Rüstəm Kamal
159
Bütün simvolik işarətlər (saat əqrəbləri, çərçivədə şəkil,
xatirə lövhəsi) ölüm zamanının ifadəsidir. Doğum günü də
ölüm günü ilə eyniləşdirilir:
Axx, ölüb gedəsən doğulan kimi,
Böyründən keçəsən elə bu ömrün.
Шаирин metafizikasında ölüm insanın olmadığı hüduddur.
Ölüm məkanыnın hüdudu başqasının, yaxud məchuлluğun
hüdududur. Ancaq qəribədir:
Salam bu məchulluğu görə və danışa bilir.
Yel əyə bilməzdi bu ağacları,
Yarpaqlar özləri yelə dartılır.
Salamın şeirləri hadisədir. Şeirlərin məzmununу тяшкил
едян hadisəni nəzərdə tutmuram. Şeir özü hadisədir.
O.Mandelştam (L.Ginzburqun xatirələrinə istinad edirəm)
deyirdi: "...şeir təsvir ola bilməz. Hər bir şeir yalnız hadisə ola
bilər". Hadisə mənanın yazı məqamında / oxu zamanı
açılmasıdır. Məna hadisə ilə birgə zühur edir. Salamda hadisə
insanın gözlənilməz simvolik predmetlərlə təması, yuxularla
görüşüdür. Görüş isə qeybdən, boşluqdan gələn səsləri
eşitməklə mümkündür. Bu baxımdan Salamın çox həssas
qulaqları var.
Azərbaycanın dəyərli şairi Salam Sarvan o şeirləri yazıb ki,
onu ancaq anası ağlayıb söyləyə bilir, ya da adamlar gözləri yol
çəkəndə əzbər pıçıldaya bilər…
Rüstəm Kamal
160
МЯММЯД ДЯМИРЧИОЬЛУ:
ДИЛИН ИНАНЪ ЙАДДАШЫ
Тясадцфян (deyəsən, «Dəli Kür» гязетинdə иди) gözümə
sataşmış aşağıdakı şeir Məmməd Dəmirçioğlundan söz açmaq
sevincini mənə yaşatdı:
...Leysan olur göylərdəki hay-həşir,
Külək döyür, şöy vələsиr gəməşir,
Quzeylərdə buz bulaqlar göynəşir,
Dodağımla qovuşmasa, ovunmaz...
Onun rəssam gözü ilə gördüyü (mən deyərdim ki, eşitdiyi!)
bu dünyanын bütün obrazlarında щяр detalынda bir fanilik-
ötərilik, bir axirət havası yaşayır. Onun "Etüd" şeirində belə
ахирятин, гейб аляминин mistik enerjiсиnı hiss edirsən:
...Yuyub getdi o dağların daşını,
Görəmmədin gözlərimin yaşını.
Bağçanızın ayağını, başını
Yarpız-yarpız öpüb gedən çay məнəm...
Məmməd Dəmirçioğlu «o dünya» ilə daim simvolik
əlaqədədir. Güzgü («Güzgü dalынda ovçular bəzəkli quşlar
oxuyur»), pəncərə («Pəncərə tək açılıbdı bağ çaya»), körpü
(«Səhər doğulunca gecə can verir»), karvan kimi obrazlar
Məmmədin (özü də bilmədən) iki dünyaныn arasынda
qərarlaşmasmdan xəbər verir.
M.Dəmirçioğlunda səs obrazları «o dünya»nın «bu
dünya»ya işarəsidir, replikasıdır. O, səsləri sadəcə eşitmir,
qeybdən gələn xəbər kimi mənalandırır. İsaq-Musaq quşunun
oxuması, pəncərədən dolan durna səsi... «o dünya»nın simvolik
işarələri deyilmi?
Rüstəm Kamal
161
... Kövrəlib kəklik dilində
Haray-həşir salan daşam...
yaxud
... Bu durnalar payıza
Haramdan köç eylədi?
Dimdiyində qırıb səs,
Yaramdan köç eylədi...
Türk dünyasныın mənəvi öndərləri - Yunus Əmrə, Seyid
Nigari, Şah Xətai, Qaracaoğlan, Pir Sultan Abdal... onun inanc
düşüncəsinin, şeir ruhunun bəslənmə və tənəffüs qaynağıdır.
Əski türk təsəvvüf, ozan-saz şeirinin vurğunu və aşiqi
olduğundan, Yunus Əmrədən sevgi və xoş rəftarı, Mövlanadan
insan olmanın önəmini qavradan təsəvvürlər, el şairlərinin
sayğılı kəlamları, İncə dərəsində Hacı Mahmud Əfəndi
müridlərinin «ya hu!» səsləri poetik ləhcəsinə və davraныşынa
yansımışdır. Poetik nitqin içində bir nəqşbəndiyyə rüzgarı əsir.
Şeirlərinin fəlsəfi qatынdakı xalq sufiliyini ləhcənin yaddaşı
çəkib gətirir.
Haqqa varan haqq suları,
Bu ümmanlar dolurmu ola?
Məmməd Dəmirçioğlu insanlığa könül verən bir şairdir:
«Mənim işim könülдəndir» deməsində haqlıdır.
Məmməd Dəmirçioğlunun şeirlərində Allah-Dünya-İnsan
üçlüyü birlik içindədir. О, həqiqət, eşq, könül, nəfs kimi
insanın gerçək yaşamынı ilgiləndirən dəyərləri özünə mövzu
seçiр.
... Yazdığım şeirlər qul xatasıymış,
Rüstəm Kamal
162
Allah, kərəm eylə, qulların yazıq...
Dəmirçioğlunun
şeirlərinдя karvan-köç-axirət sevdası
эцълцдцр. Görəsən, onun varlığına hər şeyin ötüb keçməsi
düşüncəsinin, «bu dünya»dan «o dünyaya» köçmə ovqatının бу
гядяр hakim olması nədəndir?
...Könlümü ovudum hansı dildə mən,
Ruh göyə tələsir, can köçhaköçdə...
yaxud
... Pəncərəndən durna səsi doldu, bax,
Köçüb gedən qatarını say, mənəm...
Xalq sufiliyində doğum (əvvəl, başlanğıc) yox, ölüm (son,
axır) önəmlidir. Məmməd Dəmirçioğlu şairdir - onu yolun sonu
düşündürür, onun ölümdən danışması qətiyyən təəccüblü deyil.
... Yцz yalvar, yüz yol çağır,
Neyləsin, Allahfağır?
Göydən yağışlar yağır,
Göylərdə daş ha yoxdur...
Dəmirçioğlunun şeirlərində sözün magik təsiri - effekti
duyulandır. Bu şeirlərin mayasında - cövhərində bir Tanrı
diləyi, bir könül duası, bəşər övladının bir xoş niyyəti durur.
Bu şeirlərin səslənməsi, strukturu və simvolikası bütövlükdə
auditoriyaya magik təsiri təmin edir.
... Göylərdi saxlayan yeri,
Göyləri Allah saxlasın.
... Qonaqcaлы-qaravalı
Dostları ilə paylaş: |