117
G LƏMEYVƏLƏR
Adi ardıc – Можжевельник обыкновенный –
Juniperus communis L. ynəyarpaqlılar (Coniferae) fəsilə-
sindən həmişəyaşıl kol bitkisidir. Qotaz şəklində üç-üç dü-
zülmüş iti tikanları və əzgilşəkilli çiçəkləri vardır. Yetişməmiş
kal meyvələri yaşıl, yetişdikdə isə qara rəngdə olur. Meyvələr
çox gec, adətən ikinci ildə yetişir. Bu bitki təbii halda Ru-
siyanın Avropa hissəsində, iynəyarpaqlı meşələrdə və Sibirdə
yayılmışdır. Azərbaycanda ardıcın 6 növünə təsadüf olunur.
Ə
sasən yetişmiş qara rəngli giləmeyvələri istifadə olunur. Dadı
ə
dviyyəli şirin, iyi özünəməxsus ətirlidir.
Dərman məqsədilə ardıcın meyvələrini tam yetişdikdən
sonra toplayıb açıq havada və ya çardaqlarda qurudurlar. Bu
meyvələrin təsiredici maddəsi 0,5-1,2% efir yağından ibarətdir.
Efir yağının tərkibində α-pinen, kadinen, kamfen, α-terpinen,
α-felandren, dipenten, sabinen, terpineol, borneol, izoborneol,
sidrol və digər seskviterpenlər vardır. Bunlardan başqa ardıcın
tərkibində 40%-ə qədər invertli şəkər (qlükoza və fruktoza),
9,5% qatranvarı maddə, yuniperin boya maddəsi, piyli yağ,
üzvi turşular (alma, qarışqa, sirkə) vardır. Qabığında 8%-ə
qədər aşı maddəsi, iynəyarpaqlarında 266 mq% C vitamini
vardır.
Ardıcın müalicəvi xassələri. Xalq təbabətində ardıcın
meyvələrindən dəmləmə və yığıntılar şəklində sidikqovucu və
iştahaartırıcı dərman kimi, yeyinti sənayesində isə likör və
arağın tərkibində ətirli və tamlı maddə kimi istifadə edilir.
Meyvələrindən alınan efir yağından yarasağaldıcı dərman kimi
«Vişnevski» məlhəminin tərkibində istifadə olunur. Bundan
ə
lavə, efir yağından spirtdə hazırlanmış məhlul və məlhəm
şə
klində revmatizmdə ağrıkəsici maddə kimi də işlədilir. Ar-
dıcın odun hissəsindən quru distillə yolu ilə alınmış qatrandan
dəri xəstəliklərində dezinfeksiyaedici və yarasağaldıcı dərman
kimi istifadə olunur.
118
Mədə-bağırsaq möhtəviyyatının xəstəliklərində sidik-
qovucu çay aşağıdakı kimi hazırlanır: 100 q quru ardıc meyvəsi
400 ml suda
yumşalana qədər bişirilir, süzülür, şərbət ha-
lına gəlincə şəkər əlavə edilir və yeməkdən əvvəl gündə 3 dəfə
1 çay qaşığı içilir.
Podaqra və revmatizmdə 200 q quru meyvənin 2 litr suda
qaynadılmasından alınan məhlulla vanna qəbul olunur.
Yazbaşı qanın tərkibini yaxşılaşdırmaq məqsədilə ac-
qarına birinci gün 1 ədəd, ikinci gün 2 ədəd, beləliklə hər gün
bir ədəd artırmaqla 15-ci gün 15 ədəd ardıc meyvəsi çeynəmək
məsləhət görülür. Sonradan meyvələrin sayını gündə 1 ədəd (5
ə
dədə qədər) azaltmaqla 25 gün qəbul edilir.
Ardıc meyvələrindən az dozalarda dezinfeksiyaedici,
damarları genişləndirən vasitə kimi, böyrəklərdə, öd kisəsində
daş olduqda və qanazlığında istifadə olunur.
Aktinidia, “kişmiş” – Актинидия – Aktinidia Lindl.
Bu Aktinidia (Actinidiaceae) fəsiləsindəndir. Onun iki növü-
nün meyvəsindən istifadə olunur. Bunlardan biri kişmiş (Akti-
nidia arguta (Sieb. Et Zucc.) Planch) digəri isə kolomikt
(Aktinidia kolomicta (Rupr.) Maxim) aktinidiadır.
Adları çəkilən hər iki növ aktinidia sarılan incə budaqlı
sarmaşıq bitkisidir. Bu növlərin ikisi də iyun ayında çiçəkləyir,
meyvələri isə sentyabr- oktyabr aylarında yetişir. Meyvələri
ş
irəlidir, xoşagələn şirin və ətirli dada malikdir.
Primorsk vilayətinin iriyarpaq meşələrində geniş yayıl-
mışdır. Bu bitkilər bəzən dekorativ məqsəd üçün də becərilir.
Aktinidianın meyvələri tam yetişən zaman toplanır. Uzaq
məsafəyə daşımaq lazım gəldikdə soyuducu sistemli nəqliy-
yatlarda nəql edilir. Belə şəraitdə meyvələrin tərkibində olan C
vitamini tamamilə qorunub saxlanılır. Bundan başqa, aktinidia
meyvələri şəkərlə konservləş-dirməklə də uzun müddət sax-
lanıla bilir. Yerli əhali isə meyvələri qurudaraq “izyum”a və
“kişmiş”ə çevirirlər.
119
Aktinidianın meyvələri C vitamini ilə çox zəngindir.
Meyvələrdə olan C vitamininin miqdarı (700 mq%) itburnu
meyvələrinə nisbətən daha çoxdur. Bundan əlavə aktinidia
meyvəsinin tərkibində 4,2-9,8% şəkər, 0,78-2,48% üzvi tur-
ş
ular vardır.
Aktinidia meyvələrindən yerli əhali həm təzə halda, həm
də qurudub istifadə edirlər. Meyvələrindən qənnadı sənaye-
sində mürəbbə, pastila, marmelad və şərbət hazırlanır.
Aktinidianın müalicəvi xassələri. Aktinidia meyvə-
lərindən sinqa xəstəliyində ən qiymətli və müalicə əhəmiyyətli
xammal kimi istifadə edilir. Onun təzə dərilmiş və ya şəkər
qatılmış (çiy mürəbbə) meyvələri avitaminozun ən gözəl dər-
manı hesab olunur.
Aktinidiadan qanaxmaya, vərəmə, göyöskürəyə və diş-
lərdəki kariyesə qarşı həm profilaktiki və həm də müalicəvi
vasitə kimi istifadə olunur.
Başınağacı – Калина обыкновенная – Viburnum
opulus L. Maralçiçəklilər (Caprifoliaceae) fəsiləsindən ağac və
ya iri kol halında bitki olub, kənarı mişar kimi diş-diş, yaşıl
rəngli dairəvi yarpaqları vardır. Qalxan şəklində yerləşən ağ ha-
maşvarı çiçəkləri nəzəri cəlb edir. Beşləçəkli çiçək tacı sünbülə
oxşayır. Yetişdikdə qırmızı rəngli, şar formalı birtumlu mey-
vələr olur. Bitki may-iyun aylarında çiçək açır, meyvələri sent-
yabr-oktyabr aylarında yetişir. Meyvəsi acıtəhər, ağızbüzüş-
dürücü dadlı olub, don vurduqda acı dadı yox olur.
Başınağacı yabanı halda keçmiş SSRI-nin cənub və Orta
Avropa rayonlarında meşəlik və kolluqlarda geniş yayılmışdır.
Azərbaycanın dağlıq-meşəlik rayonlarında başınağacın ehtiyatı
çoxdur.
Başınağacın tərkibində şəkər, üzvi turşular, pektin, aşı
maddəsi, karotin, C və P vitamini vardır. C vitamininin miqdarı
(70%-ə qədər) sitrus meyvələrində olandan çoxdur. Toxum-
larında 21%-ə qədər yağ vardır. Başınağacı meyvəsini təzə
halda yemək olar. Lakin ondan kompot, kisel, jele və s. məh-
120
sullar hazırlanır. Başınağacı şirəsini vitaminli içki kimi içirlər.
Meyvələrindən piroq üçün içlik, marmelad, pastila və nalivka
hazırlanır. Başınağacının meyvə şirəsindən yeyinti sənayesində
bəzi yeyinti məhsullarını rəngləmək üçün də istifadə olunur.
Başınağacı salxımlarını topa şəklində bağlayıb sərin binalarda
asılı halda uzun müddət saxlamaq olar. Meyvələrini şəkərlə
konservləşdirmək və dondurmaq da olar.
Başınağacının müalicəvi xassələri. Müalicəvi məqsədlə
başınağacından istifadə olunması ilk dəfə XVI əsrdə yaran-
mışdır. Başınağacı meyvəsi orqanizmi tonuslandırır, ürəyin
fəaliyyətini yaxşılaşdırır, büzüşdürücü və sidikqovucu təsirə
malikdir. Başınağacı meyvəsi həm də əsəb gərginliyində, hiper-
toniyada, damarların spazmasında sakitləşdirici təsirə malikdir.
Xalq təbabətində başınağacı şirəsi və ya onun balla həlimindən
yuxarı tənəffüs yollarının soyuqdəymə xəstəliyində, səs tutul-
duqda, eləcə də ishala qarşı istifadə olunur. Başınağacından
hazırlanmış çay bəzən laxlayan dişlərin bərkiməsi üçün istifadə
olunur. Meyvəsindən hazırlanan tinkturanı mədənin və oniki-
barmaq bağırsağın yara (xora) xəstəliyində, yoğun bağırsağın
iltihabında (kolitdə), eləcə də dərinin irinli yaralarının müalicə-
sində içilir. Dərinin irinli yaraları üçün başınağacı meyvəsindən
alınan şirənin 10-20%-li məhlulundan xaricə sürtmək və dezin-
feksiyaedici vasitə kimi tətbiq olunur. Başınağacı şirəsindən
kosmetikada üzdəki sızanaqlara qarşı effektli vasitə kimi isti-
fadə olunur.
Dərman məqsədilə bitkinin gövdə və qol-budaqlarının
qabığından istifadə olunur. Qabıqları payızın axırında və ya
yazın əvvəlində xüsusi alətlərlə toplayır, günəşli havada sərib
qurutduqdan sonra qalen zavodlarına və ya aptek anbarlarına
göndərirlər.
Başınağacının təzə toplanmış qabıqlarının xoşagəlməyən
iyi və büzüşdürücü acı dadı olur. Quruduqda isə bu iy yox olur.
Başınağacı qabığındakı əsas təsiredici maddə – viburnın qliko-
zididir. Bundan başqa tərkibində çoxlu miqdarda aşı maddəsi,
Dostları ilə paylaş: |