Rüstəm Kamal
167
İnqilab İsaq poeziyasına natur fəlsəfə (torpaq, su, od, yer
ünsürləri) baxımından yanaşsaq, onu yel stixiyasının şairi kimi
təqdim etmək olar: ona çiçəyin ətrini külək gətirir, baharın
gəlişini, dərdi-azarı havadan, küləkdən duyur. «Sözün yovşan
ətrini» külək ətrafa yayır:
Yovşan ətri bürünüb,
Külək daşıyan sözə.
İnqilab İsaq şeirlərinin bir diqqətçəkən cəhəti də peyzajla
«insan planı» arasında fərq qoyulmamasıdır. 0, payızın sirrini
söyləməklə, armud ağacının taleyini danışmaqla əslində, öz
ömrünü anladır, bizi gözləmədiymiz yerlərə çağırır.
Buludu sözlə dolan
Mən payız adamıyam.
İnqilab İsaq kimi şairlərdə, adətən toponimin konkretliyi
önəmli deyil. Onlar üçün coğrafi məkan adları metafizik
anlamda olur. Məkanı səslə müəyyənləşdirən də onun vizual
«qeydiyyatı» zəif olur.
Nolar, görüş yeri ver,
Savalana, Qoşqara,
Ömür, canın sağ olsun,
Gör məni çəkdin hara?
«Səhra obrazı onun şeirlərində sadəcə landşaft obrazı deyil,
bir metafizik simvoludur. «Səhra, ilğım, kölgə, yuxu» məkanın
və sonsuzluğun adıdır: «Ölüm yamyaşıl kədər boz səhra
meydanında».
Səhra həm də ömür məkanını bildirir.
Daralır yol səhrada,
Gəl soruşma heç nəyi.
Qaranlıqda yellənir,
Rüstəm Kamal
168
Ömrün nimdaş pencəyi.
İnqilab İsaq fiziki məkanın hüdudunu, sərhədini görən və
duyan şairdir. «Divar» obrazı onun təhtəl şüurunda oturmuş
obrazdır. Divar səsi və sükutu ayıran metafizik, sirli sərhəddir.
Divar dışında səs olur, divar içində sükut. Həyat divarın o
üzündədir.
Dörd divar arasında
Çoxdan dayanıb saat.
Yaxud
Ağrılarım qısılıb,
Yad divarın küncünə.
O, iki dünyanın sərhədində (divar, güzgü, qapı) axirətin
soyuq təmasını hiss edir. Dünyaları ayıran və birləşdirən bu
obrazların (çay, yuxu, qatar, yol, qapı) fəallığı bəlkə də bu
üzdəndir?
İnqilab İsaqın şeirləri insan ömrünün iki fəsildən - ilk
bahardan (uşaqlıqdan) və payızdan (qocalıqdan) ibarət
olduğuna inandırır. Özü də payız baharı tamamlayan hadisə
olur.
Şeirlərdə bu qədər «təbəssüm» sözünün çox anladılması son
dərəcə maraqlıdır. Təbəssüm kədəri ifadə imkanıdır, uzaq
əlçatmaz, xatirələrin ontoloji obrazıdır, müdrikliyin nişanəsidir.
Sözlərin qaraqabaq,
Təbəssüm satır yada.
Yaxud
Rüstəm Kamal
169
Təbəssüm qarğışına
Tuş olur adam hərdən.
Maraqlıdır, İnqilab isaq baharı yaşamaq üçün qış xatirəsini
danışır. Baharın da, yayında, payızın da içində yalnış qışın
rüzgarı əsir.
Bilmirik bu fəsildə
Biz dostuq, yoxsa tanış?
Bu da fevral şeiri,
Üstünü alıbdı qış.
Yaxud
Mənə xəbər daşıma,
Alnımın qırışından.
Min bahara yol gedir
Bir ömrün qışından.
İnqilab İsaq müdrik şair kimi kədərini təbəssümtə göstərir.
Kədərin işıgı şeirlərdə və sevgilərdə olduguna inanır:
Təbəssümlə salamla
Uşaqlar çırpan qarı.
Bir müdrik, ixtiyar kişi kimi, İnqilab İsaq üzünü uşağa və
ağaclara çevirir, çünki, özünü və ömrünü uşaqlarda və
ağaclarda tanıya bilir.
Susmuş uşaq sözündə
Yolunu tapır adam...
Rüstəm Kamal
170
Mən İnqilab İsaqın şeirlərini gecələr oxuyurdum. Qeyb
aləmi ilə yuxular səltənəti ilə ünsiyyət qurmaq üçün, şeirlərin
mistik enerjisini anlamaq üçün bu vacib məsələdir.
ШАИГ ВЯЛИ:
«SƏSİNƏ UÇUNUB OYANDIĞIN TÜRKÜ...»
Şaiq Vəli orta əsr insanı kimidir, onu işarə aləmi yox, əyan -
əlamət aləmi maraqlandırır. "Bu nədir?" semiotik sualını
vermir, onu "bu hardandır?", "niyə belə ol-du?", "nədəndir?"
düşündürür.
Şaiq Vəli xalq sufizminin obraz mifologiyasna dərindən
inanan şairlərdən biri. O, şeirimizi ilahi eşqə, sevdaya
döndərənlərdən, şeirimizi qeyb aləmi ilə bağlayanlardan biri.
O, Çexov qəhrəmanı kimidir, içində yanğınlar daşısa da, susan
kişilərdən və şairlərdən biri.
...Və görünür ki, öz inancında və poetik davranışında
qətiyyətlidir.
Ş.Vəli türkülərini metafizik duyum tərziylə, gəraylı və
bayatısını modern bir söyləmə tərziylə təqdim etməkdədir.
Şaiq Vəlinin türkülərində hüznlə yoğurulmuş nəfis bir lirizm
var! Bu dün-yadan və yaşanılmış ömürdən yorulmuş bir kişinin
müdrik payız kədəri var! Nəfəsi və sözü dərdin gəlişinə
öyrəşmiş haldadır.
Hətta mən cəsarət edib deyərdim ki, onda ölümün dərki
ömrün bərkindən qabaq başlayıb. Belə şairlər üçün Göy
üzünün dərki Yer üzünün dərkindən öncədir və daha önəmlidir.
Şaiq Vəli üçün Yer üzü naməlum, qorxulu, yaşanılması
müşkül olan bir məkandır: "Sürgün yeri Yer, sən sürgün".
Göy üzü onun tanıdığı, tapındığı və inandığı doğma
məkandır, qeyb aləmidir, çünki orda:
"Haqqın dərgahı, taxtı..."
Dostları ilə paylaş: |