Rüstəm Kamal
150
Barat Vüsalı həmin müqəddəs ruhun - kişilik ruhunun
mənəvi - idrak sferamızdan tədricən yoxa çıxması, azlaması
dərindən kədərləndirir. Təəssüflənir ki:
Zirvə kişiliklər bir-bir verildi...
“Zirvə kişiliklər” deyəndə şair İsrafil ağanı, Qaçaq Kərəmi,
Xəlil Rzanı, Səməd Vurğunu, İsmayıl Şıxlını və başqa ünlü
kişiləri nəzərdə tutur:
Asta tərpənişi, usta yerişi,
Düşmənə nifrəti, dosta gülüşü,
Başında özü də bir-iki kişi,
Görsəniz, siz Allah, bir cəngi şalın,
İsmayıl Şıxlını mən hardan alım?!
Barat Vüsalda “yurd” anlayışı “kişi” anlayışından ayrı
təsəvvür olunmur. Yurdu kişilər salır. Yurd qədrini kişilər
bilər. Şair köhnə kişilərlə yurd yerinin xiffətini çəkir:
Köhnə yurd yerində köhnə bir kişi...
Bu mənada (“dəli Kür”dən, “Qarlı aşırım”dan sonra) kişilik
dəyərinin gənc nəslin canına, qanına, şüuruna “pərçimlənməsi“
üçün ədəbiyyatımızın üzərinə xeyli məsuliyyət düşür. Hamının
bildiyi bir fikri təkrar edirik: ədəbiyyatın siqləti onun qaldırdığı
milli-mənəvi dəyərləri əks etdirmək bacarığı və cəhdi ilə
ölçülür.
Nə yaxşı ki, “sırğlı gədaların” at oynatdığı, meydan suladığı
bir vaxtda kişilərdən və kişilikdən yazan var.
Rüstəm Kamal
151
SABİR SARVAN:
DƏRDİN QAFİYƏSİ
Sabir Sarvan taleyi иля qoşmaya, gəraylıya sığınıb, dərdini
dağlara, Yurd yerinə, Tanrıya danışır. Onun kədəri Saz
havalarındakı kisi kədəridir. Şeirlərin psixoloji energetikası ilə
Yəhya bəy Dilqəmi xatırladır.
Sabir Sarvan tərəkəmə - elat sözünü (qafiyəsini) Şirvan
şikəstəsinə qatıbdır. Onun sərbəst vəznində дя bir «heca
damarı», qafiyə məntiqivar. Klassik qoşmanın havası, bir ovqat
fəlsəfəsi onун сярбяст вязниня «heca ətri» gətirir. Ənənəvi
qafiyə yaddaşı şeirin bütövlüyünü qətiyyən pozmur – bu, artıq
sənətkarlıq göstəricisidir.
Нядянся тam əminəm: Sabir Sarvanın şeir intonasiyası,
şikəstə ovqatı onun tale layihəsini müəyyənləşdirir, «yığval
mətn»ini yaradır. Иç yaşantıların ağır izləri, ana itkisinin ağrısı
yurd evinin soyuqluğu онун шеирляриндя aydın sezilir.
Türk şeirinin tarixi ölümə münasibət tarixidir. Dədə Qorqud
«gəlimli-gedimli dünya, axır-sonucu ölümlü dünya» söyləyir.
Yunus Əmrə ölümlə dost olur. Mövlana cənazənin göründüyü
anda «el fıraq, el veda deyin» deyən dostlarını tənbeh edər və
dostlarını bu ölümə sevinməsini istər, çünki bu bir ölüm deyil,
bir vüsaldır, ölmək yenidən doğmaqdır. Hərdən Sabir Sarvanda
da bu ümid baş qaldırır.
Gedib yaxasız köynəkdə,
Gəlirəm təzə bələkdə…
Ölüm
duyğusu
onun
poeziyasında
yeganə
gerçək
emosiyadır. Dərd ömrün bütün anlarını, yaşam-yaşantı
xatirələrini bir gözqırpımında yada salmaqdır. Dərd onun
yaddaşının son imkanıdır.
Rüstəm Kamal
152
Keçib ocaqları, köç edib binəm
Sahildə qayada dərd döyən sinəm.
Çarəsi tapılmaz xəstələrdənəm,
Dərd verən dərmanın düşünməzin ola?
Sabir Sarvanın şeirləri itkilərin poetik salnaməsidir. Şeirlər
itirilmiş günlərin acısına, əldən çıxmış imkanların, ömür
məkanından bir-bir qeyb olan, yoxa çıxan insanların xatirəsinə
ünvanlanır:
Xatirimdə küləklərin qolları üstdə
Od vurduğum o küləşlik hələ də yanır.
Xatirimdə qarmonçu var, toyda, nişanda
Qarmonunun dilləriylə görür dünyanı.
(«Külək» və «küləşlik» sözlərinin bir beytdə səs qonşuluğu
necə də xoşdur!).
Sabir Sarvan ona görə şeir yazmır ki, öncə söz olub və
dünyada söz var. O artıq çoxdan anlayıb ki, dərdin dərki və
mənası ancaq sözlə, dil deməklə mümkündür.
Bəxtini selə verən,
Dərdini yola verən,
Bir ömrü yelə verən
Sənin oğlundur, ana.
Dərdin dərki onun ömrünü çat-çat eyləyib, şırımlayıb.
«Könlünə yatmayan» taleyin şırımları və bu dünyanın çatları
şair ürəyini para eyləyib.
Sabir Sarvan bir şair kimi gücü ondadır ki, öz ömrünün
ağını-qarasını, dadını-tamını sözdə verə bilir. Öz ömrünü əzbər
bilir, ona görə də «yığval mətnini» yaza bilir.
Rüstəm Kamal
153
Elə bununçun göz görə-görə,
Məni qəm çəkir, məni dərd udur.
Çıx qaranlıqdan, kimsən, ey adam,
Gəl öz ömrünə özün yiyə dur.
Onun bütün yazısında-pozusunda ömür fəlsəfəsinin qara
möhürü var. Sabir Sarvan yurd yerinin havası ilə bəslənmiş
şairdir. Yurd yeri xatirələrin halal kədəri deməkdir. Evə son
qayıdış acısıdır. Yurda yenidən qayıtmaq mifoloji mənada
ölümə qayıdış ərəfəsi kimi düşünülə bilir:
Həvəs çəkdi, yaş qorxutdu, yol yordu
Bir daş üstdə ötən günə qayıtdım.
«Qayıtmaq» feili, dönüş mifologemi Sabir Sarvanın dilində
tez-tez göyərir.
Onun zaman duyğusu da itkilərdən başlayır. Yaddaş itkilərin
zamanı ilə elə yüklənib ki, adi uşaqlıq xatirəsi də itki ilə
bağlıdır: «Qonşumuz Xancanın, çırtqoz Xancanın / Ala
danasını itirən zaman».
Həyatının o detallarını xatırlayır ki, faniliyin işarətləridir,
zamanın «korroziyasına» məruz qala bilir, adi yaddaşda
saxlanma müddəti azdır, kəpənək qanadı kimi tez pozulur.
O illərdə gördüyüm göy, baxdığım işıq
Hərdən-hərdən gözlərimdən boylanır hələ.
Yaxud
Sevgi deyilən şey, sirr deyilən şey
O qızın üzütək qalıb yadımda.
Dostları ilə paylaş: |