Microsoft Word yusifova ulduz doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix26.09.2017
ölçüsü0,98 Mb.
#1973
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

 

25 


formada  fəaliyyət  göstərmədikdə  vergi  islahatı  əsasən  məhsuldar  qüvvələrin  inkişaf 

səviyyəsindən və maliyyə axınının istiqamət və həcmindən asılı olaraq həyata keçirilir. Bu 

cür dəyişiklik  qüvvədə olan vergi qaydalarının təkmilləşdirilməsini, bir sözlə yeni vergi 

konsepsiyasının işlənib hazırlanmasını və tətbiq edilməsini tələb edir. Onu da qeyd edək 

ki, vergi konsepsiyaları bir neçə variantda hazırlana bilər. Onlar bir qayda olaraq ölkənin 

vergi  bazasının  dəyişilməsinə  gətirib  çıxarır.  Hökumətin  müzakirəsinə  verilən  belə 

konsepsiyalar  ekspert  qrupu  tərəfindən qiymətləndirilir və  onlardan  daha optimal  variant 

seçilir. Seçilən konsepsiya bir il təcrübədən keçirilir və yenidən ekspertlər tərəfindən qiy-

mətləndirilir.  

Vergi  islahatının  vaxtında  aparılmamasından  asılı  olan  problemləri  beş  qrupda 

birləşdirmək olar: 

1.

  Vergi  siyasətində  aparılması  zəruri  olan  dəyişikliklərin  vaxtında  dərk  edilmə-



məsi; 

2.

  Vergi konsepsiyalarının təcrübədə tətbiq edilməsindəki gecikmələr; 



3.

  Vergi  təcrübələrinin  fəaliyyət  istiqamətinin  və  onların  məzmununun    düzgün 

seçilməməsi; 

4.

  Vergi  islahatından  alınan  səmərənin  və  onun  vaxtının  düzgün 



qiymətləndirilməməsi; 

5.

  Vergi  təcrübələrindən  alına  bilən  müsbət  nəticələrə  vaxtından  əvvəl  inam 



yaratmaq və mövcud reallığının lazımi səviyyədə qiymətləndirilməməsi.  

Vergi  qanunlarının  fəaliyyətində  təzahür  edən  mənfi  halların  hökumətin  vaxtında 

dərk  etməsi  bir  neçə  amillərdən  asılıdır  ki,  bunlardan  əsasən  ikisinin  nəzərə  alınması 

mütləq  lazımdır.  Birincisi,  islahatçıların  peşəkarlıq  və  etik  hazırlığı,  ikincisi  onların 

iqtisadiyyatda  həyata  keçirilməsi  zəruri  olan    dəyişikliyin  qəbul  etməsinə  hazır  olması. 

Bununla yanaşı vergi qanunvericiliyində həyata keçirilən dəyişikliklərə iqtisadiyyatın necə 

reaksiya  verməsi  probleminin  aşkara  çıxarılması  da  mürəkkəb  vəzifələrdən  biri  hesab 

olunur.  Bir-birini  inkar  edən  iki  variant  mümkündür.  Birinci  variantda,  iqtisadiyyat  ona 

təqdim edilən vergi stimullarını və qadağanedici sanksiyaları qəbul edir. Onun investisiya 

imkanları  və  istehlak  tələbatı  artır,  habelə  kapital  sferalar  arasında  öz  yerini  dəyişməyə 

başlayır.  Digər  variantda  isə  təsərrüfat  subyektləri  vergidən  yayınmanın  digər  yeni 



 

26 


üsullarının tapılmasına cəhd göstərəcəkdir. Bu mümkün iki haldan birinin tam həlli heç bir 

dövlətə  və  hökumətə  nəsib  olmur.  Vergi  islahatının  müvəffəqiyyəti  onun  aparılmasına 

çəkilən xərcin həcmi və yeni vergi qanunu qəbul edilərkən qarşıya qoyulmuş məqsədə nə 

dərəcədə  yaxınlaşması  ilə  qiymətləndirilir.  Ona  görə  də  hər  bir  yeni  vergi  islahatı  daha 

təkmilləşmiş  vergi  sisteminə  yaxınlaşmanın  başlanğıcı  deməkdir.  Bazar  iqtisadiyyatına 

keçid  dövrünü  yaşayan  ölkələr,  o  cümlədən  Azərbaycan  Respublikası  bu  sahədə  daha 

böyük  çətinliklərlə  üzləşir.  Belə  ölkələrdə  vergi  islahatı  problemini  yalnız  dövlət  üçün 

zəruri olan maliyyə resurslarının səfərbər olunma üsullarının axtarışı ilə bağlamaq olmaz. 

Hal-hazırda  Azərbaycanda  vergi  problemi  nəinki  iqtisadi,  həmçinin  sosial-siyasi 

problemləri də üstələmişdir. Vergi metodu ilə səfərbərliyə alınan dövlət gəlirlərinin maddi 

bazası  əsasən  istehsal  sferasında  formalaşır.  qtisadiyyatın  digər  sferalarından  (qeyri-

istehsal)  daxil  olan  ödəmələr  büdcə  gəlirlərinin  cüzi  hissəsini  təşkil  edir.  Ona  görə  də 

dövlət vergi dərəcələrini artırmadan istehsal sahələrində investisiya fəallığını yüksəltmək 

üçün maliyyə vəsaiti axtarışı problemi ilə qarşılaşır. 

Azərbaycanda  vergi  sisteminin  islahatı  mühüm  sosial-iqtisadi  dəyişikliklər 

şə

raitində baş verir. 



Ölkədə  bazar  iqtisadiyyatının  tələblərinə  uyğun  çevik  vergi  sistemini,  o  cümlədən 

büdcə  gəlirlərinin  optimal  nisbətini,  büdcə  xərclərinin  səmərəli  istiqamətlərini 

formalaşdırmaq üçün Hökumət əsaslandırılmış büdcə-vergi siyasəti həyata keçirir. 

Təcrübə  göstərir  ki,  vergi  islahatının  düzgün  taktika  və  strategiyada  həyata 

keçirilməsinin ən mühüm şərtlərindən biri onun prinsiplərinin dəqiq müəyyən edilməsidir. 

Vergi  islahatının  prinsipləri  iki  istiqamətdə  qruplaşdırılır.  Birinci  istiqamət  adətən 

vergi sistemində edilən dəyişikliklərin beynəlxalq qaydalara uyğunluğunu əks etdirir. Bu 

klassik prinsipə riayət edilməsi vergi islahatını ölkənin sosial-iqtisadi inkişafının mühüm 

amilinə  çevirir.  kinci  istiqamətə  hər  bir  ölkənin  sosial  iqtisadi  xüsusiyyətlərini  nəzərə 

alaraq vergi islahatı həyata keçirilən zaman müəyyən edilən prinsiplər daxildir. Lakin bu 

qrupa  daxil  olan  prinsiplər  öz  məzmununa  görə  eyni  olmur.  Bütün  bu    prinsiplərin 

məzmununu  açmaq  üçün  bir  sıra  dünya  ölkələrinin  təcrübəsinə  nəzər  yetirək.  Belə  ki, 

ABŞ,  Almaniya  və  ngiltərə  kimi  ölkələr  vergi  islahatını  həyata  keçirərkən  əsasən 

aşağıdakı ilkin prinsiplər əsas götürülür :  




 

27 


1.

  Vergi islahatının aparılması dövrünün məqsədəuyğunluğu. Bəzən vergi qanunve-

riciliyindəki  dəyişikliklər  maliyyə  ilinə  təsadüf  edir  ki,  bu  da  sahibkarların  təsərrüfat-

maliyyə  fəaliyyətinə  xeyli  mənfi  təsir  göstərir.  Ona  görə  ki,  bu  dövrdə  onlar  artıq  öz 

kapitalını iqtisadiyyatın müxtəlif sektorlarında yerləşdirmiş olur, habelə müəyyən maliyyə 

müqavilələri və ticarət sazişləri bağlamış olurlar. Belə vergi dəyişikliklərindən irəli gələn 

itkilər  yalnız  biznes  baxımından  deyil,  həm  də  büdcəyə  daxil  olan  vergi  məbləğində  də 

özünü göstərir. 

2.

  Vergi qanunvericiliyində edilən istənilən dəyişikliklər hər bir vergi ödəyicisinə 



aydın olmalıdır. Deməli, vergi islahatının ən mühüm prinsiplərindən biri də onun aşkarlığı 

və vergi ödəyiciləri arasında geniş aydınlaşdırıcı metodiki işlərin aparılmasıdır. 

3.

  Təcrübə  göstərir  ki,  vergi  dərəcələrinin  son  hədd  səviyyəsində  aşağı  salınması 



vergidən  yayınma  hallarının  azalması  ilə  nəticələnir.  Bu  prinsipə  riayət  edilməsi  digər 

tərəfdən  də  ölkədə  investisiya  üçün  əlverişli  şəraitin  yaradılmasına  və    gəlirlərin 

leqallaşdırılmasına səy göstərilməsinə səbəb ola bilər. 

4.

  Vergi islahatı aparılarkən onun digər sosial-iqtisadi siyasət tədbirləri (pul-kredit, 



xarici iqtisadi əlaqələr və s.) ilə uzlaşdırılması da mühüm prinsiplərdəndir. 

5.

   Növbəti vergi düzəlişlərinə başlamazdan əvvəl onların yaxın müddətdə verəcəyi 



səmərəni dəqiq müəyyənləşdirmək lazımdır.  stənilən vergi islahatının həyata keçirilməsi 

ölkənin  vergi  sisteminin  konseptual  əsaslarına  uyğun  olmalı,  iqtisadiyyatın  səmərəli 

inkişafını,  habelə  bütün  təsərrüfat  subyektlərinin  və  bütövlükdə  əhalinin  sosial-iqtisadi 

maraqlarını nəzərə almalı və təmin etməlidir. 

Vergi  dəyişikliyi  apararkən  prinsipial  məsələlərdən  biri  də  dövlət  xərclərinin 

maliyyələşdirilməsidir. Xüsusi ilə bu  yerli vergiqoyma sisteminə  aiddir. 

Vergi islahatlarının həyata keçirilməsi zamanı qarşıya çıxan mühüm problemlərdən 

biri də dövlət büdcəsi ilə yerli büdcələr arasındakı optimal əlaqənin formalaşdırılmasıdır.   

nkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da aparılan islahatların və vergi 

sisteminin  təkmilləşdirilməsinin əsas prinsipi vergi yığımının sivil üsullarla aparılmasıdır. 

Deməli, vergi islahatının keçirilməsi prinsiplərinin seçilməsi yalnız vergiqoymanın 

optimallaşdırılması  məqsədindən  deyil,  həm  də    ölkədə  islahatların  sosial  və  iqtisadi 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə