421
hemisellüloza aiddir. Çayda saxaroza və reduksiyaedici şəkərlər
də vardır. Bunlar aminturşlar və aşı maddələri ilə birləşib
müxtəlif aldehidlər əmələ gətirir. Bu da hazır çaya gül, meyvə,
səməni, bal və başqa çalarlı ətirlər verir.
Yaşıl çay yarpağında quru maddəyə görə 2 – 3% pektin
maddəsi vardır. Pektinin miqdarı istehsal prosesi zamanı azalır.
Ə
sas hissəsi suda həllolandır. Pektin çayın istehsalı zamanı ona
yapışqanlıq, hazır çaya şirintəhər dad və hiqroskopik xassəsi
verir.
Çayın vitaminlilik dəyəri, ilk növbədə, çaydakı polife-
nolların P vitamini aktivliyində olmasıdır. P vitamininin miq-
darına görə çay bütün bitkilərdən üstündür. 1 q qara məxməri
çayda 100 mq, başqa sözlə 10%, yaşıl çayda isə 200 mq (20%)
P vitamini aktivliyində maddələr vardır.
Yaşıl çay yarpaqlarında ən çox C vitamini vardır, lakin
bunun çox hissəsi istehsal prosesində parçalanır. 100 q quru
çayın tərkibində 10 – 134 mq askorbin turşusu (C vitamini),
0,03 – 0,1 mq tiamin (B
1
), 0,6 – 1,0 mq riboflavin (B
2
), 1,4 –
4,0 mq pantoten turşusu (B
3
), 5,4 – 15,2 mq nikotin turşusu
(PP), K, E vitaminləri və fol turşusu (B
9
) vardır. P vitamini C
vitamini ilə birlikdə aterosklerozun profilaktikasında böyük rol
oynayır. Susuzluğu daha tez yatırır. Vitaminlik dəyərinə görə
yaşıl məxməri çay daha qiymətlidir.
Çayın tərkibində üç qrup qlükozidlər: flavonollar, anto-
sianlar
və leykoantosianlar vardır. Çay flavonollarına kemferol,
kversetin
və miritsetin aiddir. Qara məxməri çay dəmində anto-
sianlardan sianidin, delfinidin və peonidin tapılmışdır. Çayda
leykosianidin
və leykodelfinidin də vardır. Çay katexini flavon-
lara çevrildikdə leykoantosianlar aralıq məhsul kimi əmələ
gəlir.
Çay yarpağında flavonlu qlükozidlər və antosianlarla
yanaşı xlorofil və karotinoid piqmentləri vardır. Xlorofil
(C
20
H
39
OH) yaşıl çay yarpağında karotin və ksantofillə birlikdə
422
olur. Çayda, həmçinin, lyutein, viloksantin və neoksantin
karotinoidləri də vardır.
Çayın tərkibində quru maddəyə görə 1% üzvi turşu olur.
Çayda turşəng, limon, alma, kəhrəba, fumar və fenol təbiətli
turşular tapılmışdır. Müəyyən edilmişdir ki, çay yarpağının
emalı nəticəsində üzvi turşular spirtlərlə reaksiyaya girib
mürəkkəb efirlər əmələ gətirir.
Çay yarpağının tərkibində quru maddəyə görə zülali
maddələrin miqdarı 24,9 – 29,11%-ə qədərdir. Ən çox qlütelin,
nisbətən az isə albumin zülalı vardır. Zərif çay yarpaqlarında
zülalın miqdarı kobud yarpaqlardakından çoxdur. Çayda 16
aminturşu və 3 amid tapılmışdır. Bu birləşmələr çay ətrinin,
rənginin və eləcə də ekstraktın əmələ gəlməsində böyük rol oy-
nayır. Çayda aminturşulardan leysin, fenilalanin, valin, alanin,
serin, tirozin, arqinin, histidin, lizin, prolin, izoleysin, treonin,
triptofan, γ – amin yağ turşusu, asparagin
və qlütamin
turşuları; amidlərdən asparagin, qlütamin və teanin vardır.
Minerallı maddələrin miqdarı yaşıl çay yarpaqlar-ında
quru maddəyə görə 4 – 5%, əmtəəlik çayda isə 5 – 6%-dir. Çay
yarpağı kobudlaşdıqca minerallı maddələrlə zəngin-ləşir.
Çaydakı minerallı maddələrin üçdə biri suda həllolur. Çayın
minerallı maddələrinin yarıya qədərini kalium oksidləri təşkil
edir. Makroelementlərdən fosfor, kalsium və maqnezium
çoxluq təşkil edir. Ümumiyyətlə çay külündə 20-yə qədər
müxtəlif kimyəvi elementlər – K,Ca, Mg, Fe, J, Si, Na, Al, Mn,
Sr, Ni, Cu, Zn, Ba, Ti, Cr, Sn, Ag və s. vardır. Suda həllolan
külün miqdarı artdıqca çayın da keyfiyyəti yaxşılaşır.
Çayda əsas fermentlərin hamısı rast gəlinir. Hidrolaza
fermentlərindən çayda amilaza, invertaza, α – qlükozidaza,
proteaza
və s. vardır. Oksid-reduktaza fermentlərindən çayda
peroksidaza,
polifenoloksidaza, katalaza və s. vardır. Oksid-
ləşdirici fermentlər çay istehsalı zamanı çayın dadının, ətrinin
və dəmin rənginin əmələ gəlməsində iştirak edir. Müəyyən
edilmişdir ki, çay yarpaqlarında olan invertaza, amilaza,
423
qlükozidaza,
oksinitrilaza, proteaza, pektinaza və katalaza
fermentləri daha yüksək aktivliyə malikdir. Bunların iştirakı ilə
müxtəlif maddələrdə dəyişiklik baş verir ki, bu da, öz növ-
bəsində, çayın dadının və rənginin formalaşmasına səbəb olur.
Çayın müalicəvi xassələri. Çayın müalicəvi xassələri,
ə
sasən tərkibindəki kofeindən asılıdır. 1 stəkan tünd çayda
çayın sortundan və dəmlənməsi üsullarından asılı olaraq 0,02-
0,1 q kofein vardır. Kofein müalicəvi vasitə kimi mühüm əhə-
miyyət kəsb edir. Tünd çayın tərkibindəki kofeinin əsəb siste-
minə qıcıqlandırıcı və orqanizmə tonusqaldırıcı təsir etdiyin-
dən, gərgin əqli fəallıqda, gücdəndüşmə və yorğunluq halla-
rında çox faydalıdır.
Kofein orqanizmə kəskin təsir etdiyi üçün yuxusuzluq,
ürək-damar sistemi xəstəlikləri, ateroskleroz, hipertoniya
xəstəliklərində və yüksək həyəcanlı hallarda tünd çay içmək
məsləhət görülmür. Sağlam insanlara da çox tünd çay içmək
olmaz. Çünki bu zaman ürəyin döyüntüsü artır, əsəb sistemi
daha da həyəcanlı olur və digər xoşagəlməz hallar müşahidə
olunur.
Çayda teobromin alkaloidi də vardır. Xaricdə teobromini
kakao paxlasının qabığından alırlar. Lakin müasir dövrdə
teobromin sintetik yolla da alınır. Çayda olan teofillin alkaloidi
də sintez yolu ilə alına bilir. Teofillin ürək çatışmazlığında,
böyrək xəstəliklərində yaranan şişkinliklər zamanı sidikqovucu
kimi istifadə olunur. Teofillin «eufillin» və «diprofillin» prepa-
ratlarının tərkibinə daxil olmaqla bronxial astma, ürək astması,
beyin-qan dövranının pozulması və ürək xəstəliklərində istifadə
olunur. Çayın hər üç alkaloidi bronxial astmada istifadə olunan
teofedrinin
tərkibinə daxildir.
Kofein preparatlarını birincidərəcəli yardım kimi zəhər-
lənmədə, əsəb sisteminin pozulmasında, ürəyin fəaliyyətinin və
tənəffüsün zəifləməsində istifadə etmək məsləhət görülür. Çay
C vitamininin – askorbin turşusunun mənimsənilməsinə müsbət
təsir edir. Eksperimentlər nəticəsində müəyyən edilmişdir ki,
424
çay katexinləri P vitamini fəallığına malikdir. Ona görə də çay
qan damarlarının möhkəmliyini və keçiricilik qabiliyyətini
artırır.
Çayda tanin çox olduğundan, o qidanın həzmini yaxşı-
laşdırır və büzüşdürücü təsir göstərir. Ona görə də kəskin ishal
və bağırsağın digər pozuntularında xəstələrə tünd çay verilir.
Bu zaman çay dəminin müalicəvi təsiri taninin bakterisid xassə-
lərindən də asılıdır. Çayın aşı maddələri ilə zülalların qarşılıqlı
təsirindən alınan tealbindən büzüşdürücü vasitə kimi istifadə
olunur. Tealbin mədə-bağırsaq xəstəliklərində dezinfeksiya-
edici vasitə kimi tətbiq olunan «tesalben» həbinin tərkibinə
daxildir.
Tünd çay dəmindən xaricə sürtmək üçün də istifadə olu-
nur. sti günəşli günlərdə havaya çıxmazdan qabaq çay dəmi ilə
yuyunmaq məsləhət görülür. Gün yandırmalarında hərarəti və
ağrını azaltmaq məqsədilə tünd çayla kompres etmək yaxşı
nəticə verir.
Müasir elmi-tədqiqatlar göstərmişdir ki, orqanizmin
bütün fizioloji proseslərinə müsbət təsirinə görə çay əvəzsiz
içkidir. Çay nəinki susuzluğun qarşısını alır, həm də orqanizmi
gümrah vəziyyətdə saxlayır və onun iş qabiliyyətini artırır. Çay
insanın sinir sisteminə bərpaedici təsir edir, onun fəaliyyətini
gücləndirir, yuxunu dağıdır. Spirtli içkilərin əksinə olaraq çayın
sinir sisteminə bərpaedici təsiri nəticəsində insanda halsızlıq və
zəifləmə halları müşahidə edilmir. Çay, eyni zamanda ən yaxşı
tərlədici vasitədir, baş- ağrısını dayandırır, qantəzyiqini nor-
maya salır. Çayın tərkibindəki vitaminlər orqanizmin sinqa və
başqa yoluxucu xəstəliklərə qarşı müqavimətini artırır. Çayın
vitaminləri dərinin qurumasının qarşısını alır, onu yumşaldır,
rəngini açır. Gərgin fiziki və zehni əməkdən sonra yaxşı dəm-
lənmiş iki stəkan çayın içilməsi yorğunluğu çıxarır, iş qa-
biliyyətini bərpa edir. Son illər müəyyən edilmişdir ki, çayın
tərkibindəki tanin katexin kompleksi (çayın aşı maddələri)
insan orqanizmində radioaktiv stronisini zərərsizləşdirir. Yapon
Dostları ilə paylaş: |