401
Yabanı sumaq bitkisinə Şimali Qafqazda, Dağlıq Krım-
da, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda
isə Lənkəran, Göyçay, Quba, Şəki-Zaqatala rayonlarının dağ
meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir.
Xırda, yaşıltəhər, göy rəngli tutqun çiçəkləri uzunsov-konusvarı
süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-
oktyabrda yetişir. Hər meyvə süpürgəciyinin üzərində 200-300
və daha çox meyvə olur. Meyvələri nəzəri cəlb edən tünd qır-
mızı və girdədir. Dadı turş və büzüşdürücüdür. Meyvələri
qurudulub poroşok halına salındıqdan sonra ət və balıq xö-
rəklərində tamlı qatqı kimi işlədilir. Sumaq ya isti emal zamanı
xörəyə qatılır, ya da nəlbəkidə hazır xörəyin yanına qoyulur.
Tikəkabab, lüləkabab, qızardılmış ət, ət qutabı yanında süfrəyə
verilir. Sumağın turş dadı onun tərkibindəki şərab turşusundan
irəli gəlir. Sumağın tərkibində 112 mq% C vitamini, həmçinin,
karotin, aşı və boya maddələri vardır.
Sumağın qurudulmuş meyvəsi ədviyyə kimi Azərbaycan
kulinariyasında bir çox xörəklərdə istifadə olunur. Sumaqdan
«çudu», «qaraciyər kababı», «cız-bız» və s. xörəklərin
hazırlanmasında da istifadə edilir. Sumaqdan sərinləşdirici içki
– sumaq şərbəti də hazırlanır.
Sumağın yarpaqlarında 30-39% aşılayıcı maddə (əsasən,
tanin) vardır. Ondan texniki və tibbi məqsədlər üçün tanin
alırlar. Sumaq bitkisinin bütün hissələrindən rəngləyici maddə
kimi istifadə edilir. Ipək və yun parçanı onun yarpaqları qara,
qabığı sarı, kökü qəhvəyi, meyvəsi isə qırmızı rəngə boyayır.
Sumağın müalicəvi xassələri. Xalq təbabətində sumağın
yarpaqlarından və meyvəsindən çay kimi dəmləmə şəklində,
spirtli damcı formasında mədə-bağırsaq xəstəliklərində ishala
və qanlı ishala qarşı istifadə olunur. Sumağın meyvəsi diabet
xəstəliyinin müalicəsində ilk dövründə çox yaxşı nəticə verir.
Bu məqsədlə bitkinin meyvəsini tam yetişən vaxt toplayır,
günəşli havada qurudur, əzib toz halına salırlar. Ondan 1 xörək
qaşığı götürüb 1 stəkan qaynar suda 20-30 dəq. dəmləyirlər.
402
Belə hazırlanmış sumaq çayından gündə 2 dəfə, hər dəfə də
yarım stəkan qəbul etmək məsləhətdir. Eyni məqsədlə sumaq
meyvəsindən duru ekstrakt formasında da preparat hazırlayıb
istifadə edirlər. Duru ekstraktı 70
0
-li şərab spirtində hazırlayır,
gündə 3 dəfə 1 xörək qaşığı içirlər. Hazırda sumağın yar-
paqlarından zavod şəraitində tanin turşusu istehsal edilir.
Tərxun – Эстрагон – Aztemisia dracunculus. Mürək-
kəbçiçəklilər (Compositae) fəsiləsindən olan çoxillik ot bitki-
sidir. Vətəni Şərqi Sibir və Monqolustandır. Yabanı halda
Ş
imali Qafqazda, Zaqafqaziyada və Uralda rast gəlinir. Zaqaf-
qaziyada, az miqdarda isə Ukrayna və Mərkəzi qaratorpaq
zonada becərilir. Tərxun Azərbaycanda qəlyanaltı göyərti kimi
geniş miqyasda becərilir və istifadə edilir.
Tərxunun yarpaqları uzunsov lanset formalı, rəngi tünd
yaşıldan açıq yaşıl rəngə qədər olur. Bitkinin yerüstü hissəsi
çox ətirli olub, efir yağı ilə zəngindir. Yaşıl yarpaqlarda 0,1-
0,4%, qurudulmuş yarpaqlarda isə 0,25-0,8% efir yağı vardır.
Tərxunun əsas xüsusiyyəti ondan ibarətdir ki, müxtəlif yerlərdə
yetişən bitkinin tərkibindəki efir yağının miqdarı da müxtəlif
olur. Tərxun həm müxtəlif yeməklərə qatılır və həm də təzə
halda istifadə olunur. Tərəvəzlərin duza və sirkəyə (göbələk,
kələm və müxtəlif marinad istehsalında) qoyulmasında istifadə
edilməklə bərabər, vitaminlə zəngin olduğundan soyuq xörəklə-
rə (salat və qəlyanaltılara) da əlavə edilir. Təzə və qurudulmuş
yarpaqları sousları, ət və balıq xörəklərini, həmçinin, sirkəni və
xardalı ətirləndirmək üçün istifadə edilir. Tərxundan qənnadı və
likör-araq sənayesində də istifadə edilir. «Tərxun» adlı spirtsiz
desert içki tərxunun təbii ekstraktı və ya süni immitasiyası
ə
sasında hazırlanır.
Tərxunun müalicəvi xassələri Tərxun qədim dövrlərdən
başlayaraq müasir dövrə qədər bir çox ölkələrdə ədviyyə kimi
ə
kilib-becərilib. Bu bitkinin yaşıl hissəsinin tərkibində efir
yağı, aşı maddəsi, acı qlükozid, qatran, karotinoid, C vitamini,
flavonoid birləşmələri, xlorofil və s. maddələr vardır. Tərxun
403
efir yağının əsas komponentləri metil-xavikol, sabinen, osimen,
metoksinopoq aldehidi, fellandren
və digər terpenlər vardır.
Tərxun müqaviməti artırır, iştahgətirici, həzmi yaxşılaş-
dırıcı kimi istifadə edilir. Xalq təbabətində tərxundan hazırla-
nan cövhərdən damarların divarlarının möhkəmlən-dirilməsin-
də, diş qanaxmalarında və s.-də istifadə edilir. Ərəb həkimləri
tərxunu yelqovucu vasitə kimi istifadə etməyi məsləhət
görürdü. Sonradan Avropa həkimləri iştahaartırmaq və qida
həzmini yaxşılaşdıran vasitə kimi işlətməyi məsləhət görür-
dülər. Tərxun kökündən spirtdə hazırlanmış tinkturadan keçən
ə
srdə sakitləşdirici və qıcolmaya qarşı istifadə olunmuşdur.
Rusiyanın və Qafqazın xalq təbabətində tərxundan sinqa və
vodyanka (hidropos) əleyhinə istifadə olunur. Tərxun günü-
müzdə də avitaminozun müalicəsində və profilaktikasında öz
ə
həmiyyətini itirməmişdir. Gürcü alimləri tərxun ekstraktının
mədə şirəsinin turşuluğunu normallaşdırdığını müəyyənləş-
dirmişlər. Yeməkdən 20-30 dəq. qabaq 1-2 xörək qaşığı tərxun
ekstraktı qəbud etmək mədə şirəsinin turşuluğunu nor-
mallaşdırır.
Vanil – Ваниль – Vanilla planifolia. Səhləb (Orch-
idaceae) fəsiləsindən çoxillik sarmaşan epifit liana bitkisinin
yetişməmiş, qınşəkilli meyvəsindən ibarətdir. Vanil bitkisinin
ə
sas vətəni Meksika sayılır, lakin bu bitki Seylonda, Yavada,
eləcə də Braziliyada becərilir. Ətirli vanilin 100-ə qədər növü
vardır.
Becərilən vanilin gövdəsinin uzunluğu 5-10 m-ə, yabanı
halda isə 25 m-ə çatır. Əlavə kökləri vasitəsilə ağaclara sar-
maşır. Gövdəsi silindrvarı, ətlidir. Yarpaqları parıldayan, iri və
itidir. Çiçəkləri 15-20 ədəd, ağımtıl-sarı rəngli olub, hamaşçi-
çəkdə toplanmışdır. Meyvələri qınaoxşar qutucuq olub, uzun-
luğu 15-25 sm, eni isə 3-8 sm-dir. Ətirli vanil bitkisi istilik və
kifayət qədər də nəmlik sevən bitkidir. Meksikanın şimal və
dağlıq bölgələrində ən aşağı temperaturda (+3
0
C÷+5
0
C), illik
404
yağmur 1500-2000 mm olan şəraitdə normal inkişaf edib mey-
və verir. -5
0
C şaxtalı küləklərə davamsızdır.
Vanil toxumla çətinliklə əkilib-becərilir. Ən çox
vegetativ üsulla artırılır. Bu üsulla əkilib-becərildikdə vanilin 2-
3 ildən sonra meyvə verir. Vanil kal yığılır, fermentasiya edilir,
nəticədə tünd qəhvəyi rəng alır və ətirli olur. Onun qurudulmuş
və fermentləşdirilmiş meyvələrinin tərkibində 0,75-2,9%
vanilin maddəsi, 0,5-0,8% efir yağı, 4-oksi-metooksibenzola-
ldehid,
selikli və aşı maddələri vardır. Yeyinti və ətriyyat
sənayesində bunlardan ədviyyat kimi istifadə olunur.
Qeyd etmək lazımdır ki, vanil çox az becərilir və dünya
bazarında baha qiymətə satılır. Biz xarici ölkələrdən vanil
almırıq. Yeyinti sənayesində istifadə olunan vanilin maddəsinin
20 q-ı 1 kq təbii vanili əvəz edə bilər.
Vanilini
evgenoldan, qvayakoldan və başqa üzvi birləş-
mələrdən sintetik üsulla alırlar. Ən yaxşı vanilin izoevgenolun
oksidləşdirilməsi nəticəsində alınır. Sintez üsulu ilə alınan bu
vanilin
(4-oksi-3-metoksibenzaldehid) ağ kristallik tozdan
ibarət olub, 81-82
0
C temperaturda isə əriyır. Bunun içərisində
azca kənar qatışıq olduğu zaman saralır və ya qəhvəyi rəng alır.
Vanilin
güclü vanil iyinə və yandırıcı dada malikdir. Soyuq
suda çətin (1:100), isti suda isə asan (1:20), spirtdə, efirdə və ya
soda məhlulunda yaxşı həll olur. Satışa daxil olan vanilində
xalis vanilinin miqdarı 98%-dən az olmamalıdır. Vanilin ağ və
ya azca sarımtıl rəngli, xalis vanil iyi verməlidir. Vanilin şəkər
kirşanı (pudrası) ilə qarışdırılmış halda da 1 q kütlədə xırda
kağız paketlərdə və sellofanda «vanilli şəkər» adında satışa
buraxılır. Vanilin təmiz, quru və 80%-ə qədər nisbi rütubəti
olan binada saxlanılmalıdır.
Vanildən alınan dərman preparatlarından tibdə bir çox
xəstəliklərin müalicəsində (qızdırmada, səpkidə, həzm pozuntu-
larında, qanazlığında, əsəbilik, yuxusuzluq və revmatizmdə)
istifadə edilir.
Dostları ilə paylaş: |