Microsoft Word yusifova ulduz doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix26.09.2017
ölçüsü0,98 Mb.
#1973
1   2   3   4   5   6   7   8   9   10   ...   32

 

19 


1.  Bütün  təsərrüfat  subyektlərinin  və  vətəndaşların  qanun  qarşısında  hüquq 

bərabərliyi; 

2.  Vergi  ödəyicilərinin  bəzi  kateqoriyalarına  verilən  vergi  imtiyazlarının  qanunla 

təsdiq olunması; 

3. Vergi siyasətinin sabitliyi və ardıcıllığı; 

4. Vergi şəffaflığının təmin olunması; 

5. Proqressiv vergitutma formalarına üstünlük verilməsi; 

6. Vergi xidməti orqanlarının qeyri-qanuni hərəkətlərinə yol verilməməsi. 

Vergi  ödənişləri  sisteminin  təkmilləşdirilməsində  və  onun  müasir  tələblərə  uyğun 

səviyyəyə çatdırılmasında informasiya təminatının böyük rolu vardır. 



 

1.3. Vergi ödənişləri sisteminin beynəlxalq təcrübəsi 

 

Ölkədə həyata keçirilən sosial-iqtisadi dəyişikliklər bazar iqtisadiyyatının tələblərinə 

uyğun  adekvat  vergi  tənzimlənməsi  sisteminin  formalaşdırılmasını  obyektiv  zərurətə 

çevirir. 

Bununla  əlaqədar  olaraq  Azərbaycan  Respublikasında  vergiyə  cəlb  etmənin  müasir 

konsepsiyasının elmi əsaslandırılması, vergi siyasətinin həyata keçirilməsi  mexanizminin 

və  vergitutma  sisteminin  təkmilləşdirilməsinin  nəzəri-metodoloci  prinsiplərinin 

yaradılması  və  s.  kimi  bir  sıra  müstəqil  problemlər  mövcuddur.  Bu  problemlərə  -  vergi 

sisteminin  konseptual  modelinin  və  onun  həyata  keçirilməsi  mexanizminin 

formalaşdırılması;  səmərəli  vergi  siyasətinin  qurulması  prinsiplərinin,  onun  taktika  və 

strategiyasının  müəyyən  edilməsi;  vergi  tənzimlənməsi  ilə  dövlətin  iqtisadi  proseslərə 

büdcə,  pul-kredit,  valyuta-maliyyə  vasitəsilə  təsiri  arasındakı  qarşılıqlı  əlaqələrin 

formalarının müəyyən edilməsi  və s. aiddir. 

Göstərilən  məsələlərin  həll  edilməməsi  ölkədə  səmərəli  vergi  siyasətinin  həyata 

keçirilməsinə mənfi təsir göstərə bilər və bazar iqtisadiyyatının formalaşdırılması vasitəsi 

kimi vergilər özünün potensial imkanlarını reallaşdıra bilməz.  

Son  illər  ölkəmizin  vergi  qanunvericiliyində  aparılan  əsaslı  dəyişikliklər, 

dövlətimizin  yürütdüyü  vergi  siyasətini  makroiqtisadi  inkişafı  stimullaşdıran  səmərəli 

iqtisadi  alətə  çevirmiş,  sahibkarlarla  vergi  xidməti  əməkdaşları  arasında  münasibətlərin 



 

20 


qarşılıqlı  anlaşma  əsasında  qurulmasına  səbəb  olmuş,  habelə  vergi  nəzarətinin 

təkmilləşdirilməsi  vasitəsilə    vergilərin  vaxtında  və  tam  həcmdə  büdcəyə  alınmasının 

təmin  olunması  məqsədilə  vergi  orqanlarının  inzibati    strukturunda  adekvat  islahatların 

həyata  keçirilməsini  zəruri  etmişdir.  Bütün  ölkələrdə  olduğu  kimi,  respublikamızın  da 

vergi  sistemi  özünəməxsus  çalarlara  malikdir.  Ümumiyyətlə,  müxtəlif  ölkələrin  vergi 

sistemi    müəyyən  xüsusiyyətlərinə  -  vergilərin  strukturuna,  növlərinə,  onların  tutulma 

qaydasına,  vergi  dərəcələrinə,  yerinə  yetirdiyi  fiskal  funksiyanın  səlahiyyət  dairəsinə, 

vergi  bazasına,  vergi  güzəştlərinə  və  s.  görə  bir-birindən  fərqlənir.  Əlbəttə  ki,  bu 

qanunauyğun  haldır,  çünki  formalaşan  hər  bir  vergi  sistemi  müxtəlif  iqtisadi,  siyasi  və 

sosial  şəraitə  uyğunlaşaraq  həmin  ölkənin  vergi  rejimini  tənzimləyən  qanunverici 

qüvvədir. Lakin beynəlxalq vergi sistemləri müəyyən prinsipial fərqlərə malik olsalar da,  

onlar arasında oxşar cəhətlər də mövcuddur. 

Hazırda  ölkəmizdə  beynəlxalq  standartlara  uyğun  sivil  vergi  sistemi  qurulsa  da 

dünya  ölkələrinin  bu  sahədəki  təcrübələrinin  təhlili  və  öyrənilməsi,  mövcud  vergi 

sistemlərinin  müqayisəsi,  respublikamızda  aparılan  islahatları,  görülən  işləri  daha  dəqiq 

qiymətləndirməyə əsas verir. 

nkişaf  etmiş  dövlətlərin  bir  çoxu  vergitutma  sahəsində  uzun  tarixi  yol  keçmiş  və 

hər  biri  demək  olar ki,  çevik vergi  sistemi  formalaşdırmışdır.  Bu  ölkələrdən  bəzilərində, 

məsələn ABŞ, Kanada, Yaponiyada və s. büdcə, 3 səviyyədə - federal (dövlət), regional və 

yerli vergilər tərtib və təsdiq edilir və bu sistemə uyğun olaraq vergilər müəyyənləşdirilir. 

Güclü  iqtisadi  bazaya  malik  olan  ABŞ,  həm  də  sivil  bazar  münasibətlərinə  uyğun  vergi 

sisteminə malikdir.  nkişaf etmiş Avropa ölkələrinin vergi sistemi  də ABŞ-da olduğu kimi 

çoxşaxəli  və  müxtəlifdir.  Bu  ölkələrdə  icbari  ödəmələrin  ÜDM-da  xüsusi  çəkisi  belədir: 

ABŞ-da-30%,  Kanadada-34%,  Fransa,  Avstriya,  Danimarka,  Belçika  və  sveçdə-  40%, 

Almaniyada  isə  38%-ə  çatır.  ABŞ-da  federal  büdcə  bütün  gəlir  və  xərclərin  təxminən 

80%-ni,  ştatların  büdcəsi-  15%-ni,  yerli  vergilər  isə  5%-ni  təşkil  edirsə,  bu  göstəricilər 

Kanadada müvafiq olaraq, 48%, 42% və 10% təşkil edir. 

ABŞ-da  federal  vergilərin  prioritet  mövqe  tutmasına  baxmayaraq  şəhər  və  digər 

yerli qurumların büdcəsinin formalaşmasında yerli vergilərin payı kifayət qədər yüksəkdir. 

Onlar  federal və  ştatların    büdcələrindən    ayrılan  dotasiyalar  və  subvensiyalarla  bərabər, 




 

21 


həm  də  yerli  büdcələrin  gəlirlərinin  formalaşmasında    mühüm  rola  malik  olmaqla  öz 

xərclərinin 80%-ni ödəmək qabiliyyətinə malikdir.   ABŞ-da müstəqil  maliyyə bazasına 

malik  olan  83  min  yerli  idarəetmə  orqanı  fəaliyyət  göstərir.  Təcrübədə  bələdiyyələrin 

vəsaiti  hesabına  yerli  təsərrüfat  fəaliyyəti  növlərinin  inkişafına  şərait  yaradan  xüsusi 

istehsal  yerlərinin  tikintisi  də  həyata  keçirilir.  Stimullaşdırıcı  tədbir  kimi  buna 

müəssisələrin  yerli  vergilərdən    birdəfəlik,  və  ya  müvəqqəti  olaraq  azad  olunmasını 

göstərmək  olar.  Ərazilərin  sosial-iqtisadi  infrastrukturunun  inkişafına  yönəldilən  əsaslı 

vəsait qoyuluşunun böyük bir hissəsi dövlət hakimiyyəti və bələdiyyələr tərəfindən  həyata 

keçirilir. Bu kapital qoyuluşları mənfəət əldə edilməsini nəzərdə tutmur, lakin dolayı yolla 

xüsusi  kapitalın  mənfəətinin  artırılmasına  xidmət  edir.  Bunlara  ilk  növbədə  tikinti, 

nəqliyyat,  rabitə  sahəsində  infrastrukturun  inkişafına  yönəldilən  xərclər,    su  təchizatı 

sistemlərinin qurulması, tikintilər üçün torpaq sahələrinin hazırlanması və s. xərclər aiddir. 

Avropa ölkələrində bu sahədə nisbətlər bir az fərqlidir. Yerli vergilər  çoxsaylı olmalarına 

baxmayaraq bir növ köməkçi rolunda çıxış edirlər. Əsas (federal) vergilər bütün səviyyəli 

büdcələr  arasında  qanunvericiliklə  müəyyən  edilmiş  nisbətlərdə  paylaşdırılır.  Bu  üsul 

Almaniyada özünü daha qabarıq göstərir. 

ABŞ-da  və  bir  sıra  Avropa  ölkələrində  federal  vergilər  büdcəyə,  yerli  vergilər  isə 

müvafiq olaraq yerli büdcəyə daxil olur. Almaniyada isə əsas vergi mənbələri hesabına iki 

və  ya  üç  büdcə  formalaşır.  Məsələn,  fiziki  şəxslərdən  gəlir  vergisi  aşağıdakı  qaydada 

bölüşdürülür: 43 faizi federal büdcəyə yönəldilir, 42 faizi müvafiq vilayətin sərəncamında 

qalır. 15 faizi isə yerli büdcələrdə saxlanılır. Korporasiyaların gəlirlərindən tutulan vergilər 

federal və vilayət büdcələrinə bərabər həcmdə daxil olur. 

Almaniyanın  vergi  sistemində  digər  Avropa  ölkələrindən  fərqli  daha  bir  cəhət 

vardır.  Burada  gəlirlərin  bölgüsü  yalnız  üfüqi  deyil,  eləcə  də  şaquli  istiqamətdə 

tarazlaşdırılır.  Belə  ki,  burada  yüksək  gəlir  gətirən  ərazilərin  (Bavariya,    Vyurtemberq, 

Ş

imali  Reyn-Vestfal)  maliyyə  vəsaitlərinin  bir  qismini  nisbətən  zəif  inkişaf  etmiş 



(Saksoniya,  Şlezviq-Qolşteyn)  bölgələrə  köçürürlər.  Bu  üsul  AFR-nın  vergi  sisteminin 

uzun müddətli təkamülü və inkişafı nəticəsində əldə etdiyi böyük  nailiyyətidir. 

nkişaf  etmiş  ölkələrin  vergi  sistemində  respublikamızdan  fərqli  olaraq  birbaşa 

vergilər  prioritetlik  təşkil  edir.  Belə  ki,  Böyük  Britaniyanın  büdcəsində  birbaşa  vergilər  




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə