Microsoft Word yusifova ulduz doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix26.09.2017
ölçüsü0,98 Mb.
#1973
1   2   3   4   5   6   7   8   9   ...   32

 

dərəcələri  optimallaşdırılmalıdır,  bununla  yanaşı  Azərbaycanın  xüsusiyyətləri  də  nəzərə 



alınmalıdır. 

Məhz  yuxarıda  qeyd  olunanların  araşdırılması  və  by  istiqamətdə  təkliflərin 

verilməsi təqdim edilən dissertasiya işinin aktuallığını təşkil edir. 

Problemin  öyrənilməsi  səviyyəsi. 

Vergi  sistemi,  vergi  sistemində  vergi 

ödənişlərinin  optimal  səviyyəsinin  müəyyən  edilməsi  hazırda  ölkəmizdə  həyata  keçirilən 

iqtisadi islahatların ən mürəkkəbidir. Hələ islahatların ilk illərində maksimal vergi dərəcəsi 

tətbiq  edilmiş,  vergi  sisteminin  daha  səməri  olması  üçün  onun  optimal  səviyyəsinin 

tapılması istiqamətində siyasət həyata keçirilir. 

Vergi sisteminin, vergi ödənişlərinin, bu ödənişlərin optimal səviyyəsinin müəyyən 

edilməsinin  nəzəri  və  təcrübi  məsələləri  Azərbaycanın  alimlərindən  M.Həsənlinin, 

S.Məmmədovun, 

D.Bağırovun, 

M.Sadıqovun, 

Y.Kəlbiyevin, 

L.Əhmədovun, 

A.Kərimovun,  .Rzayevin, R.Məhərrəmovun, Z.Rzayevin və başqalarının əsərlərində geniş 

şə

rh edilmişdir. 



Dissertasiyanın  məqsəd  və  vəzifələri. 

Magistr  dissertasiya  işinin  məqsədi 

Azərbaycanın  müasir  vergi  sisteminin  məqsəd  və  vəzifələrinin,  xüsusiyyətlərinin  vergi 

ödənişləri sisteminin beynəlxalq təcrübəsinin öyrənilməsindən, vergi ödənişləri sisteminin 

səmərəliyinin  qiymətləndirilməsindən,  vergi  ödənişləri  sisteminin  optimallaşdırılması 

istiqamətlərinin  və  onun  təkmilləşdirilməsi  yollarının  müəyyən  edilməsindən  ibarət 

olmuşdur. 

Bu  məqsədlərə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələrin  yerinə  yetirilməsi  nəzərdə 

tutulmuşdur: 

-

 



vergilərin və vergi ödənişləri sisteminin əsas xüsusiyyətlərinin müəyyən edilməsi; 

-

 



vergi ödənişləri sisteminin beynəlxalq təcrübəsinin öyrənilməsi;  

-

 



Azərbaycanın müasir vergi sisteminin təhlil edilməsi; 

-

 



vergi ödənişlərinin səmərəliyinin müəyyən edilməsi və qiymətləndirilməsi; 

- vergi dərəcələrinin optimal səviyyəsinin müəyyən edilməsi. 



Tədqiqat işinin predmeti və obyekti. 

Tədqiqat işinin predmetini Azərbaycanın vergi 

ödənişləri  sistemi,  obyektini  isə  vergi  infrastrukturunun  fəaliyyətinin  göstəriciləri  və 



 

Azərbaycanın  Milli  iqtisadiyyatının  inkişafında  vergilərin  optimal  rolunun  müəyyən 



edilməsi təşkil etmişdir. 

Tədqiqat  işinin  informasiya  bazası

  kimi  Azərbaycan  Respublikası  Vergilər 

Nazirliyinin  Nazirliyinin  statistik  məlumatları,  Azərbaycan  Respublikası  statistika 

komitəsinin illik hesabatlari təşkil etmişdir. 



Tədqiqat işinin nəzəri və metodoloji əsaslarını 

klassiklərin, Azərbaycanın və xarici 

ölkələrin    alimlərinin  vergilər,  vergitutma,  vergi  siyasəti  və  vergi  sistemi  haqqında  elmi 

ə

sərləri,  Azərbaycan  Respublikasının  qanunları  və  normativ  aktları,  vergi  ödənişləri 



sisteminin  əsas  istiqamətlərinin  müəyyən  edən  Hökumətin  qərarları  və  Vergilər 

Nazirliyinin normativ-hüquqi aktları təşkil edir. 

Tədqiqat işinin elmi yeniliyini aşağıdakılar təşkil edir: 

-

 vergilər və vergi ödənişləri sistemi kompleks şəkildə öyrənilmişdir; 



-

 vergi ödəmişləri sisteminin beynəlxalq təcrübəsi öyrənilmişdir; 

-

 Azərbaycanda vergi  ödənişlərinin müasir vəziyyəti təhlil edilmişdir; 



-

 vergi  sisteminin  optimal  strukturunun  qurulmasında  vergilərin  nisbəti  müəyyən 

edilmişdir; 

-

 mənfəət vergisinin və əlavə dəyər vergisinin optimal dərəcəsi müəyyən edilmişdir; 



-

  Laffer effektləri müəyyən edilmiş və onun tətbiqi istiqamətləri göstərilmişdir. 



Dissertasiyanın  praktiki  əhəmiyyəti.

  Magistrant  tədqiqatın  praktiki  əhəmiyyətini 

gələcəkdə anoloji problemləri elmi tədqiqat işləri üçün faydalı olacağında görür. 

Dissertasiyanın  həcmi  və  strukturu.

  Dissertasiya  işi  kompüter  yazısı  ilə  müvafiq 

standarğlara uyğun  yazılmış  və  83 səhifədən  ibarətdir.  Tədqiqat işi girişdən, üç  fəsildən, 

nəticədən və ədəbiyyat siyahısından ibarətdir. 

 

 

 



 

 

 

 

 

 

I Fəsil.  VERG LƏR N VƏ VERG  ÖDƏŞLƏR  S STEM N N  


 



NƏZƏR  MƏSƏLƏLƏ 

 

1.1. Vergilərin və vergi sisteminin iqtisadi mahiyyəti  

  

Vergilər  hər  şeydən  əvvəl,  maliyyə-iqtisadi  kateqoriyadır.  Yuxarıda  deyilənlərdən 

göründüyü  kimi,  vergiqoyma  öz  xərclərini  maliyyələşdirmək  üçün  fiskal  mexanizm 

yaradaraq  ondan  istifadə  edən  dövlətin  və  dövlət  aparatının  meydana  gəlməsinin 

nəticəsidir.  

Vergitutmanın  nəzəri  cəhətdən  əsaslandırılmasının  kökləri  çox  də  uzaq  dövrləri 

ə

hatə  etmir.  XVII  əsrə  qədər  vergilər  haqqında  bütün  təsəvvürlər  təsadüfi  və  sistemsiz 



xarakter  daşıyırdı.  Elmi  cəhətdən  əsaslandırılmış  vergitutma  nəzəriyyələri  XVII  əsrdən 

sonra formalaşmağa başlamışdır. 

 

lk  vergitutma  nəzəriyyələrindən  biri  mübadilə  nəzəriyyəsidir.  Bu  nəzəriyyənin 



mahiyyəti  ondan  ibarətdir  ki,  vətəndaşlar  asayişin  gözlənilməsi,  xarici  müdaxilənin 

qarşısının  alınması  və  s.  ilə  bağlı  xidmətləri  vergilər  vasitəsi  ilə  dövlətdən  alırlar.  Bu 

nəzəriyyənin  başqa  bir  variantı  atomistik  nəzəriyyədir.  Onun  nümayəndələri  fransız 

iqtisadçıları  Sebastyen  Le  Pretr  de  Voban  (1633-1707)  və  Şarl  Lui  Monteskye  (1689-

1755)  olmuşlar.  Bu  nəzəriyyəyə  görə  vergi  vətəndaşlarla  dövlət  arasında  müqavilənin 

nəticəsidir, belə ki, vətəndaş özünün mühafizəsi, müdafiəsi və s. xidmətlərə görə dövlətə 

pul  keçirir.  Heç  kim  nə  vergilərdən,  nə  də  dövlətin  göstərdiyi  xidmətlərdən    imtina  edə 

bilməz.  Belə  mübadilə  ona  görə  əlverişlidir  ki,  ən  bacarıqsız  dövlət  belə  öz  təbəələrini 

onların özlərini müstəqil surətdə müdafiə etmələrindən daha etibarlı müdafiə edir. 

 

Klassik  vergitutma  nəzəriyyəsi  daha  yüksək  nəzəri  səviyyəyə  malikdir  və  ingilis 



iqtisadçıları Adam Smit (1723-1790) və David Rikardonun (1772-1823) adları ilə bağlıdır. 

A.Smitin  vergitutmaya  dair  nəzəri  baxışları  onun  1776-cı  ildə  nəşr  etdirdiyi  “Xalqların 

sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” adlı kitabında əks olunmuşdur. O yazırdı 

ki, hər bir vətəndaş öz gəlirlərinə uyğun surətdə dövlətin saxlanılmasında iştirak etməlidir. 

Dövlət  mülkiyyət  hüququnu  qorumaqla  bazar  iqtisadiyyatının  inkişafını  təmin  etməlidir. 

Bu funksiyaların yerinə yetirilməsi üçün dövlətə zəruri miqdarda vəsait lazımdır ki, onun 

da  əsas  mənbəyi  vergilərdir.  Hər  bir  şəxsin  ödəməli  olduğu  verginin  məbləği,  ödənilmə 

müddəti  qabaqcadan  dəqiq  müəyyən  olunmalıdır.  Belə  olmadıqda  vergi  ödəyicisi  vergi 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə