmasının bir məqsədi də Əli Kərim və 
ümumən XX əsr Azərbaycan poeziyası haqqında monoqrafik 
tədqiqlərin yazılmasına yön verməkdir” və bu yolda ilk daşı 
qaldıranlardan olduğunu da nəzərə çatdırmağı unutmur:,,Bizə 
elə  gəlir ki, Səməg Vurğun və  Əli Kərim haqqında  ən gözəl 
əsərlər bundan sonra yaranacaq... Bu kitab o həsrətlə yazıldı...” 
 
* * * 
Bu kitab da o həsrətlə yazıldı: “S.Rüstəmxanlı: yaddaşın 
poetikası”. 
“Mən Sabir Rüstəmxanlının  ədəbi prosesdəki yerini belə 
görürəm - Nüşabə qalasının uçuq bürcü“ - yazır müəllif. Yox, 
bu  şairə verilən təsadüfi təyin deyil. S.Rüstəmxanlı xalqın 
yaddaşına sadiq qaldığı  və onun milli–mənəvi dəyərlərini 
yaşatdığı, öz sözü və kökü üzərində ucaldıgı üçün bu torpağın 
istənilən daşının, torpağının adı ilə adlanmağa haqqı çatır. 
O, bu obrazı öz “Qan yaddaşı” ilə formalaşdırıb. Amma 
“Nüşabə qalasının uçuq bürcü” C.Yusifli üçün “həm də yalnız 
(bəlkə  də) xüsusi olaraq seçilən insanların ömür sürməyə 
göndərildiyi ilahi məskəndir”. Kimdir seçilən insan? Tanrıdan 
bir pay özündə yaşadan, kosmosla rabitəsini üzməyən, onunla 
daim ünsiyyətə can atan qeyri-adi varlıq.  Əslində,  şairliyin 
sirrini özündə kodlaşdıran qanundur bu. Axı  şairlik “nəyəsə 
işarə edə bilmək “arzusuna çıxış xəttindən başlayır. Bu isə artıq 
poeziyanın etiraz etdiyi nəmənəliyin, məchulluğun dərki nami-
nə dünyanın boz cevrəsindən təcrid olunub. İlahi gizlinlərinə 
vaqif olmaq deməkdir və gərək secilən insan olasan ki, hakimi–
mütləq öz mübhəmliklərinin qapısını sənin üzünə açsın. Yoxsa, 
hər deyəndə “Ömür kitabı” hasilə gəlirmi? 
 
* * * 
Uşaq vaxtı atamın  əlində tez-tez qara-göy üzlü bir kitab 
görərdim. Atam ədəbiyyat adamı olmasa da, mütaliəni çox sev-
diyindən bədii ədəbiyyatsız bir gün də keçinəmmirdi. Göy üzlü 
kitaba atam nədənsə tez-tez müraciət edir, mütəmadi olaraq və-


 
230 
rəqləyirdi. Sonralar, artıq onun kitabxanasının daimi üzvünə 
cevriləndən sonra o kitabın S.Rüstəmxanlının “Ömür kitabı“ ol-
duğunu bildim, kitabla tanışlıqdan sonra isə çox şeyi dərk etdim. 
Atam uzaq keçmişdə qalan uşaqlığını, itirdiyi gəncliyini tapmış-
dı bu kitabda. O, oxuduğu xatirələrin qanadında dünəninə dönə 
bilirdi. Bilirdim ki, onun müəllifi də atam üçün qopub ayrıldığı 
kəndin dağının, daşının bir parçası qədər əziz və sevimlidir. 
S.Rüstəmxanlı “Ömür kitabı“ ilə “oxucu yaddaşının son dərəcə 
həssas nöqtələrinə üz tutur”du. Ruhumuzun təzələnməyə ehtiyacı 
olduğu bir dövrdə bu missiyanı reallaşdırmaq  əsl hünər idi. 
S.Rüstəmxanlı C.Yusifli ücün bu məqamda daha maraqlı, daha 
dəyərlidir. Təsadüfidirmi, tənqidçi əsərin “Şairin portreti“ adlanan 
hissəsində daha çox “Ömür kitabı”nın məhvərində fırlanır. Şairin 
portretini onun şeirlərində deyil, “Ömür kitabı”nın  şeiriyyətində 
görükdürməyə çalışır. “Ömür kitabı” bizə “Anamın kitabı” qədər 
doğmadır, gərəklidir. Amma bu kitab C.Yusifli ücün bir də ona 
görə layiqlidir ki, orada vətənin, xalqın keçmişi, dünəni haqqında 
həqiqət var, səmimiyyət var: “Sabir bu kitaba ruhundan keçən 
taleyin yaddaşını köçürüb, ona görə  də bu kitab həm tarix dir, 
həm də tarix haqda sözdür. ...Vicdanlı tarix yazmaq üçün ”Ömür 
kitabı”nı oxumaq gərəkdir.” 
 
* * * 
C.Yusiflinin kitablarını oxuyanda mənə elə gəlir ki, o, əslin-
də tədqiq etdiyi predmeti o məqsədlə seçir ki, ondakı dəyərlərə 
istinadən dəyərsizliyə daha açıq meydan oxuya bilsin. O, 
yaxşını üzə  çıxarmağı meyar edərkən  ədəbi prosesdəki naqis 
meyllərin antitezasını yaratmış olur. Hələ bundan öncə çap 
olunmuş “Azərbaycan poeziyasında  Əli Kərim mərhələsi” 
kitabında oxucu sözü gedən şairlə yanaşı, bütöv bir adlar sırası 
ilə üz-üzə durur: Füzuli, M.Müşfiq, S.Vurgun, R.Rza, N.Hik-
mət, V.Mayakovski və.b. Yox, bu incələmələr Ə.Kərimi yalnız 
öz dövrü ədəbi mühiti içində öyrənmək, yaxud onlar arasındakı 
anoloji yanaşmaları üzə  çıxarmaqdan ötrü edilmir. Müəllif bu 
şairləri də kitabın qəhrəmanlarına çevirir. Onların  ədəbiyya-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə