429
Çayın tərkibindəki aşı maddələrinin əsasını tanin təşkil
edir. Aşı maddələrinin miqdarı yaşıl çay fleşində quru maddəyə
görə 11,5-30%, quru çayda isə emalından asılı olaraq 5-20%-ə
qədərdir.
Son zamanlar Sun Tea Azerbaycan çay paketləmə fab-
rikində çəkilib-bükülən çayların əsasını Hindistan və Seylon
çayları təşkil etdiyindən onları dəmləyərkən kəskin tünd dəm
alınır. Həmin çay dəmi soyuduqdan sonra bulanıqlaşır. Bu is-
tehlakçılar arasında düzgün olmayan fikrin yaranmasına səbəb
olmuşdur. Guya çaya boya maddələri qatılır və həmin çaylar
soyuduqda bulanıqlaşır. Iş burasındadır ki, çay tanini
(C
22
H
18
O
10
) doymuş məhlulda rəngsiz iynəvarı kristallar əmələ
gətirir. Kristallar soyuq suda pis, isti suda isə yaxşı həll olur.
Azərbaycan və Çin çaylarında taninin miqdarı Hindistan və
Seylon çaylarına nisbətən azdır. Odur ki, əsasını Hindistan və
Seylon çayları təşkil edən Final və Maryam çaylarının
dəmlənib soyumuş çay məhlulunda tanin kristallaşdığından
soyuq çay dəmi şəffaflığını itirir, bulanıqlaşır, lakin üzərinə
təzə qaynadılmış su tökdükdə çayın rəngi dərhal parlaq qırmızı
olur, şəffaflaşır və dadı bərpa olunur. Lakin çay dəmlənib
soyuduğu üçün onun əvvəlki ətri artıq yaxşı hiss olunmur. Ona
görə də çayı lazım olduqca dəmləyib 30-35 dəq ərzində içmək
lazımdır. Çay dəmi bir müddət qaldıqda səthində nazik yağa-
bənzər təbəqə əmələ gəlir, bu çaynikin və stəkanın divarlarında
ləkə qoyur. Buna səbəb yenə də kristallaşmış çay tanini və
çayın tərkibindəki digər üzvi birləşmələrdir. Çayın tərkibində
efir yağları vardır. Tədqiqatlar göstərmişdir ki, çayın ətrini və
buketini təşkil edən uçucu maddələrin tərkibində 80-dan çox
üzvi uçucu birləşmə vardır. Həmin maddələrin bir qismi çay
dəmləndikdən sonra aşı maddələri ilə birləşib çay dəminin
səthində qaymaqlanır və çay soyuduqda ona bulanıqlıq verir.
Hindistanın məşhur Assam çayının dəmi soyuduqda kəskin
bulanıq qaymaqlaşma əmələ gətirir, sanki çaya süd əlavə
olunmuşdur. Bu proses çay dəminin qaymaqlaşmasıdır və çayın
430
yüksəkkeyfiyyətli olmasını sübut edir. Ona görə də çayı lazım
olduqca dəmləyib 30-45 dəq ərzində içmək lazımdır.
stehlakçılar tam əmin ola bilərlər ki, Sun Tea Azer-
baycan çay paketləmə fabrikində qara məxməri çaylar çəkilib-
bükülən zaman heç bir boya maddəsindən istifadə olunmur və
bu Beynəlxalq Standartların tələbinə uyğun deyil. Fabrikdə
istehsal olunan çaylar Beynəlxalq Standart olan ISO 9000 və
9001 tələblərinə cavab verir.
Çin cır limonu – Лимонник китайский – Schizandra
chinensis (Turcz.) Baill. Bu cır limon (Schizandraseae)
fəsiləsinə aid hündürlüyü 8 m-ə qədər sarmaşan kol bitkisidir.
Yarpaqları qırmızı saplaqlı, çiçəkləri ətirli ağdır. Meyvələri
salxımşəkilli qırmızı, şirəli, şarformalı ikitoxumlu giləmey-
vədir. Daxilində iki ədəd böyrəkşəkilli toxumu var. Toxumları
Sarı rəngdədir. May-iyunda çiçəkləyir, sentyabr-oktyabrda
yetişir. Bitkinin bütün orqanlarında efir yağı var və əzdikdə
limon iyi verir. Yabanı halda bu bitki Mancuriyanın iriyarpaq
meşələrində, eləcə də Uzaq Şərqdə qarışıq meşələrdə, çay və
göl qırağında rast gəlinir. Bəzən bağlarda əkilir. Çin cır limonu
xüsusi dərman bitkiləri ilə ixtisaslaşan təsərrüfatlarda becərilir.
Çin cır limonunun tərkibində 2,0%-ə qədər üzvi turşular
(limon, alma, şərab) və 10% şəkər vardır. Ona görə də gilə-
meyvələri özünəməxsus turş dada malikdir. Çin cır limonunun
tərkibində mineral duzlar, 250-580 mq% C vitamini var. Toxu-
munda 33,8% yağ və qatranvarı maddələr vardır. Göstərilənlər-
dən başqa meyvələriin tərkibində 0,3%-ə qədər, toxumlarında
isə 1%-ə qədər xoş ətirli efir yağı vardır.
Çin cır limonunun meyvələri becərilən əsil limon kimi
xoş ətirli iyə malikdir. Yerli əhali çin limonundan kisel
hazırlamaq üçün istifadə edir. Yarpaqlarından alınan şirədən
tamlı qida əlavələri hazırlanır. Ondan şərbət, mors, karamel
üçün boya maddəsi hazırlanır. Ətirli qabığını (zoğlarını), nazik
budaqlarını və yarpaqlarını limon əvəzinə çayı əlavə edirlər.
431
Ondan, həmçinin, xiyarı duza qoyduqda və ət xörəkləri üçün
tamlı qatma kimi istifadə olunur.
Çin cır limonunun müalicəvi xassələri. Çin cır limo-
nunun toxumu Çin xalq təbabətində qədimdən dərman vasitəsi
kimi istifadə olunur. Ondan vərəm, bronxial astma, bronxit,
mədə və bağırsaq, qaraciyər və böyrək xəstəliklərində, qanaz-
lığında və orqanizmin zəifləməsində istifadə olunur. Meyvələri
və yarpaqlarından alınan tinktura sinqa əleyhinə təsirli vasi-
tədir. Meyvələri, həm də dizenteriyanın müalicəsində ən yaxşı
vasitədir.
Təzə və qurudulmuş meyvələri və toxumları qədimdən
tonuslandırıcı və stimullaşdırıcı vasitədir. Çin cır limonu yor-
ğ
unluğu çıxarır və insana gümrahlıq verir. Ona görə də Uzaq
Şə
rq xalqları ova gedərkən özləri ilə bir qədər qurudulmuş Çin
cır limonu götürürlər. Uzun sürən və ağır ov günlərində bir
neçə ədəd Çin cır limonu yeməklə öz güclərini bərpa edirlər.
Bu isə həmin meyvənin tərkibindəki metil efiri olan poliok-
sifenol
adlanan tonusqaldırıcı sxizandrin maddəsindən asılıdır.
Eksperimentlər nəticəsində təsdiq olunmuşdur ki, Çin cır limo-
nu uzun müddət beyin qabığının oyanmasını sürətləndirir,
mərkəzi sinir sisteminin reflektor fəaliyyətini artırır. Çin cır
limonu tənəffüsü yaxşılaşdırmaqla ürək-damar sisteminin
fəaliyyətini stimullaşdırır.
Çin cır limonu insanların əqli və fiziki əməyi zamanı
onların fəaliyyətini, iş qabiliyyətini artırır. Bu bitki təkcə sağ-
lam adamlara deyil, hətta gücsüz (zəif) və ruhi sıxıntı vəziy-
yətində də insanların iş qabiliyyətini artırır və müalicəvi təsir
göstərir. Belə hallarda Çin cır limonunun toxum və ya mey-
vələrindən alınan tozvarı məhsul və ya tinkturadan istifadə
olunur. Qəbul edilən preparatın təsiri 30-40 dəqiqədən sonra
başlayır və 5-6 saat davam edir. Yaxşı olar ki, belə preparatlar
səhər acqarnına və ya axşam yeməkdən 4 saat sonra qəbul
edilsin. Tozvarı məhsulu (həb şəklində) 0,5 q, tinkturanı isə 20-
40 damcı qəbul etmək məsləhətdir. Ev şəraitində Çin
432
limonundan 1:10 nisbətində tinktura və həlim hazırlanır. Belə
məhluldan gündə 2 dəfə 1 xörək qaşığı içilir. Son zamanlar Çin
cır limonundan yeni məhsullar – ekstrakt, təbii Çin limonu ilə
şə
kərli pürevarı məhsul hazırlanır.
Çin cır limonunu qəbul etdikdə yaddan çıxarmaq olmaz
ki, həmin bitki həyəcan, yuxusuzluq, ürək fəaliyyətinin pozul-
ması və yüksək qan- təzyiqi olanlar üçün əks təsir göstərir.
Xroniki qastritdə Çin limonundan istifadə yaxşı nəticə verir. Bu
zaman Çin cır limonu mədənin sekresiyasını normallaşdırır. Bir
dəfəyə 2 q Çin cır limonu toxumunun tozu qəbul etdikdə mədə
ş
irəsinin turşuluğu normallaşır. Xüsusən də Çin cır limonun
toxumundan alınan tozvarı məhsul qanlı qastritdə çox səmərəli
nəticə verir. Mədə ağrıları dərhal dayanır və mədə şirəsinin
turşuluğu aşağı düşür. Çin cır limonu şirəsi də istifadə edilir.
Xəstələrə gündə 3 dəfə 1 xörək qaşığı şirə içirdilir.
Müəyyən olunmuşdur ki, Çin cır limonu orqanizmin
oksigen çatışmazlığına qarşı müqavimətini artırır. Ona görə də,
Çin cır limonu aşağı atmosfer təzyiqində istifadə oluna bilər.
Çin cır limonu həm də aşağı qantəzyiqində tətbiq olunur.
50 nəfər qantəzyiqi aşağı olan hamilə qadınlara 10 gün, gündə
3 dəfə 10-30 damcı 10%-li Çin cır limonu tinkturası verilmiş və
həmin qadınların qantəzyiqi normallaşdığından doğuş zamanı
qan itkisi azalmışdır.
Kakao – Какао – Cacao. Kakao Sterculiaseal
fəsiləsindən olan həmişəyaşıl kakao ağaclarının (Theobroma
Cacao L.) meyvə toxumlarından (paxlalardan) ibarətdir. Kakao
ağacı tropik bitki olub, yalnız orta illik temperaturu 22-25
0
C və
minimal temperaturu 10
0
C olan yerlərdə yetişə bilir.
Bu ağacın vətəni Mərkəzi Amerikadır, buradan kakao
paxlası Avropaya gətirilməyə başlanmışdır.
Hazırda onu bir çox tropik rayonlarda yetişdirirlər. Ka-
kao ağacı çoxlu miqdarda Qərbi Afrikada (Qana, Nigeriya, Fil
sümüyü sahili, Kamerun və s.) və Amerikada (Braziliya,
Ekvador, Venesuela, Kolumbiya, Dominikan respublikası və s.)
Dostları ilə paylaş: |