Rüstəm Kamal
163
Öyləri Allah saxlasın...
Onun gəraylılarının içində qımqımı, няфясинин bayatı-
oxşama, ovsun-dua интонасийасынын олмасы тябии
щадисядир.
Dumbuzla dilmi bağlanar.
Çumbuzla selmi bağlanar,
Yığvala belmi bağlanar,
Yığvalı dönənin oğlu?
Dəmirçioğlunda nəfəsin щавасы səsi görünəndir. Çevik
ritmə, cilvəli deyimə malik poetik formaların йарадыъылы-
ьында geniş yer alması бу цздяндир. Qımqımı, gəraylı, (qoş-
ma, divani...) bu formaların bətnində yaşayır, bətnindən
doğulur. Həssas qulaqlar bunu çox asanca duya bilər:
Yer davalı, göy havalı,
mən divanə bir kəsəm,
Asi olub yerdən göyə,
havalanan bir səsəm...
yaxud
Bir qaraca kol oldum,
Bitirdim bənövşələr.
Cığırlara qol oldum,
İzimdə cüyür mələr.
Şair səsləri sahmana salıb yerbəyer edə bilir. Əslində şairlik
bəlkə də səslərin yaranma yükünü anlamaq, şeirdə səslərin
harmonik bütövlüyünü qurmaqdır. Məsələn, «axır» felini bir
şeirində
gözəl
türkcəmizin
Anadolu
ləhcəsində
qafıyələndirməsi şeirə ayrı bir ovqat gətirir:
Rüstəm Kamal
164
Bir qocaman palıdın başında quş nalası,
Ayağında bir bulaq şırıl-şırıl axıyor, -
İsaq-Musaq oxuyur.
M.Dəmirçioğlunun poetik optikası бу дцнйада bütün
nəsnələri - predmetləri, canlı varlıqları kiçik, xırda эюс-
тярмяйи севир. Чох йягин ки, ruhunun əzizləmə - oxşama
ovqatı ilə bağlıdır.
Ay xırdaca çiçəklər,
Gəlin qol-boyun olaq.
A körpəcə bulaqlar,
İçib suyundan doyaq.
Salam, a telli cürə,
Gəl bir «Dubeyti» çalaq...
Dünya özü də onun gözündə və dilində bayatı, qım-qımı
boydadır:
...Dünyadan küsən, ay dostum,
Bu dünya gözün boydadır.
Çəkisi bircə bayatı,
Mənası sözün boydadır...
Dəmirçioğluнун bir şair kimi dəyəri ondadır ki, içinin
havası sözlərin məsamələri, sətirlər arasında itib batmır. Söz
onun içindən oxuya-oxuya çıxır. Sözlərin qəribliyi bu üzdəndir.
Bir şairin ki, ləhcəsində, duyğu yaddaşынda irfan nəfəsi var,
dədələrin ədəb-ərkanı var - mütləq göyə baxmalıdır.
Dəmirçioğlu, Göylərin mübarək!
Rüstəm Kamal
165
İNQİLAB İSAQ:
SÜKUTUН KƏDƏRƏ ÇEVРИЛМЯСИ
İnqilab İsaqın adını çox eşitmişdim. Ancaq onun haqqında
Məmməd Dəmirçioğlu ürəkdolusu mənə danışmışdı. Elə
tanışlığımızın səbəbkarı da odur. Düzünü deyim ki, Gəncədə
belə gözəl bir şairin sakit varlığı məni çox sevindirdi.
XX yüz ildə Gəncə, Naxçıvan, Şuşa, Qazax, Şamaxı,
Lənkəran kimi ədəbi mərkəzlərin müəyyən anlaşılmaz səbəblər
üzündən Azərbaycan ədəbiyyatının əyalətinə çevrilməsi adamı
çox ağrıdan məsələdir. Milli ədəbi prosesin paytaxtda
qərarlaşması, duşünürəm ki, ədəbiyyat (mənəviyyat) tariximizi
tam şəkildə bərpa etməyə imkan vermir...
Sükut Иnqilab İsaqda poetik əsər yaratmağın mühüm
mərhələsidir, obrazı gözləmə səbri və bacarığıdır.
“Qədimlərdə ana olmağa hazırlaşan qadına necə hörmət
edirdilərsə, susan şairə də elə sayğı duyardılar”
(N.Qumilyov).
İnqilab İsaq poeziyasında bəlağətli deklarasiyalar və yüksək
nidalar səslənmir, sanki, sualtı axın şeirin üstü ilə gedir- sükutu
intonasiyanın axarı üzə çıxarır...
Sən qorxduğun güzgüdə
Gözləri dolanım var...
Göz yaddaşında ilişib qalmış detalların, obrazların arxasında
bir ömrün səsini eşidirsən və görürsən.
İnqilab İsaq antitezalar, inversiyalar ilə yaşantıları son
dərəcə zərif, nəzakətlə təqdim edir. Hətta, örnək gətirdiyim
şeirdə antiteza (bərk-qaya və zərif-çiçək) həssaslığı duyulur:
Sal qaya inadını
Bir çiçək çəkib dara.
Rüstəm Kamal
166
İnversiya - antitezanı şeirin toxumasında o qədər ustalıqda
gizlədir ki, iç obrazlarının səslənməsinə qətiyyən mane olmur.
Ağ vərəqlər boyandı
Qara bəxtin rənginə.
Şeir iç nitqindən yaranır (C.Coys bunu mimetik yazı
adlandırır). Söz ətə-qana dolur ki, şair səslənən iç obrazını özü
ilə aparmasın.
Söz yoxdur, ancaq şeir artıq səslənir. Onun içindəki obraz
səslənir.
Şair öncə öz içini sükutunu səsləndirir, səsə-sözə çevirir,
içində səslənmiş obraz nitqə (və yazıya) gətirir:
Pozulmuş yuxu kimi
Üzünü tutub saçı.
Məhz epitetlərlə istədiyi sözü eydirə bilir. İnqilab isaqın
“üslub ezoterizmi” (termin bizimdir) təşbehlərin gözlənilməz
assosiativ əlaqəsindən və düyünündən yaranır.
Bu səhra aclığında
Yatmaz qarışqa izi.
Şairin metafora yüklü epitetlərə həssaslığı bir ayrıca
araşdırma mövzusudur. Onun epitet ehtirası və zövqü şeirdə
mənaların sıxlığına gətirib çıxarır. Şeirdə məcaz sıxlığı onu
«dil mifi»n asılı edir. O, məcazlarla predmetləri seçir. Hətta,
deyərdim ki, bir çox hallarda məcaz şeirin vəznini, ritmini-
nəfəsini müəyyən edir. İntonasiyanı obraz çəkib aparır. İnqilab
İsaqın təfəkkürü bu mifin, bu dil təcrübəsinin təsiri altındadır.
Dostları ilə paylaş: |