Rüstəm Kamal
146
Şairin yaşam tərzi nə qədər monoloq tipli olsa da, həmişə
dialoqa ehtiyac duyur. Onun ünsiyyət çevrəsi bir qoşmanın, bir
gəraylının çata biləcəк qədərdir, ашыьа, саза йетя биляъяк
гядярдир.
Məmməd İlqar təbiətən qapalı adam təsiri bağışlasa da, sözü
özünə yönəlməyib, yəni elmi dildə desək, avtokommunikativ
deyil. Fərqi yoxdur: ölüdür, diridir, qadındır, kişidir, kəndddir,
dağdır, Tanrıdır-hamısı onun müraciət obyektidir, onun
həmsöhbətidir, dilbiləni, söz anlayanıdır.
Məmməd İlqar suallar şairidir. O, sadə suallarында baxt-
yiğvalla bağlı bilgiнин олур.
Şeirləрin içində, beytlərin sonunda səslənən, verilən suallar
yalnız ovqatın adı deyil, həm də dünya ilə ünsiyyət qurmaq
üsuludur.
Kədərin yağlısı, yavanı varmı,
Sevginin qocası, cavanı varmı,
Bir dünya sual var - cavabı varmı,
Yaradan böyükdür, yaşadan böyük.
Məhz cavablar yox, suallar şairi arif və мцдрик edir.
Məmməd İlqarın юзцня вя дцнйайа verəcəyi suallar çoxdur...
Rüstəm Kamal
147
BARAT VÜSALЫН
ЙЦКСЯКЛИК СЕВДАСЫ
Siz elə qalxansız, kökünüz üstə,
Biz rahat uyuyar, rahat, qardaşım.
H.Arif
Barat Vüsal ədəbiyyatımızda öz yolunu tapmış, ustad
şilləsini dadmış, ustad qədri və öz yerini bilən şairdir.
Barat Vüsal poeziyasının maraqlı əlaməti - təbiiliyi və şair
çılğınlığıdır. Poetik nitqi sərbəsтdir və bu sərbəstlik öz gücünü
danışıq dilinin informasiyasından alır.
...Gözə qədər hamı görür,
Gözünnən anrı görürəm!
Hər sətrin axırında şairin intonasiya obrazı durur. Məs
intonasiya obrazı onun özünü və sözünü insanlara çatdırır.
Barat ünsiyyətə meyilli şairdir. Şair dünya ilə müxtəlif
vasitələrlə öz əlaqə və münasibətini qurur, ünsiyyətə girir.
B.Vüsal üçün ən önəmli ünsiyyət vasitəsi defis sözüdür. Ulu
əcdadlara, köhnə kişilərə, müasirlərinə sözlə üz tutur, xitab
edir.
Gözlərin bəlanı gördü, böyüyür
Arazdı, qovrulur, Kürdü döyülür,
Torpağın kiçilir, dərdin böyüyür,
Inan, ay papağı böyüyən kişi,
Aman, ay papağı böyüyən kişi.
Şairin məhəbbət obyekti- dünyalarca sevdiyi gözəl, müdrik
xalqıdı. Xalq onun yaradıcılığında ünsiyyətin ülviliyi kimi çıxış
edir. Poeziyadakı müqəddəslik hissi onun xalqla ünsiyyətindən
irəli gəlir. Şairin sözünə həmişə inanırsan.
Rüstəm Kamal
148
Barat Vüsal bir şair kimi “təşbeh ilğımı” aldada bilməmiş,
sifətlərin, təyinlərin saxta “doğmalığı” onun enerjili, emosional
nitqində yuva sala bilməmişdir. Onun şeirlərinin “ehtiyat
hissələri” ancaq dilimizin ən sədaqətli, ən yaşamlı nitq
hissəsindən - tellərdən ibarətdir. Bunun üçün şairin istənilən
əsərini nəzərdən keçirmək kifayətdir. Elə götürək bu ikicə sətri:
Bəsdi deyib ağladım, yoxdu bir kəsim deyə,
Qoymaram borclu qalıb ruhum tələssin göyə.
Barat Vüsalın şeirlərində xitabların, çağırışların effektliyi
adların, hərəkətin təkrarlanmasındadır. Epiforalar və anaforalar
şeirin sintaktik düzəninə də təsir edir. Baratda üçəm təkrarlar
sözün emosional magiyasını gücləndirir.
Biri çiçəyinə tüpürüb yeyir,
Biri diri-diri oturub yeyir.
Biri qəbir qazır, qəbrini yeyir,
Boğazdan keçməyən tikəsən, şair!
Azarın yoxdumu, çəkəsən, şair?!
Barat Vüsalın emosiya fəlsəfəsi xalq qəhrəmanını, yazıçını,
şairi, qadını bir etnik dəyərdə -kişilikdə birləşdirir.
Israfil ağadır bu gələn, allah,
Dünya xali deyil, gördümü, qardaş,
Ismayıl Şıxlının sevincinə bax,
Ismayıl Şıxlının gözlərinə yaş...
Baratın poetik intonasiyasında
qalın
saitlərin
üstün
mövqeyi sentimental psevdo giley-güzara imkan vermir. Qalın
saitli sözlərin düzümü və səslənməsi şairin emosional obrazını
da bizə təsəvvür etdirir. Məsələn:
Rüstəm Kamal
149
Torpağına, havasına vurulub,
Torpağıyla, havasıyla bir olub
Bir kasıbın komasına burulub
Öz köksünü ötürməyə gəlmişəm.
Baratın işində yüksəkliyə, “yuxarı”ya çıxma, ata minmə
ehtirası var. At beli, dağ başı onu çəkən obrazlardır. Ata
minmək göylə əlaqə saxlamaq vasitəsi və imkanıdır. Böyük
Səməd Vurğunun ömrünü, şairlik şöhrətini köhlən ata minmək
kimi təsəvvür edir. “Səməd Vurğun Qazaxda qalxmışdı
Köhlən Ata! Səməd Vurğun dünyanı Qazaxda mindiyi
Köhlənin belində gəzir!”
Rəhmətli bacısı “ata minən qız” obrazında onun yadında
qalıbdır.
Barat Vüsal yaşanılan ömrün ləyaqətini, qiymətini kişilikdə
görür.
Kişilik azərbaycanlı kübarlığıdır, onun varlığını şərtləndirən
amildir.
Yaradıcılığı bir qədər mühafizəkar təsir bağışlayan Barat
Vüsal millətə, ölkəyə insana olan münasibətlərin kişilik яхлагы
əsasında qurulmasını istəyir. Çünki xalqımız öz tarixində elə
ruh hazırlayıb ki, onun nəsiollərdən-nəsillərə ötürüblər,
yaşadıblar. Buna xalq ruhu da deyilir. Kişilik həmin ruhun
qutsal qatıdır:
Azadlıq itdikcə, Vətən də itir,
Kölə kişilərin qəbri daşlanır.
Vətənin sərhəddi oğuldan ötrü
Kişi meyidinin üstən başlayır.
Dostları ilə paylaş: |