Microsoft Word yusifova ulduz doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix26.09.2017
ölçüsü0,98 Mb.
#1973
1   2   3   4   5   6   7   8   9   ...   32

 

16 


sisteminin  xarakteri  qarşıya  qoyulan  məqsəddən  asılıdır.  Məsələn,  vergiqoymanın  təməl 

məqsədi  gəlir  və  sərvət  bölgüsünü  daha  ədalətli  bir  şəkilə  salmaqdırsa,  vergi  sisteminin 

ə

sas səciyyəvi cəhəti onun sosial yönümlü olmasındadır.  



Vergi ödənişləri sistemi bir sıra iqtisadi göstəricilərlə xarakterizə olunur. 

qtisadi  göstəricilərə  ilk  növbədə  vergi  yükü  aid  edilir.    Qeyd  etmək  lazımdır  ki, 

optimal qurulmuş vergi sistemi, bir tərəfdən dövlətin maliyyə ehtiyatlarına olan tələbatını 

ödəməli,  digər  tərəfdən  isə  vergi  ödəyicilərinin  sahibkarlıq  fəaliyyətinə  olan  maraqlarını 

stimullaşdırmalıdır. Buna görə də vergi yükü göstəricisi ölkənin vergi sisteminin keyfiyyət 

ölçüsüdür.  Elmi  cəhətdən  sübut  edilmişdir  ki,  səmərəli vergi sistemi  vergi ödəyicilərinin 

gəlirlərinin 30 faizindən çoxunun tutulmasına imkan verməməlidir. Bir sıra ölkələrin vergi 

sistemi,  məsələn,  sveç,  elə  qurulmuşdur  ki,  vergi  ödəyicisi  öz  gəlirinin  50  faizindən 

çoxunu  dövlət  büdcəsinə  ödəyir.  Lakin  burada  heç  bir  paradoks  yoxdur,  çünki  əksər 

ölkələrdə  vergi  ödəyicilərinin  öz  gəlirləri  hesabına  həll  etdikləri  sosial-iqtisadi  xarakterli 

məsələləri bu ölkələrdə dövlət öz hesabına həll edir.  

Vergi  ölkənin  dövlət  suverenliyinin  əsas  təzahür  formalarından  biridir.  Vergilər 

dövlət tərəfindən birtərəfli qaydada, yəni ayrı-ayrılıqda götürülmüş hər bir vergi ödəyicisi 

ilə razılaşdırılmadan müəyyən edilir. Vergi ödəyicisindən hər hansı bir verginin tutulması 

üçün həmin vergi növü müəyyən edilməli və daxil olunmalıdır. 

Başqa sözlə, konkret vergi ödənişinin vergi ödəyicisindən tutulması üçün əvvəlcə o 

müəyyən olunmalı, sonra isə daxil edilməlidir. 

Vergi  ödənişləri  sisteminin  səmərəliliyinin  artırılması,  iqtisadi  inkişafın  artım 

sürətini zəiflədən vergi maneələrinin aradan qaldırılması dövləti vergi islahatları aparmağa 

sövq edən əsas amillərdir. Vergi orqanları pul vəsaitlərinin hərəkətinin bütün axınını üzə 

çıxarmaq,  ölkə  daxilində  bağlanan  bütün  kommersiya  sövdələşmələrinə  nəzarət  etmək 

iqtidarında deyildir. Vergi ödəyicilərinə nəzarətin səmərəliliyinin yüksəldilməsinin təmin 

edilməsi üçün dövlət vergi ödəyicilərinin üzərinə bir sıra vəzifələr qoyur. Lakin müəyyən 

müddət keçdikdən sonra ayrı-ayrı vergi ödəyiciləri arasında vergi yükünün qeyri-bərabər 

bölüşdürülməsi  haqqında  fikirlər  formalaşmağa  başlayır.  Bu  isə  gəlirlərin  gizlədilməsi, 

vergidən  yayınma  hallarının  artmasına  səbəb  olur.  Bütün  bunlar  isə  dövləti  yeni  vergi 

islahatları  aparmağa  sövq  edir.  nkişaf  etmiş  ölkələrdə  hər  5-7  ildən  bir  əsaslı  vergi 



 

17 


islahatları,  hər  2-3  ildən  bir  isə  fəaliyyətdə  olan  vergi  normalarının  səmərəliliyinin dərin 

təhlili aparılır. 

Vergitutma  nəzəriyyəsi  vergi  islahatları  prinsiplərinin  iki  qrupunu  nəzərdə  tutur. 

Birinci qrupa vergitutmanın klassik prinsipləri daxildir.  kinci qrupa isə ayrıca götürülmüş 

bir ölkədə vergi islahatları aparılan zaman həmin ölkənin spesifik xüsusiyyətlərini nəzərə 

alan prinsiplər daxildir. 

ABŞ, Almaniya,  ngiltərə kimi ölkələrdə vergi islahatları aparılan zaman aşağıdakı 

prinsiplər əsas götürülmüşdür: 

1.  Vergi  dərəcələri  aşağı  olan  vergi  sisteminin  yaradılması.  Vergi  dərəcələrinin 

aşağı  salınması  vergidən  yayınma  hallarının  azalmasına,  münbit  investisiya  mühitinin 

təşəkkül tapmasına, gəlirlərin leqallaşdırılması cəhdlərinin artmasına səbəb olur. 

2. Bütün vergi ödəyiciləri üçün vergitutmada edilən dəyişikliklərin anlaşıqlı olması. 

Bunun üçün vergi islahatları aparılan zaman vergi ödəyiciləri  arasında geniş izahat işləri 

aparılmalıdır. 

3.  Vergi  islahatları  haqqında  qabaqcadan  xəbərdarlıq  edilməsi.  Bəzən  maliyyə  ili 

ə

rzində  vergi  qanunlarında  edilən  dəyişikliklər  barədə  sahibkarlar  kapitallarını 



yerləşdirdikdən, maliyyə və ya ticarət müqavilələri bağlandıqdan sonra xəbər tuturlar. Bu 

isə həm biznes sahəsində, həm də büdcəyə vergi daxilolmalarının həcmində itkilərə səbəb 

olur. 

4. Vergi islahatlarının aparılmasında qarşıya qoyulan məqsədlərin konkret olması. 



5.  Növbəti  vergi  islahatlarına  başlayarkən  onun  hansı  səmərə  verəcəyi  haqqında 

dəqiq təsəvvürlərin olması. 

Vergi  ödənişləri  sistemi  vergi  siyasətinin  aşağıdakı  xüsusiyyətlərini  özündə  əks 

etdirməlidir: 

1.  Mövcud  vergi  dərəcələrinin  radikal  aşağı  salınması  yolu  ilə  iqtisadiyyatın 

inkişafını  ləngidən  destruktiv  amillər  (inflyasiya,  iqtisadi  artım  tempinin  aşağı  düşməsi, 

işsizlik, «gizli» iqtisadiyyatın xüsusi çəkisinin artması və s.) ilə mübarizə; 

2. Təklif iqtisadiyyatının nəzəri müddəalarına əsaslanaraq vergi dərəcələrinin aşağı 

salınması; 



 

18 


3.  Ölkədə  əlverişli  vergi  mühitinin  yaradılması,  əmanətlərin  və  investisiyanın 

artırılmasının stimullaşdırılmasının təmin edilməsi. 

Vergilərin  tənzimləyicisi  funksiyasından  və  vergi  dərəcələrinin  aşağı  salınmasının 

müsbət təsir vasitələrindən istifadə edilməklə: 

-əmək və sahibkarlıq fəaliyyətində aktivliyə stimul yaradılmalı; 

-istehsal həcmi artırılmalı və əmək məhsuldarlığı yüksəldilməli; 

-gəlirin vergiyə cəlb edilməsi aşağı salınmaqla istehlak həcmi maksimum dərəcədə 

artırılmalı; 

-dövlət  büdcəsindən  daha  səmərəli  istifadə  edilməsi  nəticəsində  dövlət  gəlirləri 

artırılmalı (milli gəlirin artırılması hesabına); 

-iqtisadiyyatın əlverişli sahələrinə dövlət müdaxiləsi məhdudlaşdırılmalı; 

-qiymətlər və inflyasiyanın səviyyəsi aşağı salınmalı; 

-leqal və «gizli» iqtisadiyyatın nisbəti birincinin xeyrinə dəyişdirilməlidir. 

Sosial yönümlü bazar iqtisadiyyatı şəraitində vergi sistemində meydana çıxan vergi 

hüququ münasibətlərinin tənzimlənməsində mükəmməl normativ- hüquqi bazanın olması 

mühüm rol oynayır. 

Vergi  sisteminin  normativ-hüquqi  bazası  funksional  sistem  kimi  aşağıdakı 

funksiyaları yerinə yetirməlidir: 

-vergilərin müəyyən edilməsi; 

-vergilərin ödənilməsi və yığılması qaydalarının müəyyən edilməsi; 

-vergi  ödəyicilərinin  və  dövlət  vergi  xidməti  orqanlarının,  habelə  vergi 

münasibətlərinin  digər  iştirakçılarının  vergitutma  məsələləri  ilə  bağlı  hüquq  və 

vəzifələrinin müəyyən edilməsi; 

-vergi  qanunvericiliyinin  pozulmasına  görə  vergi  məsuliyyəti  tədbirlərinin  və 

onların tətbiqi qaydalarının müəyyən edilməsi. 

Vergi  ödənişləri  sisteminin  ən  vacib  atributlarından  biri  onun  normativ-hüquqi 

bazasının sabitliyidir ki, bu da sahibkarlığın inkişafı və xarici investorların cəlb edilməsi 

üçün əlverişli şərait yaradılmasına imkan verir. 

Vergi  ödənişləri  sisteminin  normativ-hüquqi  bazası  yaradılarkən  aşağıdakı 

prinsiplər rəhbər tutulmalıdır: 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə