393
və xroniki mədə-bağırsaq xəstəliklərində, eləcə də böyrək və
sidik yollarının iltihabında çox gözəl müalicəvi təsir göstərir.
Ə
kilən nanənin yağı validol, valokardin, karvalol, Zelenin dam-
cısı
kimi vacib, ürək xəstəliklərində çox işlənən dərmanların
tərkibinə daxildir. Bundan əlavə, nanə yağından alınan mentol
miqren xəstəliyinin müalicəsində çox faydalı dərmandır. Əkilən
nanənin yarpaqlarından hazırlanan «nanə cövhəri» mədə-
bağırsaq xəstəlyinin qiymətli dərmanı hesab olunur.
Razyana – Фенхель – Foeniculum vulgare Mill. Çətir-
çiçəklilər (Umbellifeare) fəsiləsindən çoxillik yabanı bitkidir. 2
m-ə çatan hündürlükdə gövdəyə malikdir. Qiymətli olduğu
üçün ikiillik bitki kimi becərilir. Gövdəsinin aşağı hissəsindəki
yarpaqları iri və uzun saplaqlı, yuxarı hissəsindəkilər isə sap-
laqsızdır. Xırda, sarı rəngli çiçəkləri gövdəsinin təpəsində çətir
formasında yerləşir. Uzunsov, yumurta şəklində olan meyvəsi
iki dənədən ibarətdir.
Vətəni Kiçik Asiya və Suriyadır. Avropanın və Asiyanın
bütün ölkələrində becərilir. Ukraynada, Krasnodarda, Vo-
ronejdə və Şimali Qafqazda razyana geniş miqyasda becərilir.
Azərbaycanda bu bitkiyə yabanı halda çox təsadüf etmək olur.
kiillik mədəni bitki kimi becərilir.
Razyananın sarı rəngli xırda çiçəkləri gövdəsinin təpə-
sində çətir formasında yerləşir. Meyvəsini yetişənə az qalmış
dərib, qurudur və kənar qatışıqlardan təmizləyirlər.
Meyvəsinin əsas təsiredici maddəsi efir yağından iba-
rətdir. Efir yağının miqdarı 4-6%-dir. Efir yağından başqa,
meyvəsində 18%-ə qədər piyəbənzər yağ və 27% zülal maddəsi
də vardır. Razyana yağının ətrini təşkil edən ətirli maddənin
60%-ə qədəri anetoldan ibarətdir. Anetoldan başqa razyana ya-
ğ
ının tərkibində 10-12% fenxon, pinen, fellandren, kamfen, cirə
aldehidi, metilxavikol
kimi ətirli maddələr də vardır. Razya-
nadan təbabətdə, ətriyyat və yeyinti sənayesinin bir çox sahə-
lərində istifadə edilir. Ətirli ədviyyə kimi konservləşdirmədə,
çörək-bulka və qənnadı sənayesində işlədilir.
394
Razyananın müalicəvi xassələri. Razyana meyvəsindən
elmi təbabətdə soyuqdəymə nəticəsində baş verən xəstəliklərdə,
xüsusən tənəffüs yollarının iltihabında yumşaldıcı və
bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də mədə-bağırsaq
xəstəliyində həzm prosesini yaxşılaşdıran və köpmənin qar-
ş
ısını alan vasitə kimi geniş istifadə olunur. Razyana meyvəsi
dəmləmə və bişirmə şəklində öd kisəsinin iltihabında və böyrək
xəstəliklərində də qəbul edilir. Xalq təbabətində razyanadan
çay kimi dəmləyib uşaqlarda tez-tez baş verən mədə ağrı-
larında, spazmanı aradan qaldıran və köpmənin qarşısını alan
dərman kimi istifadə edilir. Bu məqsədlə razyana meyvəsini
qurudulmuş nanə yarpağı ilə bərabər şəkildə qarışdırıb dəm-
ləmək çox yaxşı nəticə verir.
Ev şəraitində körpələr üçün razyana çayı hazırladıqda 1
stəkan qaynayan suya 1 çay qaşığı xırdalanmış razyana toxumu
götürülür, dəmlənir, süzülür və şəkər qatılıb şirinləşdirilir.
Razyana şüyüddən daha çox bəlğəmgətirici xassəyə malikdir.
Adətən, bu məqsədlə 1 stəkan suya 2-3 çay qaşığı xırdalanmış
razyana götürülüb dəmlənir. Bu çaydan gündə 4-5 dəfə 1-3
xörək qaşığı içilir. Razyana toxumları müxtəlif çay yığımlarının
tərkibinə daxil edilir: məsələn, yumşaldıcı, yelqovucu, öd-
qovucu, sinəyumşaldıcı və sakitləşdirici çay yığımları.
Reyhan – Базилик – Ocimum basilicum L. Dodaq-
çiçəklilər (Labiatae) fəsiləsindən olub, birillik ot bitkisidir.
Vətəni Hindistan və Irandır. Cənubi Avropanın bütün ölkə-
lərində, Qafqazda, Krımda, Moldovada, Orta Asiya və Zaqaf-
qaziya respublikalarında becərilir. Bu bitki qədim yunanlarda
«okimon» adı ilə məlum idi.
Gövdəsinin rəngi qırmızıyaçalan bənövşəyidir. Yarpaq-
ları uzunsov yumurtavarı formalı olub, bəzən kənarları dişvarı
və ya əksərən bütövdür. Çiçəkləri ağ və ya çəhrayı rəngdədir.
Meyvəsi yetişəndə dörd hissəyə ayrılır. Hər bir hissəsi
oval formalı, üzəri hamar, qara-qonur rəngli birtoxumlu qoz-
cuqdan ibarətdir. Reyhan iyul ayından başlayaraq sentyabr
395
ayına kimi çiçəkləyir. Azərbaycanda, xüsusən Abşeron
kəndlərində reyhan ətirli tərəvəz bitkisi kimi çoxdan bəri geniş
miqyasda becərilir.
Reyhan çox ətirli və xoş dadlı olduğundan, əsasən əd-
viyyəli göyərti kimi həm də souslara, salatlara və duru xörək-
lərə dad və ətir vermək üçün işlədilir. Reyhan pomidordan,
xiyardan hazırlanmış salat üçün əsas ətir və dadverici göyərti
hesab olunur. Reyhan qarın və böyrək xəstəliklərinin profilak-
tikasında da tətbiq edilir. Quru yarpaqlarından hazırlanmış toz,
ə
sasən xaricdən alınan istiotların əvəzedicisi kimi, istiotlu
qatışıqların tərkibinə daxil edilir.
Reyhanın yarpaq və çiçəklərində 0,03-1,6%, yaşıl
yarpaqlarında isə 0,04-0,52% efir yağı vardır. Ən çox efir yağı
tam çiçəkləmiş bitkidən hasil edilir. Efir yağının əsas
komponentləri evgenol (7,8%), metilxavikol, linalool, kamfora
və osimendən ibarətdir. Toxumların tərkibində 11,6-19% piyə-
bənzər yağ da vardır.
Efir yağından başqa reyhanın yarpaqlarında 16,3% azotlu
maddə, 4,73% yağ, 12,6% sellüloza, vitaminlər, aşı və boya
maddələri vardır. Reyhanda olan boya maddələri – xlorofil,
flavonlar, karotin tibbi cəhətdən çox faydalıdır. Bu maddələrin
qanazlığında, mədə-bağırsaq xəstəliklərində, avitaminozda çox
gözəl müalicəvi təsiri var. Qida ilə qəbul olunmuş reyhan mad-
dələr mübadiləsini yaxşılaşdırır, qidanın həzmini asanlaşdırır.
Ona görə də reyhandan gündəlik qidamızda istifadə olunma-
sının böyük əhəmiyyəti vardır.
Reyhanın müalicəvi xassələri. Bitkinin yerüstü hissə-
sində bir sıra müalicə əhəmiyyətli maddələr vardır. Bunlardan
efir yağını, vitaminləri, flavonoidləri, aşı və qatranlı maddələri
və s. göstərmək olar. Reyhanda olan boyayıcı maddələr –
flavonlar, xlorofil, karotin və eləcə də efir yağı tibbi cəhətdən
çox faydalıdır. Həmin maddələrin qanazlığında, xroniki mədə-
bağırsaq xəstəliklərində, avitaminozda çox gözəl müalicəvi tə-
siri var. Reyhan qida ilə qəbul olunduqda orqanizmin maddələr
396
mübadiləsini yaxşılaşdırır. Həzmi asanlaşdırır və qanın
tərkibinin normallığını mühafizə etməklə bərabər, böyrək və
sidik yollarının iltihabını da aradan qaldırır. Süfrələrimizdə
reyhandan daha geniş istifadə etməyin böyük müalicəvi
ə
həmiyyəti vardır.
Həlimi 1-2 çay qaşığı xırdalanmış reyhan göyərtisindən 1
stəkan suda hazırlayıb gün ərzində bərabər paylarla qəbul
edirlər. Bəzən reyhan həlimini başağrılarında da içirlər. Rey-
hanın sulu ekstraktından xroniki qastritdə, yoğun bağırsağın
iltihabında, qida zəhərlənmələrində və s.-də istifadə edirlər.
Azərbaycan şərbətləri içərisində «Reyhan şərbəti» xüsusi yer
tutur və plov yanında süfrəyə verilir.
Rozmarin – Розмарин лекарственный – Roz-
marinus officinalis L. Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən
həmişəyaşıl çoxillik ətirli kol bitkisidir. Yabanı halda Ispaniya,
Italiya və Yunanıstanda bitir. Sənaye əhəmiyyətli rozmarin
Krımın cənub sahillərində becərilir və ondan efir yağı alınır.
Rozmarinin çiçəkləri cavan yarpaqlarla birlikdə toplanır. Onun
tərkibində 0,2-0,8% efir yağı var. Yarpaqlarının kütləsi 15 mq
olduqda 1,5%, 40 mq-a qədər olduqda 0,5% efir yağı olur. Efir
yağının əsas komponentləri 30%-ə qədər pinen, 20%-ə qədər
kamfen
, 10%-ə qədər borneol və sineoldan ibarətdir. Ümumiy-
yətlə, rozmarin efir yağının tərkibində 20-ə qədər müxtəlif ətirli
komponentlər vardır.
Rozmarin efir yağı sabunların və kosmetika məmulat-
larının ətirləndirilməsində istifadə edilir. Xaricdə rozmarin yar-
paqlarından alınan ekstraktdan yağların və başqa yeyinti
məhsullarının stabilləşdirilməsində istifadə edilir.
Rozmarinin müalicəvi xassələri. Rozmarindən dərman
bitkisi kimi qədimdən istifadə olunur. Onun müalicəvi təsiri
yalnız tərkibindəki efir yağı ilə deyil, həmçinin, yarpaqlarında
olan rozmarisin alkaloidi, ursol və rozmarisin turşuları ilə də
dəyərlidir. Ən məşhur olan preparatlardan biri bitkidən spirtlə
qovulan rozmarin suyudur (distilyatdır). Bu günə qədər bir çox
Dostları ilə paylaş: |