413
TONUSQALDIRICI B TK LƏR
Bu qrupa daxil edilən bitkilər insan orqanizminə tonus-
qaldırıcı təsir göstərir. Bu bitkilərin meyvələrində və digər
orqanlarında daha çox toplanan tonusqaldırıcı maddələrdən,
ə
sasən tonusqaldırıcı içkilər hazırlanır. Bu içkilərdən bütün
dünya ölkələrinin əhalisi istifadə edir. Belə içkilər stimullaş-
dırıcı xassələrinə görə həmin içkilərdən müvafiq olaraq pəhrizi
qidalanmada da istifadə olunur. Əksər hallarda tonusqaldırıcı
içkilər müalicəvi məqsədlə müxtəlif xəstəliklərin kompleks
müalicəsində istifadə olunur. Bundan əlavə, tonusqaldırıcı bit-
kilərin meyvəsindən və ya yarpağından xüsusi preparatlar ha-
zırlanıb, müəyyən istiqamətdə dərman vasitəsi kimi də ap-
teklərdə satılır. Çayın, qəhvənin, kakaonun və kolanın tərki-
bindəki təsiredici kofein qrupuna aid olan alkaloidlərdən tibbi
preparatlar hazırlanıb tibbdə geniş miqyasda tətbiq olunur.
Biz bu bölmədə çay, çin limonu, kakao, kola və qəhvə
haqqında məlumat veririk.
Çay – Чай – Thea. Çay (Theaceae) fəsiləsinə aid
çoxillik həmişəyaşıl bitkidir. Bu fəsilənin Yer kürəsinin tropik
və subtropiklərində yetişən 23 cinsi və 380 növü məlumdur.
Çay bitkisinin vətəni Çindir. Lakin yabanı halda bitən çay bit-
kisi Hindistan, Vyetnam və Birma meşələrində də tapılmışdır.
Çay istehsalı üçün Thea cinsinə aid bitkilərdən istifadə
olunur. Çayın növ adı ilk dəfə 1753-cü ildə yunan ilahəsi Tea-
nın şərəfinə məşhur botanik Karl Linney tərəfindən verilmişdir.
Çayın bu cinsinin iki növü vardır və bunlar formalarının bioloji
və morfoloji xüsusiyyətlərinə görə fərqlənir.
1. Çin çayı – T. sinensis, buraya Yapon, Çin və iriyar-
paqlı Çin çayının növmüxtəliflikləri aiddir.
2. Hindistan çayı – T. assamica, buraya yerli Assam,
Luşay, Nahahill, Manipur, Sinqlo, Birma, Şan, Seylon hib-
ridinin növmüxtəliflikləri aiddir.
414
Azərbaycan şəraitində çayın Çin növmüxtəlifliyi yayıl-
mışdır. Bu həm 12-14
0
C şaxtaya dözümlü, həm də quraqlığa,
zərərverici və xəstəliklərə qarşı davamlıdır. Bunların yarpaqları
orta irilikdədir.
Çay yarpağının ilkin emalı nəticəsində çayın fabrik sort-
ları, onların çayçəkici fabriklərdə kupaj edilməsindən isə çayın
ticarət sortları əldə edilir. Yer kürəsinin bütün qitələrində işlə-
dilən çaylar istər rənginə, ətrinə və tamına, istərsə də ema-
lolunma üsullarına görə bir-birindən fərqlənir. Ona görə də
dünya bazarına aşağıdakı tip və növmüxtəlifliyində çaylar daxil
olur.
1. Məxməri çaylar:
1.1. Qara məxməri çay;
1.2. Yaşıl məxməri çay;
1.3. Sarı məxməri çay;
1.4. Qırmızı çay (oolonq).
2. Preslənmiş çaylar:
2.1. Yaşıl-kərpic çay;
2.2. Qara plitka çayı;
2.3. Yaşıl plitka çayı;
2.4. Qara və əlavəli həbşəkilli çaylar.
3. Ekstraksiyaolunmuş çaylar:
3.1. Qara və yaşıl maye çay ekstraktı;
3.2. Qara və yaşıl tozvarı (tez həllolan) çay ekstraktı.
Yuxarıda göstərilən çaylar, istər emalın texnoloji reji-
minə və istərsə də öz xassəsinə, kimyəvi tərkibinə və key-
fiyyətinə görə biri digərindən fərqlənir.
Çay bitkisi dünyanın 30-dan çox ölkəsində becərilir və
emal edilir.
Ə
sas çay istehsal və ixrac edən ölkələr Asiyada – Hin-
distan, Çin, Şri-Lanka, Yaponiya, ndoneziya, Türkiyə, Ban-
qladeş, Vyetnam, Tayvan, Iran; Afrikada – Keniya, Malavi,
Tanzaniya, Zimbabve, Ruanda, Mozambik, Mavriki, Zair,
Uqanda; Cənubi Amerikada – əsasən Argentina və Braziliyadır.
415
Rusiyada çay ilə ilk dəfə Sibir əhalisi tanış olmuşdur.
1638-ci ildə Altın xan (Monqolustan) Moskvaya qayıdan rus
səfiri Vasili Starkov vasitəsilə çara (Mixail Fyodoroviçə) gön-
dərdiyi hədiyyənin içərisində 200 paçka (4 pud) çay da ol-
muşdur.
Moskvada hazırlanmış çay saray əyanlarının xoşuna gəlir
və sonralar boyarlar tərəfindən ölkədə yayılmağa başlayır.
1679-cu ildə Çin ilə Rusiya arasında bağlanan müqaviləyə
ə
sasən ölkəyə Çindən çay gətirilməyə başlanır.
Nümunə üçün çay kolu ilk dəfə 1814-cü ildə Krımda,
Nikitin botanika bağında əkilmişdir. Rusiyada çay bitkisi
sənaye məqsədilə Çindən gətirilən şitillərlə (1833-cü il) əkil-
məyə başlanmışdır.
Gürcüstan və Azərbaycan respublikalarında, kinci Dün-
ya müharibəsindən sonra isə Krasnodar diyarında da sənaye
ə
həmiyyətli sahələrdə çay becərilirdi.
Azərbaycanda çay bitkisinin becərilməsinin elmi əsaslar
üzrə öyrənilməsinə 1929-cu ildən başlanmışdır.
1929-cu ildə Lənkəran dayaq məntəqəsilə, eyni vaxtda
Zaqatala təcrübə stansiyasında Prof. A.D.Rəcəbli çay tum-
larının səpinini aparmış və uğurlu nəticə əldə etmişdir.
Çay bitkisi ilə təcrübələr eyni zamanda, 1931-1932-ci
illərdə Lənkəran rayonunda sabiq Ümumittifaq Elmi-Tədqiqat
Çay nstitutunun və «Çay Qruziya» trestinin Lənkərandakı
dayaq məntəqəsində də aparılmışdır.
1934-cü ildə ilk dəfə kolxozlarda da sənaye miqyaslı çay
plantasiyalarının salınmasına başlanılmışdır.
Azərbaycanda çay ilk dəfə 1896-cı ildə Lənkəranda əkil-
məsinə başlanmışdir. Inkişaf etməkdə olan çay sənayesinə rəh-
bərlik etmək üçün 1937-ci ildə sərbəst «Azərbaycan Çay» tresti
təşkil edilmişdir. Bu trest Azərbaycan Yeyinti Sənayesi Xalq
Komissarlığının nəzdində yaradılaraq respublikada çayçılığın
möhkəmlənməsində mühüm rol oynamışdır. O vaxt ilk çay
emal edən fabrik tikilib istifadəyə verilmiş və 1937-ci ildə ilk
416
dəfə 2750 kq Azərbaycanın «qara məxməri çay»-ının bura-
xılmasına müvəffəq olmuşdular.
Azərbaycanda 1980-cı illərin sonunda baş verən məlum
hadisələr kənd təsərrüfatının digər sahələrində olduğu kimi
çayçılığa da öz mənfi təsirini göstərdi. Bazar iqtisadiyyatına
keçid ərəfəsində çay becərilməsi və çay emalı ilə məşğul olan-
lar maddi texniki və təşkilati cəhətdən bir sıra çətinliklərlə üz-
ləşdilər ki, bu səbəbdən də çay plantasiyalarında aqrotexniki
xidmət işləri dayandırıldı və baxımsızlıq ucbatından külli
miqdarda çay kolları quruyub sıradan çıxdı.
XX əsrin 80-90-cı illərində Azərbaycanın çay fabrik-
lərində istifadə olunan texnika və texnologiya artıq köhnəl-
mişdi. Ona görə də istehsal olunan çayların keyfiyyəti Dövlət
standartlarının tələbinə tam dolğunluğu ilə cavab vermirdi. Bu
sahədə yeniliyi 1996-cı ildə fəaliyyətə başlayan «Sun Tea
Azerbaycan» Çay Paketləmə Fabriki həyata keçirdi. Bu fabrik
Müstəqil Dövlətlər Birliyində böyük istehsal gücü ilə işə
başlayan Azərbaycandakı ilk çay paketləşdirici fabrikidir.
«Sun Tea Azərbaycan» çay paketləmə fabrikində Azər-
baycan Dövlət Standartı, Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin gigiyenik sertifikatı və Azərbaycan Respubli-
kasında istehsal olunan məhsulların ştrixkod nömrələrinə uyğun
50 q, 100 q, 250 q və 500 q kütlədə qutulara qara məxməri çay-
lar paketlənir.
Fabrikdə, əsasən Seylon və Hindistan xam çaylarının
qarışığı olan «Final» və «Maryam» markalı çaylar istehsal
edilir. Bunlardan başqa Azərbaycanın Lənkəran-Astara bölgə-
sində becərilib ilkin emal edilən xam çayların əsasında Azər-
çay, Blendo Áåðãàìóò, Blendo Ekonomy, Qız qalası, Pür-
rəngi (kəklikotu ilə), Pürrəngi və Tudor çayları da paketlənir.
Eyni zamanda, Beta şirkətinin istehsal etdiyi «Beta»
markalı, «Bayce» markalı, «Çempion» markalı çayları, Kas-
pian şirkəti tərəfindən çəkilib-bükülən «Lipton», «Pərviz»
Dostları ilə paylaş: |