Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   57   58   59   60   61   62   63   64   ...   78

 
212 
Nəticədə, “iki dahinin şərikli  əsəri” (A.Kamyu), səslə sözün 
qovuşuğundan ibarət bir şedevr qatılmışdı milli mədəniyyət 
arsenalımıza. Bu gün bu arsenal daha bir müştərəkliyin -Ramiz 
Həsənoğlu və Aydın Talıbzadə tandeminin uğurlu bəhrəsi olan 
“Ustad və Ayna” kitabı, yolların qovuşuğundan yaranan 
monoqrafik tədqiqat əsərilə tutum qazanır.  
Hər iki tərəfi — istər tədqiqat obyektini, istərsə də tədqiqatçı 
“mən”ini təmsil edən şəxslər unikal istedada malik, çəkiləri sə-
nət aləminə çoxdan bəlli personalardır və bir-birlərini peşəkar-
casına anlayıb peşəkarcasına duymaq üçün kifayət qədər po-
tensiya sahibidirlər. Bu anlaşma yalnız nəzəri-elmi düşüncənin 
vüsəti ilə deyil, hər şeydən əvvəl sənətkar ruhlarının yaxınlığı, 
daxili məhrəmliyin dərinliyi ilə ölçülür. R.Həsənoğlu gündəli-
yinin üçüncü bir obraz qismində kitabda iştirakı bu doğmalığın 
və  mənəvi ülfətin təsdiqidir. Üçüncü bir obraz - ona görə ki, 
A.Talıbzadə “görünməyən” R.Həsənoğlunu yeni rakursdan biz-
lərə təqdim edir. Rejissorun bu vaxta qədər gizli, xəlvət saxla-
dığı iç dünyasını açmaq üçün A.Talıbzadə gündəlikdəki namə-
lumluğun qatını qaldırıb onu bütün spektrləri ilə görükdürməyə 
nail olur: torpağa və kökə bağlı, folklora və muğama aşina, 
sentimental romantikaya, poetik ənginliyə meylli və s. və i. 
R.Həsənoğlunun mənəvi aləmini faş edən, onun gizlinlərinin, 
daxili yaşantı  və  həyəcanlarının tərcümanı olan bu sətirlər 
sanki bütöv bir ömürdən verilən “canlı reportaj” səciyyəsi da-
şıyır. «Həyat – andır, – deyib A.Çexov, – onu əvvəlcə qarala-
mada yaşamaq, sonrasa ağlamaya üzünü köçürmək mümkün 
deyil». A.Talıbzadə tarixin özündə gizlədiyi həqiqətləri 
gündəliyin qatları arasından gün işığına çıxarıb sanki yaşanan 
ömrə dirilik suyu, yeni can verir, ötüb-keçən anlar, dəqiqələr 
zamanın fırlanan çarxında geri qayıdır. Belə ki, oxucu A.Talıb-
zadə  təhlilləri ilə  rəsm edilən R.Həsənoğlu tamaşalarını “seyr 
etməzdən” daha öncə, bu tamaşaların yaranma tarixçəsini, on-
ların araya-ərsəyə  gəldiyi  şəraiti öyrənir, rejissorun çətinlik-
lərini, həyəcanlarını duya bilir.  


213 
“Ramiz Həsənoğlu milli televiziyamızın fəxri tarixidir”. Bu 
mənada, R.Həsənoğlu yaradıcılığının konseptual tədqiqi Azər-
baycan televiziyasının, milli teatrımızın qırx ilə yaxın bir döv-
rünü öyrənmək baxımından da əhəmiyyətli və gərəklidir.  
Milli mədəniyyət tariximizin, eləcə də teatr tariximizin qırx 
ilə yaxın bir dövrünə ayna tutan «Ustad və Ayna» monoqra-
fiyasının tədqiq sahəsi çoxcəhətli və polifonikdir. Belə ki, 
qəhrəmanı Ramiz Həsənoğlunun təmsil olunduğu dövrü bədii-
estetik tapıntılarından, ədəbi-mədəni hərəkatından tutmuş adicə 
geyim, dəb yeniliklərinə qədər xarakterizə edən A.Talıbzadə öz 
ətraflı və hərtərəfli təhlilləri vasitəsilə rejissorun ətraf mühiti və 
əhatə dairəsini də bütün tərkib və parametrləri ilə görükdürə 
bilir. Anar, R.İbrahimbəyov, R.Rövşən, V.İbrahimoğlu, C.Qu-
liyev və başqa sənət xadimləri ilə R.Həsənoğlu arasındakı 
qarşılıqlı münasibətlərə işıq salan, hətta bəzən bu münasibətləri 
sona qədər çözən (məsələn, R.Həsənoğlu və V.İbrahimoğlu 
tandemini) tədqiqatçı onları bir-birinə bağlayan müştərək iş, 
əməl birliyindən bəhs etməklə yanaşı, həm də adı çəkilən şəx-
siyyətlərin hər birinin milli düşüncə sistemimizdə tutduqları 
mövqeyini, bir sənətkar olaraq gördükləri işlərin məzmun və 
miqyasını yetərincə dəyərləndirməyə müvəffəq olur. 
Teatr, teatr fikri və müəllif gündəliyindən qeydlər “Ustad və 
Ayna”da üzvi bir rabitə ilə birləşir. Üstəgəl, A.Talıbzadə 
təfəkkürünün heç bir yerdə ehtiyatı  əldən verməyən özünə-
məxsusluğu – adını adilikdən çıxarıb onu sonsuzluğa, axır ça-
larlarını görükdürməyə qədər yozmaq, polifonik obrazlarını ya-
ratmaq... Aydın Talıbzadə, ümumiyyətlə, bir estetik kimi 
simvolik, mistik görüntüləri üzə çıxarmağa meyllidir. O, yanaş-
dığı predmetdə adini yox (onu ki, hamı görür), qeyri-adini, heç 
kəsə  bəlli olmayanları tapıb faş etməyə çalışır. R.Həsən-
oğlunun həyat və yaradıcılıq bioqrafiyasında isə belə qeyri-adi 
nəsnələr yetərincədir və onu “oxuyan” gözə çox asanlıqla gəlir. 
Hətta paradoksaldır ki, Aydın Talıbzadə  bəzi məqamlarda 
sanki bundan qaçır, hər şeyə mistik don geyindirməkdən elə bil 


 
214 
ki, çəkinir. Baxmayaraq ki, hadisələr, gerçəkliklər sırası  və 
oxşarlığı özü bu mistik yozumu ehtiva edir. “Ha deyinən ki, 
mən mistikaya inanmıram. Fakt qarşısında qalanda neyləyə-
cəksən?” Beləcə bəlkə də bu vaxtadək R.Həsənoğlu üçün (elə 
bizim üçün də!) sosial dünyanın elementar məişət faktı sayılan 
çinar, telefon kimi predmetlər qeyri-adilik səciyyəsi alıb 
özümləşir, müstəsnalıq hüququ qazanır. 
“Azərbaycan Poeziyası Xan Çinardı… 
Bir gün Ramiz Həsənoğlunun resissor ruhunun üstünə bu 
xan çinarın yarpaqları arasından bir işıq  şüası düşdü və onlar 
qoşalaşıb teleməkan içrə yola çıxdılar”. 
Hələ orta məktəbdə oxuyarkən Elçinin “Hönkürtü” adlı 
hekayəsinin mütaliəsi ruhuma qəribə bir ovqat aşılamışdı. 
Mənə maraqlı idi. Qəhrəmanın içini tökməyə, onun günahlarını 
etiraf etməyə, “ürəyini yeyən nigarançılıq hisslərini” bölüş-
məyə  təkan verən qüvvə kimi niyə  məhz çinar ağacı predmet 
seçilirdi? Onda hələ bilmirdim ki, “Altmışıncıların yaratdıqları 
mənəvi, ruhsal dəyərlər sistemində Ağac təmizlik, saflıq rəmzi 
kimi, təbiətin özü kimi, dirilik simvolu kimi mənimsənilmiş”. 
İndi budur… Aydın Talıbzadə iç dünyasına baş vurduğu 
ömürdən o anı seçib əvvələ  gətirir ki, onu mərhələ-mərhələ 
çözdüyü yaradıcılığın bakirəlik rəmzi sayır, yaşanılan həyatın 
təmizlik və paklıq dərəcəsinin göstəricisi hesab edir. 
Başqa cür də eləyə bilərdi, tam ixtiyar sahibi… Bir halda ki 
“R.Həsənoğlunun telefəaliyyəti tarixində sayı 200-ü keçmiş 
verilişlərin təqribən üçdə ikisi poeziya ilə ilişkilidir”, xrono-
lojiyə zidd getməyib, eləcə yolu əvvəldən sona doğru addım-
layardı, “Üç çinar yarpağı”na qədər olan dövrə səpələnən poe-
tik ruhlu verilişləri təhlilə çəkərdi. Yaxud, daha “ciddi”, ağır və 
təmtəraqlı  mərhələ kimi səciyyələndirdiyi “məxməri silsi-
ləsi”ndə rejissorun hasilə gətirdiyi o tamaşanı götürə bilərdi ki, 
orada artıq Ustad var, yetişmiş, püxtə  sənətkar var. Lakin 
Aydın Talıbzadə üç şairin, “üç çinar yarpağının” - V.Səməd-
oğlu, R.Rövşən və V.Cəbrayılzadənin bulunduğu videofilmin 
dəyərini təqib qılıb onu yuxarı başa keçirir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə